Ardını oxu...
İctimai fəal Ülviyyə Muradova (Alovlu) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

TEREF.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 17-nə təyin edilib.

Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.

Binəqədi Rayon Məhkəməs onun barəsində bəraətverici hökm çıxarıb. Hökmdən narazı qalan xüsusi ittiham qaydasında şikayət verən yenidən məhkəməyə müraciət edib.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.
 
       
Ardını oxu...
Bakının Sabunçu rayonunda kişinin keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Teref.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində baş verib. Boşandığı qadınla eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Beyrut Mahmudov iddia edir ki, gərginliyə səbəb evə alınan ərzaq məhsullarının tez bitməsi və qadının az yaşlı övladlarının gözü qarşısında söyüş söyməsidir.

Beyrut Mahmudov ötən gecə saat 2 radələrində Sabunçu rayon xəstəxanasına müraciət edib. Ona boğazın əzilmiş yarası diaqnozu qoyulub, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

O, deyir ki, uşaq evində böyüyüb, peşə təhsili aldıqdan sonra fərdi evlərin tikintisində fəhlə kimi çalışıb. O, Ceyhunə Məmmədova ilə 2010-cu ildə ailə qurub. Tərəflər 2018-ci ildə boşanıblar. Amma bir müddətdir ki, yenə bir yerdə yaşayırlar.

Hadisədə adı hallanan Ceyhunə Mahmudovanın da fikirlərini öyrəndik. Qadın kamera qarşısında müsahibə verməkdən imtina edib. O, keçmiş həyat yoldaşına əl qaldırmadığını bildirib.

“Beyrut Mahmudov aliment iddiaları ilə razılaşmayıb”.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla əlaqədar təhqiqat araşdırmaları başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Azərbaycan insan alverində təqsirləndirilən 13 nəfəri axtarışa verib.

Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin müvafiq bölməsində məlumat yerləşdirilib.

Qeyd edək ki, 13 nəfərin hamısı hazırda axtarışda olanların siyahısını əhatə edir.

Onların hamısı qadındır və yeddisi İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

İnsan alverinin hüquqi təsbiti Azərbaycan Cinayət Məcəlləsinin 144-cü maddəsində verilib.

Məcəllədə qeyd olunur:

- İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatına əsasən, 157 insan alveri, üç məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə 44 qanunsuz hərəkət üzrə cinayəti qeydə alınıb.

Hesabat ilində insan alveri cinayəti törətdiklərinə görə ikisi kişi, on üçü qadın olmaqla, 15 nəfər məhkəmə məsuliyyətinə təqdim edilib.

Bunlardan barəsində məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərin doqquzu yeddi ildən on ilədək, bir nəfər üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub

Hesabat ilində 94 insan alveri qurbanı (93 qadın, bir kişi) müəyyən edilib və zərərçəkmişlərin reabilitasiyası, reinteqrasiyası üçün zəruri tədbirlər görülüb.//oxu.az
Ardını oxu...
 
