Ardını oxu...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.

Komitədən "DogruXeber.az"a verilən məlumata görə, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari ilin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib.

E.Orucova Bakı İslam Universitetində bakalavr təhsili alıb, 2022-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsini bitirib. Din sosiologiyası üzrə təhsil alan E.Orucovanın magistr işi “Din və modernizasiya münasibətləri: sosioloji təhlil” mövzusunda olub.

Qeyd edək ki, bununla da Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının sayı 17 nəfərə çatıb.
Ardını oxu...
Bakıda idman zalında qətl törətməkdə təqsirləndirilərək 15 il azadlıqdan məhrum olan idmançı Əli Abbasov Bakı Apellyasiya Məhkəməsində qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anasına xəsarət yetirib.

Bu barədə "Trend”ə B.Nəsibovun anası Nəzakət Bayramova məlumat verib.

O bildirib ki, hadisə mayın 17-də saat 11:40 radələrində Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baş verib.

"Binanın 1-ci mərtəbəsində məhkum Abbasov Əli Allahverdi oğlu təpiklə qarnımdan vuraraq mənə xəsarət yetirdi.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmə iclas zalına gətirilərkən Əli Abbasov məhkəmə zalının qarşısında qəfildən çevrilərək mənim qarın nahiyəmə təpiklə ağır zərbə endirdi. Bu azmış kimi, onun dost-tanışları da məni itələyərək yıxdı və nalayiq söyüşlərlə təhqir etdilər.

Mən ağır xəsarət aldım. Məhkəməyə çağırış əsasında təcili tibbi yardım gəldi, ilkin tibbi yardım göstərdi. Amma vəziyyətim ağır olduğu üçün məni xəstəxanaya yerləşdiriblər. Hazırda xəsarətlərim ağır olduğundan xəstəxanada müalicə alıram”, - o deyib.

N. Bayramova məsələ ilə bağlı Yasamal rayon Prokurorluğuna müraciət edib.
Ardını oxu...
Gəncə şəhər sakini 31 yaşlı Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini qumarda uduzub.

TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, Şəfiqə Əhmədova telefonuna gələn onlayn oyun mesajına aldanıb və daha çox vəsait əldə etmək istəyərkən həmin pulu itirib.

Şəfiqə Əhmədova bildirib ki, onu oyuna şirnikləndirən ilk qazanılan 12 manat olub. Daha sonra oyunun rahat qazanc imkanı olduğunu düşünən qadın iştirak üçün onlayn ödənişlər etməyə başlayıb.

15 min manatlıq saxta uduşla bağlı karta köçürmə olmadığından zərərçəkən bunun fırıldaq olduğunu başa düşüb, ancaq bu zaman hər şey artıq gec olub. Onun ödədiyi 10 min manatı geri almaq üçün cəhdləri isə uğursuz olub. Şəfiqə Əhmədova başına gələn hadisə ilə bağlı polis və banka müraciət edib.
Ş.Əhmədova deyir ki, onlayn oyunda itirdiyi pulu 6 yaşlı övladının əməliyyat xərci üçün çətinliklə yığıb. Bunun üçün həyat yoldaşı maşınını satıb, qohum və tanışlar köməklik göstərib. Ancaq asan yolla çoxlu vəsait qazanmaq istəyi pulun itirilməsi ilə yanaşı, xəstə uşağı da təhlükə altında qoyub.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Bir neçə gün əvvəl müğənni əri Oğuzhan Koçdan ayrılan aktrisa Demet Özdemir Türkiyədə ən populyar şəxs olub.

BAKU.WS xəbər verir ki, 8 aylıq evliliyini bitirən Demet qardaş ölkənin internet səhifələrində ən çox axtarışa verilən şəxs olub.

Bu səbəbdən də ölkədə ən populyar qadın seçilib.

Demetdən sonra ikinci yerdə Sıla Türkoğlu, üçüncü yerdə isə Su Burcu Yazgı Coşkun qərarlaşıb.
Ardını oxu...
Aktrisa Ülviyyə Xəlilbəyli illər sonra “Vicdan haqqı” serialı ilə bağlı etiraf edib.

Olay xəbər verir ki, Ülviyyə həmin ekran işinə çəkildiyi illərdə təhsilini Türkiyədə davam etdirmək istədiyini bildirib:

“Vicdan haqqı” serialının “partlatdığı” 2016-cı il idi. Akdeniz Universitetinin “Güzel sanatlar” fakültəsinə hazırlaşırdım. Təhsil almağı çox istəyirdim, amma serialı qoyub getmək də istəmirdim. Müsahibədə mənim istəksizliyimi hiss etdilər. Soruşdular ki, çəkildiyin serialı qoyub gələrsən? Çünki başqa uşaqlara haqsızlıq etmək istəmirik. Demişdim ki, yox, gələcəyəm. Amma gözlərimdən hiss etmişdilər. Çünki gözlərim həmişə məni ələ verib. Bilmirəm ki, düz etdim, ya yox. Heç bir fikrim yoxdur. Yəqin ki, qismət belə imiş”.


