Özbəkistanda üzü örtən geyimlər qadağan olunur
Özbəkistan parlamentinin aşağı palatası qanunvericiliyə ictimai yerlərdə üzü gizlədən və ya şəxsin tanınmasını çətinləşdirən geyimlərdən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib.

Parlamentin Mətbuat Xidmətindən verilən məlumata görə, palatanın plenar iclasında İnzibati və Cinayət məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

Bildirilir ki, qanun layihəsi təsdiq olunmaq üçün Senata (parlamentin yuxarı palatası) göndərilib.

Qanun layihəsinin respublikada ictimai asayişin qorunmasına yönəldiyi və oxşar qanunların bir sıra ölkələrdə, xüsusilə Hindistan, İndoneziya, Qazaxıstan, Mərakeş və bəzi Avropa ölkələrində mövcud olduğu qeyd edilib.

Həmçinin vurğulanıb ki, iş və ya xidmət fəaliyyəti ilə bağlı geyimlərdən istifadə zamanı, habelə tibbi səbəblərə görə üzü gizlətmək istisna hal ola bilər.
 

Dünyapress TV

Xəbər lenti