Ardını oxu...
1995. Birinci ən çətin anımda Azərbaycanda həkimlər tərəfindən qızım Ayana ölüm hökmü oxunduğunda milli liderimiz Heydər Əliyevə qızımın müalicəsi üçün Almaniyaya göndərilməsi üçün teleqram vurdum. Gecə saat 12 də o böyük şəxsiyyət baş nazirin vəzifəsini icra edən Fuad Quliyevə zəng vurmuş,”Nuridə Atəşi yaxşı şairdir, qızı ölərsə, həyatı sönər, onu Almaniyaya göndərin deyə göstəriş vermişdi.
2016. İkinci çətin anım AMEA Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutunda ədalətsiz yerə tarix üzrə elmlər doktorluğu müdafiəmə bütün rəsmi elmi instansiyaları keçdiyim halda, (ilkin müdafiə belə olduğu halda) qadağa qoyuldu. Berlindəki səfər çərçivəsində əziz Prezidentim İlham Əliyevə müraciət təqdim etdim. Təyyarədən Bakıya enincə “Nuridə Atəşinin problemləri həll edilsin” deyə aidiyati təşkilatlara göstəriş verdi. Prezidentin göstərişinə zidd olaraq nə AMEA, nə Diaspora üzrə Dövlət Komitəsi nə də Mədəniyyət nazirliyi əməl etmədi.Lakin AMEA-nın, Arxeologiya və Tarix elminin ən görkəmli və dəyərli alimlərindən 77 nəfər üzvləri, Azərbaycan Prezidentinə mənim elmi tədqiqatlarımın objektivliyi haqqında müraciət imzaladı. Bu müraciət beynəlxalq elm aləmini də ayağa qaldırdı. Fransanın Lyon2 Universitetinə müdafiə üçün dəvət edildim. Elmi saxtakarlıqlarını ortaya çıxartdığım və qəbul etmədiyim elmi tezislərini tənqid etdiyim bir qrup alim nəinki dövlətimin rəsmi quruluşlarına danoslar yağdırmağa başladılar. Onlar mənim Fransada da müdafiəmə mane olmaq üçün fəaliyətə keçdilər. Avropanın müxtəlif görkəmli Universitet və Muzeylərinin mütəxəssislərindən yaradılmış Juri üzvlərinə, Juri sədrinə təyziqlər edildi. Fransa Xarici İşlər Nazirliyinə, Fransanın Azərbaycandakı Səfirliyinə , xüsusi ilə fransız elmi rəhbərim professor Mişel Kazanovaya müxtəlif təyziqlər və basqılar edildi. Əgər mənə dəstək olarsa ona bir daha Azərbaycanda qazıntılar aparmaq üçün izn verilməyəcək deyə təyziqlər altında qalan elmi rəhbərim də, Juri sədri də, Fransa Dövləti də, Fransız və beynəlxalq elm də bu ədalətsizliyə baş əymədi. Bütün maneələrə baxmayaraq mən 2019-cu ildə uğurla Fransada müdafiə etdim. Bununla da nəinki ilk Azərbaycanlı alim, hətta ilk qafqazlı alim olaraq Avropa elmində Xocalı- Gədəbəy mədəniyyətininin ilk beynəlxalq tədqiqatçısı və Qafqaz arxeologiyasının tədqiqat tarixini ilk dəfə yazan mütəxəssis oldum.
2020-ci ildə Azərbaycan prezidenti yanında Ali Atestasiya Komissiyası mənə arxeologiya üzrə Dosent diplomu verdi. Danosçular mənim bir tarixçi kimi yetişməyimdən, onların elmi saxtakarlıqlarını daha çox ifşa edəcəyimdən qorxaraq bundan sonra Fransız diplomumun vətənimdə nastrifikasiyasına maneə olmaq üçün yenidən fəaliyyətə keçdilər. Ekspert Şurasının sədri yenə elminə, şəxsiyətinə və ədalətinə əsla şübhə etmədiyim millət vəkili Anar İskəndərli idi.
2016-cı ildə AAKomissiyasında müdafiəyə buraxılmağım üçün AAK sədri Arif Mehdiyev şəxsən Anar İskəndərliyə mənim elmimdə danosçuların yazdıqları iftaraların, böhtanların kökünü dərindən araştırmağı tapşırmışdı. Anar İskəndərli Arif Mehdiyevin qarşısında”Nuridə Atəşinin tədqiqatlarında mənfur danosçuların iddialarının əsassız olması haqqında əlini müqəddəs Qurana basmağa hazır olduğunu bildirdi və Arif Mehdiyev müdafiyəyə buraxılmam üçün icazə məktubu imzaladı.
2023: Həyatımın 3-cü zor anı: Azərbaycan Prezidenti yanında Ali Atestasiya Komissiyası 24.01.2023 tarixində Fransanın Lyon 2 Universiteti tərəfindən verilmiş Avropa elmində ən yüksək elmi dərəcə hesab edilən Habilitasiya diplomumun nastrifikasıyasına rəsmi imtina qərarı vermişdir. Və Ekspert Şurasının sədri millətin Vəkilindən Millətin şairinə, aliminə qarşı edilən bu ədalətsizlik üçün bu gün əlini qurana basmağa hazır olduğunu millətin önündə soruşmaq istəyirəm. Sizcə buna haqqım varmı?
Ədalət sormağa haqqım varmı? Ədalət naminə susmayın!!!
Nuridə Atəşi
Teref.az
Ardını oxu...
"Nə vaxt baş ağrılarım olur, çox yatıram, onda həkimə gedirəm. Həkim də baxır deyir ki, hamiləsən..." - Çoxuşaqlı ana

