Britaniyalı tibb bacısı Lyusi Letbi yeddi yeni doğulmuş körpəni öldürməkdə və daha altı körpəni öldürməyə cəhddə günahkar bilinib.
Belə bir hökmü işə 2022-ci il oktyabrın 10-dan baxılan Mançester Məhkəməsinin münsiflər heyəti elan edib.
Letbinin 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayına qədər Çester Xəstəxanasında işlədiyi müddətdə etdiyi hərəkətlər məhkəmənin diqqət mərkəzində olub. Ümumilikdə, hazırda 33 yaşlı qadına qarşı 22 ittiham irəli sürülüb və münsiflər heyətinə nəticə çıxarmaq üçün 110 saatdan çox müşavirə lazım olub. Qəzetinin məlumatına görə, ittihamların hər biri üzrə nəticələr ötən günlərdə verilib, lakin bütün məlumatlar yalnız cümə günü açıqlanıb, çünki bundan əvvəl onun qismən dərcinə qarşı qadağa var idi.
Nəşr Letbini müasir Britaniya tarixində uşaqların ən pis seriyalı qatili adlandırır. Onunla bağlı yekun qərar avqustun 21-də açıqlanacaq. Günahkar olduğu cinayətlərin məcmusuna əsasən, keçmiş tibb bacısı qalan günlərini dəmir barmaqlıqlar arxasında keçirməlidir.
Eyni zamanda, polis qızın digər qətllərdə də əli ola biləcəyinə inanır və Letbinin 2012-ci ildən 2016-cı ilə qədər işlədiyi iki xəstəxananın - Çester və Liverpulun neonatal şöbələrində 4 minə yaxın uşağın qalması ilə bağlı məlumatları yoxlayır. The Daily Telegraph