Ardını oxu...
Rusiyanın ən varlı qadını 7 milyard dollarlıq sərvətlə “Wildberries” şirkətlər qrupunun sahibi Tatyana Bakalçukdur. Onu “Fosaqro” gübrə şirkətinin sahiblərindən biri Tatyana Litvinenko təqdib edir. Litvinenko 2.8 milyard dollarlıq aktivlərə malikdir.

“AzPolitika.info” xəbər verir ki, bu reytinqi “Forbes” jurnalının Rusiya nəşri hazırlayıb.

Qeyd olunur ki, siyahının lideri Bakalçuk ikinci dəfədir ki Rusiyanın ən varlı qadınları siyahısına başçılıq edir və onun reytinq lideri kimi mövqeyi sarsılmaz görünür.

Onu təqib edən Tatyana Litvinenko isə “Fosaqro”nun səhmlərinin 20 faizindən bir qədər çoxuna sahibdir.

Rus qadın milyarderlərin reytinqində üçüncü yeri sərvəti 2,5 milyard dollar olan Varvara Skoç tutur. O, USM holdinq şirkətinin 30 faizlik payının sahibidir.

Ən zəngin ruslardan biri Aleksey Mordaşov “Nordgold” qızıl mədən şirkətinin nəzarət paketini övladlarının anası Marina Mordaşovaya verib. Nəticədə Mordaşova 1,85 milyard dollar sərvəti ilə siyahının dördüncüsü olub.

Beşinci yerdə 1,55 milyard dollar sərvətlə “Çerkizovo” qrupunun səhmlərinin 80 faizindən çoxuna nəzarət edən Lidiya Mixaylova qərarlaşıb.

İlk onluğa “Inteco Management” şirkətinin prezidenti Yelena Baturina (1,3 milyard dollar), “Novatek” şirkətinin yaradıcısının qızı Viktoriya Mixelson (1,2 milyard dollar), “Fosaqro” qrupunun qurucusunun həyat yoldaşı Yevgeniya Quryeva (875 milyon dollar), “Lukoil” neft şirkətinin sahiblərindən birinin qızı Yekaterina Fedun (800 milyon dollar) və iş adamı Vladimir Koqanın dul arvadı Lyudmila Koqan (725 milyon dollar) da daxil edilib.
 
