Kahramanmaraşda zəlzələdə dağılan binanın dağıntıları arasında qalan Xədicə Akan (39) qrupların işi nəticəsində 180 saat sonra xilas edilib. Pazarcık və Elbistanda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra qruplar axtarış-xilasetmə işlərini davam etdirir. Araşdırmalar zamanı Onikişubat mahalında, Hayrullah Mahallesi Altınköşk Mənzilində yaşayan Hatice Akanın dağıntılar altında qaldığı müəyyən edilib. Bunun üzərinə qruplar Akanı xilas etmək üçün iş başlatdı. Çoxlu qrupların iştirakı ilə aparılan işlərdə Akan 180-ci saatda dağıntılar altından xilas edilib. Sağlamlıq qrupları tərəfindən təcili yardıma mindirilən Hatice Akan Kahramanmaraş Dövlət Xəstəxanasına aparılıb. CNN Türk
Adıyamanda baş verən zəlzələnin 178-ci saatında daha bir möcüzə baş verib və 6 yaşlı Hivay sağ-salamat xilas edilib. Səhiyyə naziri Fahrettin Koca Hivayın təcili yardım maşınındakı görüntülərini paylaşarkən kiçik qız məmurlardan çiyələkli süd və poğaca istədi. Gülümsədən DİALOQ Təcili yardım maşınında tibb işçiləri ilə danışan Hivay "çiyələk südü və poğaça istəyirəm" deyib. Balaca qızcığazın böyüdükdən sonra həkim olmaq istədiyi, məmurların isə Xivaya onun arzularını dərhal yerinə yetirəcəyini söylədikləri öyrənilib. haberler.com
Bu barədə Argentina miqrasiya idarəsi məlumat verib. Rəsmilərin dediyinə görəson zamanlar Rusiyada xeyli sayda hamilə rus qadın hamiləliyinin son həftələrində Argentinaya gedirlər. Əsas məqsəd uşaqlarını Argentinada doğmaqdır.
Sonuncu dəfə 3 gün öncə bir reyslə 33 hamilə qadın Argentinaya daxil olub. Onlardan üçünün sənədləri ilə bağlı problem olub.
Rəsmilər Argentina vətəndaşlarının dünyanın 171 ölkəsinə vizasız getmək imkanı olduğunu, rusiyalıların isə 87 ölkəyə vizasız gedə bildiyini söyləyiblər.
Bu hamilə qadınlar Argentinaya turist kimi getdiklərini desələr də, onların ölkədəki sonrakı fəaliyyəti müşahidə edilərkən turist niyyətində olmadıqlarını göstərir. Sonradan turist kimi getmədiklərini rus qadınlar özləri də sorğuda bildiriblər.
Şimali Koreya lideri həyat yoldaşı və qızı ilə birlikdə Pxenyanın hərbi kazarmasında təşkil olunan dəbdəbəli ziyafətə qatılıb. İki hərbi tədbirdə iştirak edən Kim Çen In ilk dəfə kiçik qızını ictimaiyyətə göstərib. 9 yaşında olan Çju En KXDR-da , “ən çox sevilən uşaq” kimi tanınır.
Kəpəz televiziyasının keçmiş jurnalisti Nərgiz Əhmədqızı region televiziyasının fəaliyyətini tənqid edərək televiziyanın kadr seçimlərində ayrıseçkiliyə yol verildiyini bildirib. DİA.AZ bildirir ki, bu barədə şikayətçi anews.az-a müraciət edərək bildirib.
O bildirib ki, televiziya rəhbəri Fuad Cabbarov öz istəyi ilə daha gənc və təhsili olmayan şəxsləri işə qəbul edir.
"Kəpəz televiziyasında uzun müddət işləmişəm. Hazırda isə haqsızlığa məruz qalmışam. Mənimlə bərabər neçə nəfər bu vəziyyətdədir. Oranın direktoru Fuad Cabbarov savadlı kadrları işdən çıxarır. Yerinə isə 18-19 yaşlı təhsilsiz xanımları işə cəlb edir",- şikayətçi vurğulayıb.
Nərgiz Əhmədqızı, şair Əhməd Cavadın kötücəsi, AzTv-nin əməkdaşı, "Tərəqqi" medallı "Qızıl qələm", Həsən bəy Zərdabi laureatı mükfatlarına layiq görülən Əhməd Qədiroğlunun qızıdır. Jurnalistin qardaşı Tural Məmmədov əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı olub. Hazırda isə Prezident Administrasiyasının mətbuat xidmətində çalışır.
