Ardını oxu...
Tanınmış PR və Korporativ Kommunikasiyalar üzrə menecer Süheylə Cəfərova "Trendyol Azərbaycan"da PR və kommunikasiya direktoru təyin edilib.

O vəzifəsinin icrasına 2024-cü ilin yanvarından başlayıb.

Qeyd edək ki, S.Cəfərova 12 il müddətində "Bakcell" şirkətində çalışıb və 2023-cü ilin iyulunda bu şirkətdən ayrılıb.

O, həmçinin BMT-nin Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Dünya Bankı Qrupu ilə bir sıra layihələrin icrasında iştirak edib.

Xatırladaq ki, ötən il Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması "Trendyol” Azərbaycanda şirkət yaradıb. (Business Time)

Ardını oxu...
Sumqayıtda 23 yaşlı ana və övladları itkin düşüb.

"Report" un yerli bürosu məlumat verir ki, yanvarın 17-də şəhər sakini, 2001-ci il təvəllüdlü İmamrzayeva Aytac Ramin qızı övladları, 2020-ci il təvəllüdlü İmamrzalı Zəhra Murad qızı və 2023-cü il təvəllüdlü İmamrzalı Zeynəb Murad qızı Hacı Zeynalabdin qəsəbəsində yaşadıqları evdən xəstəxanaya getmək adı ilə çıxıb və itkin düşüblər.

Faktla bağlı polisə məlumat verilib.
Ardını oxu...
Cərrahlar Rachna Murthy və Jonathan Rosu ən mükəmməl burunlu məşhur qadınlar adlandırıblar.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Ulduzların görünüşünü təhlil edərkən həkimlər burun dəliklərinin enini, burun körpüsündən qaşlara qədər olan məsafəni, həmçinin burnun özünün enini və uzunluğunu nəzərə alıblar.

Belə ki, birinci yerdə müğənni Ariana Qrande qərarlaşıb. Mütəxəssislərin fikrincə, yuxarıda göstərilən meyarlar qızıl nisbətə 90 faiz uyğun gəlir. İkinci yerdə 84 faizlə Disney ulduzu Zendaya qərarlaşıb.

Hollivud aktrisası Scarlett Johansson və Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl 83 faizlə üçüncü və dördüncü yerləri tutublar.
 
Ardını oxu...
Qazaxıstan şəhərlərindən birinin sakini olan qadın evliliklərinin 10 illiyi münasibətilə ərinə qeyri-adi "sürpriz" hazırlayıb.
Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, o, böyük bir bayram qutusunda həyat yoldaşına gənc bir qızı hədiyyə etmək qərarına gəlib.
Qadın sosial şəbəkədə yerləşdirdiyi videoda ərinə evlilik illərində göstərdiyi qayğıya, xüsusən də ondan ayrılmadığına görə təşəkkür edib. Bundan sonra qutu açılır və müsəlman qanunlarına uyğun geyinmiş bir qız görünür.
Gözlənilməz hadisədən özünü itirən kişi əvvəlcə hadisəyə yalnız məcburi bir təbəssümlə reaksiya verib. Amma sonradan qızın həqiqətən də onun ikinci arvadı olmağa razı olub-olmadığını soruşub.
Arvadı isə məmnunluqla ona əhvalatın necə baş verdiyini danışıb: “Mən xəstəxanada yatanda bu qız tibb bacısı idi və mənə baxırdı. O, 2000-ci ildə doğulub və hər şeyə razıdır”.
Qadın qeyd edib ki, qızın valideynləri hadisələrdən xəbərdardırlar və kişinin ikinci arvad almağa layiq olduğuna inanırlar.
Hekayənin necə bitdiyi məlum deyil. Amma sosial şəbəkə istifadəçiləri bu hadisəyə çox qəzəbləniblər. Bir çoxları şərh yazaraq Qazaxıstanda bəzi qadınların özlərinə hörmət etmədikləri, onlara dəyər verilmədiyi, boşanmamaq üçün hər şeyə getdiklərini iddia ediblər.
Xatırladaq ki, Qazaxıstan dünyəvi dövlət hesab olunur və bu ölkədə eyni kişinin iki qadınla evlənməsi olması rəsmi olaraq mümkün deyil.
Ardını oxu...
Ardını oxu...
BakuPost
 