Quba sakini, 6 uşaq anası, hazırda 7-ci uşağının doğulmasını gözləyən Qahirə İbrahimova çoxuşaqlı ana olmağı könüllü seçməyib, o, sadəcə hamiləlikdən qorunmağın yollarını bilmir.

“Qorunma vasitələrini bilmirəm. İstərdim gedim həkimə, nəsə etsinlər ki, mən bir də həkimlərə düşməyim”, - 33 yaşlı Qahirə İbrahimova BBC-yə deyir.

O deyir ki, hamilə qaldıqdan sonra abort etməyə maddi imkanı çatmadığından hər dəfə doğmalı olur.

Qubada yaşayan 34 yaşlı Qahirə İbrahimova 2014-cü ildə ailə qurub. O deyir ki, hamı onu tez-tez uşaq doğduğu üçün qınayır, ancaq onun xəstəxanaya profilaktik məqsədlərlə getməyə heç vaxt maddi “imkanı olmayıb”.

BBC-yə danışan mütəxəsislər hesab edirlər ki, Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırması haqqında qanun qəbul edilsə, Qahirə İbrahimova da ucqar yerlərdə yaşayan bir çox qadın kimi arzuolunmaz hamiləlikdən əziyyət çəkməz.

Sözügedən qanun isə hələ qəbul edilməyib.

Səhiyyə Nazirliyinin müəssisəsi olan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Afət Məmmədova deyir ki, qanun qəbul olunsa, reproduktiv sağlamlıqla bağlı məsələlər “daha tez həllini tapar və qadınların uşaqlıqdaxili vasitələrə, o cümlədən, kontraseptivlərə çatımlılığı artar”.

Deputat Məlahət İbrahimqızı bu qanunun indiyədək nə üçün qəbul olunmaması ilə bağlı sualına “bu qanun təcili, “pojarnı” deyildi” deyə cavab verib.

Ailə, Qadın, Uşaq Problemləri İnstitutundan bildiriblər ki, qurumun qanun layihəsinin qəbulunu sürətləndirilməsini istəmək “səlahiyyəti yoxdur, yalnız bölgələrdə maarifləndirmə aparmaq imkanları var”.

BMT-nin Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində deyilir ki, “sənəd Milli Məclisdə təqdim olunarkən opponentlər hesab ediblər ki, qanun layihəsində əks olunmuş süni mayalanma, surroqat analıq və sperma donorları “milli mentalitetə” ziddir”.

“Bu uşağı doğsan..."

BBC müxbirlərinin Azərbaycanın ucqar kəndlərdə söhbətləşdiyi bir çox qadın nəinki ailə planlaşdırması və ya reproduktiv sağlamlıqla bağlı məlumatlıdır, onlar heç profilaktik məqsədlərlə də ginekoloqa getmirlər.

Onlar məsləhət almaq üçün yaşadıqları yerdə nəinki həkim və heç tibb bacısı da tapa bilmədiklərini deyirlər: “Ancaq hamiləsənsə, həkimə gedirsən, qalan bütün hallarda, ağrıdan ölmürsənsə, evdə birtəhər özünü müalicə edirsən, ya da ki, kənddə başı çıxan kimsə sənə kömək etməyə çalışır” – söhbət etdiyimiz qadınlardan biri bizə deyir.

Quba sakini Qahirə İbrahimova da deyir ki, onun adi vaxtlarda, sadəcə tibbi müayinə üçün həkimə getmək kimi təcrübəsi yoxdur. O, həkimə yalnız hamilə olmasından şübhələndikdə gedə bilir.

“İmkansızlıqdan. Nə vaxt baş ağrılarım olur, çox yatıram, onda həkimə gedirəm. Həkim də baxır deyir ki, hamiləsən, uşaq da ikiaylıqdır, ya da üçaylıqdır, onda da yoldaşım qoymur tələf etməyə ki, günahdır. Bundan əvvəlki uşağı doğanda mənə xəstəxanada dedilər ki, yazıqsan, gətir spiral qoyaq sənə, çünki vəziyyətin ağırdır. Resept yazdılar ki, get bunu aptekdən al. 60 manat idi spiral qoymağın qiyməti. Ona da imkanım olmadı. Gəldim evə, dedim ayın axırı gedərəm. Sonra da bu uşaq boynuma düşdü”, - Qahirə İbrahimova deyir.

İndi 6 uşaq anası olan Qahirə İbrahimovanın ilk övladı ana bətnində altıaylıq ikən tələf olub. 2015-ci ildə ikinci övladı sağlam, sonrakı oğlu isə autizmlə dünyaya göz açıb. Dördüncü doğuşda körpə qısa müddət sonra vəfat edib. Beşinci doğuşda qızı salamat qalıb, amma onun da sağlamlığında problem olub. Əməliyyat edilsə də, uşaqda əlillik qalıb.

“Xalça-palazımızı satdıq, qızımı aparıb əməliyyat etdirdik, ancaq ayaqlarında qüsur qaldı. Bir addım atır, yıxılır. Əlildir indi”, - Qahirə xanım deyir.

Sonradan Qahirə İbrahimovanın daha üç uşağı doğulub: 6-cı övladı Yusif, onun ardınca isə qızları Lətifə və Həyat.

“Xəstə uşağı əməliyyat etdirməyə kredit götürmüşdük. Evdə ondan başqa 5 uşaq var. Bunun ərzağı var. Qışda odunum yoxdur ki, peç qalayım. Uşaqlar ölür soyuqdan. Toku da qoşmuşam 45 manat yazıb. Heç bir yerdən gəlir də yoxdur. Çətindir. Getmək olmur həkimə. Burdan Qusara maşınlar 30-40 manata aparırlar”, - o vaxtlı-vaxtında həkimə gedə bilməməsinin səbəblərini sadalayır.

Qahirə xanım deyir ki, indiyədək iki dəfə evdə özbaşına medikamentoz aborta, yəni, dərman içərək “uşaq salmağa” cəhd edib və hər ikisində də onu Qusara – xəstəxanaya “zorla çatdırıblar”.

“Evdə ucuz olduğu üçün dərman içib, uşağı salmaq istədim, ancaq olmadı. Uşaq düşmədi. Təcili yardım məni güclə Qusara - balnisaya çatdırdı. Həmişə elə olur, uşaq gəlir dayanır ağızda, düşmür. Qanaxma götürür məni. Həkim də deyir ki, sən dərman atma, xəstəxanaya çatdıra bilməzlər, ölərsən. İndi bu uşağa görə (qarnını göstərir - müəl.) getmişdim həkimə, Qubanın həkimi Qusarla danışdı. Dörd aylıqdır deyə, götürmək təhlükəlidir”, - Qahirə İbrahimova danışır.

Gənc ana reproduktiv sağlamlıq və ailə planlaşdırmasının nə olduğunu bilmədiyini deyir. O bu barədə heç vaxt heç kimdən məlumat almadığını bildirir.

“Milli mentalitetə zidd” qanun qəbul olunarsa...

Səhiyyə Nazirliyinin müəssisəsi olan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Afət Məmmədova təəssüflənir ki, Azərbaycanda “reproduktiv sağlamlıqla bağlı qanun çoxdan hazırlansa da, hələ qəbul olunmayıb”.

“Neçə illərdir bu qanun layihəsinin qəbulunu saxlayırlar, yaz sessiyası gələndə deyirlər ki, payız sessiyasında, payız sessiyasında da yenə başqa vaxta uzadırlar. Həmin bu soruşduğunuz məqamlar orada öz əksini tapıb. O qanun qəbul olunmayıb deyə istinad edə bilmirəm. Ancaq bilirəm ki, orda aztəminatlı ailələrə kontraseptivlərin verilməsi, uşaqlıq daxili vasitələrin təmin olunması nəzərdə tutulub”.

Sənədin nə zamanı qəbul olunacağı haqda qanunverici orqanın təmsilçiləri BBC-yə “bu yaz sessiyasında qanun layihəsinin Milli Məclisə çıxarılacağını” deyiblər.

Reproduktiv sağlamlıq və ailə planlaşdırması nədir?

İSİM-in həkim-metodisti Afət Məmmədova deyir ki, reproduktiv sağlamlıq ümumi sağlamlığın, ailə planlaşdırması da onun hissəsidir.

O deyir ki, əvvəllər həm Bakıda, həm də bir çox iqtisadi bölgədə ailə planlaşdırması mərkəzləri olub.