Ardını oxu...
Fotoda Sankt-Peterburq, Moskva, Paris kimi o dövrün ən kübar şəhərlərində hamını öz gözəlliyi ilə heyrat etmiş Sona xanım Mehmandarovadır. O, Lənkəran şəhərinin qradonaçalniki Nağı bəy Mehmandarovun qızı, Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi.
Nağı bəyin qızı Sona Mehmandarova 1894-cü ildə, bəzi mənbələrdə isə 1896-cı ildə Lənkəranda dünyaya gəlib. Sona xanım gənc yaşlarından şəhərin ilk gözəli kimi tanınırdı. Bundan əlavə, o, iki tanınmış nəsilin davamçısı idi.
1. Atası Nağı bəy Qarabağ xanları nəslindən, zadəgan Mehmandarovlardan idi.
2. Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı, zadəgan talış xanlığının ailəsindən idi.
Sona xanıma elçi gələnlərin sayı-hesabı yox idi. Kimisi onun gözəlliyinə, kimisi mövqeyinə, kimisi də nəslinə tamah salırdı. Nağı bəy nəzakətlə hamıdan imtina edib, seçimi qızı edəcək deyə cavab verirdi. 1910-cu ildə varlı tacirlərin nəslindən olan Əhməd bəy Zeynalov Sona xanımdan rədd cavabı alaraq ona yox deyən Nağı bəyi öldürmək qərarına gəlir. Gecə bir yoldaşla Nağı bəyin evinə gedən cinayətkarlar onu ölümcül yaralayır. Onlar hər şeyi Lənkəran rəhbərinin gözlənilmədən yoxa çıxması kimi təqdim etməyə çalışaraq, meyiti götürüb dənizdə batırıblar. Lakin bir neçə ay davam edən istintaq qatilləri üzə çıxarıb, onlar 25 il cəza alaraq, Sibirə sürgün olunub.
Ardını oxu...
Nağı bəyin ölümündən sonra Sona xanım təhlükəsizlik məqsədi ilə dogma Lənkəranı tərk edərək Bakıya anasının qohumlarının yanına köçür. Qeyd edim ki, anasını doğum zamanı itirən Sona xanım atasının ölümündən sonra tək bu şəhərdə yaşaya bilmirdi. Əmisi hərbidə, burdakı bəzi qohumları da onun var-dövlətinə sahib olmaq niyyətində idi. Atasının yaxın dostları ona elçi düşüb, həm gözəl qadına, həm də kifayət qədər var-dövlətə sahiblənmək istəyirdilər. Hər gün ona gələn elçilərdən yaxa qurtarmaq üçün Bakıya köçən Sona xanım burda bir müddət qalır, 1912-ci ildə qohumlarının təkidi ilə Azərbaycan Dövlət Filarmoniyası yerləşən binada keçirilən gözəllik yarışmasında iştirak üçün müraciət edir. Onlarla iştirakçı arasında bir neçə qrup fərqlənirdi – Rusiya ordusunun yüksək rütbəli zabitlərinin qızları, şəhərin dünyəvi cəmiyyətindən olan subay xanımlar, Avropadan köçmüş ailələrdən olan qızlar. Bakıda keçirilən müsabiqə “gəlin yarışması” adlanırdı və tamaşaçılar arasında şəhərin ən seçilən subayları toplaşırdı. Sona Mehmandarova tamamilə fərqli məqsədlər güdürdü və o, demək olar ki, müsabiqə iştirakçıları arasında yeganə azərbaycanlı idi. Bəlkə də digər qızlar arasında seçildiyi üçün lənkəranlı gözəl birinci yerə layiq görülüb. Münsiflərin yekdilliklə qalib elan etdiyi Sona xanım Bakı qələbəsindən bir ay sonra Tiflisdə müsabiqə elan olunanda (“Miss Qafqaz” və “Miss Cənub Rusiya” – iki nominasiyası üzrə) Sona xanım müsabiqəyə yazılmışdı. Bu iki nomninasiya üzrə Sona xanım öz adı ilə deyil, Tuğra xanım Talışinskaya kimi təqdim edir.
Qeyd edim ki, bu günə qədər sosial mediada və saytlarda guya Tuğra xanım özü iştirak edib deyə məlumatlar yayılır. Tuğra xanım heç bir zaman gözəllik müsbiqəsinin iştirakçısı olmayıb. Onun adı əslində Sona xanımın istifadə etdiyi addır və bu adla qalib olub. Mir Əsgərxan Talışinskinin qızı Tuğra xanım (əslində sənədlərdə adı Toğrabəyim yazılır) Talışinskaya heç bir zaman gözəllik müsabiqəsində iştirak etməyib. Onun adının bu cürə hallanması Sona xanımın öz adı əvəzinə ondan istifadə etməsi olub. Qeyd edim ki, Lənkəranda bu gün “Xan Evi” adı ilə tanınan gözəl və qədimi binanı Mir Əhməd xan Tuğra xanım (Toğrabəyim) üçün tikib.
O dövrdə Tiflis Qafqazın baş şəhərlərindən və çoxsaylı şirkətlərin cəmləşdiyi yer sayılırdı. Onu imperiyanın hər yerindən insanlar ziyarət edirdi. Şəhərdə xidmət edən bir çox rus məmurları və hərbçiləri böyük ailələrdən idilər. Tiflisdə keçirilən müsabiqədəki qələbə istənilən gözəllik müsabiqəsində yüksək yer tutmağı praktiki olaraq təmin edirdi. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada “Qafqaz incisi” tituluna layiq görülür. O, Tiflisdən sonra Sankt-Peterburqa yola düşür və burada da birinciliyə layiq görülür. Sona xanım 1912-ci ilin sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, “Dünya gözəli” titulu – “Qran-Pri” sahibi olur və məşhurluğu dünyaya yayılır.
Parisdəki qələbə əyalətdən olan bir qız üçün əsl zəfər idi. Dünyanın aparıcı qəzetləri qalibin, zümrüd tac başında olan Sona xanım Mehmandarovanın şəklinin ilk səhifəsində verirdi. Hara gedirdi onu qəhrəman qadın kimi qarşılayırdılar. Parisdə zadəgan ailələr onunla görüşüb, bir yerdə oturmağı özlərinə şərəf sayırdılar.
Müsabiqədən bir il sonra o, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurur. Ailəsi bu evliliyə razı olmasa da, Sona xanım Uruzovdan ayrılmır.
Lakin bir müddətdən sonra həyat yoldaşı onu atıb naməlum halda yox çıxır. İnqilabdan sonra ailəsinə, Mehmandarovlara məxsus malikanələr və bütün ləl-cəvahiratlar əllərindən alınır. Ola bilsin ki, o, xan ailələrinin bir çox nümayəndələri kimi repressiyaya məruz qala bilərdi, lakin rus-sovet yazıçısı, maarif naziri Anatoli Vasilyeviç Lunaçarski ilə dostluq kömək edir. Moskvanın kənarındakı kiçik bir otağa köçərək bütün sənədləri və fotoşəkilləri yandırmalı olur.
Lənkəranlı gözəlin sonrakı taleyi acınacaqlıdır. Yalnız 1966-cı ildə Bakıya qayıtdığı məlumdur. 1912-ci ildə şəhəri tərk edən gənc və parlaq Sona yarım əsrdən sonra qoca və xəstə kimi qayıdır. Bir vaxtlar gözəlliyi ilə bütün dünyanı fəth edən Azərbaycan xan ailələrinin varisi öz vətənində yararsız hala düşür.
Sona xanım Mehmandarova 1968-ci ildə vəfat edib. Cənazəsi Bakıdakı qəbristanlıqlardan birində dəfn edilsə də, bu günə qədər onun dəqiq yeri bilinmir. Tarix onun dəfn olunduğu yeri belə qoruyub saxlamayıb.
Zaur Aliyev, dosent
 
