20 özəl xəbər yarışı informasiya məkanımıza hansı ziyanları vurur…
İşimlə əlaqədar olaraq, demək olar ki, hər gün ölkədə fəaliyyət göstərən azı 20-30 saytı nəzərdən keçirirəm. Bu, həm də sutkanın müxtəlif saatlarında baş verir. Əsasən də dövlətin maliyyəsi ilə əhatə olunan saytlarda kefiyyətdən daha çox kəmiyyətə üstünlük verildiyinin şahidi oluram.
Samballı materiallardan daha çox, ”özəl” xəbər yerləşdirmə qovğasının yaratdığı bir informasiya çirkliliyi gözümüzün önündə canlanır. Sözügedən saytlar pulu MEDİA adlı qurumdan alır.
Bu qurum da saytların qarşısında imzalanan yeni qanunvericilikdən doğan bir tələb qoyur ki, Media Reysterinə düşmək və maliyyə ilə təmin olunmaq üçün 5 iş günü ərzində azı sayta 20 özəl xəbər qoyulmalıdır.
Madam ki, bu qanunvericiliyin tələbidir, onda bu tələbin nə dərəcədə yerinə yetirilib-yetirilmədiyinə həm də nəzarət edilməlidir. Etiraf edək ki, günə 20 özəl xəbəri hazırlamaq həddən artıq çətindir.
Çünki gün ərzində ölkə daxilində heç bu qədər hadisə baş vermir ki, onu mühüm xəbərə çevirəsən. Buna görə də, 20 xəbər planını doldurmaq istəyən saytlar daha çox xarici və əsasən də Ermənistan mediasına müraciət edirlər.
Maraqlıdır ki, bu estafetdə iştirak edən saytların rəhbərləri və əməkdaşlarının böyük əksəriyyəti nə erməni, nə də rus dilini bilir. Onda sual olunur: həmin mənbələrdən xəbəri necə tərcümə edib, “özəl” xəbər kimi öz saytlarında təqdim edirlər.
Bu işdə onların köməyinə “Google” proqramındakı tərcüməçi xidməti çatır. Materialı yerləşdirilər həmin proqrama və bir klik etməklə azərbaycan dilinə çevrilmiş yazı hazır olur.
Sonra da həmin xəbəri götürüb, “özəl” material kimi yerləşdirirlər sayta. Yoxlamışam, belə bir materialın hazırlanması üçün adama cəmi 5 dəqiqə bəs edir. Bir az cəld adam bu üsulla cəmi 2 saata 20 xəbər planını doldura bilər.
Amma bu tərcümə mənalı yox, hərfi olur. Əsasən də siyasi məzmunlu materiallarda siyasi redaktə işinin aparılmaması, bəzən bizim milli maraqlarımızla ziddiyyət təşkil edən termin və fikirlərin asanlıqla bizim informasiya məkanımıza transformasiya olunması ilə nəticələnir.
Məsələn, biz həmin materiallarda “Qarabağ konflikti” ( hansı ki, bitib) , “Atsaxın prezidenti Araik Arutunyan” ( belə bir qurum yoxdursa, onun prezidenti necə ola bilər?), “Ermənistan-Azərbaycan sərhəddi ( Sərhədlər delimitasiya və demorkasiya olunmayıbsa, söhbət yalnız şərti sərhəddən gedə bilər?), “Laçın dəhlizi” ( Biz buna dəhliz kimi deyil, yol kimi baxırıq). “Dağlıq Qarabağ” ( Bunun bazasında fətqli adı daşıyan iki iqtisadibrayon yaranıbsa, bu ad da tarixə qovuşub).
Belə yanlışlıqları 100-lərlə göstərmək olar. Təbiidir ki, bunları bilmək üçün dövlətdən pul qoparmaq bacarığın kimi, həm də mükəmməl siyasi savada malik olmalısan. Təəssüf ki, bizim yeni media cameəsində bu parametrlərə cavab verən çox az sayda jurnalist və ya sayt redaktoru var. Mən Media Reysterinə qarşı deyiləm.
Əksinə, bu təqdir edən geniş analitik yazı ilə çıxış etmişəm. Ancaq bu o demək deyil ki, biz informasiya siyasətimizdə keyfiyyəti kəmiyyət yarışına qurban verməliyik. Kim inanmırsa, araşdırsın görək, həmin 20 “özəl” xəbərin içində neçə: analitik yazıya, müsahibəyə, reportaja, mövzu ilə bağlı ekspertlərdən rəylərin alınmasına rast gələcək?
Çox böyük siyasi səhvlərin buraxılması ilə xarici mediadan edilən hərfi tərcümə “özəl” xəbər sayıla bilməz. Son vaxtlar daim izlədiyim və fəaliyyətini bəyəndiyim iki saytın adını xüsusilə qeyd edim ki, məni tam da qərəzli olmaq da günahlandırmsınlar. “Axar.az” və “Yeni Avaz” saytlarının fəaliyyətində əsl peşəkarlıq nümunələri görürəm.
Məhəmmədəli Qəribli
Teref.az
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti