![]() |
![]() ![]() ![]() |
|
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 33 il ötür.
Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.
Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.
Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.
Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu 1991-ci ildən erməni silahlı dəstələrinin işğalı altında olan Daşaltı kəndini azad edib. Beləliklə, 28 ildən sonra Daşaltı əməliyyatının qisası alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Eyni zamanda, Prezident İlham Əliyev Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.
İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Daşaltı kəndində kütləvi məzarlıqlar aşkarlanıb.
Belə ki:
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 19.12.1960-cı ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abdullayev Nurəli Hacıbaba oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 12.1971-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Qurbanov Nofəl Nəriman oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 07.04.1968-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Rüstəmov Araz Bağı oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 25.02.1951-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Hüseynov Gülverdi Ağahüseyn oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 26.02.1961-ci ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abbasov Məhərrəm Abbas oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 24.07.1966-cı ildə Xaçmaz rayonunun Kiçik Buraxum kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Niftəliyev Adil Kamal oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 22.09.1969-cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Mikayılov Baba Balakişi oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 25.05.1967-ci ildə Bakı şəhərində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Məmmədov Elmar İnqilab oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 17.11.1963-cü ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Qasımov Veysəl Qasım oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 20.12.1956-cı ildə Bakı şəhəri, Səbail rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Əhmədov Riad Fikrət oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib.\\apa
Qurum rəsmisi deyir ki, bu günə kimi 2500-dən çox şəxs işlə təmin olunub və...
“İndiyədək həyata keçirilən sosial islahatlar dörd milyondan çox vətəndaşımızı əhatə edib və dövlət büdcəsindən əlavə olaraq bu məqsədlə hər il yeddi milyard manat vəsait xərclənib. Builki sosial islahatları da əlavə etsək, artıq cari ildən başlayaraq sosial məqsədlərə ildə 8,5 milyard manat vəsait xərclənəcək. Bunu açıqlamasında (Azərtac) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O əlavə edib ki, Prezidentin elan etdiyi beşinci sosial islahatlar paketi çərçivəsində minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata, minimum pensiya 40 manat artırılaraq 320 manata çatdırılıb: "Beləliklə, 2025-ci il üçün dövlət büdcəsində sosialyönümlü xərclər 17 milyard manatı keçdi. Bu isə bütövlükdə dövlət büdcəsinin 41 faizi deməkdir. Bu kimi tədbirlər - daimi pensiyaların, orta aylıq əməkhaqqının artması, bütövlükdə əməkhaqqı fondunun böyüməsi vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına gətirib çıxarır.
Musa Quliyev
Musa Quliyev dövlətin apardığı sosial siyasətin bir istiqamətinin də aktiv sosial müdafiə tədbirləri olduğunu qeyd edərək deyib: “Yeni iş yerlərinin açılması, vətəndaşlarımızın məşğulluq imkanlarının genişləndirilməsi, xüsusən gənclərin və ilk peşə fəaliyyətinə başlayan şəxslərin peşə hazırlığının aparılması, onların daha çox tələb olunan və daha çox əməkhaqqı verilən ixtisaslara yönləndirilməsi istiqamətində də kifayət qədər işlər görülür. Məsələn, bu məqsədlə 2025-ci ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti ötən ilə nisbətən 9,5 faiz artırılıb. Pensiya təminatının, vətəndaşlarımızın ehtiyacı olan müavinət və təqaüdlərin təmin olunmasının yüksək səviyyədə həyata keçirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri də bu il ötən ilə nisbətdə 1,5 faiz artırılaraq 7,7 milyard manata çatıb. Beləliklə, 2025-ci ilin dövlət büdcəsi xərcləri 41 milyard manata və bütövlükdə icmal büdcənin xərcləri isə 48 milyard manata çatıb ki, bu da müstəqilliyimizin son illərinin ən yüksək büdcəsidir”.
Bəs işğaldan azad olunan ərazilərdə məskunlaşma, əhalinin işlə təmin olunma prosesi necə gedir? Bu vaxta qədər nə qədər insan işlə təmin olunub? Əsasən hansı sahələr bu bölgə üçün prioritetdir?
Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir. 2024-cü ilin oktyabr ayına olan məlumata görə, bu ərazilərdə ümumilikdə 8517 nəfər (2228 ailə) daimi məskunlaşıb. Əhalinin məskunlaşdığı əsas bölgələr bunlardır: Füzuli şəhəri: 822 ailə (3132 nəfər), Laçın şəhəri: 570 ailə (2090 nəfər), Zabux kəndi: 217 ailə (823 nəfər), Sus kəndi: 59 ailə (215 nəfər), Zəngilan rayonu, Ağalı kəndi: 175 ailə (871 nəfər), Şuşa şəhəri: 204 ailə (763 nəfər), Talış kəndi: 20 ailə (90 nəfər).
Qeyd edək ki, məskunlaşma prosesi davam edir və əhalinin qayıdışı üçün infrastrukturun yaradılması istiqamətində işlər sürətlə aparılır. Gələcəkdə daha çox vətəndaşın doğma yurdlarına qayıdışı planlaşdırılır.
Əsmər Nəcməddin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddin qızı mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, hazırda “Böyük Qayıdış” proqramının icrası uğurla davam edir: “Artıq işğaldan azad olunan ərazilərin sakinləri öz doğma yurdlarına köçürülür. Sakinlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı təmin edildikcə diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri də həmin ərazilərdə məşğulluğun təmin olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən artıq həmin ərazilərdə əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılır. Görülən işlərin nəticəsi olaraq artıq 4 minə yaxın şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 2500-dən çox şəxs işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır. Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır. Artıq 130-a yaxın şəxs işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Doğma yurdlarına qayıdan vətəndaşlardan 200-ə yaxın sakin üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar da yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Ötən il həmin ərazilərdə daha 6, yanvar ayında isə 2 yarmarka keçirilib”.
Qurum rəsmisi “İşğaldan azad olunan ərazilərdə işəgötürülənlər daha çox hansı sahələrə yönləndirilir, hansı sahəyə tələbat daha çoxdur”, sualına da cavab verib: “Təbii ki, burada işə götürülənin təqdim etdiyi vakansiyadan asılıdır. Amma nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərdə daha çox tikinti-quruculuq işləri, xidmət sahələri üzrə əməkdaşlara ehtiyac ola bilir. Daha çox yönləndirmə bu istiqamətlər üzrədir”.
Yazını hazırladı: Afaq MİRAYİQ
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlar əsassında, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə ümumi uzunluğu 3 382,6 km təşkil edən 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri aparır.
“APA-Economics” xəbər verir ki, qeyd olunan yolların 1076,1 km-i Respublika əhəmiyyətli, 2306,5 km isə yerli əhəmiyyətlidir.
Məlumata görə, indiyədək sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb:
1. Tərtər-Suqovuşan-Talış avtomobil yolu – 28,5 km;
2. “Zəfər Yolu” – 101 km;
3. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu – 22 km;
4. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu – 22 km;
5. Bərdə-Ağdam avtomobil yolu – 44,5 km;
6. Füzuli-Hadrut avtomobil yolu – 12,3 km;
7. Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi – 61,4 km.
Tikintisi davam edən layihələrin 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub:
1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu – 81,7 km, 4 hərəkət zolaqlı;
2. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu – 39,7 km, 4 hərəkət zolaqlı;
3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu – 70,4 km, 4 hərəkət zolaqlı;
4. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu – 81,8 km, 2-4 hərəkət zolaqlı;
5. Kəlbəcər-Laçın avtomobil yolu – 75,6 km, 2-4 hərəkət zolaqlı;
6. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu – 123,6 km, 4-6 hərəkət zolaqlı;
7. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (112 km) – İranla dövlət sərhədi avtomobil yolunun (7,7 km) və Araz çayı üzərində avtomobil körpülərinin tikintisi;
8. Ağdam-Füzuli avtomobil yolu – 65,7km, 4 hərəkət zolaqlı;
9. R-33, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu – 44,8 km, 2 hərəkət zolaqlı;
10. Qubadlı-Eyvazlı avtomobil yolu – 28,5 km, 2 hərəkət zolaqlı;
11. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu – 22,3 km, 2 hərəkət zolaqlı;
12. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolu – 25.2 km;
13. Hadrut-Tuğ-Azıx avtomobil yolu – 19 km, 2 hərəkət zolaqlı;
14. Kəlbəcər və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları -1274,6 km, 2 hərəkət zolaqlı;
15. Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları – 297 km;
16. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri.
Dövlət Proqramına uyğun olaraq, Agentlik tərəfindən 8 şəhərin – Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçın daxili yollarının tikintisi işləri də icra olunur:
1. Şuşa şəhərinin daxili yollarının tikintisi (52 km, I mərhələ 15,8 km);
2. Ağdam şəhərinin daxili yollarının tikintisi (189,7 km, I mərhələ 58,7 km);
3. Qubadlı şəhərinin daxili yollarının tikintisi (74 km, I mərhələ 24 km);
4. Zəngilan şəhərinin daxili yollarının tikintisi (32 km, I mərhələ 15,8 km):
5. Kəlbəcər şəhərinin daxili yollarının tikinti (26,5 km, I mərhələ 18,9 km);
6. Cəbrayıl şəhərinin daxili yollarının tikintisi (44,5 km, I mərhələ-24 km);
7. Füzuli şəhərinin daxili yollarının tikintisi ( 84,7 km, I mərhələ 18,5 km);
8. Laçın şəhərinin daxili yollarının tikintisi və bərpası – ( 80 km, I mərhələ 55.8 km)
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 8 kəndə gedən avtomobil yollarının və 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır:
1. Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolu (2,8 km, 2 hərəkət zolaqlı);
2. Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolu (3 km, 2 hərəkət zolaqlı);
3. Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolu(0,3 km, 2 hərəkət zolaqlı);
4. Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolu (0,2 km, 2 hərəkət zolaqlı);
5. Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolu (0,5 km, 2 hərəkət zolaqlı);
6. Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolu (1 km, 2 hərəkət zolaqlı);
7. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü km-dən ayrılan Umudlu kəndinə gedən avtomobil yolu (10,2 km, 2 hərəkət zolaqlı);
8. M-6(197 km)-Şəfəq stansiyası avtomobil yolu (11,5 km, 2 hərəkət zolaqlı, qırmadaş örtüklü, layihələndirmə işləri həyata keçirilir)
9. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu – 77,6 km;
10. Xankəndi-Şuşa-Laçın avtomobil yolu – 32,6 km;
11. Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam avtomobil yolu – 33,8 km;
12. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu (24 km hissəsi I texniki dərəcəli) – 34 km;
13. Bərdə-Ağdam (40km)-Əsgəran avtomobil yolu – 20,6 km;
14. Tərtər-Ağdərə avtomobil yolu – 24.2 km.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində tikilən tunellərin ümumi uzunluğu 70,8 km (45 tunel), körpülərin ümumi uzunluğu- 9581,6 m (447 körpü), viadukların ümumi uzunluğu 3871 m (16 viaduk) təşkil edir.
İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.