Ardını oxu...
Jan-Klod Van Dammın oğlu Kristofer Van Damla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə sosial mediada yeni paylaşım edib.

O, şəxsi instaqram hesabında Hollivud ulduzu Sindi Kroufordla fotosunu paylaşıb. Suada paylaşıma “Qızlarla Kalabassada bir gün və şirin Sindi Krouford…” sözlərini yazıb.

Qeyd edək ki, Suada Hacızadə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin qızıdır.
Ardını oxu...
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevdə III Birinci Xanımlar və Cənablar Sammitində iştirak edib. Sammit “Psixi sağlamlıq: Gələcəyin dayanıqlılığı və kövrəkliyi” mövzusuna həsr edilib.

Akopyanın Kiyevə səfəri Ermənistanın regional gərginliyi artırdığı zamanda baş tutub.

Çox paradoksaldır, Ermənistan Ukraynaya dəstək verməkdən qaçır.

Ancaq Qərb dairələrindən bununla bağlı Ermənistan hökumətinə sərt xəbərdarlıqlar edilməyib, Ukrayna hökuməti də İrəvana “qulaqburması verməkdən” boyun qaçırıb. Qısası, Ukrayna müharibə səbəbilə, Ermənistanla münasibətləri soyutmayıb, əksinə “demokrat” kimi tanınan Nikol Paşinyanın siyasətinə susqunluq nümayiş etdirilib.

Deyilmir ki, Ukraynanın başı müharibəyə qarışdığı bir zamanda bütün dövlətlərlə əlaqələrini tormozlasın, lakin ən azından strateji-mənəvi məsələləri əhatə edən mövzular var ki, ona həssaslıqla yanaşmaq lazımdır. Azərbaycan isə müharibə başlayandan bu yana Ukraynaya riskləri də gözə alaraq böyük yardımlar göstərib, Ermənistan heç bunların dörddə birini belə etməyib.

Lakin nədənsə Azərbaycana qarşı qısqanclıq, hikkə mövcuddur, bununla belə, Bakı Kiyevə dəstəyini əsirgəmir. Bunun Türkiyə ilə strateji müttəfiqliyin fonunda da əhəmiyyətli tərəfləri də var. Azərbaycan Ukraynadan olan qaçqınları qəbul edir, onlara məktəb tikir, Kiyevə humanitar yardım və pulsuz benzin verir. Bunları da bir kənara qoyduq, deyə bilərsiniz ki, Akopyanın məsələyə nə aidiyyəti?
Öncəliklə, Akopyan sammitdəki çıxışı barədə “Facebook” sosial şəbəkəsində yazdığına diqqət yetirək.

Akopyandan iqtibas: “Mən Laçın dəhlizinin blokadaya alınması nəticəsində 30 min erməni uşağın hüquqlarının pozulması və qeyri-insanı həyat şəraiti ilə bağlı məsələ qaldırdım”. Burada xoruzun quyruğu görünür, bu zamana qədər də Ukraynanın müəyyən səviyyələrdə Ermənistana dəstək mexanizmlərinin tərkib hissəsi olduğunu görmüşük.

Kimsə bunu təkzib etməyə çalışmasın, müxtəlif səviyyələrdə olan bəyanat və hərəkətliliyi “Google” axtarış sisteminə lazım olan sözləri daxil etməklə tapmaq olar.

Azərbaycan sübut etməkdən və fakt ortaya qoymaqdan yoruldu ki, Qarabağda yaşayan ermənilər humanitar böhranla üzləşməyiblər, hətta onlara Ağdam-Xankəndi yolu ilə ərzaq yükü də çatdırmağa çalışır.

Lakin Ermənistan, erməni lobbisi və bunların ideoloji-maliyyə əsirinə çevrilmiş mənən kasad dairələr “humanitar fəlakət” tezisini təkrarlamaqdan yorulmurlar. Onları yora biləcək yeganə məsələ Azərbaycanın hərb gücü ilə istəyinə çatmasıdır, reallıq yaranandan sonra hamı bununla barışacaq, barışmayan isə qan-tər içində elə vurnuxacaq.