“Hər bir cütlük müraciət edə bilərdi və orada onlara həmin bu prinsipləri izah edirdilər, uşaqlar arasında düzgün fasiləni necə seçmək lazımdır, intervallar hansı üsullarla gözlənilməlidir və sair. Təssüf ki, son illərdə ailə planlaşdırması mərkəzlərinin fəaliyyəti elə də qabarıq deyil, nəinki 90-ci illərdə və 2000-ci illərin əvvəllərində. Ancaq daha sonra ailə həkimi institutu qurulmağa başlayanda reproduktiv sağlamlıq və ailə planlaşdırması barədə təlimlər Azərbaycanda işləyən bütün mama-ginekoloq və mamalar üçün keçirildi. Həmçinin bu təlimlər bütün ailə həkimlərinə və tibb bacılarına da keçirilmişdi”.

Afət Məmmədova deyir ki, doğuşdan növbəti hamiləliyə qədər mütləq fasilə vermək lazımdır: “Bu fasilələrdən nə qədər məlumatlıdırlar qadınlarımız, xüsusən bölgələrdə yaşayanlar? Özünüz bilirsiniz ki, bizim yazılmamış qaydalara görə uşaqlar dalbadal olsa, ana hisdən-pasdan o qədər tez ayrılar, uşaqlar da birgə böyüyər. ÜST-ün tövsiyəsi isə deyir ki, mütləq doğuşlar arasında 2 ildən az olmayan fasilə lazımdır ki, ana öz orqanizmini bərpa etsin və təkrar hamiləliyini fəsadsız keçirsin, həmçinin uşaq sağlam doğulsun”.

“Sosial, tibbi və psixoloji tərəfləri ilə bağlı məlumatlar çatımlı deyil”

Azərbaycanda 21 ildir fəaliyyət göstərən Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin 5 prioritet mövzusundan biri reproduktiv sağlamlıqla bağlıdır.

Təşkilatın rəhbəri Şəhla İsmayıla görə, Azərbaycanda “ən çətin və davamlı olaraq ən çox iş görülməli sahə” bu məsələ olduğundan bir QHT kimi hər zaman onu diqqətdə saxlamağa çalışırlar.

“Ölkədə bu sahədə görüləsi həddindən artıq çox iş var. Çox pis göstəricilərimiz var. O cümlədən selektiv abortlar üzrə biz dünyada birinci yerdəyik. Bu, o deməkdir ki, dünyada ana bətnində qız uşağıdır deyə, dölün amansızcasına tələf edilməsinə imza atan ölkəyik”.

Şəhla İsmayıl hesab edir ki, ölkədə Reproduktiv sağlamlığın sosial, tibbi və psixoloji tərəfləri ilə bağlı məlumatlar çatımlı deyil.

“Ölkə televiziyalarında reproduktiv sağlamlıqla bağlı bir veriliş yoxdur. Bir peşəkar nəşr yoxdur ki, dövlət tərəfindən idarə olunsun və bu məlumatlar orada çap olunsun. Evdə oturan xanımlar üçün gedəcək yer yoxdursa, söhbət həkimdən yox, maariflənmədən gedir, profilaktikadan gedir. Nəyinsə qarşısının alınması üçün müəyyən məlumatların əldə olunmasından gedir. İstər hökumət tərəfindən, istər QHT-lər tərəfindən”, - müsahibimiz əlavə edir.

O deyir ki, yalnız internetə girişi olanlar nələrsə tapa bilər, bu məqamda isə “ən vacib problemlərdən biri - Azərbaycan dilində vacib məlumatların olmaması məsələsi ortaya çıxır”.

“Reproduktiv sağlamlıq dölün ana bətnində olduğu dövrü və hamiləlikdən sonrakı dövrü əhatə edir. Bu, çox geniş bir mövzudur. Bura ana-uşaq ölümlərindən, uşaq dünyaya gətirilməsindən əlavə, süd vəzi xəstəlikləri, əmizdirmə məsələsi, aidiyyatı xəstəliklər, patalogiyalar daxildir, bütövlükdə fiziologiyanı bilmək, məlumatlandırma daxildir. Ailə planlaşdırması da sözsüz ki, bunun tərkibindədir, ancaq biz onu dar çərçivədə götürürük, ancaq qadınlara aid olduğunu götürürük. Ancaq axı, bu, həm kişilərə, həm də qadınlara aid olan məsələdir”.

Şəhla İsmayıl iddia edir ki, ölkədə bu sahədə məktəblər səviyyəsində də bu məsələlər tədris olunmur.

