Ardını oxu...
Zeynəb Xanlarovaya Milli Məclisdə vəzifə verilib.

Manset.az xəbər verir ki, 23 yaşlı Zeynəb Xanlarova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində yeni vəzifəyə təyin olunub.

Qeyd edək ki, vəzifə verilən xanım Azərbaycanın Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın nəvəsidir (oğlunun qızı).
Ardını oxu...
Rusiyada “Memorial” - siyasi məhbusların dəstəklənməsi layihəsi AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanı siyasi məhbus elan edib.

ABŞ və Rusiya vətəndaşı olan Kurmaşeva oktyabrın sonundan Kazan şəhərindəki təcridxanadadır.

O Rusiyanın “xarici agent” qanununu pozmaqda ittiham olunur. Jurnalisti “xarici agent” kimi qeydiyyatdan keçmək üçün Rusiya hakimiyyəıt orqanlarına müraciət etməməkdə günahlandırırlar.

Bu, Rusiyada bu maddə üzrə qaldırılmış ilk cinayət işidir.

“Siyasi məhbuslara dəstək. “Memorial” layihəsinin rəhbəri Sergey Davidis AzadlıqRadiosuna deyib ki, insan haqları müdafiəçiləri özünü “xarici agent” kimi bəyan etmədiyinə görə jurnalsitə qarşı başlanmış cinayət təqibini və onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edirlər.

“Memorial” təşkilatında hesab edirlər ki, bu, müasir Rusiyada “avtoritar və hətta totalitar meyllərin” təzahürüdür.

"Bu maddə bütün jurnalistlərə xəbərdarlıqdır"
Cinayət Məcəlləsinin bu maddəsi, hər hansı şəxsin Ədliyyə Nazirliyindən özünün “xarici agent” reyestrinə salınmasını rica etmədən Rusiyada hərbi-texniki fəaliyyətlərlə bağlı informasiyanı toplamasına görə həbsxana cəzası nəzərdə tutur.

İnsan haqları müdafiəçiləri deyilər ki, bu maddə əslində hərbi mövzuda hətta dövlət sirri olmayan hər hansı informasiyanın toplanmasını qadağan edir.

İnsan haqları müdafiəçilərinin fikrincə, beləliklə, Kurmaşeva faktiki olaraq jurnalist fəaliyyətinə görə təqib olunur. Onun barəsində cinayət işi, əslində bütün jurnalistlərə, xüsusilə də xarici media ilə işləyənlərə xəbərdarlıqdır.

İnsan haqları müdafiəçiləri Rusiya hakimiyyətini Alsu Kurmaşeva barəsində cinayət təqibinin dayandırılmasına və onun azad olunmasına çağırırlar.

“Qanunsuz saxlanmış şəxs”
Bundan əvvəl “Sərhədsiz reportyorlar”, “Jurnalistikada qadınlar koalisiyası”, Jurnalistlərin Müdafiəsi Komitəsi və daha 12 təşkilat ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edərək onu “prosesi sürətləndirməyə”, AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanın “qanunsuz saxlanmış şəxs” elan edilməsinə çağırıb.

Amerika vətəndaşının “qanunsuz saxlanmış şəxs” kimi tanınması ABŞ hakimiyyətindən onun azad edilməsi üçün rəsmi tədbirlər görülməsini tələb edərdi.

Yəni bu halda ABŞ Rusiya hakimiyyətindən öz vətəndaşının azad olunmasını tələb edə bilərdi.

ABŞ, Kanada, Çexiya, Fransa, Polşa və İsveç hökumətləri, habelə Avropa İttifaqının xarici işlər komissarı, Avropoa Parlamentinin rəhbərliyi, ATƏT, BMT-nin insan haqları üzrə ali komissarı Alsu Kurmaşevanın saxlanmasını pisləyiblər.

Bundan əvvəl
Oktyabrın 23-də Kazandakı Sovetski rayon Məhkəməsi Kurmaşevanın vəkilinin həbsə alternativ qətimkan tədbiri barədə vəsatətini rədd edərək jurnalistin dekabrın 5-dək təcridxanada saxlanılması haqda qərar çıxarıb.

"Bugünkü dinləmənin nəticəsindən çox məyus olduq", – Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) demişdi.

"Alsunun ailəsinə qovuşa bilməsi üçün onu dərhal azad etməyə çağırırıq", – o, sözlərinə əlavə edib.

Hakimiyyət oktyabrın 11-də Kurmaşevanı ABŞ pasportunu Rusiya hökumət orqanlarında qeydiyyatdan keçirmədiyinə görə 10 min rubl ($103) cərimələyib. Bunu yerli media gördüyü məhkəmə sənədlərinə əsasən yazıb.

Kurmaşeva bu il Rusiyanın saxladığı ikinci ABŞ mediası təmsilçisidir.

Çexiyanın Praqa şəhərində AzadlıqRadiosunun Tatar-Başqırd xidmətində işləyən Kurmaşevanın həm ABŞ, həm də Rusiya vətəndaşlığı var. O, Rusiyaya mayda ailəsində yaranmış təcili vəziyyətə görə gedib.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, jurnalist o vaxtdan Rusiyadan çıxa bilməyib.
 
 


 
Ardını oxu...
Bakıda piyada ilə sürücü arasında gərginlik yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilir ki, video paytaxtda lentə alınıb.

Görüntülərdən aydın olur ki, yolu keçmək istəyən xanım, sürücünü avtomobili onun üzərinə sürməkdə ittiham edir.

Sözügedən videonu təqdim edirik:

 
 
 
Ardını oxu...
"Ad çəkmək istəmirəm" demək necə yozulur? Qorxaqlıqmı, ağrımaz başa buz bağlamaqmı? Ki hər birimiz zaman-zaman həm qorxağıq, həm qorxmazıq, həm də qaşınmayan yerdən qan çıxaran... İşdə, insanlıq halı...
Lakin ad çəkə bilmirsənsə sus, ad çəkə bilməmək yarısusmaqdır... deyənlər də haqsız deyil... çox vaxt susaraq susmamağa çalışırıq... bunu da yazaq zəif insan təbiətimizin ayağına...
Aparıcı haqda uzun uzadı yazmayacağam. O bircə kəlmə ilə özü haqda hər şeyi deyib, çox oxuduğunu desə də mədəni səviyyə aşağıdır və xanımın ədəb problemi var.
Bir də mədəni səviyyə elə bir şeydir ki, oxumaqla onu azca korrektə etmək olar. Yapını dəyişmək olmaz. Məsələn, bir dəfə çox kamil bilik sahibi sayılan bir tarixçini dinləyirdim Aygün Muradxanlının verilişində. Qızıldan qiymətli söz danışırdı, lakin oturuşu qara qəpiyə dəyməzdi. Oturacağa elə yayılmışdı ki, adam evində belə yayxanmır. Adam alim olmuş amma öyrənə bilməmiş ki, oturuş insanın mahiyyətindən xəbər verən bir ədəb elementidir və insanın çox gizli kodlarını açır. "Oturuşmuş adam" sözü də boşuna yaranmayıb.
Nə isə... ədəbli adam, peşəkar aparıcı efirdən dünyanı dolaşan nəhəng bir yaradıcılığa "zil-zibil" deyə bilməz. Deyərsə, demək, yerində deyil... lakin yerində olmayanı güllələmirlər... bu günkü aparıcıların, tv redaktorlarının, rəhbərlərinin, onları təyin edənlərin çoxu, 99%-i yerində deyil, savadsız, səviyyəsiz və hətta əyarsızdırlar...
Keçək, illərdən bəri ağanəzərlik edən yazıçıya...
Əvvəlcə öz teleaparıcı təcrübəmdən yazacam...
90-cı illərdə "həftəaşırı" adlı bir verilişim vardı. Dövrünün yeniliyi idi.
Deyilənə görə cəsarətli suallar verirdik. Mənim üçün isə bu suallar cəsarət deyil, bir iş idi, telejurnalistika peşəsi idi. Ölkənin siyasi formasiyası dəyişmişdi, yeni şüur gəlmişdi, biz bilərək-bilməyərək yenilikçi şüurun daşıyıcıları idik. Bu, bizdən çox zamanın işləyi idi.
...Ünlü qonaqlarımız olur, sovet dövrünün ərköyün uşaqlarına maraqlı bildiyimiz, "kəşf etdiyimiz" suallarımızı verirdik. Çox vaxt özləri xahiş edib verilişimizə gəlirdilər.
Həmsöhbətlərim arasında Anar, İsmayıl Şıxlı, Yusif və Vaqif Səmədoğulları, Zəlimxan Yaqub, Çingiz Abdullayev, Fikrət Qoca, Rəfiq Zəka, Qabil və başqaları vardı.
Bu söhbətlərdən tamaşaçı razı qalırdı, reytinqimiz üst yerdə idi. Biz həmsöhbətindən yararlanmaq peşində olanlardan deyildik. Toplumun ehtiyacı olan, sovet dövründə dilə gətirilməsi mümkün olmayan məqamlara toxunurduq, həmsöhbətlərimiz isə razı qalmırdı və bizi durduqmaq üçün hər yola əl atırdılar.
Həmin illərdə müəllif verişlərimi dəfələrlə bağladılar. Lakin şəxsimə efir yasağı gəlməmişdi, o üzdən yeni adda veriliş aça bilirdim.
İndi ilk bağlanmanın tarixçəsini danışacam və ad çəkəcəm. Susaraq deyil, susmayaraq danışacam.
Böyük sıxıntı altında olduğum, prezident aparatından rəhbərliyə, rəhbərlikdən üzərimə gələn bir basqının altında əzildiyim bir vaxt idi. Yerlə yeksan idim, bilmirdim dirənişlə uğraşım, yoxsa efirə hazırlaşım, suallar hazırlayım, saçımı, əynimi, başımı sahmana salıb, efirdə yorğun deyil, gülərüz, məmnun, dərdən, qəmdən uzaq görünüm, yoxsa azyaşlı uşaqlarımı, məktəbə, idmana, əlavə dərslərə qaçırım...
...Rəfiq Zəka son həmsöhbətim idi. Uyarı almışdım, veriliş bağlanacaqdı...
Rəfiq Zəkanın yeni dövrdə yazdıqları ilə keçmişdə... Lenin, kommunist partiyası haqda yazdığı tərif şeirlərindən misal gətirir və bu yolda aldığı mükafatları müzakirəyə çıxarmışdım.
Əlbəttə, amansızca... amma hələ bir kimsə efirdə və ya həyatın günlük müzakirələrində fikirlərimi, sözlərimi "ədəbdən kənar" bulmamışdı. Amansızca ola bilərdi... lakin ədəblə, hörmətlə...
Tənqid etdiyimizə hörmət, nifrət etdiyimizə anlayış borcumuz var...
Qonşumuz olan yaşlı bir ibtidai sinif müəllimi verilişlərimi çox izləyirdi. Çox da bəyənirdi, tərifi tərifə calayırdı. Bir dəfə yolumu kəsib "doğrudan da mehriban vəzirsən" dedi. Anlamadım, izah etdi: dedi, vəzirlər acımasız olur, sən də acımasızsan, sualların çox ağırdı, lakin mehribansan, sözünü yumşaq deməyi bacarırsan.
Bu izah xoşuma gəlmişdi. Əlbəttə, acımasızlıq heç də yaxşı şey deyil, lakin sözün doğrusunu deməyi bacarmaq da əlahiddə bir keyfiyyətdir. Və ən çətin işdir. Bu fb məkanında doğru danışmaqdan çəkinən nə qədər ünlü var, bilirsiniz.
Bu gün həbs edilmiş qələm yoldaşı haqqında söz deməyə qorxan nə qədər qələm sahibi var. Adı ev siyasından çıxar deyə və ya yeni siyahıya düşməz deyə həqiqətə göz yuman, bir kəlmə AZADOL sözü yazmağa hünəri çatmayan nə qədər qələm adamı var?!
Bunlar təkcə onların zəifliyi deyil ki, həm də dövrün simptomlarıdır, zamanın ictimai-siyasi simasıdır. Ki, əslində qələmi məzəndəyə (alqı-satqıya) düşmüşlərin faciəsidir...
... nə isə...
Rəfiq Zəkanın aydınlatmasından məlum oldu ki, ondan əvvəl verilişimə gəlmiş və alışmadıqları duruma düşmüş yazıçılar - Anar, Çingiz Abdullayev, Fikrət Qoca, Zəlimxan Yaqub dövrün prezidentinə məktub yazıb bildiriblər ki, bəs cənab prezident biz sizi dəstəkləyirik deyə əslində soyadı Vəzir deyil, Vəzirova olan bir Mehriban bizi toplum içində gözdən salır. O Vəzirovanın bəlli siyasi səbəblər üzündən əsas hədəfi biz deyilik, sizsiniz!!! O Vəzirova soyadlı aparıcının davası sizinlədir. Sizi dəstəkləyənləri gözdən salmaqla sizi gözdən salır. Bizim vasitəmizlə sizinlə savaşır... və s.
Belə...
Rəfiq Zəka nə qədər doğru deyirdi, bilmirəm, amma dünənə qədər sayqı ilə davranan rəhbərlik əmr almış kimi günümü göy əskiyə bükmüşdü... hər kəlməm təqib altında idi, hər cümləmə töhmət alırdım. Adım töhmət lövhəsindən əskik olmurdu. Hər gün işə gələndə birinci o lövhənin önünə keçirdim ki, başqası "muştuluqlamasın".
Məni işdən çıxarmağa zəmin hazırlanırdı...
Rəhbərliklərin ən böyük istedadı tabeliyində olanı dirigözlü öldürmə qabiliyyətidir. Mən də elə ölmüş gündə idim...
Bütün Aztv və yazılı mətbuat üçün iztirablı illər idi. Prezident aparatından "hər kəs mövqeyini bildirsin" əmri gəlmişdi. Mövqeyi bildirmək, getmiş hakimiyyətə dişinin dibindən çıxanı demək, gəlmiş iqtidara tərif yağdırmaq anlamında bir əmr idi. Rəhbərlik "kimlərlə işləyəcəyimizi müəyyən etməliyik" əmrini Aztv rəhbərliyinə vermişdi, o da başıma od ələməkdə idi.
Uzun söhbət oldu... amma bitmədi... hara bitir... bir ömrün iztirabları yazmaqla bitərmi... iztirabı dövrün siyasəti həndəsi sistemlə balaladırsa... bitərmi heç...
Efirə çıxmağım yasaqlandı. Bunu çətin suallara cavab vermək istəməyən yazıçılar etdi, fikrindəyəm. Əlbəttə, onlar zamanın gedişatından ilham aldılar. Repressiyaya əl atdılar. Söz adamları sözdən qorxdular. Yeni dövrə yeni etiraflarla gələ bilmədilər. Keçmişin sorğulanmasını istəmədilər. Sovet dövrünün "əlbəbək, gülbəbək" etdiyi bir ədəbi zümrə yenidən at oynatmağa - donos yazmağa başlamışdı. Gözün üstdə qaşın var deyənin kürsüsünü devirirdilər.
Əlbəttə, o məktubla məni Aztv-dən çıxara bilmədilər. Lakin ədəbi-bədii verilişlərimi yasaq etdilər. Bu minvalla çalışmalarımı daha iki il davam etdim. Ünlü "aydınlarımızın" bir dəfəlik gedişimə gücü çatmadı. Gücləri efir yasağına çatdı.
Lakin hədəf başqa idi və bu hədəfin çətəsi başqa bir plan qurdu. Radiodan televiziyaya baş redaktor gəlmiş Mailə Muradxanlı komitədə nüfuz sahibi idi, peşəkar idi, ömrüboyu radiodan televiziyaya gəlməık üçün çalışmışdı. Gələ bilməmişdi. Nəhayət gəlmiş və mənə baş redaktor olmuşdu. Həqiqət naminə deyim, bu iş üçün mükəmməl biliyi də vardı, ədəbiyyatı, sənəti bilirdi, ədəbi aləmi tanıyırdı. Lakin çox qadınlar kimi zəif yerləri vardı, özündən irəlidə olanı vurmaq talantı vardı. Möhtəşəm bir intriqaçı idi. Onu heç zaman sevmədim, o da məni sevməzdi, amma hörmətim vardı, unudulmaz həmsöhbət idi, çox maraqlı insan idi. Fərqimiz həm yaşda idi, həm də o sevmədiklərini sıradan çıxarmaqda mahir idi, təcrübəli idi. Mən isə sevmədiyimlə uğraşmazdım, unudardım, arxamca çevrilən oyunlardan xəbərsiz qalardım.
Nə oyunlar çevrildi... otuz nəfərlik redaksiyanı iki nəfərin - mənim və Solmaz Əmirlinin üstünə qaldırdı... iş-güc qaldı, boş intriqalarla uğraşdırdı... yenə olmadı. Axırda yolunu tapdı. Cəlal Əliyevin gur-gur guruldayan vaxtı idi. Bizim yüksək idarədən kimsə onun "mübarək hüzuruna" çıxa bilməzdi. Mailə Muradxanlı Zeynəb Xanlarova ilə dost idi. Onu Cəlal Əliyevin yanına göndərib: "bu qadın Vəzirovun qohumudu və aztv-də dəstə qurub sizinlə düşmənçilik edir" mesajını "əmi"yə çatdırdı.
Əminin belə şeyləri götürən vaxtı deyildi, Əbdürrəhman Vəzirovda da intiqası vardı. Mənim familiyam da başıma bəla idi... məni vurmaq istəyən də, öymək istəyən də qürur və bəla mənbəyim olan soyadımdam yapışırdı...
Beləcə... xanımağaların əmisi qalib gəldi...
Bir az uzun sürdü sürəc, amma sonunda mən gedəsi oldum...
Heyif... insan öz dəyərli vaxtını nə dəyərsiz işlərə sərf edir...
...eşitdim, Yazıçılar Birliyi aparıcı ilə bağlı bəyanat yayıb. Mənimlə bağlı da bir bəyanat tarixçəmiz var. Onu da danışım...
Yazıçılar İttifaqı ilə başqa bir qarşıdurmam isə bir başqa vaxtda baş verdi. Artıq qəti bir efir yasağım vardı. İndiki kimi yutub filan yoxdu. Talelər iki dodaq arasında idi.