Məsələ ilə bağlı şikayət edən Yazıçı-publisist Elnur Baxış (Əmirov) televiziyada baş verənlərdən narazılığını ifadə edib.
"Operatoru gətirib televiziyaya icraçı direktor qoyublar və nəticə göz qabağındadır. Fuad Cabbarov bütün işləri Firuzə adında bir xanıma tapşırıb. Oranın "guya" xalq yaradıcılıq departamentində müdirdir. O, xanımda öz istədiyini edir. Şikayətimizi bildirsək də, heç bir xeyri yoxdur. Firuzə xanım həyat yoldaşını, həyat yoldaşının dostunu və başqa yaxın qohumlarını Kəpəz Tv- də işə düzəldib. Nəticədə isə Kəpəz Televiziyası bu günə düşüb", - yazıçı qeyd edib.
Elnur Baxış deyir ki, televiziyada işçilərin qanunsuz fəaliyyətinə də rast gəlmək olar.
"Tacirə adında bir xanıma efir qadağası qoyulub. Ancaq həmin xanım televiziyada yenidən fəaliyyət göstərir. Bundan başqa bir çox qanunsuz işlər görülür. Niyə bir tədbir görülmür? Mən ora dəfələrlə layihələr vermişəm, məni aldadırlar. Hazırda Kəpəz Tv-də 20-yə yaxın boş iş yeri var. Ştatlar boş olsa da, heç kimi işə götürmürlər. İşdən icazə alıb işə gəlməyənlərin maaşından tutulur. İcazə sənədi ola-ola maaşdan tutmaq harda görülüb?Rəhbərlik tərəfindən yaşı 19-20 arası olan, llakin jurnalistikadan anlayışı olmayanlar işə cəlb olunur.
Adının çəkilməyini istəməyən əvvəllər televiziya əməkdaşları olmuş iki nəfər işçi də anews.az-a açıqlamasında bildiriblər ki, eyni səbəblərə görə onlar da televiziyanı məcburi tərk ediblər.
Məsələ ilə bağlı Kəpəz TV rəhbərliyi ilə əlaqə saxladıq. Televiziyanın rəhbəri Fuad Cabbarov telefonlarımıza cavab vermədi. Direktor müavini olduğu deyilən Natiq Hüseynov adlı şəxs bildirdi ki, orada adi vəzifədə çalışır. Səlahiyyətli şəxsə yönləndirməyini istəsək də, telefonu söndürdü.
"Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncədə 6-cı kanalla yayımlanıb. 2002-ci ildən 46 kanalda yayımı davam edib.
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan ailə video çəkərək hər kəsdən halallıq istəyib. Yeniavaz.com xəbər verir ki, çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda danışan qadın deyib ki, onun üzərində çox insanın haqqı var: “Biz ölsək, telefonu tapsaz, haqqınızı halal edin. Bir çox insanın məndə haqqı var. Mustafagilə 2500 borcum var. Yardım edin, xahiş edirəm, tanıdığım biridir. Telefon əlinizə keçərsə, kimsənin haqqını məndə qoymayın. Yardım pulu var məndə, Əhmədin uşaqlarının, onları ödəyin”. Qeyd edək ki, sözügedən ailə dağıntılar altından xilas edilib.
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriqes, Səudiyyə Ərəbistanının ədəb qanununu pozduğuna görə cərimələnə bilər. Allsport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı – xüsusilə qadınlar üçün çox sərt qaydaları olan müsəlman ölkəsidir.
İspaniyalı model ictimai yerlərdə əba geyinib. Bu, həmin yurda xas olan və müsəlman dinində qadınlarla əlaqəli sadə və boş paltardır. Amma bəzən şəxsi üslubunu saxlamaq istəyi ilə uzun kəsikli və ya ayaqları görünən açıq paltar geyinir. alisport
Bununla bağlı açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.
Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.
S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: “Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, “siz neynirsiz belə?”, o da qayıtdı ki, “siz məni vurdunuz”. Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz”.
Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: “Həmin adama dedim, “məni tanıyırsınız”? Dedi, “hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız”. Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri…”
S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: “2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir”.
Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb. (Qafqazinfo)