Ardını oxu...
Təhsil eksperti Elşən Qafarov Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyevin sosial şəbəkədə onun haqqında yazdığı ittihamlara, onu “separatçı” adlandırmasına münasibət bildirib.
TEREF.AZ bildirir ki, E.Qafarov Pravda.az-a verdiyi açıqlamada deputatı sərt tənqid edib.

“Deputat Etibar Əliyevin haqqımda yazdığı böhtan və təhqir dolu yazı bir daha onun tərbiyəsindən və davranışından xəbər verir. Milli Məclisdə layiqli, qanunvericiliyini, hakimiyyətini layiqincə təmsil edən onlarla millət vəkillərimiz var. Təsadüfən parlamentə düşən, davranışı, danışığı, əxlaqı ilə təəssüf doğuran tək-tək adamlardan biri də Etibar Əliyevdir. Onun yazdığı tərbiyəsiz yazıya münasibət bildirmək fikrində deyiləm. Amma bir şeyi diqqətə çatdırmaq istəyirəm ki, mən Elşən Qafarov olaraq hələ 17 yaşım yeni tamam olanda Lerikin ucqar dağ kəndindəki evimdən hətta valideynlərimin icazəsi olmadan Ağdamın kəndlərində yerli özünümüdafiə batalyonlarına qoşularaq düşmənə qarşı döyüşmüşəm. Baxmayaraq ki əyani oxuyurdum və şəhid qardaşı idim, iki bronum var idi, bunlardan imtina edərək qardaşımın 40 mərasimini verdikdən sonra yenidən cəbhə bölgəsinə qayıdıb döyüşmüşəm. Bilməlidir ki, separatçılara qarşı ən gənc yaşlarından qəti mübarizə aparan şəxslərdən biriyəm. Etibar Əliyev ən azından bilməli idi ki, hələ o zamanlar Bakıda ayrı-ayrı insanları şantaj edən məqalələr yazan zaman separatçıların ilk həbs etdiyi altı nəfərdən biri mən olmuşam. O vaxtkı mətbuat da bunu yazmışdı. Quru aclıq elan etmişdik. Lənkəran ictimaiyyətinin təzyiqi nəticəsində bizi həbsdən azad etdilər. Separatçı mənbələrdə mənə qarşı olan videolar, yazılar onların öz sosial şəbəkə ünvanlarında hələ də durmaqdadır. Təəssüfedici haldır ki, bu insan qanunverici məclisdə təmsil olunur, onu tanıyanlar haqqında yaxşı bilirlər. Onun yazdığı yazının quruluşu tərbiyəsindən xəbər verir...”, - ekspert deyib.

E.Qafarov Etibar Əliyevin “təhsil sistemindən xüsusi maddə ilə qovulub, adam tam ictimai arenadan silinmişdi, lakin Emin Əmrullayevin mənəvi və maddi dəstəyi ilə son 3 ildən sonra yenidən zühur edib” sözlərinə isə belə cavab verib: “Elşən Qafarovun kim olduğunu təhsil işçiləri çox yaxşı bilirlər. Mənim işdən getməyim şəxsi ərizəmə əsasən olub. Etibar Əliyevin özünə yaraşan üslubda yazıları bir daha göstərir ki, bu insan kimdir. Təkcə indi deyil, illərdir ki, mənə qarşı qərəzli yazılar yazır. Əvvəllər öz adı ilə yox, anonim yazırdı. Bu dəfə cürətlənib, öz adı ilə yazıb. İstənilən halda bu tip insanların təhsil adından danışması, özünü “təhsil eksperti”, “təhsil nümayəndəsi” kimi təqdim etməsi utanvericidir. Digər tərəfdən, bu insan fəlsəfə üzrə fəlsəfə doktorudur, amma bir dəfə də olsun fəlsəfə ilə, yaxud təhsillə bağlı maarifləndirici çıxışları olmayıb. Ordan-burdan köçürdüyü kitabları çıxmaq şərtilə özünü güclü mütaliəçi kimi təqdim edir, amma indiyə qədər ortaya təhsillə bağlı konsepsiya, təklif verən kimi görünməyib. İşi ancaq ayrı-ayrı təhsil müəssisələrinin rəhbərlərini şantaj etmək, tənqid adı ilə təhqir etməkdir. Nəticə etibarilə, bunlar müəyyən “qazanc” əldə etmək məqsədilə görülən işlərdir. Təkrar deyirəm, onun yazdıqları səviyyəsindən, tərbiyəsindən xəbər verir. Elşən Qafarovun necə bir azərbaycanlı, vətənpərvər olduğunu az-çox tanıyanlar bilir. “Youtube” kanalımda, şəxsi səhifələrimdə də keçmişimlə bağlı hər şey ortadadır. Nə etmək olar? İnsandır... Azərbaycan demokratik ölkədir, söz azadlığı var. Çox təəssüf ki, söz azadlığından bu cür sui-istifadə edən şəxslər var. Hətta demokratik vəziyyətdən istifadə edib təsadüfən ölkənin qanunvericilik məclisinə düşən bu tip insanlar da var...”
 
