![]() |
![]() ![]() ![]() |
|
Prostat xərçənginin aqressiv forması diaqnozu qoyulan ABŞ-ın keçmiş prezidenti Co Baydenin yaşamaq üçün bəlkə də cəmi 12–18 ayı qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin sabiq həkimi və respublikaçı konqresmen Ronni Cekson "Washington Free Beacon" qəzetinə müsahibəsində deyib.
"Bu məlumat yayılandan bəri bir çox uroloqla danışmışam və hamısı eyni nəticəyə gəlib. Ümid edirəm ki, daha çox vaxt olacaq. Amma bu, artıq irəliləmiş bir xəstəlikdir", – deyə o bildirib.
Ağ Evin keçmiş həkimi Baydenin gözlənildiyindən daha uzun yaşayacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, 82 yaşlı Co Baydenə sümük toxumasına metastaz verən prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub.
Musavat.com