Ardını oxu...
Bakının Zəngəzur dəhlizi ilə bağlı tələbi də sülh sazişi sənədində var, sadəcə olaraq, bu haqda danışmırlar. Çünki Əliyev bu məsələnin həllinin cibində olduğunu hesab edir, ona görə də bunu qeyd etmir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Prezident İlham Əliyevin Rusiya mediasına müsahibəsində sülh sazişinin detalları haqda fikirlərinə münasibət bildirərkən deyib.

Oskanyan iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini özü nəzarətə götürəcək.

“Paşinyan dəhlizlə bağlı vəd verib və Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir. Ermənistan hakimiyyəyi dəhlizi “qırmızı xətt” adlandırsa da, reallıq fərqlidir. Bu, Paşinyanın “Qarabağ Ermənistandır” dedikdən sonra “Qarabağ Azərbaycandır” deməsini xatırladır”, - Oskanyan iddia edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu maddələr bir-birinə qarşı beynəlxalq iddialardan imtina və sərhəddə üçüncü tərəflərə məxsus qüvvələrin yerləşdirilməməsidir.
 
 
 

Ardını oxu...
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə yola salınıb.

Gundeminfo.az xəbər verir ki, bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
 

Ardını oxu...
  

Politoloq: “Ermənistan bunu könüllü etməsə belə, məcbur qalacaq”

Azərbaycanla Ermənistan arasında barışığa və diplomatik münasibətlərin bərpasına ən ciddi əngəllərdən biri, sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Çünki bu, ərazisi onun iradəsindən kənar ayrı salınmış (1920 noyabr) Azərbaycan xalqının halal haqqıdır. Doğrudur, bu məsələ artıq imzalanacaq sülh sənədinin predmeti deyil. Ancaq xalqımız üçün sülh müqaviləsinin imzalanması qədər önəmlidir. Ona görə ki, söhbət həm də tarixi ədalətin bərpasından gedir. Erməni tərəfi isə buna inadlı müqavimət göstərməyə davam edir. Qərb havadarlarından dəstəyi artdıqca bu dirəniş daha qabarıq görünməkdədir. 

Son olaraq Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iki gün öncə deyib ki, heç bir Zəngəzur dəhlizi olmayacaq. “Biz artıq dəfələrlə təkrar etmişik ki, bu olmayacaq (dəhlizi nəzərdə tutur - red.)”, - deyə o, jurnalistlərə açıqlamasında vurğulayıb. Bu əslində Paşinyan hökumətinin Bakı ilə sülh anlaşması ilə bağlı pozitiv bəyanatlarının demaqogiyadan savayı bir şey olmadığının növbəti sübutudur. Deməli, kapitulyant ölkə bölgədə “izqoy” (dalan) durumdan çıxmaq istəmir. Özü bilər. Amma Zəngəzur dəhlizi bir az tez, bir az gec açılacaq. Daha bir səbəb: bu məsələdə Ermənistan əsas söz sahibi olan ölkə deyil. Üstəgəl, Bakı və Ankaranın mövqeyi dəyişməzdir. 

“Ümid edirəm ki, Zəngəzur dəhlizi layihəsi tezliklə həyata keçiriləcək”. 

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib. Spiker Türkiyənin Zəngəzur dəhlizi məsələsində Azərbaycanı güclü şəkildə dəstəklədiyinə diqqət çəkərək əlavə edib: “Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına əsaslanır. Bunun sülh dəhlizinə çevriləcəyinə ümid edirəm”. Təbii ki, uduşda həm də Ermənistan olacaq, əgər xeyri ilə şərini ayırd edə bilsə və yenə də xarici güclərin əlində alət olmasa...

Ardını oxu...

