Mərhum Xalq artistinin qızı işdən niyə çıxarılıb? – Yeni faktlar
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var.

Qaynarinfo-ya işdən çıxarılan FHN-nin tibb işçiləri ilə bağlı maraqlı məlumatlar daxil olub.

Belə ki, 10 tibb işçisinin işdən çıxarılmasının əsas səbəbkarı FHN-nin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyevadır.

Bundan əvvəl məlumat yaymışdıq ki, Tibb Xidməti və Tibb Mərkəzində narazılıqlar höküm sürür. FHN-nin Tibb Mərkəzi Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərir. Buna baxmayaraq, Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva özünü tam müstəqil qurumun rəhbəri kimi aparır. Tibb Xidmətinin rəisi, polkovnik Pərviz Vəliyev və polkovnik Xanım Sofiyeva arasındakı vəzifə savaşının əziyyətini isə tibb işçiləri çəkməli olur.

Sözügedən qurumda verilən tapşırığa uyğun rəislərin işləri kordinasiyalı şəkildə aparılmalı olduğu halda, bunun əksi baş verir. Xeyli sayda tibb işçisi bundan bezərək işdən çıxmağı qərar verirlər.

Məlumat üçün bildirək ki, 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı edilsə də, indi burada infrastruktur iflic vəziyyətədir. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün külli miqdara maliyyə vəsaiti ayrılıb və iş Xanım Sofiyevaya tapşırılıb. Bakının “20 Yanvar” deyilən ərazisində yerləşən Bakı Regional Mərkəzinin binasında iki ilə yaxındır yenidənqurma və təmir-bərpa işləri aparılır, amma işlər bitmək bilmir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1691286867_3.jpg
İnfrastrukturun iflic vəziyyətə olması tibbi işçilərinin iş şəraitinə də təsirsiz ötüşmür. Bundan narazı olan işçilər dərdlərini Pərviz Vəliyevə deyəndə, Xanım Sofiyeva inciyir və yaxud əksi baş verir…

Nəticədə tibb müəssisəsi qeybət ocağına çevirilib. Belə olan halda da son bir ildə 50-yə yaxın tibb işçisi vəzifəsindən getməli olub.

Onu da bildirək ki, hazırda Tibb Xidmətinin rəisi Pərviz Vəliyev başda olmaqla qurumun 86 faiz işçisi məzuniyyətdədir. Bu da mərkəzin işçilərinin narazılığına səbəb olub.

Bu arada FHN mediaya məlumat verərək qeyd edib ki, sözügedən şəxslər müxtəlif vaxtlarda başqa işə keçmələri səbəbindən öz ərizələri əsasında vəzifələrindən azad olunublar.
 

Dünyapress TV

Xəbər lenti