Ardını oxu...
"Azercell Telekom" məhkəməlik olub.

32gun.az-ın məlumatına görə, şirkətlə bağlı İXM-nin 253.2-ci maddəsi ilə (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Salyan rayon məhkəməsinə təqdim edilib.
 
Ardını oxu...
Dubayda 40 ədəd "İphone" markalı telefon gətirən biznesmenin bacısı oğlu saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Ağcəbədi şəhərində anadan olmuş, ali təhsilli, fərdi qaydada həkim asissenti işləyən Ayxan biznesmen dayısı Xəyal Alıyevin dəvəti ilə Dubaya gedib.

Əvvəllər adı Xəyal Alıyev olan, hazırda adını və soyadını dəyişdirərək Camal Ağayev (soyad-şərti) edən biznesmen bacısı oğlu Ayxanın Dubaydan dincəlməsi üçün 1978-ci ildə Yevlax şəhərində anadan olmuş Həmidə adlı qadını da Dubaya dəvət edib.

20 oktyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində Ayxan Bakıdan Dubaya uçub. Dayısı əvvəlcədən otaq ayırtdığı otelin vizit kartının şəklini ona göndərib, o da həmin vizit kartı taksiyə göstərib və bu yolla otelə gedib. Oteldə dayısı yanında olan əvvəllər görmədiyi bir qadınla onu qarşılayıb, həmin qadınla tanış edib və adının Həmidə olduğunu deyib. Dayısı Həmidə üçün də həmin oteldə ayrıca nömrə ayırıb. Dayısından həmin qadının kim olmasını soruşanda geri qayıdanda həmin qadınla birlikdə qayıdacaqlarını bildirib. Bundan sonra dayısı Camal öz işlərinin arxasınca gedib.

Bir neçə gün sonra dayısı ina "40 ədəd mobil telefon var, onları Bakıya aparacaqsız” deyib. Necə olacağını soruşduqda Camal "şübhə çəkməsin deyə 2 nəfər aparsa yaxşıdır, hərəniz 20 ədəd telefonu çantanızda keçirə bilərsiz, Dubay gömrüyündə problem ola bilməz, sizi heç kəs yoxlamayacaq. Əsas Azərbaycan gömrüyüdür, oraya da çatanda bir-birinizdən ayrı gömrüyü keçin ki, bir yerdə gəlməyiniz şübhə yaratmasın, çalışın içərisində telefon olan çamadanı rentgen aparatına qoymadan keçirəsiniz, əgər məcbur qalsaz, deyərsiz ki, guya ki, telefonu bəyan etmək istəyirsiz", deyə cavab verib.

Bundan sonra dayısı ona 8 ədəd "İphone 14 Pro 128GB”, 8 ədəd "İphone 14 Pro 256GB" və 4 ədəd də "İphone 14 Pro Max 256GB” olmaqla 20 ədəd telefon verib, onları əl çantasının içərisinə qoyub. Eyni sayda telefonları Həmidə də çantasına qoyub.

