Ardını oxu...
 

"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. 

Ötən gün bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi.

Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar.

Ətraflı News24.az-ın sujetində:

 
 
 

Ardını oxu...
 

Rusiyanın "Birinci Kanal" telekanalının xəbər aparıcısı Yekaterina Andreevanın ölkə vətəndaşlığından əlavə Monteneqro və Honduras pasportlarına da malik olduğu üzə çıxıb.

Bu barədə Rusiya Korrupsiyaya Qarşı Mübarizə Fondunun yeni araşdırmasında deyilir.

Bu sənədlər sayəsində, məlum olub ki, Rusiya televiziyasının əsas simalarından biri ölkənin Ukraynaya geniş miqyaslı hərbi əməliyyatından sonra da sanksiyalara baxmayaraq dünyanı maneəsiz gəzməyə davam edir.

Monteneqronun pasportu ona 130-dan çox ölkəyə, o cümlədən Avropa İttifaqına vizasız giriş imkanı verir.

O, həmçinin NATO ölkələrinə səfər edir. Xüsusilə, müharibə başlayandan sonra aparıcı Finlandiya, Norveç, Monteneqro və digər Avropa ölkələrinə səfər edib.
 
Aparıcının uzun illərdir ki, Monteneqronun kurort şəhəri Sveti Stefandan fotolar paylaşması diqqətdən yayınmayıb. 

Andreevanın Monteneqro pasportu hələ 2015-ci ildə rusiyalı müxalifət lideri Aleksey Navalnı bu barədə danışanda məlum olub. 

FBK-nın araşdırmasına görə, Andreeva Monteneqro vətəndaşlığını 2011-ci ildə "ölkəyə xüsusi xidmətlərinə görə" alıb. Bu, adətən Monteneqro üçün əhəmiyyətli peşə və statusa malik şəxslərə verilən fəxri vətəndaşlıqdır.

Navalnının tərəfdaşlarının indi aşkar etdiyi kimi, Andreevanın həmçinin Honduras pasportu da var. 

İddialara görə, o, bu pasportu 2005-ci ildə sənədləşdirib. Bunu təsdiqləmək üçün müstəntiqlər Andreevanın Hondurasdan olan vəkilə verdiyi etibarnaməni dərc ediblər və bu etibarnamədə onun şəxsi məlumatları və həmin ölkə üçün pasport nömrəsi göstərilib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun məlumatına görə, Andreevaya Honduras vətəndaşlığını almağa onun Monteneqro, Serbiya və Honduras pasportuna sahib olan əri Dusko Peroviç kömək edib.
 
Qeyd edək ki, Yekaterina Andreeva 1998-ci ildən "Birinci Kanal"ın əsas xəbər proqramı olan "Vremya"nın daimi aparıcısıdır. BBC-nin məlumatına görə, 2009-cu ildə "Birinci Kanal"ın baş direktoru Konstantin Ernst Andreevanı işdən çıxarmaq qərarına gəlib. Lakin məlumat Rusiya Prezidenti Vladimir Putinə çatdıqdan sonra qərara yenidən baxılıb.

2018-ci ildə isə Andreeva müvəqqəti olaraq efirdən uzaqlaşdırılıb. Rəsmi səbəb kimi yeni studiyanın işə salınması ilə bağlı texniki çətinliklər göstərilib.

Bununla belə, BBC mənbələrinin qeyd etdiyi kimi , bunun arxasında daha dərin problemlər, o cümlədən aparıcı ilə Konstantin Ernst arasındakı çətin münasibətlər dayanırdı. Buna baxmayaraq, Andreeva tezliklə "Vremya" proqramının efirinə qayıdıb. (Bizim.Media)

Ardını oxu...

 
 
 

  

Ardını oxu...
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özünün və uşaqlarının həyatına ciddi təhlükə yarandığını bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciətində bildirib.
"Keçmiş MTN Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb.Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olmuşdur. Bu barədə DİN artıq məlumatlı idi və həmin videolar platformalardan silinmişdir. Bundan əlavə, Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva – Gəncədə Gülbəniz adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olmuşdur. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə, bir neçə dəfə məni təhdid etmişdir. Uzun fasilədən sonra bu gün o, birbaşa mənə və övladım Fərhada zəng edərək, onu və qardaşını öldürəcəyini bildirib. Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək, qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlətmişdir. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladlarım ABŞ vətəndaşıdır və o, bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək. Mən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət edirəm: bu məsələ araşdırılmalı, Vüsal Həsənov və onunla əlbir olan şəxslərin cinayət məsuliyyəti qanun çərçivəsində təmin olunmalıdır. Əgər bizim hər hansı birimizin başına bir iş gələrsə sifarişin Bakıdan gəldiyini və Moskvadakı qanuni oğrular vasitəsi ilə işlədildiyini bilmiş olun", - deyə jurnalist bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru, idarənin rəsmi nümayəndəsi Mariya Zaxarovanı IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

TEREF Publika.az-a istinadən xəbər verir ki, müvafiq fərman cümə axşamı, aprelin 17-də dərc olunub.

Dövlət başçısı Zaxarovanı “Rusiya Federasiyasının xarici siyasət kursunun həyata keçirilməsinə verdiyi töhfəyə və uzun illər vicdanlı diplomatik xidmətinə görə” mükafaylandırıb.

Mariya Vladimirovna Zaxarova 24 dekabr 1975-ci ildə Moskvada anadan olub. 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) beynəlxalq jurnalistika ixtisası üzrə beynəlxalq informasiya fakültəsini bitirib. Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsinə malikdir. İngilis və Çin dillərində danışır.

2015-ci ilin avqustunda o, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru vəzifəsinə təyin edilib.
 