Bir gün böyük şair Həmid Nitqinin yaradıcılıq gecəsi keçirilirdi Yazıçılar İttifaqında, biz, Aydınlar Birliyinin bir neçə üzvü yaxın kafelərin birində çay içib vaxtı gözləyirdik. Cavad Heyət lə bir masada idik, o Həmid Nitqi haqda gözəl xatirələr danışırdı. Vaxt tamam olanda məlum oldu ki, Cavad Heyət toplantıya qatılmır, çünkü eşidib ki, Elçi Bəy də toplantıya gələcək. Elçi Bəy olan yerdə görünmək iqtidarla münasibətlərinə, bu tay Azərbaycanda görəcək işlərinə zərər verər deyə, ehtiyat edir. Gəlmir və bizə uğur arzulayır...
Bu adları dövr anlaşılsın deyə çəkirəm, heç kimlə heç bir davam yoxdur... əksinə hər kəsə hörmətim var. Çingizə olmasa da - zatən o özünü yetərincə rüsvay edib - Anara, Zəlimxan Yaqubun, Cavad Heyətin, Mailə Muradxanlının xatirəsinə hörmətim var. Mailə Muradxanlı bütün mənfiləri və müsbətləri ilə orjinal bir qadın idi.
Yeri gələndə bu adamların xoş olmayan əməllərindən danışıram, yaxşı tərəflərini də məmnuniyyətlə dilə gətirirəm. Səbəb yalnız dövrün izahını verməkdir. Xoş halıma ki kimsəyə tərifnamə borcum da yoxdur, doğru bildiyimə də susan deyiləm. Hətta görürsünüz, susaraq danışmıram, ad çəkib ağrımayan başıma buz bağlayıram.
Etirazlara da açığam...
Həmid Nitqini yaradıcılıq gecəsinə Yazıçılar İttifaqının rəhbərliyindən kimsə gəlmədi, halbuki özləri təşkil etmişdilər. Elçi Bəy iştirak edir deyə bir otaqdan o biri otağa keçmədilər. İşlərini buraxıb yasa getdilər. Əslində işdən qaçdılar. Bunu da çətin dövrün ayağına yazıram....
Azadlığını qəsb etdirmiş Yazıçılar İttifaqı rəhbərliyi barədə tənqidi bir yazı yazdım. Mənə cavab olaraq bəyanat verdi Yazıçılar İttifaqı. Bu gün verdiyi bəyanatdan. Bəyanatlarına da cavab yazdım, yazdım ki, ölkədə bu qədər ölüm-itim var, problemləri saydım, o vaxt Rusiyada bizimkiləri öldürürdülər, hər gün ölkəyə tabut gəlirdi. Ordu səfil vəziyyətdə idi, əskər ölümləri, orduda intihar, rüşvət, əskərin yeməyini, geyimini oğurlamaq tüğyan edirdi. Demokratik dəyərlər bir-bir sıradan çıxır, mətbu orqanlar bağlanır, jurnalistlər həbs edilirdi. Dedim, Yazıçılar, bir dəfə də bu müsibətlər barədə bəyanat verin. Şəxsinizdən başqa dərdiniz yoxmu?!
Eşitdim, məsələni müzakirə edib mənə cavab verməmək qərarına gəliblər, cavab yazıb məşhurlaşır, deyiblər. Çox komik...
Əlbəttə, Yazıçılar İttifaqının ictimai dərdi yoxdu, fərdlərlə döyüşləri o qədər çoxdur ki, mənim hekayəm o teatrın dəqiqəsi belə deyil. Amma mənim üçün ağırdır. Çünkü həyatımı etkiləyib. Necə zalımca etkiləyib onu bir Allah bilir...
Gələk bəyanat məsələsinə... daha doğrusu ağanəzərin aparıcını məhkəməyə verməsi məsələsinə... Şərif Ağayar deyir ki, bu, repressiyadır.
Bəli, öz nəzərinin ağa olduğunu iddia etmək və əlində olan gücdən sui istifadə etmək repressiyadır. Ki, bu məsələdə adamın təcrübəsi var...
Bu uzun yazımın son sözünü qısaca belə ifadə edim: ağanəzər, vallah, ayıbdı... məhkəməyə vermə, vermisənsə geri al... yazıçı tarixdə təkcə kitabları ilə qalmır, həm də adamlığı ilə qalır... sən jurnalistə "utanmıxdan ölmürsən" deyəndə səni məhkəməyə verən oldumu... ey böyük qələm adamı, min kitabın müəllifi, bu sıravi qələmlilərdən ibrət götür... nə olar... axı sənin də danışığında ədəb problemi var...
Mehriban Vəzir
Teref. Xocanın Blogu
 
 

 



Ardını oxu...
Rəqqasə Renka (Rəna Ağamuradova) gözəlliyi ilə adından söz etdirməyi bacarıb.

Sənətçi yeni il fotosessiyası etdirib. Qırmızı libası ilə göz oxşayan Renka obyektivlərə bir birindən cazibədar pozalar verib.

Rəqqasənin həmin görüntülərini fotoqraf Ayxan Salahov lentə alıb.

Ardını oxu...
Ardını oxu...
 

 
Ardını oxu...
 
Fransada qadınlar hər gün pis rəftardan, təzyiq və zorakılıqdan əziyyət çəkirlər.

Bunu Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində (keçmiş tviter) yayımlanan videomüraciətində bildirib.

O, qadınlara qarşı zorakılığın kökünü kəsəcəyini vəd edib. Makron bildirib ki, Fransa hakimiyyəti qadınlara qarşı zorakılığın kökünü kəsməyi öz vəzifəsi hesab edir.

“Biz buna son qoya bilərik, son qoymalıyıq və qoyacağıq”, - dövlət başçısı Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə müraciətində deyib.

Makron etiraf edib ki, Fransa polisi 2022-ci ildə 244 min məişət zorakılığı hadisəsi qeydə alıb ki, bu da beş il əvvəlkindən iki dəfə çoxdur.

Fransa lideri qadınlara kömək üçün görüləcək tədbirləri də sadalayıb. Onların arasında: məişət zorakılığı törədənlərin siyahıya alınacağı məlumat bazasının yaradılması və çətin həyat vəziyyətində olan qurbanlara təzminatların ödənilməsi.
Ardını oxu...
 
"Space TV"də yayımlanan "Gəl danış" verilişində gərgin anlar yaşanıb. 
Axşam.az bildirir ki, meyxanaçı Samirə Yusifqızı ilə jurnalist Ramilə Sultan arasında mübahisə düşüb.
Samirənin rəqs videosu ilə bağlı tərəflər arasında bir müddət əvvəl mübahisə düşmüşdü. Bu dəfə isə onlar sözügedən verilişdə mübahisə ediblər. Tərəflər bir-birinin ünvanına sərt sözlər deyib. Samirə yerindən duraraq jurnalistə hücum edib. Kənarda oturan ekspertlər onları ayrımağa çalışıb.
Bir-birini təhqir edən meyxanaçı ilə jurnalistin mikrofonu bağlanılıb.
Qeyd edək ki, son günlər sosial mövzulu verilişlərdə bu kimi hallar tez-tez yaşanır. Bundan əvvəl "Xəzər TV"də efirə gedən "Təsir dairəsi" verilişində ekspert iştirakçıya hücum etmişdi. Daha sonra "Bizimləsən" proqramında kömək istəmək üçün gələn iki qadın arasında dava düşmüşdü
Ardını oxu...
Türkiyənin Kocaeli adlanan ərazisindəki məktəblərdən birində şagirdlər arasındakı mübahisə gündəm yaradıb.

32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Paylaşımdan bir qızın sinif yoldaşını yerə yıxaraq təpiklə vurduğu məlum olur. Məlumata görə hadisəyə səbəb şiddət göstərən yeniyetmənin saçları gözəl olduğu üçün sinif yoldaşını qısqanması olub.

Hadisə geniş əks-səda doğuraraq izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Ardını oxu...
“Rasim Ocaqov gözəl sənətkar idi. Onun bir xeyli filmində işləmişəm, qadın qəhrəmanlarını səsləndirmişəm. Onda da aktyor-rejissor tandemi yaranmışdı bizdə. Rasim Ocaqovla işləmək həm məsuliyyətli idi, həm də şərəfli. Rasim müəllim Azərbaycan kinosuna xeyli töhfələr verib. Təəssüf ki, dünyasını tez dəyişdi. Yəni, mən belə fikirləşirəm. Eşidəndəki rəhmətə gedib, təəccübləndim. Çünki mən onu həmişə qıvraq, harasa tələsən, emosional danışan görmüşəm. Birdən-birə onun ölüm xəbəri mənə pis təsir etdi. İnanmağım gəlmədi. Çünki hələ o ölməli adam deyildi. Son vaxtlar tez-tez onu görə bilmirdik. Çünki aktyor ştatı kinostudiyada bağlanmışdı, işləmirdik, hərəmiz bir tərəfə səpələnmişdik”

Bunu Moderator.az-a açıqlamasında Rasim Ocaqovun doğum günündə əməkdar artist Nəcibə Hüseynova deyib. O daha sonra əlavə edib.

“Mən kinoşünas deyiləm, dərindən nəsə deyə bilmərəm. Amma bildiyim bir fakt var. Rasim Ocaqovun “İstintaq” filmi eşitdiyimə görə hətta o vaxt SSRİ miqyasında Moskvadakı Kinematoqrafiya institunda tələbələrə nümunə kimi göstərilirmiş. Bilmirəm indi də davam edir ya yox?! Mən onun keçdiyi yaradıcılıq yolunu məktəb adlandırardım. Çünki o özü də əvvəl operator işləyib. Operatorluqdan sonra rejissorluğa keçib. O kinonu hərtərəfli bilirdi. Rejissorun özünün də kinoya operator kimi öz baxışı, nəzəri var. Mənə elə gəlir ki, biz onu itirməklə Rasim Ocaqov məktəbini itirdik. Yeni nəslə məncə o çox faydalı olardı” deyə aktrisa bildirib.

Nəcibə Hüseynova bildirib ki, öncə “Təhminə” filmindəki Təhminə rolunun ifaçısı Meral Konratı səsləndirməyə öncə tərəddüd edib.

“Açıq-saçıq, söyüşlü səhnələr çox olduğu üçün bu obrazı dublyaj etmək istəmirdim. Əlbəttə ki, Rasim Ocaqov məni hazırlaşdırıb və inandırıb ki, bu məqamda, belə bir vəziyyətdə bu deyilməlidir. Mən də onu demişəm. Bu filmə qədər heç bir filmdə mətn açıq söyüşlə getməyib. Belə halları qəbul etmirdilər. Həyatda o qədər eşidirsən ki, bu söyüşləri.. Kimsə bir-biri ilə mübahisə edir, o buna deyir, bu ona. O zaman mentalitet heç yada düşmür. Amma filmə gələndə hamı başlayır danışmağa ki, ayıbdır, arvad-uşaq, yaşlı adam var. Mənə çox pis təsir edir bu fikirlər. Bir var bu bədii əsərdir, müəyyən məqamlar var ki, orada tələb olunur. Nəyisə açıqlamaq, vurğulamaq üçün. Belə halları nəzərə almırlar, sadəcə olaraq irad bildirirlər. Həhyatda heç fikir vermirlər. Qadının da yanında söyürlər, uşağın da yanında” deyə Nəcibə Hüseynova bildirib.

Mənbə: Moderator.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 

 

Ardını oxu...
 
Türkiyəli aktrisa Zeynep Tuğçe Bayatın yeni layihəsi bəlli olub.
Aktrisa "Prens" serialının 2-ci mövsümündə yer alacaq. O, ekran işində "Caren"i canlandıracaq.
Qeyd edək ki, Zeynep son olaraq "Teşkilat" serialında "Suzen" kimi izləyicilərin qarşına çıxıb.
  • Ardını oxu...

 

Dünyapress TV

Xəbər lenti