Qeyd edək ki, Ülviyyə həyat yoldaşı Murad İsmayılla sözügedən serialda çəkilərkən tanış olub.
Ardını oxu...
Övladlarımızın gələcəyi üçün səs verməyə gedən millətimizin qərarı nəticəsində “Türkiyənin yüz ili” qalib gəldi. Qazanan Türkiyədir.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında paylaşıb.

“Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək, Türkiyə Yüz İlini yenə çiyin-çiyinə quracağıq. Güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkür edirəm. Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla yola davam edin”, - Ə.Ərdoğan bildirib.
Ardını oxu...
Moskvada Rusiya müdafiə nazirinin keçmiş müavini, general Aleksandr Kolmakovun arvadı oğurlanıb.

"AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, mayın 10-da işdən qayıdan Kolmakov arvadını evdə tapmayıb.

Gecə saatlarında generala zəng edən naməlum şəxs ona deyib ki, arvadı oğurlanıb, əgər 1 milyon rubl verməsə, onun üçün pis olacaq.

Generalın polisə müraciət etdiyi bildirilir.
Ardını oxu...
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teref.az Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək məqsədilə nümayəndəliyin rəhbəri Peter Mixalkonun və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.

Zərifə Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

2017-2022-ci illər ərzində o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Zərifə Abbasova ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, nümayəndəliyə məxsus 50 min manat vəsaiti mənimsəyib.

Bundan sonra hakim tərəflərdən məhkəmə istintaqının aparılması qaydasını soruşub. Prokuror məhkəmə istintaqının təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, daha sonra isə şahidlərin dindirilməsi qaydası ilə aparılmasını təklif edib.

Məhkəmə istintaqın bu qaydada aparılmasına təqsirləndirilən şəxs, onun vəkili Əlövsət Abbasov, zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Sabit Abdullayev etiraz etməyiblər.

Amma təqsirləndirilən şəxs deyib ki, səhhəti ilə bağlı hazırkı mərhələdə ifadə verə bilməyəcək. Onun vəkili isə bildirib ki, müvəkkili səhhətində yaranan problemlərlə bağlı xəstəxanada müalicə alıb, mayın 8-dən ambulator müalicə üçün evə buraxılıb.

Vəkilin sözlərinə görə, Zərifə Abbasova hazırda ev şəraitində müalicəsini davam etdirir: "Zərifə Abbasova indiki vaxtda ifadə verməyə hazır deyil. Onun müalicəsinin davam etdirilməsi, həm də ifadə verməyə hazırlaşmaq üçün iki həftə vaxt verməyinizi xahiş edirik".

Hakim vəkilin bu istəyini nəzərə alıb. Bu səbəbdən növbəti məhkəmə iclası iyunun 1-ə təyin olunub.
 
Ardını oxu...
Qadın şərab kimidir. O illər keçdikcə gözəlləşir. Görünür bir çox məşhurlar bunu bildikləri üçün yaşca özlərindən böyük xanımlarla birlikdə olmağa üstünlük veriblər.

Lent.az yaşca arvadından kişik olan məşhurlar barədə məlumat verir.

Hyu Cekman Debbora Le Fernes ilə evlidir. Hyunun 55, arvadının 68 yaşı var.
Onlar 2 uşağı övladlığa götürüblər.
Emmanuel Makron arvadı Bricit Makrondan 24 yaş kiçikdir. 2000-ci ildən nikahda olan cütlüyün övladı yoxdur.

Pryanka Çopra əri Nik Çonasdan 10 yaş böyükdür. Cülük 2018-ci ildən evlidir. Bir qızları var.

Şakira uşaqlarının atası futbolçu Pikedən 10 yaş böyük idi. 2011-ci ildən başlayan münasibət 2022-ci ildə başa çatdı. Onların 2 oğlu var.

Alla Puqaçova əri Maksim Qalkindən 27 yaş böyükdür. Cütlük 2011-ci ildə ailə qurub. Onların əkiz uşaqları var.


Ceyson Mamoa arvadı Liza Bonedən12 yaş kiçik idi. 2017-ci ildə evlənmiş cütlük 1 il öncə boşanıb. Bu nikahdan bir oğul və bir qızları var.

Eva Menders əri Rayan Hoslinqdən 6 yaş böyükdür. 2011-ci ildən vətəndaş nikahında olan cütlüyün 2 qızı var.

Tina Kandelaki əri Vasili Brovkodan 12 yaş böyükdür.2014-cü ildən evli olan cütlüyün uşaqları yoxdur.

Meqan Markl şahzadə Harridən 3 yaş böyükdür. 2018-ci ildə evlənmiş cütlüyün bir qızı və bir oğlu var.

Haydi Klum əri Tom Kulitsdən 16 yaş böyükdür. Cütlüyün bir qızı var.
 

Dünyapress TV

Xəbər lenti