Ardını oxu...
İkinci dünya müharibəsində Azərbaycan faşizmə qarşı mübarizədə böyük tövhə verən ölkələrdən biridir. Azərbaycan cəbhədə SSRİ-nin neftə olan ehtiyacının 75-80 faizini qarşılayırdı. Həmçinin görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin elmi kəşfləri sayəsində SSRİ hərbi sənayesi partlayıcı maddələrə , yüksək oktanlı aviobenzinə olan tələbatı ödəmişdir. Yusif Məmmədəliyevin elmi kəşfləri o qədər əhatəlidir ki, onun haqqında ayrıca yazı paylaşacam.
Sizə üç azərbaycanlı qadın qəhrəmanı tanıtdırmaq istəyirəm.
Ardını oxu...
Leyla Məmmədbəyova Azərbaycanın və Cənubi Qafqazın ilk qadın təyyarəçisi (pilot-paraşütçüsü) olmuşdur. O, həm də bütün Şərqdə ilk qadın paraşütçü kimi tarixə düşüb. Sovet dövrünün çətin şəraitində qadınların aviasiyaya cəlb olunması nadir hal idi və Leyla xanım bu sahədə öncül rol oynamışdır.
Qısa Bioqrafiya
Doğum: 1909-cu il, Bakı
Təhsil: Bakı Aviasiya Klubu, sonra Moskva Mülki Aviasiya Məktəbi
İxtisas: Pilot və paraşütçü
Ölüm: 1989-cu il.

1931-ci ildə aviasiya sahəsində fəaliyyətə başladı. Elə həmin il ilk dəfə paraşütlə tullanaraq bu sahədə tarix yazdı.
Qadınlara aviasiya sahəsində yol açan ilk nümunə oldu.
Uçuş təlimatçısı kimi yüzlərlə pilotun yetişməsində iştirak edib.
İkinci Dünya Müharibəsi dövründə qadınların hərbi aviasiyaya hazırlanması işinə cəlb olunmuşdu.Leyla Məmmədbəyova yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin aviasiya tarixində mühüm yer tutur. O, cəmiyyətin kişi sahəsi hesab edilən bir peşəyə qadınların daxil ola biləcəyini sübut edərək ilklərdən biri olmuşdur.
Şövkət Şahbaz qızı Səlimova — Azərbaycanın ilk qadın gəmi kapitanı və İkinci Dünya müharibəsi dövründə dünyada bu vəzifəni icra edən iki qadından biri olmuşdur .
Ardını oxu...
1920-ci il dekabrın 25-də İsmayıllı rayonunun Lahıc kəndində neftçi ailəsində anadan olmuşdur . Uşaq yaşlarında aviamodelçiliklə maraqlanmış, 1935-ci ildə Moskvada keçirilən aviamodel yarışında birincilik qazanmışdır .
Şövkət Səlimova, SSRİ-nin ilk qadın uzaq səfər kapitanı Anna Şetinanın fotosunu jurnalda gördükdən sonra dənizçi olmağa qərar vermişdir . 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmiş və Odessa Dəniz Gəmiçiliyinin “Serqo” gəmisində kapitanın üçüncü köməkçisi kimi işə başlamışdır
İkinci Dünya müharibəsi zamanı “Dnepr” gəmisinin kapitanı olaraq, Xəzər dənizi vasitəsilə cəbhəyə neft, silah və digər hərbi ləvazimatlar daşımışdır . Göstərdiyi şücaətə görə “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə” və “1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmişdir .
Müharibədən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda dosent, prorektor və kafedra müdiri vəzifələrində çalışmış, 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır .
Mükafatları və Təsiri.
Şövkət Səlimova, Azərbaycanın ilk qadın gəmi kapitanı olaraq, dənizçilik sahəsində qadınların rolunu artırmış və gələcək nəsillərə ilham vermişdir.
Ziba Paşa qızı Qəniyeva (20 avqust 1923 – 2010) İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı snayper, kəşfiyyatçı və rabitəçi olmuşdur. O, həmçinin Sovet İttifaqında qadınların hərbi xidmətinə dair simvolik fiqurlardan biri hesab olunur.
Ardını oxu...
Ziba Qəniyeva 1923-cü il avqustun 20-də anadan olmuşdur. Doğum yeri ilə bağlı müxtəlif mənbələrdə fərqli məlumatlar mövcuddur: bəzi mənbələr Şamaxı, digərləri isə Özbəkistanın Gülistan şəhəri və ya Qazaxıstanın Çimkənd şəhərini qeyd edir. Atası azərbaycanlı Paşa Qəniyev müəllim və tərcüməçi, anası isə özbək idi. 1937-ci ildə anası repressiyaya məruz qaldıqdan sonra, atası Zibanın təhlükəsizliyi üçün ondan imtina etmişdir. Bu hadisədən sonra Ziba Daşkəndə köçərək Özbəkistan Dövlət Filarmoniyasının xoreoqrafiya şöbəsində təhsil almışdır. 1940-cı ildə isə Moskvaya gedərək Teatr Sənəti Dövlət İnstitutunun aktyorluq fakültəsinə daxil olmuşdur.
Hərbi xidməti.
1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra Ziba Qəniyeva könüllü olaraq Qırmızı Orduya qoşulmuşdur. O, 3-cü Moskva Kommunist Atıcı Diviziyasında xidmətə başlamış, daha sonra 130-cu Atıcı Diviziyanın 151-ci Ayrı Motorlaşdırılmış Kəşfiyyat Taborunda snayper və kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir. Qısa müddətli təlimlərdən sonra o, düşmən arxasına 16 dəfə uğurla keçid etmiş və 20-dən çox düşmən əsgərini zərərsizləşdirmişdir. 1941-ci ilin noyabrında Qırmızı Meydanda keçirilən məşhur paradda iştirak etmişdir.
1942-ci ildə ağır yaralanaraq qan zəhərlənməsi keçirmiş və 11 ay xəstəxanada müalicə almışdır. Bu müddət ərzində SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Şvernikin həyat yoldaşı Mariya Şvernik onunla şəxsən maraqlanmış və sonradan Qəniyeva ailə tərəfindən övladlığa götürülmüşdür.
Mükafatlar və Sonrakı Həyatı
Ziba Qəniyeva göstərdiyi qəhrəmanlığa görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni, "Moskvanın müdafiəsinə görə" medalı və 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir.
Müharibədən sonra o, təhsilini davam etdirərək 1965-ci ildə filologiya üzrə elmlər namizədi alimlik dərəcəsi almışdır. Eyni zamanda, 1946-cı ildə "Tahir və Zöhrə" filmində baş rol ifa edərək aktyorluq sahəsində də fəaliyyət göstərmişdir.
Джавид Дамирли
TEREF
Ardını oxu...
ABŞ-ın birinci xanımı Melaniya Trampın həyat yoldaşı Donald Trampın prezident kimi ikinci müddətinə başlamasından bu yana keçən 108 günün cəmi 14 gününü Ağ Evdə keçirdiyi məlum olub.

TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, prezident iqamətgahının şərq qanadında birinci xanımlara ayrılan bölmədə işıqların nadir hallarda yandığı və pərdələrin daim bağlı saxlanıldığı bildirilir.

Rəsmilər Melaniya Trampın Vaşinqtonda əhalinin düşündüyündən daha tez-tez olduğunu iddia etsələr də, bu səfərlərin dəqiq vaxtı və davamlılığı qeyri-müəyyən olaraq qalır. Onun əsas vaxtını Nyu-Yorkdakı "Tramp Tower"də və ya Floridadakı Mar-a-Laqo prezident iqamətgahında keçirdiyi qeyd olunur.

80 ildir görünməyən bir davranış

Ohayo Universitetinin tarixçisi Ketrin Cellison Melaniya Trampın bu davranışını "ictimaiyyətdən son dərəcə uzaq qalmaq" kimi qiymətləndirərək, son 80 ildə belə bir halın müşahidə edilmədiyini bildirib. Onun sözlərinə görə, bu qədər az ictimai fəaliyyət göstərən birinci xanım sonuncu dəfə ABŞ-ın 33-cü prezidenti Harri Trumenin həyat yoldaşı Bess Trumen olmuşdu.

