Bakının Nizami rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, Bəhruz Nuriyev küçəsində 1993-cü il təvəllüdlü Aytən Nurəddin qızı Əliyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yerə yıxılıb.
Ağır xəsarətlər alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub. Qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.