![]() |
![]() ![]() ![]() |
|
İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundu mayın 23-də Romada keçiriləcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə dialoqda vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.
Xarici siyasət idarəsinin rəhbəri X-də yazıb: “İran və ABŞ arasında danışıqların beşinci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq”.
Qeyd edək ki, mayın 11-də keçirilən dördüncü görüşdən sonra ABŞ tərəfi İranın uranı zənginləşdirmək proqramından bütünlüklə əl çəkməli olduğunu bəyan edib. İranın ali dini lideri isə bunun mümkün olmadığını açıqlayıb.
Musavat.com