Bunu da keçdik, Akopyanın yalanları bir yana, onun ümumiyyətlə uşaq hüquqları barədəki çıxışına Ukraynanın mənəvi platforma qazandırması təəccüb doğurur. Necə yəni, erməni uşaqların hüquqları? Azərbaycan Ermənistanla müharibəni dünyada analoqu olmayan bir fazada - mülki insanlara, uşaqlara toxunmadan aparıb, amma Ermənistan hər vəchlə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini ANA HİTə çevirib.
Birinci Qarabağ müharibəsindəki Ermənistanın insan qanına susamış cinayətlərini görməmək isə böyük mənəvi eyibdir. Bunu görüb kor, eşidib lal olmaq isə ikinci bir mənəvi eybəcərlikdir.
Ardını oxu...
İkinci bir tərəfdən, Ukrayna özü ərazi münaqişəsindən, separatçılıqdan əziyyət çəkir. Akopyanın çıxışı isə erməni separatçılıq motivlərinə söykənir, daha doğrusu birbaşa İrəvanın siyasətinin əyanıdır. Hələ Qarabağ münaqişəsi dövründə elə Akopyan özü də Azərbaycana qarşı keçirilən təlimlərdə poza verərək, əlində avtomat şəkillər çəkdirmişdi. Onun separatçılığı təbliğ edən silahları hər zəmində Azərbaycana qarşı yönəlib.

Ümumiyyətlə, Akopyan Ermənistanın işğalçılıq siyasətinin obrazıdır, bunu bütün platformalarda da nümayiş etdirib.

Bir sözlə, regionda separatçılıq, işğalçılıq Ermənistanın siyasətidir, bunun əlamətləri elə indi də aşkar şəkildə qalmaqdadır.

İndi Ukrayna Akopyanın dediyini “alqışlayırsa”, deməli, o, Ermənistanın separatçılıq oxundakı iştirakına “əl çalır” - haradan baxsan, Kiyevin Akopyanı isti qarşılaması məntiqi ziddiyyətlərlə zəngindir.

Hər bir halda, Azərbaycanın Ukraynadan izahat tələb etmək haqqı var ki, niyə işğalçı Ermənistanın birinci xanımına belə platformada yer veriblər.

Təbii ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə dəstək verməyə davam edəcək, çünki bu, prinsip məsələsidir. Prinsipləri müdafiə isə hamının, elə Ukraynanın da borcudur, yoxsa birinə münasibətdə yaxşı, digərinə münasibətdə pis ayrı-seçkiliyi etmək qəbuledilməzdir.

Aqşin Kərimov

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Tibb Mərkəzinin rəisi vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə nallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Qeyd edək ki, Xanım Sofiyeva ilə bağlı Qaynarinfo-da qalmaqallı silsilə tənqidi yazılar dərc edilib. O, bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisini vəzifədən azad edib. İşdən çıxarılanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var. Bu barədə daha geniş məlumat dərc edəcəyik

Ardını oxu...
Oğlu xəbərdarlıq etdi! Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 yaşlı qadın etdiyi əməldən peşmandır.

37 yaşlı misirli Məhəmmədlə evlənən 84 yaşlı İris Cons adlı britaniyalı qadın etdiyi əməldən peşman olub. İris kiçik ərinin ondan davamlı olaraq pul istədiyini və ondan yaşayış icazəsi almaq üçün istifadə etdiyini iddia edib. İris 37 yaşlı ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Hər iki oğlu bu barədə İrisə əvvəlcədən xəbərdarlıq edibmiş.

İnternetdə tanış olduğu 37 yaşlı Məhəmməd İbrahimdən boşanmağa qərar verən 84 yaşlı britaniyalı İris Cons üsyan edib: “O, məndən yaşayış icazəsi almaq üçün istifadə etdi” .