 Günay Ağamalı 

Deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, regionda Azərbaycanın iradəsindən kənar heç bir siyasi və iqtisadi proses uğur qazana bilməz: “Ermənistan baş nazirinin müavini Mger Qriqoriyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri rəsmi İrəvanın uzlaşmaz siyasi ritorikasının təzahürüdür. Zəngəzur dəhlizi layihəsi İkinci Qarabağ müharibəsinin hərbi nəticələrinin təsdiqi olan 10 noyabr bəyanatının tərkib hissəsidir. Ermənistan baş naziri Nikol Paşinyan kapituliyasiya aktına imza atmaqla ölkəsinin məğlubiyyətini rəsmiləşdirdi və bunun fonunda müəyyən öhdəliklər götürdü. Lakin zaman keçdikcə proseslər fərqli məcrada inkişaf etməyə başladı. Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizə Fransa və ABŞ-ın Ermənistan üzərində hakimiyyət qurması ilə nəticələndi. Onlar İrəvanın xarici siyasətini yönləndirməyə başladılar və Nikol Paşinyan göstərilən dəstək əhatəsində vaxt qazanmağa hesablanmış addımlar atdı. Onların ikili oyunları eyni prinsiplərlə sülh danışıqlarına da sirayət edir. Ancaq Zəngəzur koridorunun regional və interkontinental müstəvidə əhəmiyyətini dərk etdikdə Azərbaycanla yanaşı Ermənistan üçün də geniş perspektivlər yaranır. Çünki söhbət Asiya və Avropanı birləşdirən nəqliyyat dəhlizindən gedir. Bu, Ermənistan üçün təcrid və üçüncü dövlətlərin təsirindən çıxaraq müstəqil siyasət həyata keçirməyin yeganə yoludur. Lakin Nikol Paşinyan bu reallıqları görməzdən gəlir və sələfləri Köçəryan və Sərkisyan kimi ölkəsini forpost dövlət statusunda saxlamağa üstünlük verir. Bütün hallarda cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri qarşımıza qoyduğumuz məqsədlərə çatacağımıza əsas verir.  Buna Zəngəzur dəhlizinin reallaşması da daxildir. Cənubi Qafqazın ən güclü və qüdrətli dövləti Azərbaycandır. Regionda bizim iradəmizdən kənar heç bir siyasi və iqtisadi proses uğur qazana bilməz”.

Ardını oxu...

