Ardını oxu...
Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülür.

Şuşa şəhərinə köçürülən 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalı rayonunun Ballıca kəndinə - 20 ailə (102 nəfər) əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşan şəxslərdir.
Ardını oxu...
Ekspert: “Əliyev, deyəsən, hamının payını verib”
Baş nazir Nikol Paşinyan bir neçə gün öncə Facebook səhifəsində paylaşım edərək Ermənistanın Azərbaycana təqdim etdiyi təkliflərə dair bəzi detalları açıqlayıb. Təkliflərin əsas məqamları belədir:

1. Qərbi Azərbaycan anlayışı:
Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Qərbi Azərbaycanın tərkib hissəsidir. Bu siyahıdan kənar Qərbi Azərbaycan anlayışı mövcud deyil və ola da bilməz. Əgər əlavə axtarış aparmaq istəyənlər varsa, Naxçıvanı Qərbi Azərbaycanın bir hissəsi hesab edə bilərlər.

2. Qərbi Ermənistan anlayışı:
Armavir, Talin və Maralik Qərbi Ermənistanın tərkib hissəsidir. Bu siyahıdan kənar Qərbi Ermənistan anlayışı mövcud deyil və ola da bilməz.

3. Şərqi Ermənistan anlayışı:
İcevan, Berd, Çəmbərək, Vardenis, Cermuk, Gorus, Qapan, Nerkin Hand və Nrnadzor Şərqi Ermənistanın tərkib hissəsidir. Bu siyahıdan kənar Şərqi Ermənistan anlayışı mövcud deyil və ola da bilməz.

4. Qaçqınlar məsələsi və Qərbi Azərbaycan ritorikası:
Azərbaycan “Qərbi Azərbaycan” ritorikası altında Ermənistanın qaçqınlar məsələsini müzakirə etməsini tələb edir. Lakin bu ifadə Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaq və ərazi iddiaları irəli sürmək məqsədilə istifadə olunur. Bu məsələni müzakirə etmək üçün Azərbaycan “Qərbi Azərbaycan” ritorikasından imtina etməlidir.

5. Ermənistanın müdafiə hüququ:
Ermənistanın müdafiə qabiliyyətinə malik orduya sahib olmaq hüququnu şübhə altına alan Azərbaycan, Ermənistana cəzasız təcavüz etmək üçün zəmin yaradır.

Ermənistanın təqdim etdiyi sülh təklifləri:

Ermənistan regionda uzunmüddətli sabitlik və sülh üçün konkret təkliflər irəli sürüb:

Yəni, Nikol Paşinyanın artıq hətta Bakının təklifinə razılaşdığını və Minsk Qrupunun buraxılmasına razılıq verdiyini vurğulayır.

Azərbaycan tərəfi bu təklifləri necə qiymətləndirə bilər? Təkliflər məzmun baxımından konstruktiv görünsə də, Bakıya bu maddələrin hamısını qəbul etməyə nə mane olur? Səbəblər nədir?

Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti Vadim Dubnov (Praqa) məsələ bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Bakı əlindəki kartlarda elə bir fleş-royal (pokerdə ən yaxşı kombinasiya – red.) yığıb ki, onun istifadəsiz qalmasına imkan verə bilməz”, - o deyir, - “Bu, məntiqlidir, çünki belə kozır dəsti həqiqətən istifadə olunmalıdır. İndi ortaya Tramp Panama və Qrenlandiya problemləri ilə çıxıb, ortada Azərbaycan təyyarəsinin qəzaya uğraması var. Bu qəzadan sonra Əliyev Putinlə elə tonda danışır ki, o, Ermənistan, yaxud başqası ilə fərqli tonda danışsaydı, qəribə olardı. O, İran haqqında da gözlənilmədən sərt tonlarda danışıb. Və ümumiyyətlə, deyəsən, hamının payını verib”.

O hesab edir ki, bu, təkcə Ermənistanla sərt tonda danışıq deyil, geniş arealda özünütəsdiq aktıdır.

“Ancaq Ermənistanla bağlı bu, həqiqətən də çox vacibdir. Çünki özündə müəyyən risklər daşıyır, çünki indi (və burada Paşinyanla razılaşmamaq çətindir) mümkün eskalasiya qanuniləşdirilir. Yəni, bu o demək deyil ki, sabah Əliyev Ermənistanda “faşizmi” məhv etməyə başlayacaq. Lakin bu o deməkdir ki, sərhəd və ya təmas xəttinin harasındasa eskalasiya və ya kəskinləşmə ehtimalı artır, çünki delimitasiya hər yerdə həyata keçirilməyib. Və bu mənada, təbii ki, Paşinyan bəzi variantlar tapmalıdır.

