Ardını oxu...
Dörd gün öncə Qənirə Paşayevanın koma olması xabəri yayılmışdı, bu gün ölüm xəbəri yayıldı... Onu ekrandan tanıyırdım, o vaxtlar tanınan, ən reytinqli sayılan ANS-TV-nin efirindən. Sosial problemləri qaldıran, çox vaxt həllinə nail olan “İç xəbər” verilişinin ən istedadlı, tanınan müxbirlərindən idi, işini sevdiyi, can qoyduğu açıq-aydın görünürdü, duyulurdu.
1999-da ya 2000-cı illərin əvvəlində Press-Klubda tanış olduq, Azərbaycanın bütün ciddi mediasının müxbirləri Press-Klubdakı mətbuat konfranslarına gəlirdi, ANS-in müxbirləri də eləcə, bir dəfə də Qənirə gəldi. AzTv-dən 96-da ayrılmışdım, 98-ə kimi Internews International televiziya təşkilatında prodüser işləmişdim, o vaxtlar daha çox telejurnalist kimi tanınırdım, bəlkə də ona görə, ya da yoldaşımı tanıdığına görə Qənirəylə tez dostlaşdıq. ANS-çilər başqa telekanal əməkdaşlarına həmişə yuxarıdan aşağı baxırdılar, özəlliklə AzTV-yə, buna müəyyən əsasları da vardı, amma keçmiş AzTV işçisi olsam da, Qənirə, elə başqa müxbirlər də mənə fərqli münasibət göstərirdi, təbii.
Qənirə Paşayeva istiqanlı, səmimi idi, məni “qardaş” adlandırırdı, mən də ona “bacı” deməyə başladım.
Mətbuat konfransları başlamazdan əvvəl, ya iki konfrans arasında söhbət edirdik, o vaxtdan bir şəklimiz qalıb, Mətbuat Klubunun şüşə divarlı otağında oturmuşuq, amma üz-üzə yox, əks istiqamətlərdə yan-yana, o üzü obyektivə, mən arxası. O vaxtlar müxalif olan “Yeni Müsavat” qəzetinin fotomüxbiri, polis idarəsində pis döyüləndən bir neçə ay sonra dünyadan köçən Alim Kazımlının çəkdiyi şəkil. Görünür ki, poz vermirik, Alim pusub söhbətin şirin məqamını tutub, belə şeylərin ustasıydı, ona görə də canlı alınıb. Haradadır indi o şəkil? Allah sənə rəhmət eləsin, Alim!
Elə o söhbətlərin birində Qənirə mənə şikayət etdi ki, “İç xəbər”də bir belə süjetim gedib, baxılan, reytinqli verilişin ən fəal müxbirlərindən biriyəm:
- Proqram səviyyəsində reytinqim var, amma istədiyim, əsil tanınma yoxdur. Niyə?
Qənirəyə dedim ki:
- Əsil tanınma, şöhrəti siyasi verilişlər verir. Siyasi verilişlərdə iştirak etmədən də tanınmaq olar, əlbəttə, amma daha uzun və çətin yoldur.
Konfrans başlayırdı, kameramanı Qənirəni çağırdı, bizim konfrans zalına keçdilər.
O söhbətdən iki-üç həftə keçdi, ya bir-iki ay, dəqiq yadımda deyil, amma Qənirəni canlı yayımda efirə gedən, ən reytinqli “Nəzər-nöqtəsi”ndə aparıcı görəndə anladım ki, sözüm ağlına batıb. Özü hazırlıqlı və hazırcavab, sualları dəqiq və kəskin idi, verilişi yaxşı aparırdı, qısa zamanda uğur qazandı.
Artıq aparıcı olandan sonra da Press-klubdakı hansısa konfransa müxbir kimi gəlmişdi, həm “Xəbərçi”yə süjet götürdü, həm də çıxışçını verilişinə dəvət etdi. Aparıcılığı haqqında fikrimi soruşdu.
- Hər şey əladır, - dedim, - bir az vaxt lazımdır ki, canlı yayıma öyrəşəsən, daha sərbəst olasan, sıxılmayasan.
- Sıxılıram ki?
- Bir az var. Gərginliyin hiss olunur. Elə qaşqabaqlı olmağın nədəndir bəs?
Güldü:
- Özüm qaşqabaq tökürəm, yüngül görünməyim.
- Lazım deyil qaşqabaq. Ziyan edir sənə.
- Eləməsəm, adıma söz çıxaracaqlar.
- Ay qız, demirəm ki, ağzın qulağıvın dibində olsun! Amma qaşlarıvı elə çatma, sadəcə sakit, mülayim və təmkinli ol, verilişin sonunda, tamaşaçılarla sağollaşanda isə azca gülümsə.
Bu söhbətdən az sonra tamaşaçılar Qənirənin gülümsəməyini də gördülər.
Biz isə uzun müddət üz-üzə gəlmədik, bir də 2010-cu illərin əvvəlində, Qənirə işlədiyim AzadlıqRadiosuna, Xədicə İsmayılın verilişinə qonaq kimi gələndə görüşdük. Veriliş bitmişdi, artıq çıxıb gedirdi, qızlarla kandar söhbətini görüb, əlimdəki yazını yarımçıq qoyaraq qapıya yaxınlaşdım ki, həm salamlaşım, həm vidalaşım. Qənirə artıq jurnalistikadan getmişdi, Heydər Əliyev Fondunda işləyirdi, Azərbaycan toplumunun fərqli kəsimlərindəydik, hakimiyyət və müstəqil-müxalif, bəlkə də ona görə münasibətlərimizdə əvvəl olmayan, aramızı kəsən məqamlar, çalarlar yaranmışdı? Amma əvvəlki kimi, xoş üzlə, səmimi təbəssümlə məni dindirdi:
- Necəsən? Elə bil arıqlamısan, sınıxmısan? Sənə burada pis baxırlar?
- Yox, yaxşı baxırlar, Qənirə. Arıqlıq da sağlamlıqdır, ayda azı 2 gün ac qalıram.
Həqiqətən ayda 2-3 gün ac qalırdım, amma daha Qənirəyə demədim ki, Press-Klub, "Реальный Азербайджан" -"Gündəlik Azərbaycan" bağlanandan sonra neçə iş yeri dəyişmişəm, AzadlıqRadiosuna gəlməzdən əvvəl isə Şəmkir rayonunun dağlarında, geoekspedisiyada, ayağımda əskəri çəkmə təpik döyürdüm. Heydər Əliyev Fondinda işləyən keçmiş həmkarıma bunu deməyin nə mənası vardı? Həm də şikayət kimi çıxardı...
Davamı var.
Çingiz Sultansoy
Teref.az
 
Ardını oxu...
Jurnalist, yazıçı, Kərkük Mədəniyyət İctimai Birliyinin sədri Şəmsəddin Kuzeci Qənirə Paşayeva ilə tanışlığı və xatirələrindən danışıb.

Teref.az "İnformator.az"a istinadən müsahibəni təqdim edir.

- Qənirə xanım mənim üçün dostdur, sirdaşdır, anamdan bir olmayan bacımdır. Onun bu vəziyyəti bizləri dərindən kədərləndirib. Allahdan tezliklə sağalmasını diləyirik. Qənirə Paşayeva ilə bizim münasibətlərimiz çox illər əvvələ dayanır. Mən 1995-ci ildə Kərkükdə olarkən böyük bir referendum keçirilib. Deyə bilərəm ki, əcnəbi jurnalistlər arasında tək Qənirə xanım Kərkükə gəlib, türkcə danışıb. Buna nəzərən bütün jurnalistlər Qənirə xanımla böyük maraqla diqqət yetirdi. Həmin vaxtı Qənirə xanımla tanış olduq, Türkiyəyə köçdükdən sonra isə Paşayev ailəsi ilə daha da yaxın olduq. 2000-ci ildə Azərbaycana gəldikdən sonra yenidən Qəzənfər Paşayev ilə Qənirə xanımla görüşdüm, dostluğumuz beləcə davam etdi. Bizim Qənirə xanımla dostluğumuz, iş birliyimiz 2001-ci ildən başladı. Nizami Gəncəvi muzeyində Ərəb-türkmən ədəbiyyatı və muzeyinin açılışında bir araya gəldik. Həmin vaxtı Qənirə xanım jurnalist idi. Sonralar Qənirə xanımla bir neçə dəfə türk dünyası qurultaylarında bir araya gəldik. Proqramlar və müsahibələr etdik. Qənirə xanımı bir neçə dəfə Türkiyəyə dəvət edib orada özünü mükafatlandırdıq. Biz də Azərbaycana gəldikdə özü də bizi mükafatlandırıb. Hətta mənim bir neçə kitabımı çap edib. Kitablarımın çap edilməsinə Qəzənfər müəllim də xeyli dəstək olub. Qənirə xanım millət vəkili olaraq türk dünyasında haqqlarımızı hər zaman qoruyub. Türk xalqı öncə Azərbaycan dövlətinə, Paşayev ailəsinə çox şey borcluyuq. Qənirə xanım adını altun hərflərlə tarixə yazıb. Səbirsizliklə aramıza dönməyini gözləyirik, onun hələ yarımçıq qalan işləri var. Qənirə xanımı Bağdada da iclaslar üçün dəvət etmişik. Onu Kərkükdə də çox sevirlər, hazırda onun üçün çox sayda dualar edilir.

Həmsöhbətimiz Qənirə xanım ilə bağlı maraqlı xatirəsini də bizimlə bölüşüb:

2012-ci ildə Azərbaycanda bir tədbir var idi. Qənirə xanım hamımızı evinə qonaq olaraq dəvət etmişdi. Mən həmin günü səhhətimlə bağlı narahat idim. Bu səbəbdən oraya gedə bilmədim. Qənirə xanım mənə görüntülü zəng vurdu dedi ki, "qardaşım, sən hardasan?".Dedim təəssüf olsun ki, gələ bilməyəcəm. Qənirə xanımın anası mənim ad günümə özəl tort bişirmişdi. Görüntülü zəngdə mənim ad günümü qeyd etdilər. Bu mənim üçün böyük şərəf idi. O, mənim anamdan olmayan bacımdır".

Müsahibimiz qeyd etdi ki, Qənirə xanım heç kimin ad gününü unutmaz, özəl günləri hər zaman yadda saxlayar. Bir dəfə Şəmsəddin bəy ilə həyat yoldaşının evlilik ildönümünü özü qeyd edib.
 
Ardını oxu...
Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini internat məktəbinə direktor təyin olunub.

"DogruXeber.az"ın APA-ya istinadən xəbərinə görə, məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızı Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.
Ardını oxu...
36 yaşlı Çan Thi Luu adlı çinli qadının ağlamaq başına bəla olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, qəfildən ağlamağa başlayan qadının göz yaşı uzun müddət dayanmayıb. Bu hadisədən sonra qadının həyatı həmişəlik dəyişib. Çinli qadın yatmağı tamamilə dayandırıb. O, 11 ildir ki, belə yaşayır.

Çan bir neçə dəfə həkimlərə müraciət edib. Ona kəskin yuxusuzluq diaqnozu qoyulub. Amma həkimlər müalicənin mümkünsüz olduğunu bildirib. Ona verilən yuxu dərmanları isə əks təsir göstərib. Qadının ayaqları şişib, şiddətli ağrılar başlayıb.

Qeyd edək ki, bundan əvvəl Vyetnamda bir qadın 60 ildir yatmadığını açıqlamışdı.
 
 
 
Ardını oxu...
İngiltərədə uzun illər gözəllik mütəxəssisi olaraq tanınan, hətta ekspertliyinə görə mükafatlar alan Vanya Qaberova polis nəzarətinə götürülüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qaberova casusluq” ittihamı ilə həbs edilib

Bolqarıstan vətəndaşı Qaberova “Rusiya adına casusluq” etməkdə təqsirləndirilir.

Eşidənləri şok edən bu olay ölkədə gündəm olub. Qaberova dövlət sirlərini ələ keçirməkdə ittiham edilir.

