Ardını oxu...
Bakıda həbs edilən “Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmova cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

İş üzrə 100-dən çox zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178-ci (qulluq mövqeyindən istifadə etməklə təkrarən vəkülli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Ardını oxu...
Bu günlərdə “Uzak şehir” serialındakı performansı ilə danışılan Sinem Ünsalın azərbaycanlı olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, aktrisanın illər əvvəlki müsahibəsi yenidən gündəmə gəlib.

O, qonaq olduğu verilişdə atasının Azərbaycan türkü, anasının isə çərkəz olduğunu deyib.

Qeyd edək ki, Sinemin tərəf müqabili Ozan Akbaba da əslən azərbaycanlıdır.
Ardını oxu...
Naxçıvan şəhər 1 nömrəli məktəbin keçmiş müəllimi Səriyyə Qənbərova işdən çıxaırldıqdan sonra məhkəməyə müraciət edib.

"Qaynarinfo"nun məlumatına görə, o, Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.

Səriyyə Qənbərovanın iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib.

Səriyyə Qənbərova fiziki tərbiyə müəllimi olub. O, cari ilin sentyabrında sosial şəbəkələrdə işlədiyi məktəbdə hücuma məruz qaldığı barədə paylaşım etmişdi. Bir ay sonra isə buna görə işdən çıxarıldığını bildirmişdi.

Bundan sonra Naxçıvan Muxtar Respublikası (MR) Elm və Təhsil Nazirliyi isə onun işdən çıxarılmasını əmək intizamını pozması ilə əlaqələndirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb və tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib.
 
Ardını oxu...
Polşa Prezidenti Anjey Dudanın həyat yoldaşı Aqata Kornhauzer-Duda Ermənistana səfəri çərçivəsində İrəvanda “Missiya Ermənistan” təşkilatının baş qərargahında olub.

Teleqraf.com xəbər verir ki, o, burada təşkilat və BMT QAK-ın Ermənistan ofisinin nümayəndələri ilə görüşüb.

Polşanın birinci xanımı Ermənistanla beynəlxalq həmrəylikdən məmnunluğunu ifadə edərək, Varşavanın bu ölkəyə dəstək verən dövlətlər arasında olduğunu vurğulayıb.

Məlumatda deyilir ki, Kornhauzer-Duda Qarabağ erməniləri (separatçılar – red.) ilə də görüşərək, onlarla söhbətləşib.

Görüşün dünən baş tutduğu bildirilir.

Qeyd edək ki, Polşa Prezidenti Anjey Dudanın Ermənistana səfəri çərçivəsində atdığı bəzi təxribatçı addımlar Azərbaycan tərəfindən sərt təpki ilə qarşılanıb. Dudanın şərti sərhəddə Avropa İttifaqı missiyasının patrul xidmətinə qoşulması və binoklla Azərbaycanın mövqelərini müşahidə etməsi etiraz yaradıb.
 
Ardını oxu...
Hüquq müdafiəçiləri Təbrizdə 17 yaşlı yeniyetmə Nigar Dabbağinin təqribən 2 həftə nəzarətdən sonra müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər.

İranlı hüquqşünasların idarə etdiyi Dadban qrupu və Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) kimi mənbələrə görə, Dabbaği bazar ertəsi günü 400 milyon tümənlik mülki zəmanət qarşılığında Təbrizin mərkəzi həbsxanasından azad edilib.

Təbrizin Ümumi və İnqilab Prokurorluğu yeniyetmə gəncə qarşı “əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək”, “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyət” göstərmək, “İslamın müqəddəslərini təhqir etmək”, “İslam Respublikasının qurucusu və rəhbərini aşağılamaq” ittihamlarını irəli sürüb.
Nigar Dabbağinin gələn ilin fevral ayının 19-da Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılacağı bildirilir.

Təbrizin Ümumi və İnqilab Prokurorluğunun çıxardığı və surəti sosial şəbəkələrdə yayımlanan sənəddə yazılanlara görə, Nigar Dabbağinin öz “etirafları” və mobil telefonunda mövcud olan şəkillər və məzmunlar ona qarşı dəlil hesab edilib. Sənəddə həmçinin Dabbağinin fəaliyyətlərindən peşman olmadığını bəyan etdiyi dərc edilib.
 
Ardını oxu...
ABŞ-da Merilend ştatının sakini iki ay ərzində iki dəfə lotereya udaraq 150 min dollar qazanıb.