“Biz konsultasiya formasında 8-10-cu sinif qızları üçün təlimlər təşkil etmişik. Bakının bütün kəndlərinin məktəblərində ginekoloq və androloqları aparıb maarifləndirmə aparmışıq. Görmüşük ki, nəinki uşaq dünyaya gətirmək barədə, qızların ümumiyyətlə aybaşı ilə əlaqəli mövzulardan, elementar gigiyenik məsələlərdən xəbəri yoxdur. Ailələrdə bu mövzuda danışmaq tabudur. Abır-həya bəhanəsi ilə uşaqlara qətiyyən məlumat verilmir, məktəblərdə də tədris olunmur. Ona görə də mütəşəkkil işə ehtiyac var. Bu məsələ Azərbaycanda ən təzadlı mövzulardandır”, - o əlavə edir.

Hamiləlikdən qorunma vasitələrindən istifadə: Azərbaycan statistikası nə deyir?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova deyir ki, Azərbaycanda müasir konratseptiv vasitələrdən reproduktiv yaşda olan qadınların cəmi 14 faizi istifadə edir. Mütəxəssis bunun “çox aşağı faiz” olduğunu düşünür.

“İnkişaf etmiş ölkələrdə qadınların 50 faizi, elə ölkələr var ki, hətta 70 faizi müasir konratseptiv üsullardan istifadə edir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda uşaqlıqdaxili spiralı olan qadınların sayı hər min nəfərə 4,5 nəfər olub.

Məlumatlarda, həmçinin bildirilir ki, ölkədə eyni ildə 11,4 min qadın və ya hər min qadından 4,4 nəfəri hormonal kontrasepsiyadan istifadə edib.

Cəmi 10,4 min qadın baryer kontraseptivdən (prezervativlər, diafraqmalar, uşaqlıq boynu kolpakları) istifadə edərkən, 5,4 min qadın isə kimyəvi kontrasepsiyaya üz tutub. Bu isə müvafiq olaraq hər min qadına 4 və 2,1 nəfər deməkdir.

İndiyədək hamiləlikdən qorunma vasitəsi kimi 62 qadın sterilizasiya üzrə cərrahiyyə əməliyyatlarına müraciət edib, bu isə hər yüz min qadına 2,4 qadın deməkdir.

“Bu işin başında mütləq maarifləndirmə durmalıdır”

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi də tövsiyə edir ki, ailə planlaşdırması ilə bağlı və reproduktiv tibbi maarifləndirmə qızlar və oğlanlar arasında geniş aparılsın, xüsüsi ilə cinsi yolla yoluxan HİV və AİDS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetrilsin.

Afət Məmmədova vurğulayır ki, təmsil etdiyi qurum ölkənin bir çox bölgələrində, əsasən məktəblərdə, kollec və universitetlərdə maarifləndirmə ilə məşğuldur: “Söhbətlər aparılır, bukletlər hazırlanır, paylanılır. Yəni, ölkədə əhalinin maarifləndirilməsi gənc yaşlardan başlayaraq və əlbəttə ki, şəxslərin yaşlarına uyğun olan məlumatlar uyğun formada verilir”.

Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin ailə məsələləri şöbəsini müdir müavini Kamila Əliyeva deyir ki, Azərbaycanın 11 bölgələsində qadınlarla işləmək üçün 11 mərkəz var. Bu mərkəzlər - Zaqatala, Goranboy, İsmayıllı, Ağdam, Göygöl, Hacıqabul, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan və Zərdabda yerləşir.

“Əməkdaşların sayı çox deyil, hər mərkəzdə təxminən 10-a qədər əməkdaşımız var. Bunlar, əsasən, sosial işçilər, pedaqoqlar, psixoloqlardır (hamısında yoxdur). Elə mərkəz var, bu say daha azdır. Üstəlik, bu mərkəzlərdə ginekoloqlar, mamalar və başqa tibb işçiləri yoxdur. Səhiyyə Nazirliyinin qurumu İSİM-dən həkim-metodist cəlb olunur, rayonların öz həkimləri cəlb olunur. Biz maarifləndirici qurumuq. Bizim öhdəliyimiz əsasən və yalnız maarifləndirici tədbirlər keçirməkdir. Həkim kimi məlumatlandırmaları isə həkim-ekspertlər aparır”, - Kamila Əliyeva deyir.

Komitə rəsmisi vurğulayır ki, onlar əsasən gənclər arasında reproduktiv sağlamlıq, ailə planlaşdırması, selektiv abortlarla bağlı təlimlər aparırlar.

O deyir ki, təmsil etdiyi qurumun yalnız təkliflər vermək səlahiyyəti var.

Ancaq Şəhla İsmayıl aparılan maarifləndirmə işlərini yetərli saymır. Üstəlik, onun fikrincə, yoxsul ailələrdə o qədər sosial problem var ki, reproduktiv sağlamlıq haqqında bəlkə heç eşitmək istəməzlər.