Ardını oxu...
Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə xalımızın həyatında, milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında həmişə müstəsna rol oynayıb. Tariximizin bütün mərhələlərində Azərbaycan qadının silinməz izi var. O, qayğıkeş ana, zərif ruhlu şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq öz adını tarix səhifələrində əbədiləşdirib.
Bu baxımdan örnək kimi qəbul etdiyimiz qadınlarımız həmişə olub və indi də var. Ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınının bu böyük ənənələrini ləyaqətlə davam və inkişaf etdirir. O, ölkəmizdə qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş və səmərəli fəaliyyət göstərir.
Mehriban xanımı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz. Onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla yeni təfəkkür əsas prinsiplərdəndir. Möhkəm xarakteri, sonsuz Vətən sevgisi ilə Azərbaycan üçün Tanrı payı olan Birinci xanım UNESKO və İSESKO kimi beynəlxalq nüfuzlu təşkilatların xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri olaraq öz fəaliyyətində ümumbəşəri dəyərlərə, humanist prinsiplərə, sivilizasiyaların və mədəniyyətlərin dialoquna töhfələr verən bir Lider kimi Şərqin və Qərbin ortaq dəyərlərinə əsaslanir. Ədalət, cəsarət, ləyaqət, məhəbbət və mərhəmət kimi ali keyfiyyətləri öz şəxsində birləşdirən Mehriban Əliyeva ötən əsrin 90-cı illərində qədəm qoyduğu siyasi aləmə sübut etdi ki, dünyanı təkcə gözəllik və məhəbbət deyil, həm də kamillik və mərhəmət xilas edə bilər.
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradan Mehriban xanım xalqımızın maddi-mənəvi sərvətlərini tanıtmaq yolunda nəcib işə başladı. Fəaliyyətinin mühüm göstəricisi isə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında əks olundu.. O, diqqəti təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət proqramlarına yönəltdi. Məktəb tikintisi layihələri, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, uşaq evləri, internatların inkişafına dəstək proqramı, yeni uşaq tərbiyə müəssisələrinin inşası bu sahədə ciddi keyfiyyət dəyişikliyi yaratdı. Birinci xanım valideyn himayəsindən uzaq uşaqlara sosial himayəni ənənə halına saldı, ölkədə xeyriyyəçilik hərəkatına canlılıq gətirdi, Heydər Əliyev Fondunu nəinki Azərbaycanda, dünyada xeyirxahlıq və mərhəmət ünvanına çevirdi.
Onun fəaliyyətinin təməlində millətə layiqli xidmət məramı dayanır. Buna görədir ki, 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədə müsbət qarşılandı. O, daha böyük qətiyyətlə ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etdi, əsas diqqəti bu problemlərin həllinə yönəltdi. Mehriban Əliyeva sadəcə Birinci vitse-prezident olaraq deyil, ümumiyyətlə, bir vətəndaş, qadın, ana kimi mövqeyini ortaya qoyaraq, Azərbaycan üçün çox böyük işlər gördü və bu işlərin altına öz imzasını atdı. Mehriban Əliyeva ona həvalə edilən bütün sahələrdə uğur qazandığına və ona olan etimadı doğrultduğuna görə xalqın qəlbində Mehriban Əliyeva sevgisi yaşayır.
Mehriban xanım Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onun məsləkdsşı və silahdaşıdır. Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi ürəyində hiss etdi, şəhid analarının yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı.
Onu bir Lider, İnsan və Ana kimi xalqa sevdirən keyfiyyətləri çox, olduqca çoxdur!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Mehriban xanım haqqında dediyi bir fikri xatılatmaq yerinə düşər: “O insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilir. Bu onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik , insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə düsüncəsinə əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri hələ bundan sonra da davam etdirəcək”.
Doğma Azərbaycanımızın inkişafi naminə bu ali və nəcib missiyanı həyata keçirməsi yolunda Mehriban Əliyevaya yeni uğurlar arzulayır, onu Azərbaycan- Tütk qadınlar birliyi adından ürəkdən təbrik edir, ona Allahdan möhkəm can sağlığı diləyirik Qoy Ulu Tanrının Mərhəməti və xeyir-duası həmişə Sizinlə olsun, əziz Mehriban xanım!
26.08. 2023
Tənzilə Rüstəmxanlı
 
