Ardını oxu...
  

Türkiyənin məşhur aktrisası Meryem Uzerli gözəlliyin trendlərə deyil, daxili rahatlığa əsaslandığını vurğulayıb.

Meryem Uzerli hər zaman zərifliyi və səmimiyyəti ilə diqqət çəkməyə davam edir. Məşhur aktrisa, L'Officiel Türkiye jurnalına verdiyi xüsusi müsahibədə gözəllik anlayışı, bədən sevgisi və özünəinamla bağlı diqqətçəkən açıqlamalar verib. Məşhur aktrisa yaş artdıqca gözəllik anlayışının dəyişdiyini bildirib:

"Bədənimi həyatımın hər dövründə sevirəm. Medianın gözəllik anlayışı trendlərə əsaslanır. Mən özümü ən gözəl hiss etdiyim an, məni sevən insanlarla olduğum anlardır. Əgər başqaları bədənimlə bağlı mənə bir nöqsan hiss etdirirsə, özümü yox, ətrafımdakı insanları dəyişdirirəm". /lent.az

Ardını oxu...
Azərbaycanda ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 29 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə mətbuata Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumat üçün bildirək ki, ana ölümlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, 2009-cu ildən sonra qeydə alınan ən yüksək ikinci göstəricdir.
Onu da bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ana ölümləri ən aşağı səviyyəyə 2018-ci ildə düşüb. Həmin il ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 17 ana ölüb. 2018-ci illə müqayisədə ötən il ana ölümlərinin sayı 70,6% artıb.
Müqayisə üçün 2018-ci ildən sonra Azərbaycanda qeydə alınan ana ölümlərinin statistikasını təqdim edirik:
2018-ci il – 17;
2019-cu il – 21;
2020-ci il – 20;
2021-ci il – 20;
2022-ci il – 18;
2023-cü il – 33;
2024-cü il – 29.
 
Ardını oxu...
Bakıda “Porsche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Sərxoş vəziyyətdə “Porsche” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü Nəsimi RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

O, yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kəmalə Harrisin əri Duqlas Emhoffu Vaşinqton Holokost Muzeyinin idarə heyətində tutduğu vəzifədən azad edib.
Ajans.az xəbər verir ki, bu barədə "X"də Duqlas Emhoff özü bildirib.

Keçmiş Demokratlar Partiyasından prezidentliyə namizədin əri əmindir ki, ABŞ prezidenti bunu siyasi motivlərlə edib. Tramp Baydenin təyin etdiyi digər şura üzvlərini də işdən çıxarıb.
 
Ardını oxu...
Gezi Parkı istintaqı çərçivəsində barəsində araşdırma başlanan Ayşe Barım üçün iddianamə hazırlandı. İddianaməyə əsasən, Barım "hökuməti devirməyə cəhd" ittihamı ilə 30 ilədək azadlıqdan məhrum edilə bilər.

İstanbul Baş Prokurorluğu tərəfindən təsdiqlənən iddianamə, qiymətləndirilmək üzrə İstanbul 26-cı Ağır Cəza Məhkəməsinə göndərilib.
 
 
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin bacısı Natalya Dmitriyeva ABŞ pasportu ilə Ukraynaya gizli səfər edib.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşərinin jurnalisti Keti Livinqston mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Dmitriyeva 2025-ci ilin fevralın 8-də Ukrayna ərazisinə daxil olub, 12 fevralda isə ölkəni tərk edib.

Livinqston bildirib ki, Natalya Dmitriyeva 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumundan sonra anası Tamara Şevçenko ilə birlikdə Ukraynadan çıxıb:

“Əvvəllər onlar Ukrayna pasportuna sahib idilər, amma son illər Ukraynaya ABŞ pasportu ilə gedirlər. Onların hazırda harada yaşadıqları barədə məlumat yoxdur”.

Bundan başqa, Livinqstonun mənbələri bildiriblər ki, Dmitriyevlər ailəsi Ukrayna və Avropada böyük aktivlərə sahibdir.

Qeyd edək ki, bir müddət öncə Kirill Dmitriyevin atası, məşhur alim Aleksandr Dmitriyevin hələ də Kiyevdə yaşadığı və orada işlədiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Kirill Dmitriyev 1975-ci ildə Kiyevdə anadan olub.
Ardını oxu...
O, repressiya qurbanı olmuş ilk azərbaycanlı qadındır.
Həyat yoldaşı yazıçı Seyid Hüseyn də güllələnərək dənizə atılmışdı.
İllərlə uşaqlarından ayrı düşür, həbs düşərgəsində çox ağır günlər keçirir, məzarının yeri unudulur.
Oğlu isə 24 yaşında xəstəlikdən vəfat edir.
Azərbaycanın ilk istiqlalçı şairəsi Ümmügülsüm Sadlqzadə.

1920-ci ildə ailə quran Seyid Hüseyn və Umgülsümün dörd övladı dünyaya gəlir: Cığatay, Toğrul, Oqtay və Qumral.
Umgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. 1938-ci ilin yanvar ayında Seyid Hüseyn güllələnir. 1937-ci ilin noyabr ayında onu “xalq düşməni”nin arvadı kimi həbs edib Bayıl həbsxanasına salırlar. Beləcə, 37-nin 37 yaşlı qurbanı olur Umgülsüm Sadıqzadə. Həm də ilk repressiya olunan Azərbaycan qadını. Ona səkkiz il iş kəsərək 1938-ci ildə Mordova Muxtar Respublikasının Yavas qəsəbəsindəki Temlaq əmək islah düşərgəsinə göndərirlər.

O, Mikayıl Müşfiqin sevimli Dilbəri ilə eyni düşərgədə olub, onun vəziyyətini acı ilə qələmə alıb. Umgülsüm xanım 1943-cü ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək, azadlığa buraхılmasını хahiş edir. Onun azad olunmasına yalnız 1945-ci ilin aprel ayında qərar verilir. Artıq sürgün günlərinin geridə qaldığına, uşaqlarına və evinə qovuşduğuna yenicə sevinmiş bu əzabkeş qadına iyirmi gün sonra Bakıda qalmaq yasaqlanır. O, Vətənində də sürgün olunur. Bakıdan Şamaxıya köçməli olur. Burada da uzun müddət yaşaya bilmir və üç ay sonra qızı Qumralın qolları arasında gözlərini əbədi olaraq yumur.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu
/yazarlar.az/
 
Ardını oxu...
“Brilyant” xanım şəhəri və dəstə üzvlərini necə qorxu altında saxlayırdı?

XIX-XX əsrlərin sərhədi. London küçələrində bir neçə cinayətkar dəstə fəaliyyət göstərir. Hamısı qarət edir, öldürür və ictimai təhlükə təşkil edir. Amma bir dəstə də var ki, başqalarına heç bənzəmir. Bu, “40 fil” dəstəsidir, yalnız qadınlardan ibarət olan ən qlamur, zərif və təhlükəli qruplaşmadır.

“40 fil” qadın cinayətkar dəstəsi London küçələrində XIX əsrdə fəaliyyət göstərməyə başladı. Onların cinayətləri haqda məlumatlar polis hesabatlarına ilk dəfə 1870-ci illərdə düşür. Tarixçilər dəstənin adını köhnə Londonun cənub-şərq hissəsindəki meydanla əlaqələndirirlər. “Fil və qəsr” - cinayətkarlığın böyük faizi məhz bu rayonda cəmləşmişdi.

Ardını oxu...
Qruplaşmanın həmin ərazidə bir növ mənzil-qərargahının olduğu deyilir. Qrup üzvlərinin dəqiq sayı barədə fikir yürütmək çətindir, amma hücumlarda və qarətlərdə onlarla qadının iştirak etməsi məlumdur. Onların tayı-bərabəri yox idi, ən təhlükəli kişi cinayətkarlarla rəqabət aparırdılar və bütün növ silahlardan əla istifadə edirdilər.

“40 fil”in əsas peşəsi oğurluq və qarət idi. Qızlar geyim mağazalarındakı imtiyazdan gen-bol yararlanırdılar. Alış-veriş zamanı əməkdaşlar həmişə onları tək buraxırdılar ki, paltarları geyinib baxsınlar. Cinayətkar qızlar həmişə özləri ilə çox şey götürür, bəzilərini qaytarır, bəzilərini isə üstlərindəki geyimin gizli ciblərində gizlədirdilər.

Özü də dəstə üzvləri həmişə təzə və bahalı geyimdə olur, səliqəli görünürdülər. Bütün mağaza sahibləri oğru qadınlar haqda eşitmişdilər, amma konkret necə göründüklərini bilmirdilər. Ona görə də paltar seçməyə gələn gözəl və qamətli qadından kimsə şübhələnmirdi.

“40 fil” dəstəsinin fəndləri arasında xeyli qeyri-adi metodlar vardı. Məsələn, bir qız paltarının qolunda saxta qol gəzdirirdi. “Protez” bədənin gerçək əzasını gizlədir, həmin əl də əşyaları gizlicə ciblərə qoyurdu.
Ardını oxu...

“Fil”lərin zərgərlik mağazalarından oğurluq üçün də öz metodları vardı. Qızlardan biri piştaxtaya yaxınlaşır və onun altına çeynənmiş saqqız yerləşdirir, bir neçə üzük göstərilməsini xahiş edir və onlardan bəzilərini saqqıza yapışdırırdı. Bundan sonra heç nə götürmədən gedirdi. Çıxışda onu oğurluqda günahlandıra bilərdilər, amma üst-başını axtaranda məlum olurdu ki, xanımın üzərində heç nə yoxdur. Daha maraqlısı sonra baş verirdi: bir neçə dəqiqədən sonra cinayət ortağı mağazaya gəlir və “qənimət”i götürüb gedirdi.

Kosmetika dükanlarında qadınların başqa sxemi vardı. Bir neçə qadın guya kosmetika baxmaq üçün əyilir, əşyanı bir-birilərinə ötürürdülər. Elə ki, əşya sonuncusuna çatırdı, onu cibinə qoyurdu və dükandan gedirdi. Qızlardan biri işçini yayındırmaq üçün çoxlu suallar verir, gah bir, gah başqa məhsulu göstərməsini istəyirdi.

Polisin təqibindən qurtulmaq üçün qızların başqa metodu vardı: bu zaman onlar sürətli avtomobillərdən istifadə edirdilər. Oğurlanan şeylər ortağa verilir, o da gözə dəymədən cinayət yerindən uzaqlaşırdı. Qalan qızlar isə sürətli avtomobilə oturub guya qaçmağa cəhd göstərirdilər. Polis şübhəli avtomobili təqib edir, qadınları saxlayır, amma axtarış zamanı heç nə tapmırdı. “Qənimət”i saxlayan qadın isə həmin vaxt çoxdan təhlükəsiz yerdə ortaqlarını gözləyirdi.

Oğurluq şeylərdən istifadə etmək qadağan idi: bu halda əlavə şübhələr yarana bilərdi. Bütün “qənimət” nağd pula satılırdı, artıq o pula “halal” şəkildə geyim, zinət və kosmetika alınırdı.

“40 fil” dəstəsinin üzvləri tez-tez zəngin ailələrə qulluqçu və ya dayə kimi işə düzəlir, ya da varlı kişilərlə münasibət qururdular. Bunun üçün onlar saxta pasportlardan, zəmanət məktublarından istifadə edir, özlərini başqa adlarla təqdim edirdilər.

Güclü lider: dəstənin əsas kraliçası Elis Daymond

Ardını oxu...
Dəstənin əsas kraliçası Elis Daymond adlı qız idi. O, hələ 1916-cı ildə, cəmi 20 yaşı olanda “40 fil”in lideri oldu. Qəzet başlıqlarında “Brilyant Enni” və “Amazon qatil” kimi təqdim olunurdu. Bütün London Elis haqqında xəbərdar idi, hər bir mağaza sahibi dua edirdi ki, ona baş çəkməsin.

Əlbəttə, Daymond soyadı gerçək deyildi, onu brilyantlara olan xüsusi sevgisinə görə qazanmışdı (ingiliscə “diamond” - brilyant deməkdir). Qız bütün barmaqlarında böyük brilyantları olan üzüklər gəzdirir, dalaşanda isə onlardan beşbarmaq kimi istifadə edirdi.

Hündür boyu, gözəl görünüşü və məşum şöhrəti mağazalarda ona əla “tələ yemi” olmaq fürsəti verirdi. O, məharətlə satıcıların diqqətini özünə çəkir və həmin vaxt yoldaşları mağazanı soyurdular.

Elis Daymond “hakimiyyəti” zamanı bir sıra ciddi qaydalar tətbiq etdi. “Fil”lərin xüsusi kodeksi yarandı ki, ona əsasan qarətdən öncəki gün alkoqol içmək və gec yatmaq olmazdı. Başqa bir qaydaya görə, hər bir dəstə üzvü həbsə düşən istənilən yoldaşı üçün alibi təmin etməli idi. Bundan əlavə, bir kişi ilə münasibət qurmazdan əvvəl “kraliça”nın razılığını almaq lazım idi: Daymond həmin kişinin etibarlı olmasını, qızı və rəfiqələrini polisə satmayacağını yoxlayırdı.

Bir dəfə Mari Britten adlı bir qız son qaydanı pozdu və Elis Daymondun bəyənmədiyi kişiyə ərə getdi. “Kraliça” bir neçə qızla Marinin evinə gəldi, kişini döydülər, qızı da baş verənlərə baxmağa məcbur etdilər. Bu hücumdan sonra Daymond və yardımçısı Meqqi Hill həbs olundular, hadisənin özü isə “Lambet qiyamı” adını aldı.

Dəstə necə və nə vaxt dağıldı

“40 fil” dəstəsi rəhbərlik dəyişəndən sonra tədricən tənəzzül etdi. Həbs edilən Elis Daymondun yerinə Lilian Rouz Kendall yeni “kraliça” oldu. Daymond azadlığa çıxandan sonra əvvəlki yerinə qayıtmadı, müstəqil işləməyə başladı: digər oğru qadınlara təlim keçdi, məsləhət verdi.

Bundan əlavə, keçmiş metodlarla işləmək getdikcə çətin olurdu. Mağazalarda mühafizəni gücləndirdilər, dəbə əsasən paltarlar bədənə daha yapışan oldular, üstəlik, güclü lidersiz əvvəlki kimi işləmək də alınmırdı.

Bir məlumata görə, “40 fil” dəstəsi 1952-ci ildə dağılıb, Elis Daymond da həmin il ölüb. Başqa məlumata görə, cinayətkar qrup bu və ya başqa şəkildə 1992-ci ilə qədər mövcud olub.

Hazırladı: Yadigar Sadıqlı
Mənbə:BURDA

Ardını oxu...
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanının böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Qeyd edilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olmuşdur. Zərifə xanım Əliyevanın həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazandığı qeyd olunaraq onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.
Millət vəkili Rizvan Nəbiyev çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafında misilsiz xidmətləri olub. Ölkəmizdə çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən söz açan millət vəkili vurğulayıb ki, Zərifə xanım xeyirxah, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında qalıb və daima gözəl xatirələrlə anılacaqdır.
Millət vəkili Zaur Şükürov qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla özünün tibbi bilikləri ilə millətimizin, onun övladlarının qayğısına qalıb.
Sonra çıxış edə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova bildiriblər ki, Zərifə xanım Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıblar.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


Ardını oxu...
"Qızlarla ilkin söhbət apardıq, amma hadisələrə toxunmadıq. Onların psixoloji durumları ilə bağlı danışdıq".

TEREF xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində evdən qaçdıqdan 10 gün sonra taksi sürücüsünün evində tapılan yeniyetmə dayıqızı və bibiqızının reabilitasiyaya cəlb olunduğunu vurğulayıb:

"Apardığımız söhbət hadisələrlə bağlı deyil, onların psixoloji durumları ilə bağlı oldu. Onlar hazırda kənar, heç tanımadıqları yerdədirlər. Bu baxımdan hələ ki onlara adaptasiya müddəti veriləcək, bu mərhələdə onların baş verənlərlə bağlı nələr deməsi önəmli olmayacaq. Çünki bununla bağlı istintaq gedir. Bizim doğru olmayan məlumatımız istintaqın gedişinə çox böyük maneə ola bilər.

Onlara "niyə qaçmısan?", "o şəxs kimdir?" suallarını verməyimiz çox tezdir. Bunu müzakirə etmədik. Ola bilsin ki, ailədə müəyyən problemlər var ki, uzaqlaşmaq qərarına gəliblər. Apardığımız işdən sonra müəyyən nəticələrə gəlmək olar, amma indi bu olduqca tezdir".

Qeyd edək ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
 

Dünyapress TV

Xəbər lenti