Xadimə: “Rüşvət verə bilmədiyimə görə Naxçıvanın Səhiyyə naziri məni işlə təmin etmir”
Xadimə: “Rüşvət verə bilmədiyimə görə Naxçıvanın Səhiyyə naziri məni işlə təmin etmir”
Bir müddət əvvəl Naxçıvandakı mənbələrimizə istinad edərək, bildirmişdik ki, bu diyarın səhiyyə sistemində hətta xadiməlik belə hərraca çıxarılıb. Özü də babat qiymətə - 3000-5000 manata.
Babək rayonunun Sıxmahmud kənd sakini Mehdiyeva Bahar Abdulla qızının redaksiyamıza göndərdiyi səs mesajı da bu iddianı təsdiqləyir. Onun iddiasına görə, 4 ildir xadimə işləmək üçün növbədədir. Babək rayonunda xəstəxanalardan birində xadiməlik yeri də boşalıb. O, ailə vəziyyətini əsas götürüb bir çox ünvanlara müraciət edib, bu iş yerində çalışmaq istədiyini bildirib. Təsəvvür edin, hətta Naxçıvan MR Ali Məclisinin faktiki sədri Anar İbrahimov belə, onun bu istəyinə müsbət cavab verib. Amma yenə işi düzəlməyib. Niyə? Çünki onun bu işə düzəlmək üçün rüşvət verməyə pulu yoxdur.
Maraqlıdır ki, Bahar xanım bu şikayətlə Naxçıvan MR Səhiyyə nazirinin də qəbulunda olub. Nazir isə onun şəkilini çəkərək nazirliyin sosial şəbəkələrində paylaşıb. Adını da qoyub: “vətəndaşların şikayətinə baxıram”. Şikayətə baxmağının nəticəsi isə xadiməni əliboş yola salmaq olub.
Heydər Oğuz
TEREF: Xocanın Blogu

 
 
 

Dünyapress TV

Xəbər lenti