“Görəsən, bu 29 nömrəli marşrutun yiyəsi, sahibi varmı?" DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdəki paylaşımında Rüfət Bayramlı adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Dünən axşam 18.00 radələrində" "Şamaxinka"da yarım saata yaxın gözlədik ki, marşrut gələcək. Gələn sürücüyə sual verirəm ki, niyə gəlmir bayaqdan?
Belə də olmalıymış kimi, "hə, maşın xarab olub" cavabını verdi. Ümumiyyətlə, bu marşrut xətti Bakı üzrə bəlkə də ən ləng xəttdir. Həm də avtobusları köhnə və sürülməyə can çəkir. Yəqin ki, BNA buna əncam çəkər..."
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...