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov sonunda Ermənistanın məcbur qalıb razılıq verəcəyini düşünür: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 2020-ci il noyabr bəyannaməsində Azərbaycanın Qərb regionlarını Naxçıvanla birləşdirən dəhlizin açılması da nəzərdə tutulub. Və dəhlizin təhlükəsizliyinə təminat da Rusiyanın müvafiq dövlət qurumuna həvalə edilib. Lakin həmin bəyanatın üzərindən 4 il ötməsinə rəğmən Ermənistan dəhlizin açılmasına imkan vermir. Hər dəfə müxtəlif bəhanələrlə bundan yayınır. Zəngəzur bölgəsi keçmiş sovetlər dönəmində Azərbaycanın mövqeyi öyrənilmədən qanunsuz olaraq Ermənistana verilib. Dövlətimiz Ermənistana hədiyyə edilən Azərbaycanın digər əraziləri kimi buna qarşı iddia irəli sürməkdə tam haqlı olsa da humanist və sülhpərvər yanaşır. Xarici siyasətini imitasiya və yalan üzərində quran Ermənistan Zəngəzur dəhlizinin açılmasına İrəvanın suverenliyi nəzərə alınmaqla razılıq verəcəyini bildirsə də, ancaq sonradan bundan imtina etdi. Görünür Fransanın və İranın patronajlığından cürətlənib və baş nazirin müavini Mger Qriqoryanın dili ilə Paşinyan imzaladığı bəyanatdan qaçmağa çalışır. Əslində Zəngəzur dəhlizinin açılması, nəqliyyat kommunikasiya xətlərinin işə salınması Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir. Ermənistan blokadadan özünü xilas edərək beynəlxalq məkana, beynəlxalq bazara çıxış imkanı qazanır və Avroatlantika məkanına inteqrasiyasını sürətləndirir. Eyni zamanda dalan ölkədən yüksək gəlir əldə edən tranzit ölkə statusu qazanır. Bu, Ermənistanın təhlükəsizliyi və Rusiyanın təsirindən qurtulmaq üçün də vacib amildir. İranın Zəngəzur dəhlizinin istifadəyə verilməsini qırmızı xətt adlandırması heç də Ermənistana görə deyil, bunun Tehran öz mənafeləri kontekstidən çözülməsini istəyir. Fransa düşünür ki, dəhlizin açılması Türk coğrafiyasının sürətli inteqrasiyasını sürətləndirəcək və Azərbaycanın mövqeləri daha möhkəmlənəcək, ona görə də bunu əngəlləməyə çalışır. Bu mənada Tehranla Parisin mövqeləri üst-üstə düşür. Ancaq Türkiyə və Rusiya Zəngəzur dəhlizinə fərqli prizmadan yanaşırlar. Xüsusən də Ankara bunun regionun inkişafı və əməkdaşlığın genişləndirilməsi, həmçinin təhlükəsizliyinin qorunmasında təsirinin olacağı qənaətindədir və ona görə də bu problemin müsbət həllinin tapılmasında təşəbbüskar kimi çıxış etmək istəyir. Təsadüfi deyil ki, Türkiyə rəsmiləri bununla bağlı həmişə pozitiv mövqe sərgiləyirlər. Fikrimcə, Ermənistanın hiylələri işləməyəcək və regionun əsas aparıcı dövlətləri olan Türkiyə, Rusiya və Azərbaycanın davamlı təşəbbüsləri öz müsbət bəhrəsini verəcək. Dəhliz açılacaq. Prezidentin dediyi kimi, Ermənistan bunu könüllü etməsə belə, məcbur qalacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Ardını oxu...
Dahi Üzeyir Hacıbəyovun məhşur “O olmasın bu olsun” əsəri əsasında çəkilən filmdə Məşədi İbadın papağı başına qoymaqla bağlı tərəddüdü zamanı belə bir ifadə işlədir “Papağı belə qoysam Qarabağın pambıq bəylərinə oxşayacam”. Bu filmdən sonra sitat cəmiyyətdə yayılmış və bu gün də istifadə edilir.
Bu günə qədər də bu filmdən yaranan sitat cəmiyyətdə iki mənada istifadə edilməyə başlanır. Birinci “Layiq olmadığı halda özünü əsilzadə, varlı, imkanlı kimi göstərən, imtiyazlı təbəqəyə aid olduğunu iddia edən şəxslər haqqında istehza ilə işlədilən ifadə” kimi, ikinci isə o dövrün biznesi olan Pambıq istehsalı və satışından sonra varlanan yeni milyonçu-bəylər mənasında.
Lakin daha çox istehza kimi işlədilsə də bu ifadənin tarixi kökünü bilməyənlər gen boluna bu sözü deyirlər. Əzizlərim bu ifadənin indi əsl səbəbinə baxaq, sonra qərar verək-istehza edək yoxsa onlarla fəxr edək.
Tarix elminin tədqiqatlarına görə Qarabağ düzündə qədimdən pambıq, üzüm, taxıl və subtropik meyvələr yetişdirilir, heyvandarlıq inkişaf etmişdir, qış otlaqları var.
Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda–dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl–Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağda xalçaların həm ipək həm də pambıqdan tikilməsini yazırlar. Qarabağın pambıqları Asiya və Avropa bazarlarında təlabatlı mallardan idi.
Hətta 1912-ci ildə Yelizavetpol quberniyasında pambıqtəmizləmə sənayesində fəaliyyətə başlayan və ilkin kapitalı 600 min manat olan “Qafqaz pambığı” aksioner cəmiyyətinin 1916-cı ildə artıq 5 milyon manat kapitalı var idi.
Qarabağda pambıq fermerlərinin çoxu imkanlı ailələr idilər. Onların hektarlarla ərazilərində əkilən pambıq həm xalça, həm də geyimlərdə istifadə edilirdi. Təkcə Şuşa şəhərində 100-ə yaxın bez parça və digər parçalar istehsal edən sexləri və dəzgahları var idi. Şuşadan Türkiyə, Qacar dövlətinə, Rusiyaya, Gürcüstana pambıqdan hazırlanan iplər və bez parçalar ixrac edilirdi.
Bu varlı ailələrin isə şəhərin və regionun iqtisadi həyatında iştirak etməsi üçün titulları yox idi. Düzdü bəzilərinin bəy –xan titulu var idi. Məsəl üçün Həm Azərbaycanın, həm də türk dünyasının ictimai-siyasi həyatında tanınan, Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olan Əhməd bəy Ağaoğlunun atası Mirzə Həsən Qarabağa yerləşmiş məhşur Qurdlar nəslindən olan pambıq fermeri idi.
Yaxud Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü Fərrux bəy Kultin Şuşa qəzasının Hindarx kəndində geniş torpaq sahəsi alıb. Yeni aqrotexniki qaydada pambıq əkib, pambıqtəmizləmə zavodu tikib.
O dövrdə Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində varlı adamların, xüsusilə pambıq fermerlərinin regional iqtisadi həyatında iştirakı mümkün deyil idi, çünki bir titulu olmayan şəxsin şəhər icmasında təmsil edilməsi mental dəyərlərlə görə iznli deyil idi. Bunu nəzərə alan Rusiya impertatoru I Nikolay 1846-cı ilin dekabrında fərman imzalayır və buna əsasən Bu fərmana görə Azərbaycandan olan bəy, xan, ağa nəsilləri rus dvoryanları ilə eyni hüquqa malik hesab edilirdi. Bu qərara əsasən birinci və ikinci Rus –Rran müharibələri dövründə bəylərin, xanların əllərindən alınmış imtiyazları bərpa olunmağa başlayır.
O dövrdə pambıq işi ilə məşğul olanların gəliri çox olduğundan, bəylik rütbəsini əsasən onlar ala bilirdilər. Yerli bəylər varlı pambıq fermerlərini öz sıralarına dəvət edirdilər və birlikdə şəhərin və regionun inkişafına çalışırdılar.
Yeni bəylik titulu alan pambıq fermerləri xeyriyyə işlərində, şəhərin və regionun inkişafında böyük pullar xərc çəkməyə başladılar. Gənclərin təhsil alması, su çəkilməsi, yolların çəkilməsi, mədəni və iqtisadi işlərə fəal qoşulublar.
Qeyd edim ki, Azərbaycanın ilk müdafiə partiyası olan DİFAİ-nin əksər üzvləri elə Qarabağın pambıq bəyləri idi. Nuru Paşanın Azərbaycana gələndə maliyyəsinin əksər hissəsini bu bəylər çəkmiş idi. Cümhuriyyət ordusunda bu bəylər və onların övladları xidmət edirdilər. Ermənilərə qarşı Qarabağda savaşda iştirak edən bu bəylər idilər.
İfadənin yaranma tarixi də buradan yaranmışdır.
Niyə Üzeyir bəy bu ifadəni əsərinə salıb və onu səhv başa düşüb istehza edirlər. Məlumdur ki, Bəy bu əsəri yazanda artıq Lenin-Stalin dövrü idi və qırımızı terrorun represiyya dalğası hər an onu da qurban edə bilərdi. Burada Bəy bunu istehza kimi qeyd eləsə də, əslində subliminal olaraq Qarabağın bəylərini yada salır.
Zaur Aliyev dosent
TEREF
 