Ardını oxu...
Gənc polyak xanımlar Ukraynadan qaçqın kimi gələn qız-gəlini özlərinə güclü rəqib görür və polşalı kişiləri qısqanırlar. Bunu Polşanın nüfuzlu, ən çox oxunan qəzetlərindən biri "Gazeta wyborcza" yazıb.
Demə, sosiloji tədqiqatlar göstərir ki, yaşı 29-dan az olan polşalı qadınlar tərəfindən ukraynalılara dəstək önəmli dərəcədə azalıb və sosioloqlar bunun nədənin deyiləndə görürlər.
Subay ukraynalı xanımlar evlənmək üçün polyak kişiləri üstün tutur və bununla kişi uğrunda mübarizədə polyak xanımların rəqibinə çevriliblər.
Həyatın necə də qəribə və gözlənilməz gizliləri, düşüncə və duyğu çalarları var...
Bu ağır günlərində həmişə Ukraynanın yanında olan Polşanın, polyak xalqının bir böyüklüyü də odur ki, İDM-dən sonra Stalin indiki Qərbi Ukrayna sayılan torpaqları Polşadan kəsib Ukraynaya, yəni SSRİ-yə qatdı. O torpaqların ən böyük şəhəri və mərkəzi Lvovdur. 2000-ci ildə orada olanda Lvovda axşam duası zamanı bir katolik kilsəyə getdim. Möhtəşəm və böyük kilsə ağzınacan adamlala dolu idi, ukraynalı katoliklər öz yerində, adamların bir qismi orada yaşayan polyak idi, ehtimal. Şəhərdə polşanın təsiri duyulur.
2022-nin əvvəlində Rusiya Ukraynaya hücum edəndən sonra Polşaya, müxtəlif təşkilatların hesablamalarınaa görə 1,38 milyondan tutmuş 6,3 milyon qədər qaçqın gəlib, çoxusu da qadın, uşaq və qocalardır. Hazırda Polşada 2-2,5 milyon ukraynalı qaçqın olduğu bildirilir.
Şəkildə - ukraynalı xanım. Gözəllik müsabiqəsinin qalibi-filan deyil, onların şəkilləri də var, qəsdən götürmədim.
Çingiz Sultansoy
Teref.az
Ardını oxu...
Saratov vilayətində prokuror cinayət işi üzrə cəriməni ödəmək üçün məhkuma böyrəyini satmağı məsləhət görüb.

Lent.az bildirir ki, bu barədə Rusiyanın Baza Telegram kanalı məlumat yayıb.

Keçmiş hakim köməkçisi Natalya Usanova 10 ildən artıqdır ki, həbsdədir. O, maliyyə sənədlərini saxtalaşdırmaq, müəllif hüquqlarını pozmaq və 2015-ci ildə qumar oyunları ilə bağlı cinayət işində iştiraka görə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qadın Kostroma vilayətində İK-8-də cəza müddətinin bir hissəsini çəkib, lakin bundan sonra o, Smolensk vilayətindəki həbsxanaya köçürülüb və hazırda cəzasını burada çəkir. Həbsdə olduğu buraxıldığı müddətdə Natalya 30-dan çox tərifnamə alıb.

Məhkumluq müddətinin bitməsinə 3 il qalıb. O, şərti azadlığa buraxılması və ya cəzanın dəyişdirilməsi üçün müraciət etmək qərarına gəlib. Bunu həbsxananın rəhbərliyi dəstəkləyib, lakin sonda qadının ödəmədiyi 500 min rubl cərimə səbəbindən rədd edilib.

Usanovanın sözlərinə görə, məhkumun maaşını nəzərə alsaq, belə bir məbləğin yığılması sadəcə olaraq mümkün deyil. Bunun kontekstində görüşlərin birində iştirak edən prokuror ona böyrəyini satmağı tövsiyə edib.

Məhkumu evdə iki azyaşlı uşağı gözləyir və ona görə də bu məsləhəti bəyənib. Müdafiə tərəfi Moskva Transplantasiya Mərkəzində də daxil olmaqla, proseduru həyata keçirmək üçün icazə tələbləri hazırlayıb.

Eyni zamanda, Natalya 10 ildən sonra azadlığın məhdudlaşdırıldığı yerlərdə azad olmaq üçün orqanını bağışlamağa niyə razı olduğunu başa düşə bilmir. Onun sözlərinə görə, təcavüz edənlər və narkotik alverçiləri heç bir cərimə tətbiq edilmədən xeyli tez azadlığa buraxılırlar.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var.

Qaynarinfo-ya işdən çıxarılan FHN-nin tibb işçiləri ilə bağlı maraqlı məlumatlar daxil olub.

Belə ki, 10 tibb işçisinin işdən çıxarılmasının əsas səbəbkarı FHN-nin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyevadır.

Bundan əvvəl məlumat yaymışdıq ki, Tibb Xidməti və Tibb Mərkəzində narazılıqlar höküm sürür. FHN-nin Tibb Mərkəzi Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərir. Buna baxmayaraq, Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva özünü tam müstəqil qurumun rəhbəri kimi aparır. Tibb Xidmətinin rəisi, polkovnik Pərviz Vəliyev və polkovnik Xanım Sofiyeva arasındakı vəzifə savaşının əziyyətini isə tibb işçiləri çəkməli olur.