Ardını oxu...
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

"DogruXeber.az"ın məlumatına görə, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Lakin 2022-ci ilin noyabrında Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoruna məktub ünvanlayıb.

Birinci vitse-prezident bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması və bu xüsusda UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkan xaricində olduğu ilə izah edib.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.

2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.

Bundan başqa, Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.

Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.

Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

Ailəlidir, iki qızı, bir oğlu var.
 
Ardını oxu...
Rusiyada həkimləri də təəccübləndirən qəribə hadisə olub. Belə ki, qadın qarnında tikiş iynəsi ilə təxminən 20 il yaşayıb.

Hadisə Volqoqrad şəhərində qeydə alınıb.

Həkimlərin sözlərinə görə, zərərçəkən mədə-bağırsaq qanaxması şübhəsi ilə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Diaqnoz təsdiqlənməyib, lakin qarın boşluğunun rentgenoqrafiyası zamanı həkimlər xəstənin bədənində yad cisim görüblər. Bunun tikiş iynəsi olduğunu anlayanda isə qadının xilası üçün təcili əməliyyat qərarı verilib.

Həkimlər yad cismi hər an qarın boşluğunda hərəkət etməyə başlayacaq və düzəlməz nəticələrə gətirib çıxara biləcək “saatlı bomba” adlandırıblar.

“Əməliyyat uğurlu keçdi, cərrahlar rentgen nəzarəti altında beş sm uzunluğunda iynəni çıxardılar, xəstə hazırda sağalır”, - Səhiyyə İdarəsindən xəbər verilib.

Əməliyyatdan sonra xəstə iynənin mədəsinə nə vaxt düşdüyünü xatırlayıb. Onun sözlərinə görə, bu, 2004-cü ildə tikiş fabrikində işlədiyi vaxt baş verə bilərdi.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kişi iki qıza çubuqla hücum edib və onlardan birini huşunu itirənə qədər döyüb.

Teref.Az lent.az-a istinadən bildirir ki, hadisə Rusiyada baş verib.

Kişi əvvəlcə səkiyə itələdiyi qızlardan birinə hücum edib və onu şiddətlə döyməyə başlayıb. Daha sonra həmin şəxs baş verənləri telefonunda lentə alan qızın rəfiqəsinə üz tutub.

Münaqişənin səbəbləri müəyyən edilməyib. Lakin hadisədən əvvəl dostlarından biri kişinin müəyyən maddələrin təsiri altında ola biləcəyini irəli sürüb.

 

Ardını oxu...
"Space TV"nin sabiq direktoru, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq etməkdə təqsirləndirilən İrina Vatolinanın barəsindəki hökmdən apellyasiya şikayəti verib.

DİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə araşdırılır.