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Özbəkistan parlamentinin aşağı palatası qanunvericiliyə ictimai yerlərdə üzü gizlədən və ya şəxsin tanınmasını çətinləşdirən geyimlərdən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib.

Parlamentin Mətbuat Xidmətindən verilən məlumata görə, palatanın plenar iclasında İnzibati və Cinayət məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

Bildirilir ki, qanun layihəsi təsdiq olunmaq üçün Senata (parlamentin yuxarı palatası) göndərilib.

Qanun layihəsinin respublikada ictimai asayişin qorunmasına yönəldiyi və oxşar qanunların bir sıra ölkələrdə, xüsusilə Hindistan, İndoneziya, Qazaxıstan, Mərakeş və bəzi Avropa ölkələrində mövcud olduğu qeyd edilib.

Həmçinin vurğulanıb ki, iş və ya xidmət fəaliyyəti ilə bağlı geyimlərdən istifadə zamanı, habelə tibbi səbəblərə görə üzü gizlətmək istisna hal ola bilər.
 
Ardını oxu...
Acun Ilıcalının keçmiş həyat yoldaşı Zeynəb Yılmaz və uşaqları Yasemin Ilıcalı ilə Bodrumda tətildə olarkən buzdan zəhərlənib.
Bu barədə Haber Global məlumat verir.
Dünən axşam saatlarında Zeynəb və qızının anidən vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Müayinələr nəticəsində onların zəhərləndiyi məlum olub.
Zeynəb sosial media hesabından bildirib ki, içdikləri sərinləşdirici içkilərdəki buzdan zəhərləniblər. Onların vəziyyəti yaxşıdır.
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın sentyabrın 1,2 və 3-də Konqres Mərkəzində keçirilən "Biri var" adlı canlı solo konsertinin iki günü qeridə qalıb.

Bizim.Media xəbər verir ki, sənətçi gecədə repertuarında yer alan, eyni zamanda yeni "14/41" albomuna daxil olan 22 mahnı səsləndirib.

Səhnə şousu üçün Röya xaricdən bahalı "Kuka" robotunu gətizdirib. Sözügedən robotun köməyi ilə müğənni bir neçə dəfə göyə qalxıb və mexanizmə birləşən kvadrat qurğunun içində uzanaraq mahnılarını ifa edib.

Gecədə üç geyim dəyişdirən estrada ulduzunun makiyajı və imici üzərində stilist Elnur Həsənov çalışıb.

Diqqət çəkən məqam isə konsertin ikinci günündə Xalq artistinin musiqiçi atası Yaqub Nəcəfovun və keçmiş həyat yoldaşı Anar Cəlilovun anasının iştirak etməsi olub.

Həddən artlq həyacanlı olduğunu dilə gətirən Röya gecənin ikinci günündə baş vermiş texniki qüsurların aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, bu gün Röyanın Konqres Mərkəzində anşlaqla keçən konsertinin sonuncu, yəni üçüncü günü olacaq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Qeyri-hökumət təşkilatları (QHT) ermənilərin Sərsəng su anbarında yaratdığı ekoloji terrorla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib:

“Biz buna etiraz edirik! Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər”.

“Ermənistan törətdiyi digər ekoloji cinayətlər ilə yanaşı, Sərsəng su anbarının qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu böyük zərərə görə Azərbaycan dövlətinə təzminat ödəməlidir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terroru davam etdirənlər Azərbaycan Respublikasının ədalət mühakiməsinə cəlb edilməlidirlər. Biz Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar mümkün olan bütün tədbirlər həyata keçirilsin! Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntülərinin Azərbaycana qarşı ekoloji terror fəaliyyəti dərhal dayandırılmalı və Sərsəng su anbarının idarəçiliyi Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına təhvil verilməlidir”, - sənəddə vurğulanıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Dünyapress TV

Xəbər lenti