“Təsəvvür edin, gəlirsən hansısa bir mövzu ilə - elə olsun reproduktiv sağlamlıq - girisən otağa ki, bir otaqda 8 nəfər yaşayır, yuxarıdan tavandan su damır, ortalıqda ləyənlər qoyulub və sən burada insan haqlarından danışırsan. Görün nə qədər uyğunsuz bir tablodur. ...İnsanlar o qədər acınacaqlı vəziyyətdə yaşayırlar ki, gəlib onlara hansısa reproduktiv sağlamlıqdan təlim vermək onları təhqirdir”.

Ailə planlaşdırılmasında istisna – abort

“Azərbaycanda 2004-cü ildən beynəlxalq təşkilatlar tərəfindən qadınlara verilən kontraseptiv vasitələr dayandırılıb”, - bu barədə Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində (2015-ci il) deyilir.
Sənəddə, həmçinin Azərbaycanda abortların ailə planlaşdırılmasının əsas üsulu kimi istifadə edilməsindən də narahatlıq ifadə edilib.
“Çünki uşaqlıq cərrahi abort zamanı deşilə, cırıla, qanaxma ola bilər. İkincisi isə infeksiya ehtimalıdır. İltihabi proses yaradır ki, bu da sonsuzluğa səbəb ola bilər. Abortlardan sonra uşaqlıqdankənar hamiləlik də həyati təhlükə yaradır. Üstəlik, abort gələcək uşağın – dölün xəstə və azçəkili olma və sair risklərini də artırır. Vaxtında kömək almasa, qadın daxili qanaxmadan ölə bilər. Abortdansa, ailə planlaşdırması üsullarından istifadə etmək tövsiyyə olunur. Bunun da növləri var, çeşidləri var, hər bir cütlük özü üçün fərdi olaraq bu üsullardan birini seçə bilər və doğuşdan iki il keçdikdən sonra o kontraseptiv üsulların istifadəsini dayandırıb istədiyi vaxt hamilə qalaraq, uşaq sahibi ola bilər”.

2000-ci ildən bəri Azərbaycanda ən az abort göstəricisi 2000-ci ildə qeydə alınıb: 17,5 min nəfər.
2012-ci ildən isə abortların sayı hər il artan xətlə gedib, 2021-ci ildə aborta getmiş qadınların sayı 46, 877 olub. 2021-ci ildə ölkədə 15-49 yaşlı hər 1000 qadından 18-i aborta üz tutub.
„Pajarnı“ olmayan qanun

BBC Azərbaycancanın danışdığı mütəxəssislər sözügedən qanunun qəbulunun ailə planlaşdırılmasına və xüsusilə yoxsul ailələrdə reproduktiv sağlamlığa müsbət təsir edəcəyini, bu sahədə müşahidə edilən bir çox problemin həll olunacağını düşünürlər.
Parlamentdə bu qanun layihəsi bir dəfə müzakirəyə çıxarılıb, amma deputatlar tərəfindən bir sıra tənqidlərlə üzləşib.

Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyir ki, o, qanun layihəsinin işçi qrupunun rəhbəri olsa da, elə özünün də razılaşmadığı müddəalar olub.
Millət vəkili onu narazı salan məqamların yalnız birinə toxunub: o və bəzi həmkarları surroqat ana məsələsinə etiraz ediblər.

“Azərbaycanın milli dəyərləri var. Bizim mənəviyyat kodeksimiz var. Azərbaycan xalqının mənəviyyat kodekslərinə, milli dəyərlərinə uyğun gəlməyən məsələləri, öz ailəm üçün razı olmadığım, rəva bilmədiyim maddələri xalq üçün edə bilmərəm. Millət vəkillərində bir neçə maddə ilə bağlı fikir ayrılığı oldu və çoxluq etiraz etdi və tapşırıldı ki, qanun [layihəsi] geri qayıtsın və təkrar işlənsin. Ondan sonra da dövlət proqramı hazırlanırdı, o proqram da hazır olmadığına görə, bunlar da bir-birlərini tamamlamalı idi deyə bu layihə qaldı”.

Deputat deyir ki, daha sonra da parlament seçkiləri və digər daha vacib qanunlar gündəmə gəlib:

“Ailə planlaşdırması ilə bağlı da Əhalinin Sağlamlığı haqqında Qanunda, bir də Ailə Məcəlləsində, eləcə də digər bir sıra qanunlarda ayrı-ayrı maddələr var idi. Yəni, demək istəyirəm ki, təcili, “pojarnı” deyildi bu qanun. Çünki bizdə analığın mühafizəsi ilə bağlı BMT-nin konvensiyası ratifikasiya olunub, ondan irəli gələn məsələlər qanunlarda təsbit olunub. Ona görə bu qanun [layihəsi] qaldı. Ancaq indi inşallah yaxın vaxtlarda buna baxılacaq. Qanun layihəsindən millət vəkillərinin haqlı irad tutduqları, etiraz etdikləri məqamlar çıxarılıb artıq. Yəqin ki, yaz sessiyasında bir daha işçi qrupunda, komitə iclasında baxılacaq, sonra Milli Məclisin rəhbərliyi səviyyəsində iş planına salınacaq”.