Ardını oxu...
Bakıda intihar hadisəsi olub.
Hadisə bu gün Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 14 yaşlı Namətova Zəhra Zahir qızı yaşadığı evdə özünü asıb. O, orta məktəbdə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
  

Müğənni Nüşabə Musayevanın başına iş gəlib.

Onun avtomobilinə tanımadığı şəxs tərəfindən hücum olunub.

Sənətçinin sözlərinə görə, o, yaşadığı binanın həyətində iki lüks avtomobilini qoşa saxlayıb. Kimliyi məlum olmayan şəxs tərəfindən maşınlardan birinə daşla hücum olub.

"Mənə yaxın dura bilməyən şəxs elə avtomobilimə yaxın dura bilər. Şikayət etmək xarakterimdə yoxdur. Demirəm gəlib xərcini ödəsin, sadəcə kimliyini bilmək istəyirəm. Hərəkətinin səbəbini öyrənim. Binadan daş atıla bilməz. Gecə 2-də marketə getmişəm, belə deyildi. Qəsdən olunub, zərbə ilə vurulub. Yaxınlaşıb vurub, daş da içəri düşüb.

Bu həddə düşmən olacağım heç kim yoxdur. Ola bilər emosional insanam, kimsə deyə bilməz ki, pislik etmişəm. Digər "X6" markalı avtomobilimi də yanında saxlamışdım. Yəqin ki, bilməyiblər mənimdir. Sözün varsa, üzümə gəlib de, malımı-mülkümü hədəf alma".

 
 
 
Ardını oxu...
İşdən bir dəqiqə tez çıxdığına görə qovuldu - Təzminat aldıÇində bir qadın il ərzində altı dəfə işdən bir dəqiqə tez çıxdığına görə qovulub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.

Məlumata görə, bu ilin əvvəlində Van adlı Quandun əyalətinin sakini Quançjouda yerləşən bir şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

Qeyd olunub ki, o, firmada üç il işləyib və yaxşı nüfuz qazanıb, lakin keçmiş işəgötürən qəfildən onu işdən çıxarmaq qərarına gəlib.

Vana bildirilib ki, ofisin kamera görüntüləri onun təyin olunmuş vaxtdan bir dəqiqə əvvəl masasını tərk etdiyini göstərir. Bu, keçən il bir ay ərzində altı dəfə baş verib və dərhal işdən çıxarılması üçün əsas hesab edilib.

Bundan sonra Van şirkəti məhkəməyə verib.

Məhkəmə iclasında bildirilib ki, işəgötürən qadına baş vermiş qanun pozuntuları barədə xəbərdarlıq etməyib və onu qəfil işdən çıxarmaq hüququna malik deyil.

Məhkəmə Vanın işdən çıxarılmasının qanunsuz olduğuna qərar verib. Nəticədə qadına təzminat ödənilib.


Sonxeber.az
Ardını oxu...
Esra Erol'da programında Türkiye gündemini sarsan skandal olayda yeni bir gelişme yaşandı. 25 yaşındaki zihinsel engelli Dilek, nişanlısı Cuma’nın annesi Güldane ile birlikte kaçtığını belirterek canlı yayında yardım istedi. Dilek, nişanlısı ve kayınvalidesi tarafından şiddete maruz kaldığını ve tehdit edildiğini söyledi. Program esnasında polis kayınvalide ve damadı gözaltına aldı.
Play Video
Esra Erol'da programında Türkiye gündemini sarsan skandal olayda yeni bir gelişme yaşandı. 25 yaşındaki zihinsel engelli Dilek, 21 yaşındaki nişanlısı Cuma’nın, 47 yaşındaki annesi Güldane ile birlikte kaçtığını belirterek canlı yayında yardım talebinde bulundu.
Ardını oxu...
Tüm Türkiye’yi şaşkına çeviren bu olay, Esra Erol'da programında geniş yankı uyandırdı. Dilek, nişanlısı Cuma'nın annesiyle gereğinden fazla yakın olduğunu, sürekli beraber zaman geçirdiklerini ve kendisine kötü muamelede bulunduklarını iddia etti. Programa bağlanan bir seyirci ise Güldane'nin Cuma’dan üç aylık hamile olduğunu ileri sürdü.
Ardını oxu...
Türkiye’yi ayağa kaldıran bu olayda yapılan yayın ihbar kabul edildi ve emniyet güçleri Cuma ile Güldane’yi canlı yayında gözaltına aldı. İkili, Dilek'e uyguladıkları iddia edilen tehdit ve şiddet nedeniyle karakola götürüldü.

Kaynak:Halk TV Haber Merkezi

 

Ardını oxu...
   

Ümummilli Lider Heydər Əliyevin qızı ​Sevil Əliyeva anası Zərifə Əliyevanın anım günü münasibətilə paylaşım edib.

S.Əliyeva sosial şəbəkə hesabında valideyninin fotosunu paylaşıb.

“Bu gün mənim üçün ən ağır gündür. Anamın 40 ildir yanımda olmadığına inanmaq mənim üçün çox çətindir”, - deyə Sevil Əliyeva yazıb.

Qeyd edək ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.   (Axşam.az)

Ardını oxu...

 
 
 

Ardını oxu...
  

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, aparıcı bu acı itki ilə bağlı Instagram hesabında paylaşım edib.

Xoşqədəm Hidayətqızı anasını ehtiramla yad edərək, paylaşımında görkəmli şair Məmməd Arazın şeirindən sətirlərə yer verib.

"Daha gəlməyəcək anamın səsi
Mənə də taleyin yumruğu dəydi.
Düzü, xatirimə dəyir, bəzisi
Soruşur mərhumun yaşı neçəydi?
Bilmirəm, düşmüşdü, saçlarına dən.
Dolaşır suallı cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ANA yaşında".

Ardını oxu...

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti