Ardını oxu...
Çjan Çzi Çinin ən gözəl aktrisası hesab olunur. Çoxları onu “Geyşanın xatirələri” romantik dramındakı baş rolu ilə xatırlayır. “Geyşanın xatirələri” filmi 2005-ci ildə nümayiş olunub. Premyeradan təxminən 20 il sonra ekran işinin süjetini xatırlayanlar az olacaq. Amma əminliklə demək olar ki, aktrisanın valehedici gözəlliyini unutmaq mümkün deyil. Və belə görünür ki, aktrisa eyni obrazı 44 yaşında da oynaya bilər. Çünki illər keçsə də, kino ulduzu əvvəlki cazibədarlığını itirməyib.

Publika.az xəbər verir ki, bu filmdən sonra çinli qadınlar dövrümüzün ən gözəl aktrisaları siyahısına daxil edildi və onlar getdikcə Hollivud filmlərinə dəvət almağa başladılar.

Bu yaxınlarda məlum oldu ki, Çzi 44 yaşı haqlayıb. O, xeyriyyəçiliyə daha çox diqqət yetirir və moda evləri ilə işləyir. Bundan əlavə, 2020-ci ildə kino ulduzu ikinci dəfə ana olub. Buna görə də o, bütün boş vaxtını ailəsi ilə keçirməyə üstünlük verir.

Çinli qadınlar uzun illər gənc qalmaq qabiliyyəti ilə məşhurdurlar. Ancaq Çzi bu işdə xüsusilə seçilir. Təzə fotolarına nəzər salsaq, görərik ki, o, "Geyşanın Memuarı"nın premyerasında olduğu kimi gözəl və cəlbedicidir. İddia olunur ki, o, vaxtaşırı plastik əməliyyatlar etdirir. Bununla belə aktrisa süniliyə qaçmadan çalışır ki, təbii gözəlliyini maksimum qorusun.
 
Ardını oxu...
Tanınmış rəssam Fransuaza Jilo Manhettendə (ABŞ) xəstəxanada vəfat edib.

Sənətkarlığı məşhur rəssam Pablo Pikasso ilə uzun və keşməkeşli romantik münasibəti səbəbindən kölgədə qalan Jilonun ölümünü qızı Aureliya Engel təsdiqləyib. Onun sözlərinə görə, 101 yaşlı anası ömrünün son günlərində ürək və ağciyər xəstəliklərindən əziyyət çəkib.

Fransuaza Jilo 1921-ci ildə Parisdə (Fransa) anadan olub. Onun ilk sərgisi 1943-cü ildə işğal olunmuş Parisdə baş tutub. Sonra özündən 40 yaş böyük Pikasso ilə tanış olub. 1948-ci ildə cütlük bir yerdə yaşamağa qərar verib. Bu birlikdən onların iki övladı - Klod və Paloma dünyaya gəlib (Paloma hazırda Pikassonun ən məşhur varisidir - o, “Tiffany&Co” zərgərlik evinin dizayneridir).

Jilo və Pikasso 1953-cü ildə ayrılıblar. Qeyd edək ki, o, Pikassonun çoxsaylı məşuqələri arasında rəssamı tərk edən yeganə qadın olub.

Ayrıldıqdan sonra Jilo rəsm çəkməyə və əsərlərini sərgiləməyə, həmçinin kitablar yazmağa davam edib.

Jilonun Pikasso ilə daha bir qalmaqalı onun 1964-cü ildə Karlton Leyklə birgə yazdığı və dərhal beynəlxalq bestsellerə çevrilən “Pikasso ilə həyat” adlı memuarına görə olub. Kitab Pikassonu o qədər qəzəbləndirib ki, o, Jilo və iki övladı ilə bütün əlaqələri kəsib, keçmiş sevgilisini üç dəfə məhkəməyə verib (hamısında da uduzub). Kitab əsasında 1996-cı ildə “Fil dişi satıcısı” filmi çəkilib.
Bütün qalmaqallara baxmayaraq, Jilo Pikasso ilə ayrıldıqdan sonra həyatına davam edib: 1956-cı ildə həmkarı Lyuk Simonla ailə qurub. Cütlük 1962-ci ildə qarşılıqlı razılaşma əsasında boşanıb. 1970-ci ildə isə o, ilk poliomielit peyvəndini hazırlayan amerikalı virusoloq Conas Salkla evlənib.

Yeri gəlmişkən, 2021-ci ildə rəssamın qızının mavi tonlarda portreti olan “Paloma gitara ilə” (1965) və “Canlı meşə” əsərləri hərracda hər biri 1,3 milyon dollara satılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: MK.ru
 
 
 
Ardını oxu...
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO Baş katibi postuna gəlməkdə maraqlı olmadığını deyib.
Bu barədə Ursula von der Leyen Almaniya televiziyası WDR-in Berlində təşkil etdiyi forumda bildirib.
“Əlbəttə ki, mən bunun üçün münasib deyiləm. NATO böyükdür və o mövcud olmasa idi, yaradılmalı idi. Mən NATO-da müdafiə naziri kimi işləməkdən çox həzz alırdım, lakin əlbəttə ki, bu postda özümü görmürəm. Mənim yerim Avropadır”, – Ursula von der Leyen qeyd edib.
Xanım von der Leyen gələn il keçiriləcək Avropa Parlamenti seçkilərindən sonra Avropa Komissiyasının rəhbərliyinə ikinci müddətə namizəd olub-olmayacağı ilə bağlı isə danışmayıb. O, ilin ikinci yarısında bu barədə qərar verməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq 2014-cü ildən bu postdadır. Onun səlahiyyət müddəti keçən il başa çatmalı idi, lakin Rusiyanın 2022-ci ilin əvvəlində Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra sabitliyi təmin etmək üçün bu müddət uzadıldı.
NATO üzvü olan ölkələrin liderləri iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə bir araya gələrək yeni Baş katib barədə qərar verməlidir. Ancaq hələ ki heç bir namizədin adı açıqlanmayıb və Stoltenberqin səlahiyyət müddətinin yenidən uzadılması ehtimalı azdır.
 
Ardını oxu...
Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.

Olay-ın məlumatına görə, hadisə vəkil Tarix Əliyevin doğum günü məclisindən çıxarkən avtomobil yolunu keçəndə baş verib.

Digər qonaqlar vəkili avtomobil ilə hospitala aparıblar.

Vəkilin özü ilə əlaqə saxlamağa çalışılsa da, telefonuna cavab verən şəxs Nağıyevanın hazırda yanında olmadığını, hadisədən məlumatsız olduğunu bildirib.

 
Ardını oxu...
1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tanışı Aydanı (adlar şərti verilib – red.) intim fotoları ilə şantaj edib.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sahil Aydanı və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yaymaqla 100.000 manat məbləğində pulunu əldə etmək qərarına gəlib.

Sahil bu məqsədlə Aydanın müxtəlif vaxtlarda “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini onun yaxın qohumlarına göstərib, haqqında rüsvayedici məlumatları yaymaqla hədələyib.

Bu hədə ilə 1 oktyabr 2020-ci ildə Aydan və atası Bəxtiyardan 50.000 manat məbləğində pul tələb edib. Oktyabrın 15-də Abşeron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “Alfa” restoranında Bəxtiyardan tələb etdiyi 50.000 manat məbləğində pulu alıb.

Bundan sonra Sahil Aydanı yenə də eyni görüntülərlə şantaj edib. O, 27 fevral 2021-ci ildə telefon vasitəsi ilə həm Aydanı, həm də atası Bəxtiyara yenidən hədə-qorxu gələrək onlardan əlavə 50.000 manat məbləğində pul tələb edib.

Zərərçəkmiş Aydan və onun atası Bəxtiyar tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayət əsasında Sahil məsuliyyətə cəlb olunub.

“Evimi satdım”

İstintaq orqanı tərəfindən Sahilin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədlə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahil ona elan olunan ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmədə ifadə verən Sahilin sözlərinə görə, zərərçəkmiş şəxslərdən 50 min manat alıb: “5 ay sonra yenidən əlaqə saxlayaraq pul istəmişəm. Özümü 50 min manata münasibətdə təqsirli bilirəm. Zərərçəkmiş Aydanı məktəbdən tanımışam, onunla münasibətim olub. Gənc vaxtlarımızda Aydanla evlənməkdən ötrü evimi satdım. O vaxt Aydan mənə dedi ki, Bakıdan ev al, yoxsa başqasına ərə veriləcək. Bakı şəhərində ev ala bilmədiyim üçün pulum batdı”.

“İntim şəkillərini ərinə göstərəcəyimi bildirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ildə Aydanla sosial şəbəkə vasitəsi ilə ünsiyyət qurub:

“Bundan sonra bizim münasibətimiz yarandı. Biz cinsi əlaqədə olduq. Aydan mənə intim şəkillərini göndərdi. Daha sonra intim şəkillərini ərinə göstərəcəyimi, onu rüsvay edəcəyimi bildirdim. Buna görə Aydanın atası ilə görüşərək ondan 50 min manat pul istədim.

Aydanın atası Bəxtiyar evini sataraq 50 min manatı mənə verdi. Pulu verməsəydi, hamı Aydanla bir yerdə olmağımızı biləcəkdi.

50 min manatı aldıqdan sonra Bəxtiyarın məni sosial şəbəkədə izlədiyini gördüm. Məni vatsapda izlədiyinə görə yenidən Bəxtiyara zəng etdim, 2-ci dəfə 50 min manat istədim. O, pulu verməyəcəyini bildirdi.

Bəxtiyara qızı ilə birlikdə olduğumu hamının biləcəyini, onları rüsvay edəcəyimi dedim. 2-ci dəfə zəng edərək, yenə 50 min manat istədim. Birinci dəfə görüşdüyümüz yerdə yenidən görüşdük. 50 min manat pul istədim”.

“Orta məktəbdən münasibətimiz vardı”

Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunaraq araşdırılıb.

O, həmin ifadəsində göstərib ki, Aydanla orta məktəbdən tanış olub: “Məndən bir sinif yuxarı oxusa da, onunla sevgi münasibətlərində olmuşam. Münasibətlərimiz universitet dövründə də davam edib. Həmin ərəfələrdə avtoxuliqanlıq etdiyimə görə iki gün saxlanıldım. Lakin cinayət məsuliyyətinə cəlb edilmədim. Aydan və ailəsi bunu eşitdi. Ona görə Aydan mənə dedi ki, ailəsi evlənməyimizə razı deyil. Belə olan halda biz ayrıldıq. Hər birimiz başqa-başqa adamlarla ailə həyatı qurduq”.

“Kriminal aləmin üzvləri ilə yaxınlığımdan danışdım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2019-cu ilin əvvəllərində dəqiq xatırlamadığı “Odnoklassniki” və ya “İnstaqram” sosial şəbəkəsində Aydanın onun şəbəkə hesabına baxdığını görüb: “Bundan sonra ona mesaj göndərdim. Aydan da cavab yazdıqdan sonra danışmağa başladıq. Danışıqlarımız təxminən 4-5 ay sonra görüşməyimizlə nəticələndi.

İlk görüşdə Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığında yerləşən otelə getdik, intim münasibətdə olduq. Xırdalanda yerləşən oteldə də bir neçə dəfə görüşdük. Mən yalandan Aydana kriminal aləmin üzvləri ilə yaxınlığımdan danışdım. Belə danışmaqda məqsədim Aydanın belə adamlardan xoşu gəldiyini hiss etməyim olmuşdu. Əslində qab-qacaq satan sıradan bir ticarətçiyəm”.

“Qərara gəldim ki, atasından pul alım”

Təqsirləndirilən şəxs deyib ki, onun xahişi ilə Aydan bütün bədəninin və qurşaq hissədən yuxarı paltarsız şəkillərini də instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərib: “Aydana şəkilləri sildiyimi desəm də, əslində silməmişəm.

2020-ci ilin əvvəllərində pandemiya dövründə Aydanla görüşə bilmədiyimdən qərara aldım ki, bir daha görüşməyək. 2020-ci ilin sentyabrın sonunda mənə təcili pul lazım olduğuna görə qərara gəldim ki, hədə-qorxu gəlməklə Aydanın atası Bəxtiyardan pul alım.

Bundan başqa, həmin hərəkətlə Bəxtiyardan məni Aydanla ayırdığına görə qisas da ala bilərdim. Bu məqsədlə Aydana dedim ki, gəl sonuncu dəfə görüşək. Oktyabrın 1-də onun işlədiyi məktəbin yaxınlığında özümə məxsus avtomobildə görüşdük. Bu zaman Aydana dedim ki, atana, anana mənimlə intim münasibətlərimin olmağımı desin.

Bildirdim ki, nömrəmi atana ver, atanla danışıb, bu işi tamamlayaq. Əks halda münasibətlərimiz barədə hamının, Aydanın ailə üzvlərinin məlumatı olacaq. Bu işlər üçün Aydana oktyabrın 3-nə kimi vaxt verdim”.

“Vaxtilə mən əziyyət çəkmişəm, indi də sən əziyyət çək”

Sahilin ifadəsinə görə, oktyabrın 3-də Aydanın atası Bəxtiyar ona zəng edib:

“Bəxtiyarı həmişə yemək yediyim Novxanı qəsəbəsində yerləşən “Alfa” restoranına dəvət etdim. Onu restorana gətirmək üçün tanış taksi sürcüsü Rasimdən xahiş etdim.

Bəxtiyarla restoranın həyətində oturduq. Ona yalandan kriminal aləmlə sıx əlaqələrimdən danışdım. Qızı Aydanın məndə intim şəkillərinin, mesajlarının olduğunu dedim.

Bəxtiyar məndən nə istədiyimi soruşdu, bu işin həlli, yəni materialları məhv edilməsi və heç kimə yaymamaq üçün 50.000 manat istədim.

Bəxtiyar pulunun olmadığını deyəndə qızı ilə bağlı bütün materialların hamıya yayılacağını dedim. Bəxtiyarın Xırdalan şəhərində evinin olduğunu bildiyimdən dedim ki, get evini sat, pulu gətir, mənə qızını o vaxtı verməmisən, mən əziyyət çəkmişəm, indi də sən əziyyət çək. Bəxtiyar fikirləşəcəyini dedi və getdi”.

“Elə bilirsən, hesabı silməklə iş bitir?”

Sahil bildirib ki, Bəxtiyara 15 gün vaxt verib: “Sonradan Aydana pulla bağlı tələsmələrini və yaxud materailları yayacağımla bağlı hədə-qorxular gəlməyə davam etdim. Bəxtiyar da mənimlə görüşüb, dediyim pulu verəcəyini, lakin bundan sonra bir daha bu söhbətlərin təkrarlanmasını istəmədiyi dedi. Söz verdim ki, pulu çatdırsa, bir daha bu söhbət təkrarlanmayacaq.

Həmin ərəfədə vatsap vasitəsi ilə Aydanın əvvəldən mənə göndərmiş olduğu paltarsız şəkillərini təzədən özünə göndərdim. Bildirdim ki, elə bilirsən, hesabı silməklə iş bitir, hər şeyi özümdə saxlamışam. Bundan sonra Aydangil qorxdular”.

Sahilin sözlərinə görə, 2020-ci ilin oktyabrın 15-də Bəxtiyar ona zəng edib və bildirib ki, pul hazırdır: “Həmin gün Novxanı qəsəbəsində “Alfa” restoranında görüşdük. Bəxtiyar orada mənə 50.000 manat verdi. Mən də pulu götürdüm və materialları məhv edəcəyimə, bir daha onları narahat etməyəcəyimə söz verdim. Pulu şəxsi ehtiyaclarıma xərclədim”.

“Mənə söz verdiyimi xatırlatdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin fevralında ona yenidən pul lazım olub: “Başqa çarə tapa bilmədim və qərara gəldim ki, yenidən Aydana, atasına hədə-qorxu gələrək onlardan pul tələb edim.

Bu məqsədlə fevralın 27-də Bəxtiyara zəng etdim. Daha sonra taksi sürücüsü olan tanışım Rasimə yalandan dedim ki, Bəxtiyar pul borcludur, zəng edib “Alfa” restoranına görüş təyin etsin, o da gələcək. Martın 1-də saat 14 radələrində Rasim zəng etdi. Biz telefonla Bəxtiyarla danışanda dedim ki, yenidən 50.000 manat pul verməlisən, yoxsa qızın Aydana aid məlumatları, materialları yayacam. Bəxtiyar mənə söz verdiyimi xatırlatdı. Lakin pul tələb etməyə davam etdim.

Bir-iki gün sonra eyni restoranda Bəxtiyara zəng vurdum. O, zəngə cavab vermədi. Rasimə Bəxtiyarın evinin yerini izah etdim, oraya göndərdim ki, onu evlərindən götürərək restorana gətirsin. Rasim də getdi, Bəxtiyarla danışdı, amma o, gəlməkdən imtina etdi.

Mən də Bəxtiyara telefonla danışdıqda hədə-qorxu ilə pulu tələb etməyə davam etdim. Təxminən bir gün sonra ona dedim ki, 50.000 manat pulun yoxdursa, 10.000-15.000 manat ver, məsələni həll edək. Amma Bəxtiyar pul vermədi”.

“Dedi ki, bunların əvəzini səndən çıxacam”

Cinayət işi üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təqsirləndirilən Sahillə orta məktəbdə birlikdə oxuyub: “Yaşıd olsaq da, Sahil məndən bir sinif aşağı oxuyub. Məktəbi bitirdikdən sonra universitet dövründə də bizim sevgi münasibətlərimiz olub.

Biz ailə həyatı qurmaq istəmişik. Təxminən 2002-ci ilin yay aylarında Sahil avtomobildən oğurluq etdiyinə və polisə müqavimət göstərdiyinə görə tutuldu. Onun avaraçılığa meyilli həyat tərzi sürməsi səbəbindən ondan ayrılmaq qərarına gəldim. Görüşəndə valideynlərimin ailə qurmağımıza razı olmadıqlarını bildirdim. Sahil də əsəbiləşdi və dedi ki, bir neçə il sonra qarşıma çıxsan, bunların əvəzin səndən çıxacam”.

“Şəkilləri sildiyini dedi”

Zərərçəkmiş qeyd edib ki, 2019-cu ilin əvvəllərində onun İnstaqram sosial şəbəkə hesabına Sahildən mesaj gəlib: “Əvvəl cavab yazmasam da sonra onunla yenidən danışmağa başladım. Bu danışıqlarımız təxminən 4-5 ay sonra görüşməyimizlə nəticələndi.

Ərimdən xəbərsiz 2019-cu ilin yaz aylarında Sahillə ilk görüşdə otelə getdik, intim münasibətdə olduq. Sahilin təkidli xahişlərindən sonra bədənimin və qurşaq hissədən yuxarı paltarsız şəkillərimi də instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərdim.

Lakin şəkilləri göndərəndən və Sahil baxandan sonra silirdim ki, şəbəkənin yaddaşında şəkillərim qalmasın. Sahil də şəkilləri sildiyini dedi”.

“Bu sözləri ciddiliklə dediyini anladım”

Zərərçəkmiş deyib ki, 2020-ci ilin əvvəllərində pandemiya dövründə görüşə bilməyiblər və bundan sonra bir daha onunla görüşməməsinə qərar alıb: “2020-ci ilin sentyabrın sonunda Sahil mənə dedi ki, gəl sonuncu dəfə görüşək. Biz oktyabrın 1-də işlədiyim orta məktəbin yaxınlığında Sahilin avtomobilində görüşdük. Mənə dedi ki, ata-anana intim münasibətlərimizi denən. Nömrəsini də atama verməyimi məsləhət gördü ki, bu işi tamamlasınlar. Əks halda münasibətlərimiz barədə hamının və ailə üzvlərimin məlumatı olacaq.

Mən buna etiraz edəndə Sahil məni daha artıq hədə-qorxu gəlməyə başladı. Bundan sonra Sahilin bu sözləri ciddiliklə dediyini anladım”.

Zərərçəkmiş ifadəsində atası Bəxtiyarın Sahil ilə görüşməsindən, Sahilin onun atasından hədə-qorxu yolu ilə 50 min manat almasından danmışıb.

“Məcbur qalıb şikayət etdik”

Zərərçəkmiş həmçinin deyib ki, Sahil qeyd olunan məbləği alan zaman onların qarşısına çıxmayacağına söz versə də, sözünə əməl etməyib.

Qeyd edib ki, 2021-ci ildə Sahil yenidən onlara hədə-qorxu gəlməyə başlayıb, onlardan 50 min manat tələb edib: “27 fevral 2021-ci ildə Sahil vatsapdan mənə mesaj göndərdi. Yazmışdı ki, məni necə tanıyırsan?! Mən bu barədə anama dedim.

Sahil yenidən atama zəng etdi, 50 min manat tələb etdi. Əks halda barəmdə onda olan bütün şəkilləri, videoları yayacağıni bildirdi. Sahil mənə və atama ardı kəsilmədən zənglər etməyə başladı. Atam da məcbur olaraq polisə şikayət etdi”.

Cəza narazılıq yaratdı

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahil 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmişlər Aydan və atası Bəxtiyarın vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya şikayətində Sahilin barəsində olan hökmün dəyişdirilməsini, ona daha ağır cəza təyin olunması istənilib.

Apelyasiya şikayətində qeyd edilib ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində Bəxtiyar və ailəsinin yeganə mülkiyyətində olan Xırdalan şəhərində dəyəri 70-80 min manat olan mənzili yarıbayarı qiymətə satıb, üstünü düzəldərək 50000 manat məbləğində pulu təqsirləndirilən şəxs vermək məcburiyyətində qalıblar.

Qeyd olunub ki, bu gün zərərçəkmiş şəxslər evsiz-eşiksiz qalıblar. Cinayət işinin nə ibtidai istintaqı dövründə, nə də uzun sürən məhkəmə baxışı müddətində dəymiş ziyan ödənilməyib.

Təqsirləndirilən zərərçəkmiş barəsində müxtəlif dövlət orqanlarına rüsvayedici məlumatlarla məktublar yazacağı bildirilib. Şikayətçilər göstəriblər ki, heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən üzrxahlıq etməyib, əməlindən peşman olmasını dilə gətirməyib, əksinə özünü təqsirsiz hesab edib.

Hazırda zərərçəkmiş Aydanın ailəsi məhz təqsirləndirilən Sahilin hərəkətləri nəticəsində faktiki dağılıb, ailə pərişan vəziyyətə düşüb.

Bu şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim heyətinin qərarına görə, apellyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Sahilin barəsində olan cəza 12 il 6 aya qədər artırılıb.