Qanun qəbul olunana qədər isə, Qahirə İbrahimova və onunla oxşar vəziyyətdə olan qadınlar bətnindəki uşağın doğulmasını gözləməklə yanaşı, digər övladlarını necə dolandırmağın qayğısını çəkməklə məşğul olacaqlar.
Ardını oxu...
Ata qızının üzünə sulfat turşusu tökərək onu yandırıb. Hadisə Paytaxtın Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, döngə 1, ev 66 ünvanında baş verib.

Teref.Az xəbər verir ki, hadisə ilə bağlı zərərçəkənin həyat yoldaşı Elnur Əhmədov Baku TV-yə bildirib ki, qaynatası İldız İbayev səhər saat 9 radələrində onların yaşadığı ünvana gələrək, qızı Yeganə Əhmədovanın üzünə sulfat turşusu töküb.

E. Əhmədovun sözlərinə görə, yoldaşı Yeganə Əhmədova uşağı bağçaya apararkən həyətin qapısını açanda əskiyə yandırıcı maddə tökərək hazır vəziyyətdə əskini onun onun ağzına sıxıblar. Y. Əhmədova müqavimət göstərdikdə onu buraxıblar.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Y. Əhmədovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.

Ətraflı sujetdə:

 
Ardını oxu...
"Mənim düşüncəmə görə bu, bir mesajdır. Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Deputat hüquq-mühafizə orqanlarının tezliklə cinayətkarı tapacağını vurğulayıb: "Təbii ki, araşdırılacaq. Dövlətimiz bu kimi hadisələri törədən cinayətkarların tapılmasını, cazalandırılmasını qısa zaman içərisində həyata keçirir. Bu hadisə də həmçinin araşdırılır.

Ümumiyyətlə, Fazil Müstafa hər zaman dövlətimizə, xalqımıza yönəlmiş addımlara qarşı hər zaman səsini ucaldıb, açıqfikirli olub".
 
Ardını oxu...
AzTV QSC-nin sabiq sədri Arif Alışanovla özündən 28 yaş kiçik həyat yoldaşı Ayşən Alişanovanın yeni videosu üzə çıxıb.

32gun.az-a daxil olan videoda, cütlük baş tutan toy mərasimlərinin birində vals oynayıb.

Onların rəqsi kənardakı şəxslər tərəfindən də maraqla qarşılanıb.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, Ayşən Alişanovs (Məstanova) müğənni və aparıcı olub. A.Alişanov 2019-cu ildə vəzifəsindən azad olunduqdan sonra həyat yoldaşı Mehriban Alışanova ilə da boşanmışdı.

Çox keçməmişdi ki, özündən 28 yaş kiçik Ayşən Məstaniva ilə ailə qurmuşdu. Mətbuatda gedən məlunatlara görə, onlar uzun müddət sevgili olub.

 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) sabiq şöbə müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi gətirilmə qərarı çıxarılmış sabiq rektor Nurlana Əliyevanın iştirakı təmin olunmayıb.

İclasda iş üzrə bir nəfər- Dinarə Əliyeva mülki iddiaçı qismində tanınıb. İddia üzrə cavabdeh Dürdanə Əliyevadır.

Daha sonra iş üzrə bir neçə sənəd elan olunub. Dürdanə Əliyevanın müvafiq qrumlara etdiyi müraciətlər oxunub.

Növbəti proses aprelin 3-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
 //trend//
Ardını oxu...
Rus model Kristina Pimenova 4 yaşında olarkən “Uşaqlar arasında dünyanın ən gözəl qızı” seçilmişdi.

Referans.az xarici mediaya istinadən xəbər verir ki, hazırda 18 yaşı olan model son halı ilə sosial medianın diqqətini çəkib. İnstaqram hesabında milyonlarla izləyicisi olan Kristina Pimenovanın paylaşımları maraqla qarşılanır, minlərlə izləyicinin reaksiyasına səbəb olur.

Modelin fotolarını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ayrılıq xəbərləri ilə gündəmdə olan aparıcı İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni açıqlaması ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Aysel Həsəni İlkin Həsəni ilə boşanması haqqında yayılan dedi-qodulara belə münasibət bildirib: “Artıq alışmışam və boş verirəm. Həyatımı yaşayıram”.

