Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent İlham Əhmədov Təhsil naziri Emin Əmrullayevin Azərbaycan əhalisinin böyük hissəsinin savadsız olduğunu ehtiva edən açıqlamasına münasibət bildirib.
Xarırladaq ki, E.Əmrullayev deyib: “Yaşı 25-dən yuxarı olanların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Mən faktı deyirəm”.
Dosent İ.Əhmədov nazirin bu fikrinə belə münasibət bildirib: “Ölkədə 10 milyondan çox əhali var. Yaşı 25-dən çox olanların sayı 6 milyondan artıqdır. Bunun 60% -i oxuduğunu başa düşmürsə, deməli bizim əmək bazarında 3,6 milyon insanımız savadsızdır. Bu qədər savadsız işçi qüvvəsi olan ölkəyə hansı əcnəbi şirkət investisiya qoyar?
Bəs son 20 il ərzində “neft kapitalını insan kapitalına çevirək” siyasətini səmərəsiz icra edən Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətinə görə kim cavab verəcəkdir?