Bir avtomobil hərəkətdə olanda, digəri isə yol kənarında dayanmış vəziyyətdə qəfil alışıb.
Hər iki hadisə son bir neçə gündə paytaxda yaşanıb. Xəsarət alan olmasa da, minik avtomobillərinə ciddi ziyan dəyib.
Bu faktlar avtomobillərin hansı səbəbdən alışdığını gündəmə gətirir. "Əsas səbəb nəqliyyat vasitələrinin elektrik naqillərində və yanacaq sistemində baş verən nasazlıqlardır".