İttihama görə, 1981-ci ildə Şirvan şəhərində anadan olmuş İrina Vatolina 2022-ci ilin avqust ayında xadimə işlədiyi Kamil Şahverdinin Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilindən oğurluq edib. Belə ki, 2022-ci ilin avqustda Kamil Şahverdi evindən 53 814 manat məbləğində qızıl-zinət əşyalarını oğurlanıb. İrina Vatolina məhkəmədə özünü Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarsa oğurluq) maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyib. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərib ki, zərərçəkmiş şəxsin evində 3 ilə yaxın işləyib, evdə təmizlik edərkən bijuteriyalardan birini istifadə edib geri qaytarmaq məqsədi ilə götürüb, götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olub. Kamil Şahverdi deyib ki, oğlu və həyat yoldaşı Rəşidə Behbudova 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Amerikaya köçüb. O, özü "Space TV”də çalışıb, həyat yoldaşının səhhətində ciddi problemlər olub. Öz işlərinin çox ağır olması və həyat yoldaşına daha cox vaxt ayırmaq üçün işindən ayrılmalı olub. 2022-ci ilin aprel ayının 3-də oğlu Amerikaya köçərkən həyat yoldaşı bütün nəslin illərlə qoruyub-saxladığı zinyət əşyaları olan çantanı açıb gəlininə üzük hədiyyə edib, həmin vaxt zinyət əşyaları hamısı yerində olub. Kamil Şahverdi bildirib ki, mənzilin sahəsi böyükdür və həyat yoldaşı çox vaxt yataqda olub. Təqsirləndirilən şəxsi bir neçə dəfə sellofanlara nəsə yığıb aparanda nə olduğunu soruşub, İrina da zibil olduğunu deyib. İrina arada iti götürüb gəzdirmək adı ilə çıxıb və 1-2 saat sonra geri qayıdıb. O hiss edib ki, təqsirləndirilən şəxs evdən nəsə aparır. Avqust ayında evdə ustalar işləyib, buna görə də həyat yoldaşı Rəşidə Behbudova oğlunun yataq otağında yatıb. Oğlunun otağına keçəndə onu çağırıb, otağa gələn zaman balışın içinə qutu qoyulduğunu görüb. Qutuda qızıl kolye və təsbeh olub. Bundan sonra onlar başa düşüb ki, təqsirləndirilən şəxs həmin qızılları qeyd olunan otağa qoyub, oradan da aparıb. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirib ki, şikayət ərizəsində oğurlanmış əşyaların tam siyahısını göstərməyib, yalnız qızıl-zinyət əşyalarını qeyd edib. Eyni zamanda onun evindən bahalı çantalar, saatlar, eynəklər, paltarlar da oğurlanıb. Həmin əşyalara o qədər də əhəmiyyət vermədiyinə görə şikayət ərizəsində qeyd etməyib. Yalnız oğurlanmış əşyaların içərisində Rəşid Behbudovdan onun ailəsinə yadigar qalan, əntiq qızıl və brilyant əşyalar qeyd edilib. Kamil Şahverdi təqsirləndirilən şəxsin 50 il əvvəl Rəşid Behbudovun öz həyat yoldaşına və ailəsinə aldığı qızıl-zinət əşyalarını qaytaracağı təqdirdə şikayətçi olmayacağını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrina Vatolina 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 42 yaşlı xanım məhkəmə zalında həbs edilib.

Qeyd: Kamil Şahverdi uzun illər "Space TV"nin icracı direktoru, daha sonra baş direktoru olub, o, həmçinin Rəşid Behbudov Fondunun direktorudur.
 

Ardını oxu...
     

 Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Mehriban Əliyeva mərasimdən olan fotoları öz instaqram hesabında paylaşıb:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Tanınmış aparıcı Aytən Səfərovanın qızı Türkiyə universitetinə qəbul olub.

Tribunainfo.az xəbər verir ki, aparıcı qızının Tekirdağ Namiq Kamal Universitetinin Psixologiya fakültəsinə daxil olduğunu canlı efirdə öyrənib.

Belə ki, Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli aparıcıdan onun pərəstişkarı olan abituriyentin qəbul xəbərini səsləndirməsini xahiş edib.

Qəbul olan şəxsin öz qızı olduğunu öyrənən aparıcı göz yaşlarını saxlaya bilməyib, kövrəlib.

 
 
 

Ardını oxu...
Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlunu saxlayaraq istintaqa təhvil verib.

