Pikenin yeni sevgilisi Klara Çia media tərəfindən özünə qarşı olan təzyiqlərə dözə bilməyib.
Şakiranın da təsiri ilə medianın onunla bağlı paylaşımlarına tab gətirə bilməyən Klara psixoloji sarsıntı keçirib və xəstəxanaya yerləşdirilib.
Çianın Barselonada yerləşən Quironsalud xəstəxanasında müalicə aldığı məlum olub.
23 yaşlı Çia Pike ilə münasibəti üzə çıxdıqdan sonra medianın diqqət mərkəzində olub.
Pike bu yaxınlarda ilk dəfə “Instagram” hesabında Çia ilə şəklini paylaşdıqdan sonra isə sosial mediada bununla bağlı ağır şərhlər verilib. Çia, hətta bir çox insan tərəfindən təhqir olunub.
Bu təzyiqləri həzm edə bilməyən gənc qadın psixoloji sarsıntı keçirib. Mənbə: Haber Global
“Həyat yoldaşım “Hüseyniyyun” terror təşkilatının üzvü olub”. Yenicag.az xəbər verir ki, “İran Today” siyasi internet qəzeti bu açıqlamanı Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil edən Yasin Hüseynzadənin həyat yoldaşına istinadən yayıb.
Həyat yoldaşının sözlərinə görə, Y.Hüseynzadə İnqilab Keşikçilərindəndir və Qasim Süleymaninin başçılığı altında Suriyada Bəşər Əsəd tərəfində döyüşüb: “Süleymaninin azərbaycanlılardan ibarət radikal şiə qrupu olan “Hüseyniyyun”unda üzvüdür və onun öldürməklə bağlı tərəddütü yoxdur. Qarşısı alınmasaydı, səfirlikdə böyük-kiçik hər kəsi öldürərdi”.
Qeyd edək ki, terrorçunun qızı da hadisədən on gün öncə anası ilə danışdığını bildirib. Bu isə bir daha fars mediasının terror hadisəsini məişət problemi kimi qələmə vermək cəhdini çürütməkdədir.
Türkiyənin məşhur etnoloq, yazıçı və kolleksiyaçısı Sabiha Tansuğ 88 yaşında vəfat edib.
İki kitabı, 200-dən çox məqaləsi və bir çox mükafatı olan tanınmış etnoloq Sabiha Tansuğ uşaq vaxtlarından anasının tikdiyi “Eğribaş gəlin başlığı”na məhəbbəti ilə həyatına yön verib.
1963-cü ildə Avropaya səfəri zamanı gördüyü geyim muzeylərindən təsirlənən etnoloq özü də ölkəsinin adət-ənənəsini dünyaya tanıtmaq qərarına gəlib. Bu məqsədlə Anadolunun hər qarışını gəzib, adət-ənənələrini öyrənib və qadın başlıqları toplamağa başlayıb. Onun kolleksiyası zamanla minlərlə baş örtüyünə çatıb. Sonda isə topladıqları ilə İstanbulda sərgi açıb və bu sərgisini dünyanın bir çox ölkələrində nümayiş etdirib.
1968-ci ildə dövrün zərbxana müdirinin təklifi ilə Tansuğ “Ankaralı gəlin” obrazında şəkil çəkdirib. Həmin şəkil 1971-ci ildə 50 qəpiklər üçün zərb edilib. Beləliklə o, dünyada sadə vətəndaşlar arasında pulun üzərinə şəkli basılan ilk qadın olub. Mənbə: CNN
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin qarşısında saxlamağa yer ola-ola taksi “arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “o qapı içəridən açılmır, sol qapıdan düşün” dedi… İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı…” Bunu İctimai Televiziyanın aparıcısı Vüsalə Məmmədova deyib.V.Məmmədova bildirib ki, bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım: “Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “bu işi neyləyək?”. “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir… Mənə də deyir səninlə başqa yerdə danışacam…”
Hurriyyet.Az Türkiyə mətbuatına istinadla bildirir ki, İstanbulun Esenyurt səmtindəki məscidlərin birinin həyətində çəkilən kadrlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Məscidin həyətində öpüşən ikili mühafizəçilərin onlara yaxınlaşmasını gördükdə ərazidən uzaqlaşıblar.
Onların ifadəsi alınıb, Türkiyə vətəndaşları olmadıqları açıqlanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İranın şiələr üçün müqəddəs sayılan dini mərkəzi Qum şəhərinə səfər edib.
Qeyd olunub ki, Anna Akopyan həmin məscidi və Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarət edib.