Ardını oxu...
Böyük Britaniya kraliçası II Elizabet yuxuda dünyasını dəyişib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “The Daily Mail” monarxın şəxsi katibi Edvard Yanqın qeydinə istinadən yazıb.
Bir müddət əvvəl Şotlandiya Rekordlar İdarəsi Kraliçanın ölüm şəhadətnaməsini dərc etmişdi və bu sənəddə ölümün səbəbinin qocalıq (96 yaş) olduğu göstərilmişdi.
“Çox dinc ölüm olub. Yuxuda vəfat edib. Ölüm səbəbi qocalıqlıqdır. O, nə baş verdiyini anlamayıb. Ağrı hiss etməyib”, deyə Edvard Yanq bildirib.
Qeyd edək ki, hazırda Kral Arxivində saxlanılan qeydin mövcudluğu indiyədək məlum deyildi.
Qəzet həmçinin kral bioqrafı Robert Hardmanın “III Çarlz: Yeni Kral. Yeni həyət. İçəridən bir baxış”. Orada deyilir ki, Kraliça II Elizabetin oğlu, hazırkı Kral III Çarlz ölümündən əvvəl anası ilə bir saat tək qalıb, sonra isə göbələk yığmağa gedib.
Şahzadə kraliçanın ölümünü böyük köməkçisinin zəngi ilə öyrənib.
Bütün sələfləri arasında ölkəni ən uzun – 70 ildən çox idarə edən Böyük Britaniya kraliçası II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında Şotlandiyada vəfat edib. Monarxın təntənəli dəfn mərasimi 19 sentyabr 2022-ci ildə Vestminster sarayında baş tutub.
 

Ardını oxu...
Xəzər Tv-də yayımlanan “Xəzər axşamı” verilişində gərgin anlar yaşanıb.

Efirin qonaqları sırasında müğənni Mənzurə Musayeva da olub. Canlı ifası zamanı mikrafonda problem olduğunu və yetərincə səs verilmədiyini iddia edən sənətçi studianı tərk edib.

Qəsdən səsinin kəsildiyini düşünən sənətçiyə proqramın aparıcı Mətanət Əliverdiyeva tənqidlər yağdırıb:

“Heç vaxt müğənnilərlə problem yaşamamışam. Hamısına mənimlə bir efirdə olmaq rahatdır. Digər kanallarda sizi aparıcıdan asılı vəziyyətə salırlar. Heç bir qonağıma hörmətsizlik etməmişəm.

Eyni mikrafonla digər müğənnilərimiz də oxudu, problem yaşamadı. Əməkdaşlarımızın peşakarlığına şübhə yoxdur. Canlı ifa üçün səs özündə olmalıdır, mikrafona səs verməklə deyil…”

Həmin gərgin anlar daha ətraflı video-materialda: Milli.Az

Ardını oxu...
Əməkdar artist bəstəkar-müğənni Elza Seyidcahan yenidən öz hərəkəti ilə gündəmə gəlib.

Sənətçi Aygün Bəylərin vida mərasiminə taxdığı qalmaqallı papağı ilə bu dəfə şənliyə gəlib. Sənət yoldaşları rəqs edən Elza marağa səbəb olub.

Şou əhlinin qatıldığı həmin gecədən görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Hurriyyet.Az xəbər verir ki, “Göyçəyə qayıtsam atamın buradakı məzarından ora torpaq aparacam” adlı buraxılış Göyçə mahalının Basarkeçər rayonunun Dərə kənd sakini Aidə Xudaverdiyevanın həyat hekayəsinə həsr olunub.

O, qədim oğuz yurdu, füsunkar təbiəti olan kənddə uşaqlıq, orta məktəb illərində yaşadığı gözəl anları, məhəllə, dağ, düzənlik, çay, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Atasının poçtalyon işlədiyini, 10 yaşından qəzetləri kəndə özünün payladığını bildirən A.Xudaverdiyeva adət-ənənələrdən danışıb: “Qış aylarında məktəbin həyətində qar topu oynayırdıq, xizək sürürdük. Novruz bayramında sulaşırdıq. Göyçə gölündə çimdiyimiz anları, o füsünkar təbiətin qoynunda gəzməyi yenidən yaşamaq istəyərdim”.

Onun sözlərinə görə, 1988-ci ilin fevral ayında Qarabağda baş verən hadisələrdən sonra ermənilər qonşu kəndlərdə təxribatlar etməyə başladılar: “Kəndimiz yolun üstündə idi. Hər gün 6-7 karvan maşın gedirdi. Artıq oktyabr, noyabr aylarından insanların narahatlığı başladı, insanlar qorxurdu. Hər gün kəndin əli silah tutan insanları ermənilər 100 illik tarixi olan kəndə hücum etməsinlər deyə növbə çəkirdilər. Atam bizi təhlükəsizlik üçün noyabr 24-də Gəncə şəhərinə gətirdi və o yenidən kəndə qayıtdı. Şəmkir rayonunun Bada kəndindəki ermənilər bizim kəndə dolmuşdular, bütün əşyaları, xalçaları mənimsəmişdilər. Azərbaycanlıların köç maşınlarını ermənilər daşa basırdılar. Atam da zədə almışdı, daş baş hissəsindən yarmışdı. Nəhayət, atam evimizi 1988-ci il dekabrın 7-də Şəmkir rayonunun Bada kəndinə dəyişdi və biz orada məskunlaşdıq”.