Paşinyan isə eskalasiyadan kifayət qədər qaçır, çünki bu, onun taktikasıdır. Ona təkcə Azərbaycanla deyil, həm də öz müxalifəti ilə mübarizə aparmaq lazım gəlir. O, kifayət qədər dar dəhlizdə manevr etməli olur. Onun bunu öhdəsindən ustalıqla gəldiyini söyləmək mümkün deyil, çünki ölkə daxilində hücuma məruz qalır. Üstəlik, Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışının dərc olunması ilə bağlı çox qəribə hadisə Qərbi Azərbaycan məsələsində yeni vəziyyət yarada bilər”, - ekspert etiraf edib.

O qeyd edir ki, Əliyev də bəyanatında buna cəhdi edib. “Düşünürəm ki, harada və nədə güzəştə getmək mümkün olsa, Paşinyan bunu edəcək. Bu, siyasi baxımdan onun üçün cəzasız qala biləcək güzəştlərdir. Məsələn, ATƏT-in Minsk qrupunun buraxılması. Əslində, daha heç kim Minsk Qrupundan möhkəm yapışmır. Bu, çoxdan keçmiş və bir də geri dönməyəcək zamanların simvoludur. Və tamamilə mümkündür ki, burada tərəflər hansısa kompromis əldə edə bilərlər.

Artıq sərhədin delimitasiyası olan ərazilərdən avropalı müşahidəçilərin çıxarılması da kifayət qədər məntiqlidir. Məncə, burada da ümumi dil tapmaq mümkündür.

Qalan hər şey isə əslində, Paşinyanın bütün əvvəlki mövqelərini təkrarlayır. Ümumiyyətlə, hesab edirəm ki, bunlar sülh müqaviləsinin erməni variantında var.

Ümumilikdə götürəndə, bütün bunlar “sülh müharibədən yaxşıdır” modelinə uyğun gəlir. Bu da yəqin, çoxdan razılaşdırılıb və mübahisələrə səbəb olmur. Yəni, bu məqamlar çox aktual və çox da sensasiyalı deyil.

Amma Bakının İrəvanı yenidən özünü müdafiə etməyə məcbur etməsinə və Paşinyanı yenidən gərgin, daxili siyasi münasibətlərdə parçalanma vəziyyətinə salmasına gəlincə, bu, doğrudur və burada Paşinyan ilin əvvəlindən çox böyük çətinliklərlə üzləşəcək”, - deyə Dubnov vurğulayıb.

Rauf Orucov
 
Ardını oxu...
  

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.\\“Report” 


Ardını oxu...
 

Hikmət Babaoğlu: “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir”

Təzə il girər-girməz Ermənistan rəhbərliyi sülh hoqqabazlığına davam qərarı verib. Xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamaları bunun növbəti bariz təsdiqi sayıla bilər. 

Ermənistan XİN başçısı 2025-ci ildə keçirdiyi ilk mətbuat konfransında həyasızcasına iddia edib ki, “Azərbaycan tərəfinin qərbi azərbaycanlılarla bağlı bəyanatları Azərbaycanın Ermənistana ərazi iddialarının sübutudur”. Erməni nazir həmçinin belə bir məsələnin danışıqların gündəmində olmadığını da söyləyib.

İndi gəl bunların qonşu Azərbaycan və Türkiyə ilə barışıq bəyanatlarının səmimiliyinə inan. 

Qeyd edək ki, yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ barədə də ətraflı danışıb. Bir daha vurğulayıb ki, azərbaycanlılarınqayıdış məsələsinin Ermənistanın ərazi bütövlüyü və suverenliyi məsələsinə aidiyyəti yoxdur. Rəsmi İrəvan sadəcə soydaşlarımızın öz dədə-baba torpaqlarında normal və təhlükəsiz yaşaması və fəaliyyətinə şərait yaratmalı, dövlət səviyyəsində zəmanət verməlidir - nəyi ki, beynəlxalq hüquq, təməl insan haqları və Ermənistanın qoşulduğu konvensiyalar tələb edir. Bundan artıq və aydın nə deyilməlidir? Bütün bunların üstündən Mirzoyanın yuxarıdakı açıqlaması yersiz və qərəzli olmaqla bərabər, açıq-aşkar aranı süni şəkildə qatmaq, Azərbaycandan “xoxan” düzəltmək, sülh sənədini uzatmaq cəhdindən başqa bir şey deyil. 

Sual: necə olur, separatçı ermənilərin Qarabağa qayıdışı Azərbaycana ərazi iddiası sayılmır, heç vaxt separatizmlə məşğul olmamış azərbaycanlıların öz tarixi yurd yerlərinə dönüşü isə ərazi iddiası hesab olunur?