Camal "gömrüyü keçməzdən əvvəl telefonları əl çantasından baqaja qoyarsız, çünki çamadan bunkerdən keçəndə artıq rentgen onu yoxladığı üçün gömrükçülər çamadanı yox, əl yükünü yoxlayırlar” deyib. Bundan sonra taksi çağırıb onları aeroporta yola salıb. Dayısının təlimatı əsasında əgər problemsiz olaraq gömrüyü keçsələr, onunla əlaqə saxlayacaq, o da telefonu kimə vermək lazım olduğunu deyəcəkdi.

Ayxan Həmidə ilə birlikdə İstanbul üzərindən tranzit olaraq Bakıya uçub. Ayxan bunkerdən gələn çamadanını götürüb tualetə gedib və orada əl çantasında olan 20 ədəd mobil telefonları çamadana yerləşdirib. Bundan sonra gömrük əməkdaşlarının xidmət apardığı xəttə yaxınlaşaraq əl yükünü "Qırmızı kanal”da olan rentgen qurğusuna qoyublar. İçərisində mobil telefonlar olan çamadanı isə əl arabasının üzərində yoxlamaya məruz qalmadan keçirmək istəyib. Keçib getmək istəyəndə gömrük əməkdaşının tələbi ilə içərisində telefon olan çamadanı rentgen qurğusuna qoymağa məcbur olub, həmin vaxt dayısının təlimatı əsasında gömrük əməkdaşına çamadanda bəyan olunası telefonları olduğunu, onları bəyan etmək istədiyini deyib. Bundan sonra yoxlama otağına aparılıb, orada hal şahidlərinin iştirakı ilə çamadanına baxış keçirilərək dayısının verdiyi 20 ədəd mobil telefon aşkar edilib götürülüb.

Bir müddət sonra Həmidənin də saxlanılaraq çamadanında olan mobil telefonların aşkar edilib götürüldüyünü bilib. Dayısının təklifini qəbul edərkən edəcəyi hərəkətin cinayət olduğunu bilməyib. Belə ki, dayısına güvənib və onun bacısoğlunu ziyanlı bir işə cəlb edə biləcəyini düşünməyib. Hadisədən sonra dayısı ilə münasibətləri pozulub. Törətdiyi əməldən peşman olduğunu buildirib və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ayxan və Həmidə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və onlar 5 il müddətə azadlıqdan məhrum edilib. Hər ikisinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.
 
 
 
Ardını oxu...
13 noyabr 2022-ci ildə İstiqlal küçəsində 6 nəfərin ölümü, 99 nəfərin yaralanması ilə nəticələnən terror aktında bomba qurğusunu tərk edən Əhlam Əlbəşir məhkəmədə ilk müdafiə ilə çıxış edib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, iddianamənin son iclasda ona çatdırılmadığı üçün müdafiəsini etməyən müttəhim Əhlam Əlbəşirin ittihamnaməni oxuduğunu bildirərək müdafiə edib.

İstintaq mərhələsində ifadəsini dəyişən təqsirləndirilən Əlbəşir "İttiham aktında olanlar var idi, olmayan şeylər də var. Ailəm rəhmətə gedib. Mən və bacım tək qalmışdıq.
Gecələr çörək sexində, gündüzlər şirniyyat mağazasında işləyirdim. Mən PYD bölgəsində idim. Qardaşım türk ordusunun diviziyasında idi.