Dərə kənd sakini Vətən həsrətinin ağır dərd olduğunu deyib: “35 ildir burnumun ucu sızlayır. Doğulduğum məkana qayıtmaq ən böyük arzumdu. Həqiqətən çox istəyərdim ki, Göyçəyə qayıdım. Atamın buradakı məzarından ora torpaq aparam. Atam elinə, torpağına o qədər bağlı insan idi. Bu gün atamın ruhu şad olsun deyə Qərbi Azərbaycana qayıtmaq istəyirəm. Həm babalarımın, həm də 10 yaşında rəhmətə gedən bacımın ruhunu şad edim. Möhtərəm Prezidentimiz Qarabağı azad etdi, əminəm ki, Göyçəni də qaytaracaq və biz öz yurdumuza qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Boşanma zamanı cütlüklər arasında əmlak bölgüsü mübahisələri yaranır. Belə ki, qanunvericiliyə görə, birgə nikah dövründə əldə edilmiş əmlak boşanan zaman ərlə arvad arasında bölünməlidir. Bu, həm daşınar, həm də daşınmaz əmlaka aiddir.

Avtomobilin alqı-satqısı zamanı satan şəxsin həyat yoldaşından razılıq əldə olunması təcrübəsi çox təəssüf ki, hələ formalaşmayıb. Bu səbəbdən də sonradan problemlər yaranır və hətta satılmış maşınla bağlı məhkəmə çəkişmələri gedir. Əksər hallarda boşanma məsələsi ortaya çıxan zaman ər qısa müddət ərzində avtomobili başqa bir şəxsin adına keçirir və ya satır.

Əmlak birgə nikah dövrü zamanı əldə olunubsa burada arvadın da payı var. Ona görə də boşanma prosesində məhkəmədə əmlakın bölünməsi iddiası qaldırılır. Avtomobil alqı-satqı müqaviləsi ilə satılmış olsa da belə, arvadın notarial qaydada razılığı olmadığı üçün səhəri gün satılmış avtomobilin bölünməsi iddiası qaldırıla bilər.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən vəkil Elçin Şəfiyev bildirib ki, birgə nikah dövründə əldə olunmuş bütün əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur və nikah pozulan zaman həmin əmlak ər və arvad arasında bölünür:

“Əgər əmlak bölgüsü vaxtı tərəflərdən biri öz adında olan əmlakı başqa şəxsin adına bağışlama, alqı-satqı və ya hər hansı razılşma yolu ilə keçirirsə, digər tərəf qarşı tərəfə həmin əmlakın başqa şəxsin adına keçirilməsi əqdinin etibarsızlığı barəsində iddia qaldıra bilər. Bu zaman sübut edilməlidir ki, bu əqd bağlanan zaman iddia edən şəxsin razılığı alınmayıb. Həmin əqd etibarsız sayıldıqdan sonra satılan əmlak şəxsin adına qayıdır və ümumi əmlak kimi ər ilə arvad arasında bölünür”.

Hüquqşünas qeyd edib ki, ümumi əmlakın tərəflərin razılığı olmadan başqa şəxsin adına keçirilməsi qanunsuzdur:

“Hər bir halda ümumi mülkiyyətdə olan əmlakın satılması, bağışlanması və ya başqa şəxsin adına keçirilməsi zamanı digər tərəfin razılığı alınmalıdır”.

Qeyd edək ki, hal-hazırda qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün yol polisi vətəndaşladan razılaşma sənədi tələb edə bilmir.

 
Ardını oxu...
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Kayl Uoker beş aydır ki, həyat yoldaşı ilə yaşamır.

Enni Kilner ciddi mübahisədən sonra Kaylı evdən qovub. Mübahisəyə səbəb isə Uokerin Lorin Qudman adlı keçmiş sevgilisi ilə münasibətidir.

Kilner Uokeri qadınla görüşməkdə və xəyanət etməkdə günahlandırıb.

Futbolçu ötən il qısqanc həyat yoldaşına keçmiş sevgilisini bir daha görməyəcəyinə söz verib və hətta sosial şəbəkələrdə onu bloklayıb. Daha sonra Kayl özü etiraf edib ki, Qudmanla “dostluğunu” bərpa edib.

Mənbə: football24.ru
 

Dünyapress TV

Xəbər lenti