Ardını oxu...
Nədir axı bu yaşadıqlarımız? İsmini nə qoyaq?! Bu, hansı qəddar isimlərin hansı eybəcər sifətlərlə bizə sırıdığı hansı qorxulu feillərdir belə?!"
Bu sualları "Səksəkəli qalibiyyət, təntənəli məğlubiyyət" adlı essemdə vermişdim. Özümə və hər kəsə.

Bu cümlələri o zaman qurmuşdum ki, bütün torpaqlarımızda suverenlik səltənətimiz hələ qurulmamışdı; ərazilərimiz hələlik qismən azad olunmuşdu, qələbəmiz hələ ki yarımçıq idi. Xankəndinə hələ də Şuşadan baxırdıq. Mən də ötən yay Xankəndinə Şuşadan bir əsgərin binoklu ilə baxmışdım.

Uzaqdan, həm də çox yaxındakı... uzaqdan baxmışdım.

Heç üstündən bir payız keçmədi: heç yay bitməmiş separatçı xuntanın payızı gəldi. Daha doğrusu, ordumuz "ikinci erməni dövləti" kol-kosunun kökünü bir günün içində qurutdu...

Bəli, ötən yay Xankəndinə uzaqdan baxırdım. Ancaq indi Bakıda otursam da, Xankəndinə çox yaxındayam. Daha doğrusu, şəhərin "içindəyəm; balaca-böyük - fərq etməz, bütün ekranlarda Xankəndi var, Şuşa var...

Səsimiz artıq Ağdam, Füzuli şəhərlərinə çatıb. Kəlbəcərin, Laçının, Ağdərənin dağlarına da. Xocalının səsinə səs veririk. Xankəndində səs veririk. Qarabağda, Şərqi Zəngəzurda seçki keçiririk, səs veririk.

Çox uzaq tarix deyil: üç il bundan əvvələ qədər Xankəndində, Qarabağda bizsiz "seçki" keçirilirdi. Bizsiz, daha doğrusu, bizim əleyhimizə "səs verilirdi". Bizim əleyhimizə "prezident", "deputat", "bələdiyyə" "seçirdilər". Biz də adını "qondarma" qoyurduq, "qanunsuzdur" deyirdik. Tanımırdıq. Dünya da tanımırdı və özümüzü bununla ovudurduq. Ancaq için-için yanıb qovrulurduq, ovulurduq, içimizdə kül olub sovrulurduq.

Amma indi!

İndi o bizsiz "seçki" keçirənlər, bizim əleyhimizə "seçilmiş" "prezident"lər paketlənib, cələklənib gətirilib Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasına. Mötəbər mənbələrdən aldığım məlumata görə, hamısı bir nəfər kimi istintaqda "dil-dil ötür". Arayik Arutyunyan isə, hətta: "Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirəm, seçkidə səs vermək istəyirəm" deyə bülbül kimi cəh-cəh vurmuşdu.

Gəncəyə raket atan, seçki qutumuza səs atmaq istəmişdi (ki, istəməz!)

Bütün bu etirafçı Qarabağ "bülbüllər"i - bir düjün saxta "prezident" oturub AzTV-dən Xankəndindəki əsl seçkiyə tamaşa edirlər. Ölkənin birinci şəxsi də Xankəndində səs verib ki, prezidenti necə seçmək lazım olduğunu dost da, düşmən də görsün. Bu, axı Qarabağın tarixi boyu ilk seçkidir. Və möhtəşəm tarixi hadisədir. Bəlkə hadisələrin içindəyik deyə tam da idrak edə bilməmişik. Bir daha xatırladım: bütöv-bütöv müsəlman ölkələrinin çökdürülüb işğal edildiyi, bölüşdürülüb parça-parça edildiyi bir Dünyada biz yeganə müsəlman ölkəyik ki, öz ərazimizi işğaldan azad edə bilmişik. Kiminsə bizə "vurma, bölmə" əməllərinə yol vermədik, toplandıq və onları öz torpağımızdan çıxardıq. O miskin Qarabağ "bülbülləri"nin o şaqraq "müstəqillik" ədəbiyyatına biz artilleriya riyaziyyatı ilə son qoymuşuq.

Kimsə bu sətirləri oxuyub anlar, kimsə qeydsiz qalar bəlkə, kimsə dodaq büzər. Ancaq gerçək dəyişməz: bizim SƏSimiz artıq Vətənimizin hər nöqtəsinə yetir. Damarımızda axan qan bədənimizin hər kapilyarına, hər hüceyrəsinə qədər gedib çatır.