Dostum vasitəsilə Həsən Cəmillə tanış oldum. Həsən Cəmil yanıma gəlib dedi ki, səninlə böyük adam danışmaq istəyir.İlk gedəndə üzünü görmədim, ikinci dəfə gördüm. Mənə dedi ki, mən Türkiyəyə bir adamla gedib onun həyat yoldaşı rolunda olacağam. Türkiyəyə gedəcəyim şəxsin Bilal olduğunu İdlibdə öyrəndim.
Bacıma demədim, amma qorxduğumu anladı. Onlar izləyirdilər. Dedilər ki, biz səni incitməyəcəyik. Həsən Cəmil məni mühafizəçiləri ilə fermaya apardı. Mənə nə edəcəyimi deməyə başladı. Oradan sonra getdim. Məni qaçaqmalçıların evinə apardılar və bir gecə qaldım. Ertəsi gün səhər saat 06:00 radələrində bizi götürüb İdlibə apardı. Bilalın yanına çatdım. Hacı mənə nikah müqaviləsi verdi.

Bilal dedi: “Bacım kimi burada qal”. 5 gün orada qaldıq. Bu müddət ərzində Bilalla problemimiz oldu, çölə çıxmaq istədim.

Amma İdlibi tanımadığım üçün çölə çıxa bilmədim.

Mən bunları əvvəllər deməmişdim. Partlayıcı mənim yanımda deyildi” deyib.

Albəşir qaçaqmalçılarla Suriya sərhədinə gəldiklərini, gecə saat 02:00 radələrində divardan tullanaraq Türkiyə ərazisinə keçdiklərini və ümumilikdə 11 nəfərin olduğunu bildirib.
Belə bir şey olacağını bilmirdim, servis kimi maşın gəlib bizi götürdü. Onu başqa maşına apardı. Dəfələrlə maşın dəyişdirdik. Polis bizi saxlasa, “portağal bağına portağal yığmağa gedirik” deməyimizi söylədilər.

Bizi aparan adam burdadır, amma adını bilmirəm. Bizi İstanbula gətirdi. İstanbula gedərkən yenə maşın dəyişdik. Bu insanlar planda olduqlarını bilmirdilər. Bizi ər-arvad kimi tanıyırdılar. O gün yatdıq. Ertəsi gün Bilal işləmək üçün emalatxanaya getdi. Hacı və Bilal məni bayıra buraxmadılar.

Mənə dedilər ki, Taksimə gedəcəksən. Mənə deyildiyi kimi, Taksimə getdim, şəkil çəkdim. Dedilər ki, axır ki, Fatihə gedəcəksən. Bilala fotolar göndərirdilər. Mən də gedirdim. Fatehdəki məscidə getdik. İçəri girdik, şəkil çəkdik.

İstanbul 13-cü Ağır Cəza Məhkəməsində keçirilən işin ikinci iclasında Əhlam Əlbəşir də daxil olmaqla ümumilikdə 26 müttəhim gətirilib.

Dedim ki, bombanı Suriyadan gətirmişik, amma belə olmadı. Bilal bombanı buradan təslim alıb.
Bilal mənə dedi ki, aldığı adamın üzünü görməyib.
Sonra Bilal mismar almağa getdi. Sonra kiməsə zəng vurdu və "mən bir müddət arvadımla qalacağam. Bir az gec gələrsən?” dedi.
O, lentlərə mismar vurdu. Sonra xəmir kimi bir şey yoğurmağa başladı. Sonra Bilal harasa getdi. Saatlar sonra geri qayıtdı. Gələndə üzərində dollar əskinası var idi. Bilal hər şeyi hazırladı. Çantaya qoydu. “Əgər səndən bir şey soruşsa, Almaniyaya gedəcəyini de” dedi. Suriyaya qayıdacaqsan, amma başqalarının qabağında deyəcəksən ki, Almaniyaya gedəcəyik"deyə qeyd edib.
Qaçacağını hiss etdiklərini ifadə edən Əlbəşir, "Bütün baş verənləri telefonlarıma yazırdım. Amma telefonumu sındırdılar. Qaçacağımı hiss etdilər. Hacı Bilalın telefonunda məni təhqir etməyə başladı. Mənə dedi: “Ana bətnində olsan da, səni tapacağıq”.
Hadisə baş verən gün çantanı Bilalın ona verdiyini deyən Əlbəşir, "Bazara get, bir yerdə otur. Getdim makiyaj məhsulları satan yerə. Sonra oturub gözlədim. Oturmuşam. orada Hacıdan bir video aldım. Biri mənim arxamca video çəkdi, qorxdum. Çanta ilə oynadım. Bombanı görəndən sonra polisə zəng etdim, amma türkcə danışmıram. Bu vaxt zəvvar: “Çantanı burax, get” dedi. Bilaldan soruşdum, o dedi: “Ona əhəmiyyət vermə. Küçənin başlanğıcına doğru addımladım. taksi tutdum. Evə getdim”, - deyə o, sözlərini tamamlayıb.
Ardını oxu...
 
