İstismar müddəti bitən və qəzalı vəziyyətdə olan binalar, o cümlədən yataqxanalar söküləcək. Bununla bağlı artıq xüsusi dövlət proqramı hazırlanıb. Yaxın vaxtlarda prosesə start veriləcək.
AzFakt.com xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə iclasında maliyyə naziri Samir Şərifov səsləndirib. “ARB Xəbər”in məlumatına görə, hazırda Bakıda istismar müddəti başa çatmış tikililərin sayı 3 mindən çoxdur. Söhbət 5 və 9 mərtəbəli yaşayış binalarından gedir. Qeyd edilib ki, maksimum 5-6 il ərzində prosesin 80 faizinin başa çatması gözlənilir.