Artıq "Qarabağ" isminin adlıq halı da bizik, yiyəlik halı da, yönlük, təsirlik, yerlik... halları da. İşğalçılara da, separatçılara da, "vasitəçi" adı ilə bölgəyə burun soxmağa çalışan geopolitik maklerlərə, geostrateji brokerlərə də başa salmışıq ki, onlar, olsa-olsa, Qarabağ isminin çıxışlıq halıdırlar, vəssəlam!

P.S. Bir zaman köhnə, çox köhnəlmiş zehniyyət xaric notda belə bir xaric xal vurmuşdu: "Qarabağlıların səsi var, getsinlər, muğam oxusunlar, siyasətə qarışmasınlar".

Bəli, Qarabağlıların səsi var. Bu gün bütün Qarabağın səsi var. Ölkə siyasətində, dünya siyasətində. Və bu gün o "SƏS" Xankəndində ucadan və çox ucada eşidildi.

Artıq bu günün Qarabağına - son üç ilin yekununa "səksəkəli qalibiyyət" deyə bilmərəm, "təntənəli qabiliyyət" deyirəm.

Siz nə deyirsiniz-deyin...

Bahəddin Həzi, Bizimyol.info
Ardını oxu...
İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib.

Səhər saat 8:00-da məntəqə açılıb.

Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.

14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyir.
 
Ardını oxu...
Artıq rəsmi elan edirik ki, məntəqələr açıqdır.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bütün seçicilər məntəqələrə gedərək səs verə bilər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Ardını oxu...
İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.
"Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", — deyə şirkətdən bildirilib.
Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.
Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.
Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.
Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.
 
Ardını oxu...
Qarabağda qalan qadının Ermənistana getmək istəmədiyini deməsi İrəvanda müzakirələrə səbəb olub. Bu barədə tanınmış erməni jurnalist Marat Yeqanyan da yazıb. O, Ermənistanı tərk edib Xankəndiyə qayıtmaq istəyən ermənilərin varlığı faktının araşdırılmalı olduğunu qeyd edib: “Videoya əsasən deyə bilərik ki, “Artsax”da qalan qadın Qırmızı Xaç Komitəsinin Ermənistana köçmək təklifini rədd etdiyini deyir. O həmçinin bildirir ki, 1000-ə yaxın erməni Qarabağa qayıtmağa hazırlaşır. Əgər qadının dedikləri doğrudursa, demək, 1000 xainimiz var”.

Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Qarabağda qalan ermənilərin Azərbaycandan getməməsinin səbəbi böyük ehtimalla getməyə yerləri olmadığı üçündür. Analitik bəyan edib ki, Qarabağda qalmış ermənilərin əksəriyyətinin yaşlı, xəstə, eyni zamanda tənha insanlar olduğu görünür:

"Amma aralarında cavan, özünü idarə edən ermənilər də var. Xankəndidə şəhərin içində süfrə açıb oturmuşdular. Əslində, həmin ermənilər də soydaşlarının etdikləri cinayətlərə, vəhşiliklərə görə qorxub Azərbaycanı tərk etməli idilər, amma getməyiblər. Harasa getmək imkanı olmayanları başa düşmək olar, amma imkanı ola-ola getməyən ermənilər ya risk edib qalıblar, ya da azərbaycanlıların xarakterlərini bildikləri üçün belə ediblər. Azərbaycan xalqı öz düşməni də olsa, yaşlıya, xəstəyə, ona pənah gətirən insana pislik etməz. Ermənistandan geri gəlmək istəyən ermənilərin işi isə nisbətən rahatdır. Onlar görürlər ki, Azərbaycan heç bir erməniyə toxunmur, ona görə geri qayıtmaq istəyənlərin sayı getdikcə artır. Erməni ekspertin onlara xain deməsini də təbii hesab etmək olar. Çünki hələ iki ölkə bir-birinə düşmən gözü ilə baxır. Sülh sazişi olsa belə, bu məsələlərin yoluna düşməsi üçün uzun zaman tələb olunacaq. Əslində, ekspertin xain adlandırdığı ermənilər elə xaindirlər və onların geri qayıtması Azərbaycana da lazım deyil. Gəlmək istəyən ermənilər böyük ehtimalla imkansız adamlardır. Daha doğrusu, özlərini Azərbaycanın öhdəsinə buraxıb müftə yemək axtaranlardır. Onların arasında həkim, müəllim, elm adamı olduğuna şübhə edirəm. Odur ki, gəlmək istəsələr belə, rədd cavabı üçün səbəblər çoxdur".
 
 

 


Ardını oxu...
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

dia-az.info
Ardını oxu...
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində işğaldan azad olunan Xocalı şəhəri yenidən qurulur.

Hazırda isə burada 283 evin təmir-bərpası aparılır.

Yaxın vaxtlarda əhalinin köçürülməsinə başlanılacaq.
Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Son vaxtlar istər AŞPA, istərsə də digər ermənipərəst təşkilatlardan Qarabağ ermənilərinin yenidən həmin ərazilərə qayıtması ilə bağlı çağırışlar edilir. Həmçinin ermənilərin Qarabağı tərk etməsində guya Azərbaycanın rolu olması haqda təəssürat yaradılmasına cəhdlər sezilir. Lakin gerçəklik tamam fərqlidir: ermənilər Qarabağı öz istəkləri ilə tərk ediblər. Həmçinin rəsmi Bakı dəfələrlə bəyan edib ki, geri qayıtmaq istəyən ermənilərə əngəl yaradılmır.

Bu halda Qərbin və həmin qurumların səsləndirdiyi fikirləri necə qiymətləndirmək lazımdır?

Mövzu ilə bağlı politoloq Elşad Həsənov deyib ki, AŞPA, eləcə də Amerika konqresmenlərinin bəziləri Azərbaycana qarşı böyük qarayaxma kampaniyasına başlayıblar:

“Qarabağı könüllü tərk edən ermənilərin guya güc yolu ilə çıxarılması barədə absurd fikirlər səsləndirilir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iştirakının dondurulması haqqında qərar verildi. Burada göstərilən əsas məsələlərdən biri də məhz Qarabağ erməniləri ilə bağlı idi. Görünür, ermənilər bu mövzuda beynəlxalq səviyyədə ciddi iş aparırlar. Fevralın 1-də “artsax”ın qondarma “ombudsman”ı Qeqam Stepanyan və keçmiş dövlət naziri Artak Beqlaryan ABŞ-ın Demokratlar partiyasının konqresmenləri ilə görüşüblər. Onlar yenidən ağlaşma quraraq Azərbaycandan guya genosidlə çıxarıldıqlarını bildirib, “artsax” xalqının öz “qədim” torpaqlarına qayıtması üçün köməklik göstərmələrini xahiş ediblər. Ermənilər Qarabağı könüllü şəkildə tərk edən zaman BMT-nin komissiyası gəldi, Qırmızı Xaç Komitəsinin nümayəndələri müəyyən sorğular apardılar. Ayrı-ayrılıqda qərar verdilər ki, burada heç bir etnik təmizləmə olmayıb. Bunu sübut edəcək kifayət qədər audio, video materiallar var”.

E.Həsənovun sözlərinə görə, bu gün Qarabağa qayıtmaq istəyən ermənilərin sayı çox azdır:

“Köçüb gedənlərin 90 faizinin əli azərbaycanlıların qanına batıb. Onlar Azərbaycana qarşı döyüşüblər. Ermənistana qayıdan ermənilərin bir çoxu artıq oranı da tərk edirlər. Çünki İrəvanda aclıq, səfalət baş alıb gedir. Yaşamaq üçün əlverişli şərait yoxdur. Qaçan ermənilər ABŞ, Fransa və Rusiyaya üz tuturlar”.
 