O, “Bir insanda ən çox axtardığınız özəllik hansıdır” sualına isə “İlk və ən əsası güvən. Güvən olmasa heç bir hissin önəmi yoxdur”, – deyə cavab verib.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.

Ardını oxu...
“Bu uşaq dişləmir, ya nəsə eləmir, yanımda gəlir. Sırf üzünün görünüşündə daun sindromludur deyə valideynlər uşaqlarının yerini dəyişir, biz oturan yerdən durub gedirlər”.
Bakı sakini Sevda Məmmədova belə deyir. Onun 3 uşağından biri daun sindromludur.
2006-cı ildən bəri hər ilin bu gün- 21 mart Ümumdünya Daun Sindromu Günü olaraq qeyd edilir. Bu günün məqsədi onların qarşılaşdığı çətinliklərə diqqət çəkməkdir. Azərbaycanda da təqribən 1000-ə yaxın daun sindromlu şəxs həm cəmiyyətin, həm də dövlətin qayğısından kənarda qalır.
Sevda Məmmədovanın 9 yaşlı qızı Leyla inklüziv məktəbə gedə bilmir. Anası deyir ki, inklüziv məktəblərdə sinifdə 1 müəllim 20 tipik şagirddən savayı atipik uşaq olduqda dərsi keyfiyyətli keçə bilmir. Ona görə də gərək köməkçi müəllim də olsun.
“Düzdür, daun sindromu xromosom anomaliyasıdır, onun müalicəsi yoxdur, amma misal üçün beyinə siqnallar getmir, bundan ötrü müalicələr var, o da çox bahadır. Bir valideyn daun sindromlu uşağa ayda bir 1000 manat xərcləməlidir ki, o uşaq hərtərəfli inkişaf eləsin”, - Sevda Məmmədova deyir
Ananın sözlərinə görə, daun sindromlu uşaqlara qarşı həm cəmiyyətin, həm də dövlətin də diqqəti yetərli deyil:
“Daun sindromlu uşaqlara 1-ci qrup əlillik verilmir. Daun sindromlu şəxs uşaq ikən əgər 2-ci qrup əlildirsə, 200 manat pensiya, 100 manat isə baxım pulu, 3-cü qrup əlildirsə, 100 manat pensiya, 50 manat baxım pulu alır”
“ Valideyn işləyə bilməz, uşağa qulluq lazımdır. Niyə mən dayə tutmalıyam? Dayə də aparıb-gətirə bilmir. Ya elə dayə tutmalıyam onu aparsın, gətirsin, baxsın, onda da bütün maaşımı ona verməliyəm. Ya da bu uşaq evdə qalmalıdır. Qapını bağlayıb çıxmalıyam. Mən ya uşaqların ehtiyaclarını ödəmək ümün qazancı seçməliyəm, ya da bu uşağı seçməliyəm. Yəni bu dəqiqə inklüziv təhsil də, mərkəz də bizim ehtiyaclarımızı ödəmir”, - Sevda Məmmədiva bildirir.
Xumar Kərimli xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı uzun illər sosial işlə məşğul olan fəallardan biridir.
O deyir ki, ölkədə daun sindromlu uşaqlarla işləyən mərkəzlər yetərli deyil:
“İnsanlar daha çox Bakıya diqqət ayırırlar, bölgələr yaddan çıxır. Ən pis vəziyyət kənar yerlərdədir. Mən belə fikirlər səsləndirəndə deyirlər ki, buradan başlamalıyıq. Razıyam, buradan başlamalıyıq, sadəcə olaraq illərdir hər şey burada davam edir, amma Azərbaycan təkcə Bakıdan ibarət deyil”.
Xumar Kərimli inklüziv cəmiyyətin, təhsil müəssisələrinin azlığından narazıdır. O,
Azərbaycan üzrə cəmi 5 məktəbin inkluziv təhsil verməsini yetərsiz hesab edir:
“Niyə çoxalmır? Niyə bu bölgələrə keçmir? Niyə bu kəndlərə keçmir? Mənə misal üçün maraqlı olan odur. Azərbaycan kimi hal-hazırda, fərqli fərqli yarışlar keçirən, fərqli-fərqli işlər görən bir ölkə üçün və kifayət qədər də büdcəsi olan bir ölkə üçün bunu etməmək bir az absurd gəlir. Mən çox istəyərdim ki, hər məktəbdə inklüziv siniflər, bağçalar olsun. Artıq köhnə nəsildən keçdi, heç olmasa bizim nəsil anlasın ki, bu uşaqlar digər uşaqlarımız kimidir və onlar hər şeyi bir yerdə edə bilərlər və diskriminasiya olmamalıdır”.
 //meydan.tv//

 

Dünyapress TV

Xəbər lenti