Ağ Evə nadir hallarda gedir

"New York Times"ın yazdığına görə, Ağ Evdə Melaniya Trampın şəxsi işləri üçün işçilər təyin edilsə də, onun prezidentin ofisinə çox nadir hallarda getdiyi qeyd olunur. Hətta Mar-a-Laqo əməkdaşları belə onun orada tez-tez görünmədiyini deyiblər.

Qəzetin şərhində Donald Trampa qarşı sui-qəsd cəhdləri və digər təhlükəsizlik təhdidlərinin Melaniya Trampın narahatlıqlarını artırmış ola biləcəyi vurğulanır.

Yaxın çevrəsi birinci xanımın xüsusilə ailəsinin təhlükəsizliyi məsələsində həssas olduğunu və buna görə Vaşinqtondan uzaq qalmağı üstün tutduğunu bildirir.

"Lazım olanda orada olacağam"

"Fox News" telekanalına verdiyi müsahibədə Melania Tramp "Üstünlüyüm ana, birinci xanım və həyat yoldaşı olmaqdır" deyərək, gündəlik proqramı ilə bağlı "Ağ Evdə, Nyu-Yorkda və ya Palm Biçdə olmam lazım gəldikdə orada olacağam" sözləri ilə yalnız zəruri hallarda ictimaiyyət qarşısına çıxacağını ifadə edib.

Maliyyə dəstəyi ilə keçirilən tədbirlər müzakirə doğurub

Melaniya Trampın iştirak etdiyi azsaylı tədbirlər arasında Ağ Evdə keçirilən Pasxa mərasimi və Beynəlxalq Cəsur Qadınlar Mükafatlandırma mərasimi yer alıb. Lakin xüsusilə Pasxa tədbirində kommersiya sponsorlarının iştirakı etik müzakirələrə səbəb olub. ABŞ mediası və Demokratlar, Tramp ailəsini rəsmi tədbirdə "reklam almaqda" ittiham edib. Cütlük isə məsələyə münasibət bildirməkdən imtina edib.

Birinci xanım hansı işlərlə məşğuldur?

Məlumata görə, Melaniya Tramp hazırda "Amazon" platforması üçün hazırlanan bir sənədli film layihəsi üzərində çalışır. Layihənin büdcəsinin 40 milyon dollar olduğu və bunun sənaye standartlarından yüksək qiymətləndirildiyi bildirilir. Ancaq layihənin məzmunu və birinci xanımın burada hansı rolda çıxış edəcəyi hələlik bəlli deyil.

19 yaşlı oğlu Barronun Nyu-York Universitetində təhsil alması da Melaniya Trampın gündəlik proqramına təsir edən əsas amillərdən biri olub. ABŞ mediası, onun oğlunun təhsilinə aktiv şəkildə qatıldığını yazır.

Papa dəfnində yaranan böhranı aradan qaldırıb

Melaniya Trampın yaxın günlərdə Donald Trampın Yaxın Şərq səfərinə qatılması gözlənilməsə də, Papa Fransiskin dəfn mərasimində ərinin yanında yer alması diqqət çəkib. "Daily Mail" qəzetinin xəbərinə görə, Melaniya Tramp mərasim zamanı Donald Tramp ilə Fransa prezidenti Emmanuel Makron arasında yaranan gərginliyi aradan qaldırıb. Bildirilir ki, Makronla salamlaşmayan Trampa Melaniya "Bunu etməlisən" deyərək, onun Fransa liderinin əlini sıxmasını təmin edib.

"O bir xanımdır və vəzifəsinə sadiqdir"

Melaniya Trampı 1990-cı illərdən tanıyan və onu ilk kəşf edən modellik sahəsinin nümayəndəsi Paolo Zampolli birinci xanımın Ağ Evi sevdiyini və rolunu yerinə yetirməyə çalışdığını bildirib. "O bir xanımdır və vəzifələrinə sadiqdir", deyə Zampolli qeyd edib.