Ardını oxu...
Ekspertlər İrəvanın itkin düşmüş şəxslərlə bağlı təklifinə fürsət kimi baxırlar...
Ermənistanın əsir, girov və itkin düşmüş vətəndaşlarla əlaqədar komissiyası Azərbaycanı əsir və
girovların axtarışı istiqamətdə birgə işi gücləndirməyə dəvət edib. Bu barədə ölkənin Milli
Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda bildirilir ki, Ermənistan Baş Nazirliyi və Azərbaycan
Prezident Administrasiyasının 7 dekabr 2023-cü il tarixli birgə bəyanatında qeyd olunan
razılaşmaya əsasən, Ermənistan komissiyası Azərbaycan tərəfini bu istiqamətdə əməkdaşlığı
aktivləşdirməyə dəvət edib.
Ermənistan bu təklifində nə qədər səmimidir? Yoxsa məqsəd Qərbin gözündə özlərini
əməkdaşlığa meyilli, sülhsevər göstərməkdir? Başqa tərəfdən, bu əməkdaşlıq baş tutarsa, sülhü
tezləşdirmək üçün zəmin yarada bilərmi?
“Ermənistanın Azərbaycanı itkin düşənlərin birgə axtarışına dəvət etməsində qeyri-səmimilik
var”.
Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib.
Ekspert deyir ki, bizim itkin düşənlərin sayı 4 mindən çoxdur. Bu, əsasən də Birinci Qarabağ
müharibəsində olub. Əsir düşənlər isə həm hərbçilər, həm də mülki vətəndaşlardır: “Ermənistan
tərəfi isə deyəcək ki, bu dövrdən xəbərimiz yoxdur, axtarmışıq. Ən yaxşı ehtimal kimi, 1-2
kütləvi məzarlıq tapacaq və sayı da itkin düşənlərin sayı ilə uyğun olmayacaq. Əsasən də
zamanla əlaqələndirib, deyəcəklər ki, onların taleyi ilə bağlı heç nə bilmirik. Ermənilər bizim
zamanında irəli sürdüyümüz 4 min nəfərlə bağlı olan məsələləri qabartmağımızı istəmirlər və
bunu arxa plana atmaq niyyətindədirlər. Özlərinin məsələsi isə yeni məsələdir, onun axtarışını
təşkil etmək istəyirlər”.
İlham İsmayıl sonda əlavə edir ki, sonuncu hücum etməmək haqqında pakt, yəni müqavilə
imzalamaq məsələsində də özlərini sülhə meyilli göstərmək istəyirlər. Azərbaycanın cavablarını
isə əvvəlcədən bildikləri üçün bizi təcavüzkar obrazında qələmə vermək istəyirlər. Bütün məqsəd
isə bundan ibarətdir: beynəlxalq ictimaiyyətə desinlər ki, Azərbaycan bizi ittiham edir, itkin
düşənlərlə bağlı biz bu addımı atırıq, amma Azərbaycan atmır. Məncə, biz buna müsbət cavab
verməliyik ki, gəlin axtarışı birlikdə davam etdirək və bizim 4 min nəfərimizi də tapıb verin. Təklifi
qəbul edirik, amma təklifin səmimiyyətinə inanmırıq.
“Ermənistan xüsusi dövlət orqanlarının kütləvi məzarlıqlarla, eyni zamanda əsir və girovlarla
bağlı verdiyi bəyanatda özlərini humanist tərəf kimi göstərməyə çalışırlar”.
Bu sözləri deputat Arzu Nağıyev saytımıza açıqlamasında bildirib.
Millət vəkili deyir ki, Azərbaycanın əsas tələblərindən biri təxminən 4 minə yaxın azərbaycanlı
əsir və girovların yerlərinin müəyyən edilməsi, onlar haqqında məlumatın verilməsidir. 2020-ci
ilin noyabr sazişində, eyni zamanda sonrakı tələblərdə bəlli olur ki, işğaldan azad olunmuş
ərazilərdə kütləvi məzarlıqların tapılması, müxtəlif insan qalıqlarının aşkar edilməsi və onların
yaxınlarına təhvil verilməsi ermənilərin bəzi məsələlərdə bir çox şeyi gizlətdiyini sübut edir.
Əslində onlar Avropaya özlərini humanist göstərmək üçün bu məsələləri qabadırlar.
“Əslində, Ermənistanın Azərbaycana əsir və girovlarla bağlı çağırışı müsbət addımdır.
Məlumdur ki, çoxsaylı əsir və girovlar haqqında məlumatlar məhz onlarda var və onlar bu
məlumatları təqdim etməlidirlər. Sülh müqaviləsinin imzalanmasından ümumi söhbət getsə
də, ən mühüm şərtlərdən biri məhz əsir girovların verilməsidir. Ən yüksək səviyyədə aparılan
danışıqlarda bu məsələ həmişə Azərbaycan tərəfindən qabardılıb. Hər gün bununla bağlı
məlumatların alınması istiqamətində də addımlar atılır. Ermənilər də mütləq şəkildə bu
prosesə qoşulmalıdırlar”.
Arzu Nağıyev qeyd edir ki, lokal xarakterli anti-terror əməliyyatından sonra həbs edilən
cinayətkarların ifadələrindən bir daha məlum olur ki, kütləvi güllələnmə yerləri, kütləvi
məzarlıqlarda basdırılmalar olub və ermənilər anti-humanist addımlar atıblar. Ona görə də
ermənilər bu hadisələr ilə bağlı bildikləri bütün məlumatı Azərbaycana verməlidirlər.
Əsir, girov və itkin düşmüş şəxslərlə bağlı məsələ hər zaman Azərbaycan üçün prioritet məsələ
olub. Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Ermənistanın bu məsələ ilə bağlı hər cür
əməkdaşlıq təklifindən yayınması, qeyri-konstruktiv mövqe tutması hansısa nəticənin əldə
edilməsinə imkan verməyib. Sonuncu təklifdə nə qədər səmimi və ciddi olduqlarını isə zaman
göstərəcək…
Mədinə Useynova
pressklub.az

Dünyapress TV

Xəbər lenti