Xocalı soyqırımından 33 il ötür - UNUTMADIQ
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 33 il ötür.

Fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Hücum zamanı öldürülən və yaralananların sayı

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.

Mülki əhaliyə qarşı edilən vəhşiliklər

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Xocalı soyqırımı dünya ictimaiyyətində

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
 

Bölmənin digər xəbərləri

26 Fevral 2025 Ərdoğan Xocalı qurbanlarını yad etdi
23 Fevral 2025 Erməni generaldan Xocalı ETİRAFI - GÖRÜN NƏLƏR DEDİ
21 Fevral 2025 Daha 33 ailə doğma Cəbrayıla qayıdır
19 Fevral 2025 Keçmiş deputatla bağlı araşdırma başlaya bilər: Köçkünlər üçün keyfiyyətsiz bina?
19 Fevral 2025 Cəbrayıla növbəti köç karvanı yola salındı
18 Fevral 2025 Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı... - “Ya müharibə, ya da…”
18 Fevral 2025 Vardanyanın separatçılara verdiyi silahların – Siyahısı
17 Fevral 2025 Qaradağlı faciəsindən 33 il keçir
13 Fevral 2025 Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb
12 Fevral 2025 Simonyan Şahramanyana səsləndi: "Mühafizəçilərinlə Qarabağdan necə qaça bildin..."
10 Fevral 2025 Köçəryan Ağdamın işğalını detalları ilə etiraf etdi: "Mənə zəng gəldi, dedim ki..."
10 Fevral 2025 Bu gün hərbi cani Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək
09 Fevral 2025 Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
08 Fevral 2025 Füzulinin işğalı nəticəsində 3,4 milyard manatdan artıq maddi ziyan vurulub
06 Fevral 2025 Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?
05 Fevral 2025 Xocalıda ilk körpə səsi eşidildi - azad Qarabağa köç davam edir
31 Yanvar 2025 Allahverdi Bağırovun qızı: "Ağdamda atamın büstü qoyulacaq"
27 Yanvar 2025  Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
26 Yanvar 2025 Daşaltı əməliyyatından 33 il ötür
25 Yanvar 2025 İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...

Dünyapress TV

Xəbər lenti