55-ci doğum günündə Tramp cütlüyünün Nyuark şəhərində fərqli istiqamətlərə getməsi isə medianın "Aralarında problemmi var?" sualını gündəmə gətirib.
Ardını oxu...
Dəmir əskikliyi və buna bağlı yaranan anemiya, dünyada olduğu kimi Azərbaycanda da xüsusilə qadınlar arasında geniş yayılıb. Həkimlər, hər beş qadından birində demir çatışmazlığına rast gəlindiyini bildirirlər. Qadınlarda bu problemin daha çox görülmə səbəbləri arasında aylıq menstrual qanaxmalar və tez-tez baş verən hamiləliklər göstərilir.

TEREF xəbər verir ki, müalicə olunmadıqda ürək çatışmazlığı da daxil olmaqla ciddi sağlamlıq fəsadlarına yol aça bilən dəmir əskikliyi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilir.

Dəmir qandakı oksigeni daşıyan hemoglobin molekulunun istehsalı üçün vacibdir. Eyni zamanda immunitet sistemi və zehni fəaliyyətlər üçün də əhəmiyyətlidir. Qidalarla kifayət qədər dəmir qəbul edilməməsi və menstrual qanaxmalarla bədənin dəmir itirməsi bu əskikliyə səbəb ola bilər. Müalicə olunmadıqda ürək çatışmazlığına qədər irəliləyə bilən bu ciddi sağlamlıq problemi hər 5 qadından birində müşahidə edilir. Gündəlik həyatın sürətli ritmi içində qadınlar çox vaxt bu əskikliyi və onun yaratdığı fəsadları görməzlikdən gəlirlər. Dünyada da ən çox rast gəlinən anemiya (qan azlığı) növü olan dəmir əskikliyi anemiyası qadınlarda daha geniş yayılıb. Aybaşı ağrılarına görə tez-tez ağrıkəsici istifadə olunması da demir əskikliyini artırır. Bəzən isə bu problem daha ciddi xəstəliklərdən – mədə-bağırsaq sistemi xəstəlikləri və ya xərçəngdən qaynaqlana bilər. Bu səbəblə risklərin qiymətləndirilməsi və vaxtında tədbir görülməsi vacibdir.

Dəmir əskikliyi həyat keyfiyyətini aşağı salır
Qansızlıq zamanı orqanizmdə oksigenin yetərli miqdarda daşınmaması müxtəlif orqanlarda funksional problemlərə səbəb olur və bu da həyat keyfiyyətini aşağı salır. Müalicə olunmadıqda ürək çatışmazlığına qədər gedə bilən ağır fəsadlar yarana bilər. Çox vaxt qadınlar bu əlamətləri gündəlik həyatın yorğunluğuna bağlayaraq həkimə müraciət etmirlər. Halbuki qan azlığı hamilə qalmağı çətinləşdirə, hamiləlik dövründə erkən doğum və aşağı riski yarada bilər. Həmçinin doğum sonrası depressiya riski artar, körpənin psixoloji və zehni inkişafı da mənfi təsirlənə bilər.

Bu əlamətlər qan azlığının xəbərçisidir:

Solğun dəri

Halsızlıq, tez yorulma

Daimi gərginlik, bədbinlik

Ürəkdöyünmə

Nəfəs darlığı

Baş ağrısı, başgicəllənmə, göz qaralması

Anlama və diqqət zəifliyi

Tez-tez qızdırma və infeksiya keçirmək

Sümük və oynaq ağrıları

Saç və dırnaqlarda zəifləmə

Dodaq kənarında çatlar

İştahsızlıq, dad hissinin azalması

Torpaq, əhəng, təbaşir yemək istəyi

Qan azlığına qarşı necə qidalanmalı?

Dəmirlə zəngin qidalar qan hüceyrələrinin istehsalına dəstək verir və qan azlığını aradan qaldırmağa kömək edir. Qırmızı ət, yumurta, doşab, quru paxlalılar, quru meyvələr, fındıq, fıstıq, tünd yaşıl yarpaqlı tərəvəzlər bu baxımdan çox faydalıdır. Lakin çoxlu miqdarda kalsium qəbul etmək dəmirin sorulmasını azalda bilər. Əvəzində C vitamini tərkibli qidalar – məsələn, yaşıl yarpaqlı tərəvəzlər və acı bibər – dəmirin orqanizmdə istifadəsini artırır. Bu səbəblə yumurta, ət və balıqla yanaşı C vitamini ilə zəngin tərəvəzlər də mütləq menyuda yer almalıdır.

Pravda.az
 
Ardını oxu...
Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.
O, “EY İYİ” media mükafatlandırma mərasimində “Ən Yaxşı Müxbir” adına layiq görülərək mükafatı şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlindən alıb.

Fulya Öztürk peşəkar fəaliyyəti, xüsusilə müharibə və təbii fəlakət bölgələrindən hazırladığı reportajlarla ictimaiyyətin diqqətini çəkib və media sahəsindəki cəsarətli çıxışları ilə tanınıb. O, təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük rəğbət və sevgi qazanıb. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə hazırladığı reportajlarla Azərbaycan xalqının qəlbində xüsusi yer tutub.

Qeyd edək ki, “EY İYİ” mükafatları hər il müxtəlif sahələrdə uğur qazanan jurnalist və media nümayəndələrinə təqdim olunur.
ajans.az
Ardını oxu...
   

Bakıda vətəndaşlara sosial evlərin verilməsində köməklik edəcəyi ilə bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Xəyalə Əliyeva və Arzu Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Onlar külli miqdarda dələduzluqda ittiham olunurlar.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyalə Əliyeva 8 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən, ev dustaqlığında olan Arzu Nağıyeva isə şərti cəza alıb.

Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb. Onlar Yasamalda MİDA-nın evlərindən güzəştli mənzillər almaq adı ilə müxtəlif məbləğlərdə pul veriliblər. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərər 154 min manat olaraq müəyyən edilib.

Həbs edilən Xəyalə Əliyeva daha əvvəl də dələduzluqda ittiham olunaraq cəza alıb. Son olaraq isə gözəllik salonu işlədirmiş. Aldatdığı şəxslərin bəzilərini də müştəri kimi oradan tanıyıb.

İstintaqla müəyyən edilib ki, işin əsas hissəsini Xəyalə görüb. Arzu ona müştəri tapdığı üçün faiz alıbmış. Arzu ev alqı-satqısı ilə məşğul olub.

Arzunun dediyinə görə, Xəyalədən pul almayıb. Onun sözlərinə görə, zərərçəkmişlərlə Xəyaləni tanış etməkdə məqsədi gələcəkdə özü üçün də MİDA-dan ev almaq olub. Xəyalə ona bu işdə kömək edəcəyini vəd edibmiş.

İstintaq zamanı zərərçəkmiş şəxslərə dəymiş zərər ödənilməyib.

İlkin Muradov
Musavat.com


Ardını oxu...
  

Mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva yeni vəzifəyə təyin olunub.

S.Allahverdiyeva İdman TV-nin direktor müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, Samirə Allahverdiyeva bundan əvvəl AzTV-də baş redaktor olub. (Unikal)

 
 
 
Ardını oxu...
Türkmənistanın qüdrətli lideri onu evinə, Aşqabada çağırıb siyasi səhnəyə çıxarana qədər o, Londonda nisbi kölgədə rahat həyat yaşayırdı. Bu, demək olar ki, 5 ay əvvələ qədər idi. İndi Oğulcahan Atabayeva daim dövlət nəzarətində olan mətbuat səhifələrində qardaşı, nominal prezident Sərdar Berdıməhəmmədov və ölkənin ali lideri Qurbanqulu Berdıməhəmmədovla birlikdə diqqət mərkəzindədir.

Reyting.az xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.

Təhlildə qeyd olunur:

Atabayeva Qurbanqulu Berdəməhəmmədov Fondunun tibbi fəaliyyət üzrə vitse-prezidenti kimi diqqətəlayiq titul sahibi olmaqla böyük ictimai rol oynayır. O, açıq şəkildə Türkmənistanı özəl korporasiya kimi idarə edən ailə biznesində əsas vəzifəyə hazırlanır. Amma sonda hansı vəzifəni tutacağını bəlkə də yalnız atası bilir.

Aprelin 24-də ingilis dilində “Al-Arabia” televiziya kanalında yayımlanan müsahibədə o, Türkmənistanın qlobal axına çıxışını asanlaşdırmağa kömək edərək, xarici dünyaya ailə emissarı kimi xidmət edəcəyinə dair ipucu verib. Atabayeva Türkmənistanla bağlı ictimai səhiyyə məsələlərinə qlobal perspektiv təklif edərkən özünü türkmən gəncləri və qadınlarının sözçüsü kimi təqdim edib.

Yeri gəlmişkən, o, ingiliscə Sərdardan daha mükəmməl danışır.

Öz müsahibəsində Atabayeva bildirib: "Ana və uşaq hüquqlarının qorunması və gənc nəslə qayğıkeşlik Türkmənistanın prioritetləri ilə üst-üstə düşür. Bu prioritetlər təkcə milli siyasətin mərkəzi hissəsi deyil, həm də eyniyyətin əsas sütunlarıdır. Biz onu da başa düşürük ki, bugünkü şəraitdə bu məqsədə nail olmaq geniş beynəlxalq əməkdaşlıq, BMT-nin ixtisaslaşmış strukturları, digər beynəlxalq institutlar, eləcə də ikitərəfli və regional səviyyədə sıx əməkdaşlıqla müşayiət olunmalıdır”.

1990-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Türkmənistan öz amansızlığına görə Şimali Koreyadan sonra sayca ikinci olan totalitar siyasi sistem qurarkən kənar təsirləri güclü şəkildə dəf edib. Lakin son aylarda Türkmənistan rəhbərliyi beynəlxalq ticarət əlaqələrini gücləndirmək, o cümlədən əcnəbilərin ölkəyə səfərini asanlaşdırmaq üçün ilkin addımlar atıb.

Görünür, Atabayeva türkmən diktaturasının daha yumşaq tərəfinin nümayəndəsi kimi nümayişə çıxarılır, ona ölkənin iqtisadi açılışı ilə bağlı sosial, təhsil və ictimai səhiyyə problemlərinin həllinə kömək edə biləcək xarici əlaqələr qurmaq tapşırığı verilir.

Xanım Atabayevanın müsahibəsinə şərhlərdən aydın olub ki, Türkmənistan BMT-nin UNICEF və Ərzaq Fondu kimi qurumları, eləcə də beynəlxalq inkişaf təşkilatları ilə əlaqələri gücləndirmək istəyir.

"Tərəfdaşlarımızın coğrafiyası genişlənir, - deyə o vurğulayıb, amma təfərrüatları açıqlamayıb. - Bunun bariz nümunəsi son vaxtlar Avropa, Yaxın Şərq və Asiyada humanitar xeyriyyə fondları ilə əməkdaşlığın qurulmasıdır. Biz, həmçinin, dünyanın digər regionları ilə əlaqələr qurmağa və gücləndirməyə çalışırıq".

Ardını oxu...
  

Mayın 2-si saat 19:30 radələrində paytaxtda keçmiş sevgilisinə bıçaqlı hücum etməkdə şübhəli bilinən 20 yaşlı Murad Əhmədov saxlanılıb.

Bu haqda "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Onun sözlərinə görə, şübhəlinin müvafiq izahatları alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Onun sözlərinə görə, M.Əhmədov zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.


Ardını oxu...
  

Keçmiş Türkiyə gözəli Senem Kuyucuoğlu ölümdən son anda qurtulub.

Türkiyə gözəlinin evi yanıb. Gecə saatlarında evindəki elektrikli sobanın alışaraq yanğına səbəb olub. Yuxuda olan Kuyucuoğlu faciədən möcüzəvi şəkildə xilas olub. Xəstəxana palatasından paylaşım edən keçmiş model "oyanmağım möcüzə idi" sözləri ilə yaşadığı qorxulu anları izləyiciləri ilə bölüşüb.

2009-cu ildə "Miss Turkey" müsabiqəsində ikinci olan və Türkiyəni beynəlxalq gözəllik yarışmasında təmsil edən Kuyucuoğlu sosial şəbəkədə etdiyi açıqlamada yanıq xəsarətləri aldığını bildirib. "Bu il bir yanmadığım qalmışdı, o da oldu. Çox şükür, sağ qaldım. Mən yuxuda olarkən soba alışıb. O saatda oyanmağım tam bir möcüzədir" deyə yazıb.

Onun vəziyyəti yaxşıdır, hazırda xəstəxanada müalicə alır.**milli.az

Ardını oxu...

Ardını oxu...

 
 
 

Ardını oxu...
 

Kraliça II Yelizaveta yalnız müəyyən geyim tərzinə sadiqliyi ilə deyil, həm də gündəlik vərdişlərində, o cümlədən qidalanmasında ardıcıllığı ilə məşhur idi. Onun rasionu illər boyu sabit qalıb və hətta bu məsələdə öz ənənələrinə əməl edib.

Darren Makqreydi 15 ildən çox kraliçanın şəxsi aşpazı kimi çalışıb. Bu müddət ərzində o, monarxı rəsmi turlarda, o cümlədən Avstraliyaya müşayiət edib və ABŞ-ın beş prezidentinin Böyük Britaniyaya səfərləri zamanı onlara ləzzətli yeməklər hazırlayıb.

Kraliça ilə yanaşı, o, Vindzor ailəsinin digər üzvləri - şahzadə Diana, şahzadələr Uilyam və Harri üçün də yemək bişirib. O, "Eating Royally: Recipes and Remembrances from a Palace Kitchen" ("Royal yeməkləri: saray mətbəxindən reseptlər və xatirələr") adlı kitabında kraliçanın qastronomik üstünlüklərini təfərrüatlandırır və kral yeməklərinin reseptlərini paylaşır.

Kraliça gündə neçə dəfə yemək yeyirdi və nə yeyirdi?

Aşpazın xatırladığı kimi, II Yelizaveta gündə dörd dəfə yemək yeyirdi, lakin heç vaxt həddindən artıq yeməyib - bütün porsiyalar ciddi olub.

Səhər yeməyi bir fincan çay və biskvit ilə başlayıb. Daha sonra, bir boşqab quru səhər yeməyi, adətən əlavələr olmadan.

Nahar üçün kraliça yüngül və sağlam yeməyə üstünlük verib: ən çox ispanaq və ya balqabaq kimi tərəvəzlərlə müşayiət olunan qızardılmış balığa. Bəzən menyuda salat ilə bişmiş toyuq görünüb.

Yelizavetanın ən sevimli rituallarından biri olan günorta çayından xüsusi həzz alıb. Klassik ingilis sendviçləri, mürəbbə və qaymaqlı çörəklər ilə verilirdi.

Makqreydi xatırladıb ki, kraliça harada olursa olsun, saat beş çayı heç vaxt ləğv edilməyib. Kral yaxtasında Avstraliyaya gələndə və yerli vaxtla səhər olanda kraliça evdə olduğu kimi ənənəvi çayda israr edib - və təcili olaraq çörək bişirməli olub.

Şam yeməyi müxtəlif olub, lakin həmişə tərəvəz yan yeməyi ilə ət və ya balıq daxil idi. Kraliça göbələk sousu və viski ilə fileto steyklərini, həmçinin Qael bifteklərini xüsusilə sevib.

Kral mətbəxində eyni vaxtda 20-yə yaxın aşpaz işləyir. Makqreydi hər həftə menyu hazırlayıb və onu kraliçaya seçim etmək üçün təklif edib, o, yaxın günlərdə rasionunda nə görmək istədiyini göstərib.

II Yelizaveta hansı yeməkləri xüsusilə sevirdi?

Aşpazın dediyinə görə, kraliçanın sevimli yeməklərindən biri gil qablarda qızardılmış çörəklə süfrəyə verilən Morkam-Bey körfəzi krevetləri olub. Onlar gizli reseptə görə xüsusi aromatik yağda marinadlanırdılar.

II Yelizaveta həm də desertlərin böyük həvəskarı olub. Ən çox sevdiyi ağ və tünd şokolad qırıntıları ilə bəzədilmiş çoxqatlı şokoladlı tort imiş. /Lent.az

Dünyapress TV

Xəbər lenti