Bu qərardan narazı qalan Sahil kasasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Kasasiya şikayəti təmin edilməyib.

Ardını oxu...
 
 
 
 
 

“Vicdan haqqı” serialında Larisa obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova qeyri-adi paylaşımları ilə daim medianın diqqət mərkəzindədir.

Sarkazm.az Publika.az-a istinadən xəbər verir ki, aktrisa bu dəfə ayaqlarını nümayiş etdirib.

Belə ki, cazibədar aktrisa pərəstişkarının ona göndərdiyi güllərlə “ayaq şousu” göstərib.

Görüntülər sosial şəbəkələrdə qısa zaman ərzində müxtəlif səhifələr tərəfindən paylaşılaraq çoxsaylı baxış əldə edib.

Sənətçinin bu görüntüləri isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, bəzi izləyicilər bu hərəkətinə görə onu qınaq atəşinə tutublar.

Həmin görüntüləri təqdim edirik:

 
 
Ardını oxu...
“İnsanı yaşadan sevgidir, məhəbbətdir. Mütləq deyil ki, sən kimisə sevməlisən, dərdindən ölməlisən. Tamaşaçı sevgisi də, övlad, nəvə sevgisi də bu sevgiyə aiddir. Sevgi qadın üçün ən gözəl hissdir. Mənə elə gəlir ki, heç bir qadın sevgisiz yaşaya bilməz. Qadın sevgi dolu olmalıdır. Bəzən sevgi mahnıları oxuyursan, insanlar yozurlar. Nə edim ki, sevgi dolu qadınam?”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova deyib. Müğənni zamanında ən bahalı kliplər çəkdirdiyini bildirib.

“Ən bahalı klipləri zamanında mən çəkdirmişəm. Ən bahalı klipimin qiyməti 14 min dollar olub. Sonra 8 min, 5 min və 4 min dollara çəkdirmişəm. Klip həvəskarı idim. Sonra klipə qarşı həvəs öldü. Cavanlıq, rəqabət var idi. İndi heç bir şey əvvəlki kimi deyil” deyə müğənni bildirib.

Müğənni qızlarından da danışıb.

“Qızlarım həyat dostlarımdır. Biri İsveçdə yaşayır, balaları var, biri isə yanımdadır. Bəzən onun üçün darıxıb yanına gedirəm. Artıq qızlarım öz ayaqları üstə dura bilirlər. Mən bəzən deyirəm ki, əməliyyat etdirib, özümü cavan qız edəcəm. Qızlarım mənə deyirlər ki, “sən niyə yaşdan danışırsan? Qocalmısan ki?”. Mənə plastik əməliyyat etdirməyə icazə vermmirlər. Deyirlər ki, “sən asl mamasan, plastik əməliyyat etdirsən mamalıqdan çıxacaqsan” deyə sənətkar bildirib.

Müğənni mətbəxlə arasının yaxşı olduğunu bildirib.
“Mətbəxdə əlimdən hər iş gəlir. Xəmir xörəklərini həm yeyə bilirəm, həm də bişirə. Evim qonaqlı-qaralı olur. 1-2 rəfiqəm var, onlarla sıx əlaqədə olduğum üçün tez-tez evimə gəlirlər. Həm bişirməyi sevirəm, həm də yeməyi. Bəzən köklüyümü mənə irad tutanlar olur. Mənə belə rahatdır. Heç vaxt çəkimlə bağlı kompleks yaşamamışam. Hətta deyirlər ki, arıqlasan sənə yaraşmaz. İndiki yaşıma belə yaraşır” deyə müğənni bildirib.

Almaz Ələsgərova məşğul olduğu idman sahəsindən də danışıb.

“Həndbol idman növü ilə məşğul olmuşam. 10 il gedib-gəlmişəm. Hətta uğurlar da qazanıb, dərəcə almışam” deyə müğənni bildirib.
Ardını oxu...
“FemMonitor” Qrupu azyaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə işinə dair bəyanat verib.

Teref.az həmin bəyanatı təqdim edir:

2019-cu ilin noyabr ayında itkin düşən, daha sonra cəsədi yandırılmış halda tapıldığı qeyd edilən Nərmin Quliyevanın qətli ilə bağlı uzun müddətdir davam edən istintaq və məhkəmə prosesi ictimaiyyətin, o cümlədən qadın haqları fəalları və təşkilatlarının diqqət mərkəzindədir.

Azyaşlı qızın amansızlıqla törədilmiş qətlində günahkarların tapılması və ədalətli məhkəmə araşdırılmasının aparılmasında biz, “FemMonitor” qrupu, ictimai tərəf olaraq marağımızı ifadə etmək üçün ictimaiyyətə açıq bəyanatımızı yayırıq.

Cəmiyyətin diqqət mərkəzində olan, ictimai təhlükəsizliklə bağlı narahatlığı artıran bu hadisənin məhkəmə prosesinin izlənilməsinə və ictimaiyyət nümayəndələrinin bu işlərdə iştirakına heç bir maneə yaradılmamalıdır. “FemMonitor” qrupunun təmsilçiləri olaraq 24 may 2023-cü il tarixli məhkəmə iclasını izləmək üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə yaxınlaşdıq, iclasın birinci yarısında zalda yer azlığı əsas gətirilərək zala buraxılmadıq və yalnız iclasın fasilədən sonrakı hissəsinə nəzarət etmək fürsəti əldə etdik.

Məhkəmə monitorinqini həyata keçirən zaman müdafiə tərəfinin səsləndirdiyi arqumentləri dinlədik, ziddiyyətlərlə bağlı bir çox məqam qeydə aldıq və ədalətli araşdırmaya çatımlılıqda narahatlıq yaradan məsələlər olduğunu aşkarladıq. Azyaşlı uşağın qətlində əsaslı sübutların ictimaiyyətə də açıqlanmasının, yalnız bu sübutların işığında günahkarların layiqli cəza alacağı təqdirdə cəmiyyətin təhlükəsizlik narahatlığının aradan qalxacağına inanırıq.

“FemMonitor” qrupu olaraq, bu səbəbləri əsas götürərək aidiyyatı dövlət qurumlarına:
– Cinayət işinə ədalətlilik və qərəzsizlik prinsiplərinə əsaslanmaqla baxılması, cinayətin törədilməsində təqsirli şəxs(lər)in müəyyən edilərək dərhal əsaslı sübutlarla ittiham edilməsi və cəzalandırılması;
– Məhkəmənin açıqlığı prinsipinin pozulmaması, məhkəməni izləməyə gələn şəxslər üçün heç bir qanunsuz meyara əsaslanmadan növbəlilik prinsipi əsas götürülərək prosesin izlənilməsinə şərait yaradılması;
– İctimai əhəmiyyətli iş olduğu nəzərə alınaraq ictimaiyyətə ətraflı məlumatlar verilməsini təmin etməyə çağırış edirik.

“FemMonitor” qrupu ölkədə qadın hüquqlarının müdafiəsi və inkişafı üçün monitorinq və ictimai vəkillik funksiyasını həyata keçirən qrupdur.

Qrupun əsas məqsədi beynəlxalq konvensiyalar, yerli qanunvericilikdə təsbit olunmuş qadın hüquqlarının həyata keçirilməsini təmin etməkdir. İctimai narahatlığa səbəb olan qadın hüquq pozuntularının və zorakılıq keyslərinin izlənilməsi, ictimaiyyətə bu haqda obyektiv məlumatların verilməsi, aidiyyatı qurumlar üzərində vətəndaş nəzarəti funksiyasının həyata keçirilməsi fəaliyyətlərini özündə birləşdirən qrup qadın hüquq müdafiəçiləri, gender mütəxəssisləri, hüquqşünaslar, vəkillər, jurnalistlər və ictimai fəallardan ibarətdir.
 
 
 
Ardını oxu...
Tomris tarihi kayıtlarda İskit değil Massaget Kraliçesi’dir. Massagetler bugünkü Kazakistan coğrafyasında yaşayan halk. Heredot onların Aras Nehrinin ötesinde ve Hazar nehrinin doğusunda yaşadığını söyler. Marcellinus Romalı Tarihçi, Alanları eski Massagetlerin devamı olarak görür.
Claudian (M.S.4yy) şair, Massaget ve Alanların aç kaldıklarında atlarını yaralayarak kanlarını içtiğini yazar. Bu Türklere özgüdür. Türk savaşçılar Atlarının kanını içer. Yunan tarihçi Prokopius “Artık Hunlar olarak adlandırılan Massagetler” şeklinde bahseder.
Roma imparatorluğunda yaşamış Suriyeli tarihçi Skolastikos M.S.536. “Daha önce Massaget adıyla bilinen Hunlar’ın Trakya’ya akınları” olarak belirtir. Bazı bilim adamları Massagetleri Kuşhan İmparatorluğunu kuran Yuezhi’ler ile ilişkilendirir. Fakat Kuşhanların kurucuları Turuşka adı verilen Hunlardır, yani Türklerdir.
Alman dilbilimci Rüdiger Schmitt Bizanslı yazarların “Massagatea” kelimesini Hunlar, Türkler, Tatarlar ve diğer ilgili halklar ile ilişkilendirdiklerini söyler. Fakat elbette tüm bunlara karşı tezler de geliştirmişlerdir.
Nuray Bilgili
Teref.az
Ardını oxu...
Rusiya təbliğatçısı Vladimir Solovyovun ikinci evliliyindən olan 32 yaşlı qızı, ABŞ doğumlu Yekaterina Solovyova Moskvada yaşayır və sosial şəbəkələrdə Ukraynadakı müharibəni açıq şəkildə tənqid edir, həmçinin feminist tamaşalar nümayiş etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Vyorstka” nəşri yazır.

Əvvəllər Solovyovun bu qızı ictimaiyyətə məlum deyildi, may ayının əvvəlində Aleksey Navalnının tərəfdaşları Solovyovun başqa bir gizli ailəsi - basketbolçu Svetlana Abrosimovadan iki uşağı ilə bağlı araşdırma yayımlayıblar.

Jurnalistlər sosial şəbəkələrdəki açıq səhifələrində məhdudlaşdırıcı qanunları tənqid edən, cəmiyyəti tolerantlığa çağıran Yekaterinanın ölkədəki əsas təbliğatçılardan birinin qızı olduğunu iddia edirlər. Yazılarda qadın "Zorakılığa yox” və "OVD-İnfo” fondlarına ianə verməyə çağırıb və etirazçıların həbsini tənqid edib.

2022-ci ilin martında ingilis dilində Tik-Tok videolarından birində o, Rusiyanın Putin olmadığını qeyd edib. O, videoda həmçinin bildirib ki, Rusiya Federasiyasında "müharibəni müharibə adlandırmaq” qadağan edilib və hərbi senzura tətbiq edilib.

"Mən istəyirəm ki, biləsiniz - Rusiya Putin deyil. Və nifrətin qalib gəlməsinə imkan verməyin, çünki onlar buna çalışırlar”.

Twitter-də o, bütün fəaliyyətlərinin "həmişə müharibə əleyhinə olduğunu və olacağını" iddia edib, yazı ölkədə "qismən" səfərbərliyin elan edildiyi gün, sentyabrın 21-də dərc edilib.

Həmçinin jurnalistlərin Solovyovun qızı adlandırdıqları qadın "The BlueStocking” musiqi qrupunda oynayır, Moskvanın burlesk səhnələrində rəqs edir və feminist tamaşalara rəhbərlik edir. Aprel və may aylarında o, dramaturq Olqa Şilyayevanın eyniadlı əsəri əsasında məişət zorakılığından bəhs edən "28 gün” tamaşasını səhnələşdirib. Bu tamaşanın iki tamaşası iyul ayına planlaşdırılıb, sosial şəbəkələrdə qadın artıq tamaşaların baş tuta biləcəyinə şübhə etdiyini bildirib, çünki Rusiyada feminizm ekstremizmlə eyniləşdirilə bilər.

Jurnalistlər, həmçinin, 2012-ci ildə Solovyovanın Bolotnaya işində iştirak edən şəxs Fyodor Baxova dəstək statusunu paylaşımına diqqət çəkiblər. 2019-cu ildə o, mitinqdə həbs edilən aktyor Pavel Ustinovla həmrəy olduğunu bildirib və qeyd edib ki, sabah "bizdən biri ola bilər”.
Nəşrin yazdığına görə, Solovyova özü də Vladimir Solovyovla ailə münasibətlərini gizlətmir. İnstaqramda ona bir neçə məqalə həsr edib və onunla birgə fotolar yayımlayıb. Yazılardan birinin altında o, "Mənim atam olduğun üçün təşəkkür edirəm" yazıb.

Rejissorun özü atası ilə münasibətləri və yaradıcılıq fəaliyyəti ilə bağlı şərh verməkdən imtina edərək, nəşrin müxbirinə layihələrinin iştirakçılarının təhlükəsizliyindən narahat olduğunu söyləyib:

"Bu işdə mənim üçün ilkin dəyər onsuz da daim ədalətsizlik və dar düşüncə ilə üzləşən həmkarlarımın təhlükəsizliyidir. Gizlədəcək heç nəyim yoxdur, amma indi atam haqqında danışmaq təkcə özümü və yaxınlarımı deyil, dostlarımı, həmkarlarımı da təhlükə altına almaq deməkdir”.

Solovyovun qızının həbsinə icazə verib-verməyəcəyi sualına Yekaterina Solovyova cavab verməyib. Vladimir Solovyov "Vyorstkan"nın redaktorlarından qızının müharibə əleyhinə mövqeyinə görə aralarında münaqişə olub-olmadığını soruşan mesajını da oxuyub, lakin ona cavab verməyib.
 

Dünyapress TV

Xəbər lenti