b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_be20adb191c483b28dc93d91c69e14da.jpeg
 

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşündə Cənubi Afrikada ağdərili torpaq sahiblərinə qarşı repressiyaların olduğunu deyərək, bir neçə foto nümayiş etdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, jurnalistin ABŞ-ın niyə Cənubi Afrikadan gələn mühacirləri qəbul etdiyi, lakin Venesuela, Əfqanıstan və Haitidən olan immiqrantları qəbul etməkdən imtina etməsi ilə bağlı sualını cavablandırarkən CAR-da ağdərililərə qarşı diskriminasiyanın olduğunu deyib: "Onlar (Cənubi Afrikadan olan ağ miqrantlar – red. deyirlər ki, Afrikada çoxlu pis şeylər baş verir. Və biz bu gün bunu müzakirə edəcəyik".

Tramp daha sonra Ramafosa Cənubi Afrikada baş verən “ağ soyqırımı”nın sübutlarını göstərən videolarını nümayiş etdirib. Görüntülərdə Cənubi Afrikanın bəzi müxalifət partiyalarının liderlərinin “ağ fermerləri öldürməyə” çağırışları, eləcə də üzərində ağ xaçlar basdırılmış sahələri yer alıb. Tramp iddia edib ki, həmin sahələr qətlə yetirilən ağdərili torpaq sahiblərinin dəfn olunduqları məzarlardır.

Cənubi Afrika prezidenti şəkillərin çoxunu ilk dəfə gördüyünü və onların harada çəkildiyini öyrənmək istədiyini, bundan sonra mübahisənin davam etdiriləcəyini bildirib. Ramafosa Trampa kadrlarda göstərilənlərin CAR-da “hökumət siyasətinə tamamilə zidd olduğunu” izah etməyə çalışıb: "Siz Cənubi Afrikanın tərəfdaşısınız və narahatlıqlarınızı ifadə etdiniz. Biz bu narahatlıqları müzakirə etməyə hazırıq".

Lakin Tramp Ramafosanın etiraz cəhdlərinə məhəl qoymayaraq, Cənubi Afrika prezidentini ölkədə torpaqların ağ torpaq sahiblərinin əlindən alındığına və bundan sonra onlarla məşğul olduğuna görə qınamağa davam edib.

Tramp həmçinin Cənubi Afrikalı həmkarına medianın bir neçə çap materialını göstərib. Onun sözlərinə görə, onlarda Cənubi Afrikada öldürülən fermerlər haqqında məlumat var. Ramafosa isə Cənubi Afrikanın cinayət probleminin olduğunu, lakin həm ağ, həm də qaradərili vətəndaşların hədəf alındığını deyib.

Amerika prezidenti vurğulayıb ki, o, iki ölkə arasında münasibətlərin yaxşılaşmasını və qaldırdığı problemlərin həllini görmək istəyir.

Qeyd edək ki, torpaq mülkiyyəti məsələsi Cənubi Afrikada aktual problemdir. Hazırda kənd təsərrüfatı torpaqlarının əhəmiyyətli bir hissəsi ağdərili insanlara məxsusdur.

2025-ci ilin əvvəlində Ramafosa aparteid dövründə yaranan iqtisadi və irqi bərabərsizlikləri aradan qaldırmağa yönəlmiş qanunu imzalayıb. Qanuna əsasən hakimiyyət orqanları ictimai maraqlar naminə özgəninkiləşdirməyə qərar verdikləri əmlak üçün “sıfır kompensasiya” təklif edə bilərlər. Ölkənin hakimiyyət orqanları bəyan ediblər ki, qanun layihəsində onlara torpaqları özbaşına zəbt etmək hüququ verilmir və mülkiyyətçi ilə razılaşma tələb olunur.

Bunun ardınca Tramp bu qanunun ölkədə qüvvədə olduğu müddətdə Cənubi Afrikaya maliyyə yardımını dayandıracağını açıqlayıb: "Cənubi Afrika torpaqları müsadirə edir və müəyyən kateqoriyalı vətəndaşlarla çox pis rəftar edir. Birləşmiş Ştatlar buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Mən də bu vəziyyətlə bağlı təhqiqat başa çatana qədər Cənubi Afrikaya yönələn bütün maliyyələşdirməni dayandırıram".

Musavat.com

Bölmənin digər xəbərləri

22 May 2025 Azərbaycan Prezidenti Macarıstanda sülh naminə çalışan lider kimi təqdir olunur
22 May 2025 Avropa Komissiyası Macarıstan və Slovakiyanın veto imkanını əlindən belə alacaq – Plan
22 May 2025 Tramp Ukraynanı faktiki olaraq "yarı yolda qoydu" - Financial Times
21 May 2025 Prezident Budapeştdə tədbirdə iştirak etdi - FOTOLAR
21 May 2025 “Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar” - Prezident
21 May 2025 Prezidentdən Avropada erməni ordusu ilə bağlı SƏRT MESAJ: dövlət başçısı nələri vurğuladı?
20 May 2025 İlham Əliyev Macarıstana GETDİ
20 May 2025 Azərbaycan generalı Britaniya Kralına nə hədiyyə etdi - tarixi FOTOLAR
20 May 2025 Tramp İrəvanı pərt etdi - ABŞ Ermənistanı unudub
20 May 2025 Putinin İstanbula getməməsinin şok səbəbi - iddia
20 May 2025 İrandan İrəvana “solaxay” zərbə - Azad Qarabağda...
19 May 2025 Rumıniyada keçirilən prezident seçkilərində Nikuşor Dan qalib gəldi
19 May 2025 Zelenski və Vens mübahisədən sonra ilk dəfə görüşdü - Foto
18 May 2025 Azərbaycanın yüksəlişi: Avropa ancaq Əliyevlə hesablaşır, Paşinyan kölgədə - TİRANA GÜNDƏLİYİ
18 May 2025 Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
18 May 2025 Mehmet Metiner'den AKP'yi Karıştıran Açıklamalar
18 May 2025 ABŞ bununla danışıqları çətinləşdirir - Arakçı
18 May 2025 Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb
17 May 2025 Əliyevlə Paşinyan bir arada - Avropadakı görüşün davamı harada olacaq?
17 May 2025 İlham Əliyev Tiranada Rusiyaya qarşı iqtisadi müharibənin strategiya və taktikası müzakirə olunan sammitdə iştirak edir

Dünyapress TV

Xəbər lenti