Bu, övladın valideyni öldürməsi ilə bağlı yayılan ilk cinayət xəbəri deyil. Son aylarda bu tip məlumatları demək olar ki, tez-tez oxuyuruq. Təəssüf doğuran məqam isə bundan ibarətdir ki, cinayət hadisəsini törədənlərin əksəriyyəti yeniyetmə olur. Bunu yeniyetmələrin kriminal aləmə meyilli olması ilə əlaqələndirənlər də var. Bir çoxları belə düşünürlər ki, yeniyetmələrin cinayətə meyilli olmasının əsas səbəbi kriminal aləmlə maraqlanmaq, "kriminal avtoritet"olmaq istəyidir.

DİA.AZ-ın məlumatına görə, psixoloq Gülnar Orucova Cebhe.info-ya açıqlamasında bildirib ki, son zamanlar ailə üzvlərinə qarşı törədilən cinayət sayı yad şəxslərə qarşı törədilən cinayət sayından daha da çox olur:

"Cinayətlərin sayının statistikasına nəzər yetirsək görərik ki, artım var. Əvvəllər yad insanlara qarşı cinayət hadisələri daha çox baş verirdisə, son illər yaxın qohumlara qarşı da cinayət törədilir. Son iki il ərzində "oğul anasını öldürdü", "oğul atasını öldürdü" kimi xəbərləri çox oxuyuruq. Ümumiyyətlə, heç bir halda bir insanın digər insanın həyatına qıymasına haqq qazandırmaq olmaz. İstər “namus üstündə”, istər başqa səbəblərdən olsun, buna haqq qazandırmaq düzgün deyil və digərlərini cinayətə təşviq etməkdir.

Övladın onu dünyaya gətirən, böyüdüb-başa çatdıran insanın canına qıyması doğru sayılmaz. Bir məqama diqqət çəkmək istəyirdim. Analar öz övladlarını mərhəmətli böyütməyə çalışsınlar. Biz nə qədər övladımızı mərhəmətli böyüdürüksə, o mərhəmət bizə də yansıyır. Övladımıza şiddət göstəririksə, bir müddət sonra o kini, nifrəti bizə qarşı göstərməyə başlayır".

Psixoloqun sözlərinə görə, yeniyetmələrin kriminal aləmə meyilli olmasında valideynlər qədər məktəblərdəki sistem də günahkardır:

"Son dönəmin yeniyetmələrinə baxın. Yeniyetmələr sanki özlərini kriminal aləmin üzvləri kimi, avtoritet kimi göstərirlər, bəzən o avtoritetlərin sözlərindən istifadə edirlər, onların döymələrini bədənlərinə vurdururlar. Bu, doğru tərbiyə metodu deyil. Valideyn buna heç bir reaksiya vermirsə, bunun da fəsadları olur. Valideyn olaraq övladımızı nəzarətdə saxlamalıyıq. Bu məsələdə həm də məktəblər günahkardır.

Məktəblər çətin tərbiyə olunan uşaqları gizlədir, onların törətdiyi əməli ört-basdır etməyə çalışırlar. Niyə ört-basdır edirsiniz? Hüquq-mühafizə orqanlarına bildirmək lazımdır və o yeniyetmə üçün tədbir görülməlidir. Amma biz onu gizlətməyə çalışırıq. Yalnız iş böyüyəndə polisə müraciət edirik. Rəhbərlər "məktəbimizin adına xələl gələr" düşünürlər, bir də görürlər ki, yeniyetmə artıq cinayət törədib".

Psixoloq qeyd edib ki, namus üstündə törədilən cinayət hadisələrinə haqq qazandırmaq digər insanları da cinayətə təşviq etməkdir:

"Heç bir oğulun ananı “namus üstündə” öldürməsi doğru deyil. Ondan imtina edə bilərsən, sevməyə bilərsən, ananla görüşməyə, əlaqəni kəsə bilərsən və yaxud ananı doğru yola çəkə bilərsən. Mən sosial şəbəklərdə rəyləri oxuyuram, yazırlar ki, düz edib. Namus üstündə bir insanı öldürməyə haqq verirlər. Belə deyildikcə digər insanları da aqressivləşdirir, cinayətə təşviq edirsiniz.

Biz niyə geriyə inkişaf edirik? Azərbaycanda həyat yoldaşı olmayan bir insanın ikinci bir şəxslə münasibət qurmasına, ailə qurmasına, dostluq etməsinə əxlaqsızlıq kimi baxırlar. Amma bu belə deyil. Heç nəyin təsdiqi olmadan bir insanın həyatına qıymaq doğru deyil. Təsdiqi olsa da, bu, cinayətə haqq qazandırmır".
 

Dünyapress TV

Xəbər lenti