Sözügedən qurumda verilən tapşırığa uyğun rəislərin işləri kordinasiyalı şəkildə aparılmalı olduğu halda, bunun əksi baş verir. Xeyli sayda tibb işçisi bundan bezərək işdən çıxmağı qərar verirlər.

Məlumat üçün bildirək ki, 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı edilsə də, indi burada infrastruktur iflic vəziyyətədir. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün külli miqdara maliyyə vəsaiti ayrılıb və iş Xanım Sofiyevaya tapşırılıb. Bakının “20 Yanvar” deyilən ərazisində yerləşən Bakı Regional Mərkəzinin binasında iki ilə yaxındır yenidənqurma və təmir-bərpa işləri aparılır, amma işlər bitmək bilmir.
Ardını oxu...
İnfrastrukturun iflic vəziyyətə olması tibbi işçilərinin iş şəraitinə də təsirsiz ötüşmür. Bundan narazı olan işçilər dərdlərini Pərviz Vəliyevə deyəndə, Xanım Sofiyeva inciyir və yaxud əksi baş verir…

Nəticədə tibb müəssisəsi qeybət ocağına çevirilib. Belə olan halda da son bir ildə 50-yə yaxın tibb işçisi vəzifəsindən getməli olub.

Onu da bildirək ki, hazırda Tibb Xidmətinin rəisi Pərviz Vəliyev başda olmaqla qurumun 86 faiz işçisi məzuniyyətdədir. Bu da mərkəzin işçilərinin narazılığına səbəb olub.

Bu arada FHN mediaya məlumat verərək qeyd edib ki, sözügedən şəxslər müxtəlif vaxtlarda başqa işə keçmələri səbəbindən öz ərizələri əsasında vəzifələrindən azad olunublar.
 

Ardını oxu...
Astara rayonunda 1997-ci il təvəllüdlü Elmar və 2003-cü il təvəllüdlü Elcan qohumları Ləmanla intim görüntüləri sosial şəbəkədə yayılan həmkəndliləri Əfqana (adlar şərti verilib – red.) xəsarət yetiriblər.

DİA.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən il avqustun 29-da Astara rayonunun qəsəbələrindən birində baş verib.

Elmar qohumu Elcanla birlikdə həmin gün saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında həmkəndliləri Əfqanla qısqanclıq zəminində mübahisə ediblər.

Mübahisə zamanı Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxıb, Elmar isə özü ilə gətirdiyi bıçaqla onun sol sifət nahiyəsinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittuham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran Dövlət Universitetinin Gəmiçilik fakultəsinin birinci kurs tələbəsi olub: "Avqustun 29-da saat 10 radələrində universitetdə dərsdə idim. Tələbə yoldaşlarım "Teleqram” saytına baxarkən Astaranın qəsəbəsində yaşayan bir qızla bir oğlanın çılpaq görüntüləri olan videosunun olduğunu dedilər. Tələbə yoldaşlarımdan mobil telefonu aldım və həmin videogörüntüyə baxan zaman onun bibim qızı Ləman olduğunu gördüm.

Bibim qızı ilə intim görüntüsü yayılan oğlan isə həmkəndlimiz Əfqan idi. Videoya baxandan sonra tələbə yoldaşlarıma heç bir söz demədim və Lənkərandan Astaraya qayıtdım. Ləmanın əmisi oğlu Elcana zəng etdim. Olanlar barədə ondan soruşdum. Elcan da həmin videoya özünün indi baxdığını dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elcanla görüşüb: "Təklif etdim ki, Əfqanı çağırıb bu barədə onunla söhbət edək. Əfqanın qardaşı Ramizə zəng etdim. Qardaşına Əfqanın etdiyi hərəkətlər barədə məlumat verdim. Əfqanla görüşməyin, bu barədə söhbət etməyin zəruri olduğunu bildirdim”.

Elmarın sözlərinə görə, həmin gün saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında Əfqanla görüşüblər: "Görüş zamanı Əfqana "nəyə görə Ləman ilə olan videonu "Teleqram” saytında paylaşmısan?” - deyə soruşdum. Əfqan isə cavabında həmin videonu yaymadığını, Ləmanın özü onu evinə çağırdığını bildirdi.

Əfqanla aramızda sözlü mübahisə başladı, Ləman barəsində nalayiq ifadələr işlətdi. Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxdı. Mən də evdən gətirdiyim mətbəx bıçağını cibimdən çıxardım və Əfqanın sol yanağına vurdum.

Əfqan əlimizdən çıxaraq qaçmağa başladı. Orada olan Ramiz mübahisəyə qarışmadı. Başqa şəxslər bizə iradlarını bildirdilər, düzgün etmədiyimizi dedilər. Sonra bizə polisə təslim olmağımızı məsləhət görüdülər. Mən Elcanla birlikdə Astara rayon polis şöbəsinə getdik. Etdiyimiz hərəkət barədə məlumat verdik və hadisə vaxtı istifadə etdiyim bıçağı təqdim etdim”.

İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, Ləmanla münasibəti olub: "Onunla evlənmək istəmişik. Lakin valideyinləri buna razı olmadılar. Buna baxmayaraq, başqası ilə ailə quran Ləman mənimlə münasibətini davam etdirdi”.

Zərərçəkmiş qeyd edib ki, 25 avqust 2022-ci ildə Ləmanın Bakı şəhərində yaşadığı evə gedib və onunla görüşüb: "Evdə sevişən zaman Ləman öz telefonu ilə həmin anı çəkdi. Sonra oradan çıxdım və Astara rayonuna qayıtdım. Ləman zəng edərək dedi ki, qayınanası Səlimə mobil telefonunu zorla onun əlindən alıb və telefona baxanda bizim çəkilmiş video və fotoşəkillərimizi görüb. Ləman atası evinə gəldi".

Zərərçəkmiş qeyd edib ki, Ləmanın qohumları çağırdığına görə avqustun 29-da saat 16 radələrində qardaşı Ramiz ilə birlikdə qəsəbədə yerləşən elektirik stansiyasının yaxınlığına gediblər: "Ləmanın qohumları Elmar və Elçan da orada idilər. Aramızda söhbət mübahisəyə çevrildi. Elcan əllləri ilə arxadan məni tutdu. Elmar əlində olan bıçaqla sifətimin sol nahiyyəsinə vurdu. Bıçaq sol əlimin beşinci barmağını kəsdi. Sifətimdən qan axmağa başladı. Elcanı itələyərək oradan qaçdım”.

Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən hər iki təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. Onlar cinayət məsuliyyətindən azad ediliblər
 
Ardını oxu...
1950-ci ildə Çexiyada arxeoloqlar mağara sisteminin dərinliklərində basdırılmış parçalanmış kəllə aşkar etdilər. Kəllə yarıya bölündüyü üçün tədqiqatçılar skelet qalıqlarının iki fərqli insana aid olduğu qənaətinə gəliblər. Lakin bir neçə onilliklər sonra genom ardıcıllığını aparan alimlər belə qənaətə gəliblər ki, kəllə bir nəfərə - 45 min il əvvəl yaşamış qadına məxsusdur.

DogruXeber.az” xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar onu mağara sisteminin üstündəki təpənin şərəfinə çex dilində "qızıl at" mənasını verən "qadın - Zlatý kůň" adlandırıblar. Onun DNT-sinin sonrakı təhlili qadının genomunda təxminən 3% Neandertal əcdadlarının olduğunu göstərib. Qadının genomunun indiyə qədər ardıcıllıqla tərtib edilmiş ən qədim müasir insan genomu olduğu da müəyyən edilib.
Alimlər həmin qadının mümkün görünüşünü bərpa edə biliblər.

Bunun üçün elm adamları onlayn məlumat bazasına daxil edilmiş kəllə sümüyünün bir neçə mövcud KT-skanından toplanmış məlumatlardan istifadə ediblər.
Ardını oxu...
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki sosial sığınacaqda yaşayan Tatyana Ağayeva dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.

Onun hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
 

Dünyapress TV

Xəbər lenti