b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_ae87abc4a7426791338793c2d44ed2a8.jpg
 

İtaliya sakini müavinət və analıq məzuniyyəti almaq üçün 12 dəfə saxta sənəd düzəldib və 5 uşağı olduğunu göstərib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, qadın ümumilikdə 5 il ərzində qanunsuz olaraq 111 min avro alıb. İtaliya Milli Sosial Təminat İnstitutu (INPS) ayırmaları yoxlamaq qərarına gəlib. Məlum olub ki, fırıldaqçının doğum etməli olduğu xəstəxanada bu uşaqların heç birinin qeydiyyatı yoxdur.

Məhkəmənin hökmü ilə dələduzluq edən şəxs 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cinayət ortağı 7 aylıq həbsxanaya göndərilib.

Dünyapress TV

Xəbər lenti