Noyabr ayında bir qadın hər birinin qiyməti 10 dollar olan beş ani tiraj bileti alıb. Biletlərdən biri ona 100.000 dollar qazandırıb. Eyni zamanda, oktyabr ayında o, 50 min dollarlıq da cek-potu vurub.

Dövlət lotereyasının təşkilatçıları ilə danışan şanslı amerikalı uduş strategiyasını açıqlayıb. O, Merilend Lotereyasının mobil proqramını diqqətlə öyrəndiyini və mümkün qədər çox yüksək mükafatların hələ oynanılmadığı rəsmləri seçdiyini söyləyib.

Qadın aldığı pulun bir hissəsini evin təmirinə xərcləyəcəyini də bildirib./Lent.az
 

Ardını oxu...
 

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində məhkəməyə axtarış qərarı çıxarıb.

Bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.

Belə ki, xüsusi ittihamçı Ağayeva Sürəyya İsrafil qızı Abıyeva Zümrüd İsrafil qızına qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə müraciət edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin o, 05 noyabr 2024-cü il tarixə, saat 16:00-a tarixə təyin olunmuş məhkəmə baxış iclası barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməyib.

Sonra barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs Zümrüd Abıyevanın növbəti məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilib. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə olunub. Lakin onun ölkə xaricində olduğu üçün barəsində axtarış qərarı çıxarılıb. Buna görə işin icraatı dayandırılıb.

Qeyd: Zümrüd Abıyeva barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən Sürəyya Ağayeva onun qohumudur. Xüsusi ittihamçının oğlu Əsgər Ağazadə Zümrüd Abıyevanın qızını zorlamaqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sürəyya Ağayeva xüsusi ittihamda qeyd edib ki, Zümrüd Abıyeva ona şər-böhtan atıb, şərəf və ləyaqətini alçaldıb. /pravda.az/

 
 
 
Ardını oxu...
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram profili növbəti dəfə bağlanıb.

Gununsesi.info-nun məlumatına görə, son günlərdə Azərbaycanda bəzi həkimlərin saxta diplomlarla fəaliyyət göstərdiyini iddia edən paylaşmaları ilə diqqət çəkən Ataşovanın profili daha əvvəl də şikayətlər nəticəsində bloklanmış, lakin sonradan yenidən aktivləşmişdi.

Jurnalist bir neçə gün əvvəl təhdid edildiyini də bildirib.
Ardını oxu...
"Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.

TEREF "Yenisabah.az"a istinadən xəbər verir ki, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.

İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

"Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.
 
Ardını oxu...
İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir il müddətinə azadlıqdan məhrum edilib.

İndex.az xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, o, 2023-cü ilin avqustunda elmi işinin müdafiəsi üçün universitetə hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozaraq gedib.

Leyla Hüseynzadə “İnstaqram” səhifəsində ona qarşı ittiham aktının fotosunu yerləşdirərək yazıb: “İttihamlar və məhkəmə prosesi barədə mənə məlumat verilmədiyi üçün hökmün təfərrüatlarından tamamilə xəbərsizəm”. O, bu hökmə etiraz etməyəcəyini bildirib: “Apellyasiya şikayətinə və ya başqa hüquqi münasibətlərə ümidim yoxdur”.

Məlumata görə, Tehran Universiteti Sosial Elmlər Fakültəsinin onlarla tələbəsi Leyla Hüseynzadənin müdafiəsi ilə bağlı bəyanat verib. Bundan başqa, onun magistratura işinin müdafiəsində iştirak etdiklərinə görə səkkiz tələbənin təhsil almalarına qadağa qoyulub.

İnformasiyaya əsasən, Tehran Universiteti bəyanat yayaraq Leyla Hüseynzadənin müdafiəsini “qanunsuz” adlandırıb. Bu məsələ ilə əlaqədar iki müəllimin ixtisası “etibarsız” elan edilib.

Qeyd olunub ki, Leyla Hüseynzadəni müdafiə edən tələbələr “qanunsuz və separatçı mitinqdə iştirak etmək” ittihamı ilə intizam komissiyasına çağırılıb və ümumilikdə, 8 semestr təhsildən kənarlaşdırılıblar.

Bildirilib ki, Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsinin yaydığı sənəddə tələbə fəal “Tehran Universitetində dini hicabsız oxumaqda” və “sistem əleyhinə təbliğat aparmaqda” ittiham olunur.
 

Dünyapress TV

Xəbər lenti