Türkiyə dünən başlayan meşə yanğınları ilə mübarizə aparır. Türkiyə KİV- ləri bildirir ki, ölkədə havanın tempuraturunun artması ilə bir-birinin ardınca meşə yanğınları xəbərləri gəlir.
Tekirdağ və Çanaqqalada yanğınlara müdaxilə fasiləsiz davam edir. Hatay, Adana, Şanlıurfa və Mersinin Gülnar və Mezitli rayonlarında baş verən meşə yanğınları nəzarət altına alınıb.
Bu barədə yanğının baş verdiyi yerə gefən Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya və Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklıya məlumat verilib.