Bu azmış kimi, Mirzoyan üstəlik, görünməmiş sırtıqlıqla bəyan edib ki, “Qarabağdan gedən ermənilərdən fərqli olaraq azərbaycanlılar kifayət qədər sivil şəkildə Ermənistanı tərk ediblər”.Onun iddiasına görə, guya “100-ə yaxın azərbaycanlı həmin vaxt mənzillərini satıb, 160 mindən çoxu isə hətta Ermənistan hökumətindən təzminat alıb”.

Amma burdan-bura o, keçmiş prezident LevonTer-Petrosyanın 1993-cü ildə söylədiyi irqçi və faşist mahiyyətli fikirlərini unudur. Əlbəttə ki, Ermənistanın azərbaycanlılara təzminat ödəməsi haqda sözləri cəfəngiyyatdır. Qarabağdan gedən ermənilər isə dünyanın gözü qarşısında, öz xoşlarına bölgəni tərk ediblər.

Ardını oxu...

 Hikmət Babaoğlu

Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir. Qərbi Azərbaycana qayıdış konsepsiyası beynəlxalq hüquqla əsaslandırılmış bir konsepsiyadır. Birgə yaşayışı, sülhü, ədaləti və hüququ təmin etməyi nəzərdə tutur. Əgər burada fərqli bir məqsəd olsaydı beynəlxalq hüquq baxımından, qonşu ölkənin ərazisinə iddia olsaydı Azərbaycan Prezidentinin 5-6 dekabr 2024-cü ildə Qərbi Azərbaycana qayıdışıla bağlı təşkil olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktub yanvarın 9-da BMT-nin rəsmi sənədi kimi yayılmazdı: “Yəni bu bir daha onu göstərir ki, Ermənistana heç bir ərazi iddiası yoxdur. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibə verərkən bir daha çox açıq şəkildə danışdı və dedi ki, Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib ki, onlarla görüşsün. Baxın, İcmanın hər hansı bir siyasi məqsədi olsaydı, İcma başqa cür davranardı. Əgər Ermənistanın baş naziri ilə dialoq, görüş tələb olunursa, deməli, baş nazirin baş nazir statusunda qəbul edilməsidir, sadəcə 1987-1991-ci illərdə Ermənistandan etnik təmizləmə siyasətinə məruz qalmış Azərbaycanlıların hüquqi problemlərinin, əmlak problemlərinin, təhlükəsizlik problemlərinin təmin olunması məsələsi müzakirə olunacaq. Yəni burada heç bir separatçılıq, heç bir ərazi iddiası yoxdur. Sadəcə qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı ilə bağlı Ermənistanda bir fobiya var, ona görə də baş nazirlərindəın tutmuş digər bütün siyasətçilərə qədər bu mövzunu istismar edirlər və Azərbaycanın ərazi iddiası kimi təqdim etməyə çalışırlar. Məsələ bu qədər sadədir və Paşinyan mütləq buna reaksiya verməlidir. Əgər Paşinyan Ermənistan və Azərbaycanla uzun müddətli etibarlı sülhdən, demokrat siyasətçi olduğundan danışırısa qoy bütün dünyaya sübut eləsin ki, doğrudan da ondan əvəlki Ermənistan siyasətçilərindən daha demokratdır. Demokratiyanın əsas fəlsəfəsi isə birgə yaşayışdır, haqdır, hüquqdur, azadlıqlardır, fərqliliklərdir. Qərbi azərbaycanlılar da öz torpaqlarına qayıdarkən bu fərqlilikləri daşıyacaqlar. Daha doğrusu tarixən yaratdıqları bu fərqliliyə yenidən sahib çıxacaqlar”. 

Hikmət Babaoğlunun sözlərinə görə, sadəcə bir şeyi unutmaq lazım deyil ki, “Ararat respublikası” yarananda da Ermənistan Sovet Sosialist Respublikası yarananda da qərbi azərbaycanlılar hər iki mərhələdə bu ölkənin qurucu ünsürü olublar. Dövlətçilik əmələ gəlməsi prosesində, onun formalaşmasında iştirak ediblər, əmək imkanlarından o dövlətə vergi veriblər, dövlətin mədəni, ictimai, siyasi, mətbu, mənəvi həyatında itirak ediblər. Bunu danmaq olmaz: “Elə ən son etiraf da Ararat Mirzoyanın etirafıdır. Mirzoyan deyir ki, 1987-1991-ci illərdə 160 mindən çox azərbaycanlıya kompensiyasiya verilib,  12 min azərbaycanlı isə Azərbaycanda yaşayan ermənilərlə evlərini mübadilə ediblər. Mirzoyan təhrif olunmuş formada olsa belə, azərbaycanlıların Ermənistandan çıxarıldığını etiraf etmiş olur. Deməli, onların geri qayıdışı da beynəlxalq hüququn və Ermənistanın bir gerçəkliyinə çevrilməlidir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 
Ardını oxu...
“Laçın rayonunun Zabux və Cağazur istiqamətindəki mövqelərimizi atəşə tutulması Ermənistanın növbəti təxribatıdır”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada iki məsələ ola bilər.

“Birinci məsələ Paşinyan ordusuna nəzarət edə bilmir və onunla müxalifətdə olan qüvvələrin istəyilə şərti sərhədimizdə atəşkəs pozulur. Digər bir məsələ, Qərbin verdiyi silahlardan ruhlanan Paşinyan hakimiyyəti sülh müqaviləsi məsələsini gündəlikdən çıxarmağa çalışır”-deyə deputat qeyd edib ki, bu səbəbdən də atəşkəsi pozmaqla vəziyyəti gərginləşdirir və sülhlə bağlı əldə olunmuş razılaşmaları heçə endirməyə çalışır.

Azər Badamov əlavə edib ki, Azərbaycan ordusu erməni təxribatlarına hələ ki, səbrlə yanaşır.

“Səbrimizin də bir həddi var. Əgər Ermənistan şərti sərhədimizdə atəşkəsin pozulması hallarını intensivləşdirərəsə, təbii ki, qabaqlayıcı tədbirlərin görülməsinə məcbur olacağıq. Ermənistan ona dəstək verənlərdən aldığı iki-üç silahla özünü güclü hesab edərək belə təxribatlara əl atırsa, böyük səhv edir. Çünki, Azərbaycan ordusu ilə Ermənistan ordusu üz-üzə gələ biləcək səviyyəyə heç vaxt çatmayacaq. Ən azından dövlətimiz ona imkan verməyəcək. Bu baxımdan Paşinyan atəşkəsi pozmaq əvəzinə sülh müqaviləsi ilə bağlı tələblərimizi icra etməyinə tələsməlidir”-deyə deputat vurğulayıb.

 

Ardını oxu...
  

TV Müsavat-ın efirində Emil Salamoğlunun təqdimatında yayımlanan “Canlı debat” verilişinin bu dəfəki qonağı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev olub.

Musavat.com xəbər verir ki, Elşad Musayev proqramda Ermənistanın bölgədə törətdiyi təxribatlar və onların yaratdığı təhlükələr haqqında ətraflı danışıb.

Mövzu ilə bağlı daha çox məlumat üçün videonu təqdim edirik.

 
 
 
Ardını oxu...
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Xankəndidə "Qış nağılı" yarmarkası fəaliyyətə başlayıb. Yarmarka 27 dekabrdan 5 yanvar tarixinə qədər davam edəcək. Yerli şirkətlərin bir çoxunun təmsil olunduğu bu yarmarkanın sponsorlarından biri də Veysəloğlu Şirkətlər Qrupudur. Yarmarkada eyni zamanda şirkətimizə aid olan “OBA” və “ARAZ” marketlər şəbəkələri də öz məhsulları ilə iştirak edir. Qeyd edək ki, bu yarmarka Azərbaycanın suverenliyinin tam təmin olunmasından sonra Xankəndidə keçirilən ilk belə tədbirdir.
 

 

Ardını oxu...
  

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.

Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb. (Report)

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin eks-prezidentlərini debata çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında yazıb.

“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bu gün mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm və düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Keçmiş prezidentlərlə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim nəşrimə etiraz edən prezidentlərin reaksiyasını səbirsizliklə gözləyirəm”, - o bildirib.

Qeyd edək ki, Paşinyanın sosial şəbəkələrdə Qarabağ problemi ilə bağlı etirafi Ermıənistanın sabiq prezidentlərin arasında narazılıq yaradıb. Paşinyan sözügedən paylaşımda yazıb: “1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi davam edir. Danışıqlar prosesinin başqa məzmunu yox idi. Ermənistan Respublikasında başqa məzmunlu diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün tətbiq edilib”.
 
 
 

Ardını oxu...


Dekabrın 22-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Ümumilikdə 90 mindən çox şagirdin iştirak etdiyi fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə ölkənin müxtəlif bölgələrində 190 mərkəzdə keçirilib.

İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak ediblər. Belə ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Xocalı şəhəri 1 nömrəli və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 nəfər şagird respublika fənn olimpiadalarına qatılıb.

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabr, X-XI siniflər üçün isə 29 dekabr tarixində keçiriləcək.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.

Respublika fənn olimpiadalarının keçirilməsində məqsəd gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

Ardını oxu...Ardını oxu...Ardını oxu...
P

Dünyapress TV

Xəbər lenti