Qadın öz kremasiyasından bir neçə dəqiqə əvvəl oyanıb
Hindistanın Qərbi Benqal əyalətində yerli qadın kremasiya edilməz əvvəl canlanıb.

32gunaz xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb .

Hadisə Berhampur şəhərində baş verib, 52 yaşlı qadın ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər zərərçəkənin vəziyyətini stabilləşdirib və onu evə buraxıblar.

O, bahalı müalicə tələb edib, lakin xəstənin ailəsinin buna imkanı olmayıb.

Qeyd edilib ki, bir gün qurbanın əri onu yataqda həyat əlamətləri olmadan tapın, kişi cənazə maşını çağırıb və vida mərasimi təşkil etməyə başlayıb.

Yerli adət-ənənələrə görə, qadın cənazə odununun üzərinə qoyulduqda, o, öz kremasiyasından bir neçə dəqiqə əvvəl qəflətən ayılıb.

"Biz şoka düşdük, əvvəlcə qorxduq, çünki heç vaxt belə bir şey görməmişdik, baxmayaraq ki, bəzi hekayələr eşitmişik" hadisə şahidlərindən biri deyib.
 

Dünyapress TV

Xəbər lenti