Çoxsaylı mükafatlar alan və casusluqla suçlanan tanınmış qadının bu həbsi ilə insanlar çaşqınlığa uğrayıblar.

“Pretty Woman” adlı gözəllik firmasının sahibi olan 29 yaşlı Qaberova kirpiklərə qulluq üzrə keçdiyi tədris dərslərində İngiltərə, Boqlarıstan və Rusiyadan çoxlu sayda mükafatlar alıb.

“Düşmən dövlətlərin işinə yarayacaq gizli bilgiləri əldə etməyə çalışma” ittihamı ilə həbs edilən isimlər arasında Orlin Russev, Bizer Cambazov, Katrin İvanova və İvan Stoyanov da var. Şübhəlilər gələcək həftə məhkəməyə çıxarılacaq.

Sosial mediada tez-tez hobbiləri arasında səyahət etmək, alış-veriş, kitab oxuma maddələrini yazan gözəllik fenomeni yaşadığı bölgədə “bacarıqlı gözəllik mütəxəssisi” kimi tanınırdı.

Qaberova əldə etdiyi həssas bilgiləri üzvü olduğu gizli kəşfiyyat şəbəkəsi vasitəsi ilə Rusiyaya ptürməkdə sulanır.
Ardını oxu...
Sosialist qadın Kira Arsenina Moskvada saxlanılıb. “Milyonçunun məşuqəsi” İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

TEREF.AZ-ın xəbərinə görə, Lent.az SHOT teleqram kanalına istinadla bildirir ki, 34 yaşlı Arsenina Moldovada oğurluq edərkən tutulub. Dəymiş ziyan əhəmiyyətli kimi qiymətləndirilib. Cinayət işi 2022-ci ildə başlanıb. Moldova polisinin məlumatına görə, şübhəli şəxs istintaqdan qaçıb. Arsenina Moskvada - Naqatinskaya küçəsində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin ekspertizası şöbəsinin yaxınlığında arayış əsasında saxlanılıb. Sosialistə getməmək barədə vəsatət qoyulub və məlumat Moldovaya ötürülüb.

Azərbaycanda anadan olan Kira Arsenina Rostova köçüb, sonra isə Moskvaya modellik karyerası qurmaq üçün gedib. O, tez-tez burada müxtəlif ictimai tədbirlərdə görünüb.

Arsenina özü müsahibəsində yüksək vəzifəli məmur olan milyonçu sevgilisi hesabına yaşadığını və ayda özünə bir milyon xərclədiyini söyləyib.

Belə bir zəngin qadının niyə Moldovadan oğurluq etdiyi müəyyənləşdirilir.
 
Ardını oxu...
Salyanda ər həyat yoldaşını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Salyan şəhərində baş verib.

Belə ki, Salyan şəhər sakini, 1965-ci il təvəllüdlü Murad Zaman oğlu Zamanov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nazilə Məhərrəm qızı Zamanovanı kəndirlə boğaraq qətlə yetirib.
Qadının meyiti müayinə olunmaq üçün Salyan morquna yerləşdirlib.

Faktla bağl Salyan Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyeva həbs edilib.

Teref.az teleqraf.com-a istinadən xəbər verir ki, Hökümə Əliyeva barəsində X.Əyyubzadə adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

O bildirib ki, 2019-cu ildı Hökümə Əliyeva onu Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva ona aylıq 2500 manata yaxın maaş alacağını deyib. Lakin o, verdiyi vədə əməl etməyib.

O bildirib ki, pulu Hikmət adlı başqa məmura verib və geri ala bilmir.

Araşdırmalar zamanı X.Əyyubzadə ilə Hökümə Əliyevanı Sumqayıt şəhər 15 saylı orta məktəbin müəlliməsinin tanış etdiyi də məlum olub. Həmin qadın X.Əyyubzadədən alınan pulun 10 min manatını özünə götürüb. Qalan 45 min manat isə Höküməyə çatıb.

Faktla bağlı cinayət işinin başlanmasından sonra həmin şəxs özündə saxladığı 10 min manatı geri qaytarıb.

Qeyd edək ki, Hökümə Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə həbs cəzasına məhkum edilib.

Dünyapress TV

Xəbər lenti