Ardını oxu...
“Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Qarabağda yaşayan ermənilərlə bağlı suala cavab verən dövlət başçısı qeyd edib:

“Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni, hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı. Belə olan halda orada vəziyyət dəyişdi, orada qalanlar, – onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, – əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib”.
 

Ardını oxu...

İşğaldan azad edilmiş Xankəndi şəhəri və Xocalı rayonlarında uşaq bağçaları fəaliyyətə başlayır.

"DogruXeber.az" xəbər verir ki, bu gün Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bağçada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, 34 ildən sonra fəaliyyəti bərpa edilən uşaq bağçası 80 yerlikdir. Burada 4 yataq otağı, 4 yemək və oyun otağı, 5 mətbəx, 1 tibbi otaq, 4 inzibati otaq, 1 anbar, 1 iclas zalı, 1 musiqi otağı və 7 sanitar qovşaq mövcuddur.

Bağça 4 qrupdan ibarətdir.

1 yaşdan 3 yaşadək kiçik qrup, 3 yaşdan 4 yaşadək orta qrup, 4 yaşdan 5 yaşadək böyük qrup və 3 yaşdan 6 yaşadək böyük qarışıq qrup var .
Kiçik qrup üzrə 10 uşaq, orta qrup üzrə 12, böyük qrup üzrə 16, böyük qarışıq qrup üzrə 5 uşaq olmaqla, 43 uşaq hazırda bağçada təlim-tərbiyə alır. Burda 15 nəfər işlə təmin olunub.

Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi- uşaq bağçasının açılışı olub. Açılış mərasimində rəsmi qonaqlarla yanaşı valideyinlər və bağça kollektivi də iştirak edib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayaraq, dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edib. İşğaldan azad olunmuş torpaqlarımızda yenidən yaradılan təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıb. Qeyd edək ki, bağça 40 uşaq yerlikdir və 2 qrupdan ibarətdir. 24 uşağın təlim-tərbiyəsi ilə 14 işçi məşğul olur. Müasirliyi ilə seçilən bu uşaq bağçasında 2 yataq otağı, 2 yemək və oyun otağı, 2 mətbəx, 2 inzibati otaq, 1 anbar, 1 tibb otağı və 2 sanitar qovşaq mövcuddur.

 

 

Ardını oxu...
Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın tərkibində dəyişiklik edilib.

"DogruXeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yeni Sərəncamla aşağıdakı dəyişikliklər edilib:

1.1. “Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”;

1.2. “Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və “Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin:

“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”;

1.3. “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.4. “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri “Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.5. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi”;

1.6. “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə, “İnam Kərimov” sözləri “Məcnun Məmmədov” sözləri ilə əvəz edilsin;

1.7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri”;

1.8. “Vüqar Süleymanov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ardını oxu...
Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Abdülkadir Uraloğlu parlamentin plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi zamanı çıxışında Zəngəzurdan keçən yolun məsələsini qaldırıb:

“Vacib layihələrimizdən biri də Zəngəzur keçididir ki, bu keçidlə Azərbaycan, Mərkəzi Asiya və Uzaq Şərqə birbaşa çıxışımız olacaq”.

Abdulkadir Uraloğlunun bu açıqlaması Zəngəzur dəhlizi məsələsinin Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti üçün əsas prioritet olaraq qaldığını göstərir. Yəni, rəsmi Ankara Türkiyə vasitəsilə Avropa və Çin arasında nəqliyyat-ticarət əlaqəsini təmin edəcək “Orta dəhliz”in Zəngəzurdan keçməklə reallaşmasında maraqlıdır. Türkdilli dövlətlərin xüsusilə “Orta dəhliz”in üzərində yerləşdiyini nəzərə alsaq, Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələlərinin açılması Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada yalnız geoiqtisadi imkanlarının deyil, həm də geosiyasi təsirinin artmasına səbəb ola bilər.

Eyni zamanda, Rusiyanın Avropa bazarlarına çıxış yollarının bloklanması fonunda Türkiyə Şərqlə Qərb arasında əsas tranzit məkana çevrilmək fürsəti qazanıb. Uraloğlunun “vacib layihələrimiz” ifadəsini işlətməsi Zəngəzurdan kommunikasiyaların açılması məsələsinin yalnız Azərbaycanla Ermənistan arasında deyil, Türkiyə -Ermənistan müstəvisində də müzakirə olunduğunu deməyə əsas verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla sentyabr ayında Nyu-Yorkda və noyabrın 7-də Macarıstanda görüşləri Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli müzakirələrin fəallaşmasına təkan vermişdi. Hətta Türkiyə ilə Ermənistanın nəqliyyat və infrastruktur nazirlərinin oktyabrın 16-da İstanbulda keçirilən qapalı görüşü kommunikasiyaların açılacağına dair ümidləri artırmışdı.

Lakin Ermənistanın “Zəngəzur dəhlizi” ifadəsi ilə razılaşmaması hələ də ortaq mövqenin tapılmasına mane olur. Bu baxımdan, Türkiyə regional nəqliyyat-tranzit əlaqələrinin işə düşməsi üçün kompromis variantlar təklif edə bilər. Qeyd edilən kontekstdə Uraloğlunun “dəhliz” əvəzinə “keçid” terminini işlətməsi diqqəti cəlb edir.

Xatırladaq ki, hələ oktyabr ayında Ermənistan mediası Türkiyə tərəfinin Zəngəzur dəhlizi əvəzinə “Orta dəhliz” adlanan razılaşmanın imzalanmasını təklif etdiyini yazmışdı. Lakin Ermənistan “Sülh kəsişməsi” layihəsini ortaya atmaqla Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasından yayınır.

Zəngəzurdan nəqliyyat marşrutlarının açılması isə yalnız 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulub. Ermənistan isə bu öhdəlikdən imtina etməklə yalnız Azərbaycana deyil, həm də Türkiyənin regiona daxil olmasına maneə yaratmağa çalışır.

Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı başqa bir layihənin həyata keçirilməsi üçün yeni formatda, yəni Azərbaycan, Ermənistan və Türkiyə arasında birgə sənədin imzalanması lazımdır. Belə bir razılaşma olarsa, orada Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya marşrutlarının “yol”, “dəhliz”, yoxsa “keçid” adlanacağı danışıqlar zamanı müəyyənləşə bilər. Abdulkadir Uraloğlunun işlətdiyi “keçid” ifadəsi isə daha çox “tranzit” mənasını ifadə edir.

Doğrudur, Türkiyə tərəfi “keçid” deməklə “dəhliz” anlayışından imtina etmir. Çünki dəhliz özü də tranzit məkandır. 10 noyabr Bəyanatı da Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların təhlükəsiz keçidini nəzərdə tutur. Ancaq türkiyəli nazirin “dəhliz” sözünü işlətməkdən yan keçdiyini də görmək olar. Bu isə Ermənistana verilən kompromis variant mesajıdır.

Yəni, Ermənistan Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təmin edərsə, yeni imzalanacaq sənəddə eksterritorial dəhlizin yaradılmasından imtina edən başqa razılaşma öz əksini tapa bilər. Xatırladaq ki, Azərbaycan belə bir variant kimi “Kalininqrad modeli”nin tətbiqini təklif edib. Lakin Ermənistan bunu da qəbul etməyib. Buna baxmayaraq, Uraloğlunun açıqlaması tərəflər arasında ümumi mövqeyin tapılması imkanlarının qaldığını göstərir. Yeganə problem 10 noyabr Bəyanatına görə Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməli olan Rusiya ilə yarana bilər.

Ermənistan-İran sərhədində qoşun yerləşdirmiş və Cənubi Qafqaz Dəmir Yollarının konessiya idarəçiliyinə malik olan Rusiya 10 noyabr Bəyanatından kənar Zəngəzur vasitəsilə nəqliyyat marşrutlarının açılmasına mane olmağa çalışacaq.

Müşfiq Abdulla
“Cebheinfo.az”
 
Ardını oxu...
Şuşa şəhərinə mövsümün ilk qarı yağıb.

"DogruXeber.az" xəbər verir ki, gecə saatlarında yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.

Havanın hərarəti əvvəlki günlərlə müqayisədə xeyli aşağı düşüb.
Ardını oxu...
“Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha keçmiş prezident Serj Sərkisyanın 2018-ci ildə parlamentdəki məşhur çıxışını xatırladıb. Sərkisyan o zaman demişdi ki, aprel döyüşləri 7 gün davam edərsə, İrəvan rəsmi şəkildə Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” farksiyasının rəhbəri, Sərkisyanın komandasının üzvü Hayk Mamicanyan deyib.

O, keçmiş prezidentlə Paşinyanın fəaliyyətinin müqayisə edib:

“Biz heç vaxt Azərbaycanla birbaşa danışıqlar aparmamışdıq. Müzakirələrimiz beynəlxalq ictimaiyyətlə olub. Çünki proses əslində belədir. Paşinyan hökuməti isə Bakı ilə danışıqlara başladı və dərhal Tavuşun 4 kəndini (Qazaxın kəndləri-red.) təhvil verdi. Azərbaycan artıq həmin ərazilərdə bərpa işləri aparır, tikinti həyata keçirir”.

Mamicanyan Sərkisyanın Qarabağla bağlı ATƏT-in Misk qrupuna şərt irəli sürdüyünü bildirib:

“Aprel döyüşləri zamanı prezident dedi ki, müharibə 7 gün davam edərsə, Qarabağın müstəqilliyini tanıyacaq. O vaxt həmsədrlər qarşısında şərt qoydu. Dedi ki, BMT 2008-ci ildə olduğu kimi yenə bu mövzuda İrəvanın əleyhinə, Bakının xeyrinə olan qətnamə qəbul edərsə, biz dərhal Qarabağı tanıyacağıq”.

Xatırladaq ki, 2008-ci il martın 14-də BMT-nin 62-ci sessiyasında qurumun Baş məclisi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı 62/243 saylı qətnamə qəbul edilib.

Dünyapress TV

Xəbər lenti