"Mənim problemim qeydiyyatla bağlıdır. Bakıda anadan olub Bakı sakini ola ola hazırda qeydiyyatsız və pasportsuz qalmışıq (şəxsiyyət vəsiqəmiz ailəvi deaktiv edilib)". DİA.AZ bildirir ki, bu barədə İlqar Cavad adlı paytaxt sakini gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "İllər öncə Bakıda kupçalı evimizi satıb bəzi səbəblərdən kupçasız ev almalı olduq. Sonra polisdə inzibati binaya qeydiyyata düşdük.
Yaxın tarixdə hamınıza məlum olduğu kimi qeydiyyatdan çıxarıldıq.
İndisə vəsiqəylə bağlı heç bir hüquqi prosesi yerinə yetirə bilmirəm".