Ardını oxu...
Türkiyə dünən başlayan meşə yanğınları ilə mübarizə aparır.
Türkiyə KİV- ləri bildirir ki, ölkədə havanın tempuraturunun artması ilə bir-birinin ardınca meşə yanğınları xəbərləri gəlir.

Tekirdağ və Çanaqqalada yanğınlara müdaxilə fasiləsiz davam edir.
Hatay, Adana, Şanlıurfa və Mersinin Gülnar və Mezitli rayonlarında baş verən meşə yanğınları nəzarət altına alınıb.

Bu barədə yanğının baş verdiyi yerə gefən Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya və Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklıya məlumat verilib.
 
Ardını oxu...
Başakşehirin Kayaşehir mahalında namaz vaxtı məscidə girən sahibsiz it, namaz qılan vətəndaşlar üçün çətin anlar yaşayıb.
32gun.az bildirir ki, Vətəndaşların bir qismi namazını pozmağa qorxarkən, bəziləri iti çıxarmağa çalışıb.

Maraqlı anlar təhlükəsizlik kamerasına düşüb.

 
Ardını oxu...
"Mənim problemim qeydiyyatla bağlıdır. Bakıda anadan olub Bakı sakini ola ola hazırda qeydiyyatsız və pasportsuz qalmışıq (şəxsiyyət vəsiqəmiz ailəvi deaktiv edilib)". DİA.AZ bildirir ki, bu barədə İlqar Cavad adlı paytaxt sakini gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "İllər öncə Bakıda kupçalı evimizi satıb bəzi səbəblərdən kupçasız ev almalı olduq. Sonra polisdə inzibati binaya qeydiyyata düşdük.

Yaxın tarixdə hamınıza məlum olduğu kimi qeydiyyatdan çıxarıldıq.

İndisə vəsiqəylə bağlı heç bir hüquqi prosesi yerinə yetirə bilmirəm".
 
Ardını oxu...
“Görəsən, bu 29 nömrəli marşrutun yiyəsi, sahibi varmı?" DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdəki paylaşımında Rüfət Bayramlı adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Dünən axşam 18.00 radələrində" "Şamaxinka"da yarım saata yaxın gözlədik ki, marşrut gələcək. Gələn sürücüyə sual verirəm ki, niyə gəlmir bayaqdan?

Belə də olmalıymış kimi, "hə, maşın xarab olub" cavabını verdi. Ümumiyyətlə, bu marşrut xətti Bakı üzrə bəlkə də ən ləng xəttdir. Həm də avtobusları köhnə və sürülməyə can çəkir. Yəqin ki, BNA buna əncam çəkər..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 
Ardını oxu...
Türkiyənin Mersin bölgəsini Gülnar rayonunda meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

APA TRT Haber-ə istinadən xəbər verir ki, meşəlik ərazidə baş verən yanğının səbəbi bəlli deyil.

Xəbərdarlıq üzərinə 3 yanğınsöndürmə vertolyotu, çoxlu sayda su çiləyicisi, ilk müdaxilə vasitələri və Meşə Region Müdirliyi qrupu bölgəyə sövq edilib.

Ekipajlar havadan və yerdən yanğına müdaxilə etməyə davam edir.

Qeyd edək ki, Türkiyənin Hatay bölgəsində Belen rayonunda da meşə yanır.
 
 
 

Dünyapress TV

Xəbər lenti