Qazaxıstandan erməni təxribatı ilə bağlı sərt qərar: -
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov Rusiyanın erməni əsilli teleaparıcısı, “Qazprom” media holdinqin baş direktorunun müavini Tina Kandelakinin təxribatçı açıqlamasına təpki verib.

Teleqraf.com xəbər verir ki, o, Kandelakinin bundan sonra Qazaxıstana girişinə icazə verilib-verilməyəcəyinə aydınlıq gətirib.

“Kimdənsə xoşunuz gəlməyəndə onu evinizə buraxmırsınız. Biz də eyni şeyi edəcəyik. Lazım gələrsə, tədbirlər görüləcək. Bunu bu gün və ya sabah etməkdə israr etməyin. Dövlət bunu heç vaxt bağışlamayacaq. Qazaxıstana gəlməyəcək, gəlsə, qayıda bilməyəcək”, - Smadiyarov vurğulayıb.

Tina Kandelaki bundan əvvəl Teleqram kanalında Qazaxıstanla bağlı təhqiramiz və təxribatçı paylaşım edib.

Ölkəni əvvəlcə rus dilini “dövlət səviyyəsində sıxışdırmaq”da ittiham edən erməni əsilli jurnalist Qazaxıstandan təpkilər gəldikdən sonra təhqirə keçib. Tina qazaxları “manqurt” adlandırıb.

Jurnalistin təxribatçı açıqlamaları Qazaxıstanda hiddətlə qarşılanıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti