Ardını oxu...
Tanınmış jurnalist Ülviyyə Alovlu Azərbaycanın ilk və hələ də yeganə "dünya gözəli" tituluna sahib olan Sona Mehmandarova ilə bağlı maraqlı paylaşım edib.

Sfera.az həmin yazını təqdim edir.

“Sona Mehmandarova 1894-cü ildə Lənkəranda anadan olubb. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri olmuş Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi. Belə rədd cavabı alan elçilərdən Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır.

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edərək Bakıya - anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə "Obşestvennoye sobraniye" binasındakı (indi Azərbaycan Dövlət Filarmoniyası yerləşən bina) gözəllik yarışmasına qatılır.

Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür.

Tiflisdən sonra Sankt-Peterburqa yola düşür və burada da birinciliyə layiq görülür. 1912-ci ilin sonunda isə Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulunun qran-prisinə sahib olur və məşhurluğu dünyaya yayılır.

Bu qalibiyyətdən sonra Sona xanım Azərbaycana qayıda bilmir və Sankt-Peterburqda yaşamağa başlayır”.
 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

Yeniavaz.com xəbər verir ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib.

Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 47 fərdi, 8 koalisiya üzrə layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Qeyd edək ki, qrant müsabiqəsinin qalibi olan təşkilatlar arasında millət vəkili Tamam Cəfərovanının rəhbərlik etdiyi “Universitet Təhsilli Qadınlar” ictimai birliyi də var. Millət vəkili “Özünü tanı, hüququnu bil” erkən nikahın aradan qaldırılması sahəsində qadınların maarifləndirilməsi” adlı layihənin icrası üçün Agentlikdən 9 000 manat alacaq.

Onu da bildirək ki, əvvəllər də millət vəkillərinin rəhbərlik etdikləri QHT-lər Agentlikdən qrantlar alıb və bu cəmiyyıt tərəfindən birmənalı qarşılanmayıb.

Ardını oxu...
33 yaşlı Janet Ekpe adlı qadın ərini zəhərləyərək öldürüb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hadisə Zimbabvedə yaşanıb. Belə ki, qadının əri onu ən yaxın rəfiqəsi ilə aldadıb. Bundan xəbər tutan qadın əvvəlcə yoldaşının yeməyinə zəhər qataraq onu zəhərləyib. 33 yaşlı qadın ərinin ölümünü izləyib. Ardınca isə onun cinsiyyət orqanını kəsib.

Polis tərəfindən saxlanılan qadın izahatında, rəfiqələrinin ərini cazibədar gördüklərini və daha əvvəl ərinə bu barədə xəbərdarlıq etdiyini, ərinin isə ona qulaq asmadığını bildirib.
 
 
 
Ardını oxu...
Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin işi üzrə istintaq prosesini yekunlaşdırıb.
71 nəfər şübhəlini əhatə edən istintaq 298 səhifəlik cinayət materialından ibarətdir.
İstintaq zamanı cinayətkar qruplaşmanın üzvlərindən biri saxta əsginaslarla 50 milyard dolların hazırlandığını etiraf edib.
Təqsirləndirilənlər arasında qruplaşmada kuryer “işləmiş” Azərbaycan vətəndaşı, 61 yaşlı Elmira Abdullayeva da var.
Məlum olduğu kimi, 2021-ci il mayın 23-də polisin məxfi nəzarətində olan Elmira Abdullayeva Bakıdan İstanbula uçub və iyunun 3-də İstanbulun Aksaray rayonundakı otellərdən birində həbs edilib.
Axtarış zamanı onun üzərindən Tehrana aviabilet və 5 000 saxta dollar aşkar edilib.
Cinayət işinin baxılması məsələsində Ankara və İstanbul Ağır Cəza Məhkəmələri arasında səlahiyyət bölgüsü mübahisələrə yol açdığından, işə Türkiyə Ali Məhkəməsinin 5-ci Cəza Kollegiyasında baxılacaq.
 
Ardını oxu...
Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.
 
 
 
Ardını oxu...
Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasınının professoru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elmira Rəhimova vəfat edib.

Bu barədə BSU məlumat yayıb.

Qeyd edək ki, professor Elmira Abdulla qızı Rəhimova Ağdaş şəhərində anadan olub. O, 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib.

1962-ci ildə E.Rəhimova Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb.

Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə "Azərbaycanda yaşayan rus yazıçılarının 20-30-cu illərdə ədəbi fəaliyyəti" mövzusunda namizədlik, 1995-ci ildə isə " Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi( "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının materialları əsasında) " doktorluq dissertasiyasını müdafiə edib. 1980-1982-ci illərdə yüksək ixtisaslı mütəxəssis kimi Kubanın Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib.

E.Rəhimova BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı olub.

Allah rəhmət eləsin!
 
 
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağ ermənilərini azyaşlı uşaqlardan siyasi məqsədlər üçün sui-istifadə etməkdə suçlayıb.

“Report” xəbər verir ki, bu barədə A.Akopyan feysbukda gileylənib.

“2020-ci il dekabrın 25-də Ermənistan KİV-də bu başlıqlı materiallarla dolmuşdu: “Xankəndində qalmaqal. Qarabağ sakinlərinin xahişi ilə Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb”.

Həqiqətən də, yolka və uşaq pavilyonlarını sökdülər, tədbir ləğv olundu. Kiçik qəlblərinə müharibənin bütün qəddarlıqlarını sığdıran uşaqlara üçgünlük də olsa acı həqiqətdən qopmağa qoymadılar. Böyüklər, anladığınız kimi, qəlbsizdir. Özü də onlardan bu heç tələb də olunmurdu”, - ixtisasca jurnalist olan A.Akopyan qeyd edib.

O vurğulayıb ki, təşkil olunmuş tədbir böyüklər üçün deyildi: “Onlar nə plastilindən evciklər qurmalı, nə kimyəvi təcrübələr aparmalı, nə də nağıllar danışmalı idilər”.

Baş nazirin həyat yoldaşı bildirib ki, heç bir konsertin planlaşdırılmamasına baxmayaraq, Qarabağ erməniləri uşaqlara qarşı eqoistcə davranıb:

“Qısası, böyüklərin uşaqlara qarşı daha eqoist davranışı ola bilməzdi. Ancaq, görünür, bu sadəcə başlanğıc idi. İndi də həmin böyüklər eyni uşaqların əlinə ürəkağrıdan yazılar verir, yolkaların qarşısına qoyur, şəkil çəkdirirlər. Onlar uşaqlara kədərli mətnləri əzbərlədir və videolar çəkir, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və mərhəmət hissini oyatmaq və çadırları sökmək üçün dünyanın hər yerinə aparırlar”.

A.Akopyanın sözlərinə görə, valideynlər 3, 4, 5 yaşlı övladlarına siyasi mövzulu daxil olmaqla müxtəlif mətnlər əzbərləməyə məcbur edirlər:

“Uşaqların ərazi məsələlərindən başı çıxmır və suallar isə mütləq ortaya çıxacaq. Onlar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində onlar üçün qurulmuş çadırlar necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asanlıqla söküldü. Bu sual, şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa biləcəklər”.

Paylaşımın sonunda Baş nazirin həyat yoldaşı Qarabağ ermənilərinə müraciət edib:

Nə vaxtsa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Və o gün nə qədər tez gəlsə, faciələrimiz bir o qədər tez bitəcək”.

 
Ardını oxu...
Ali təhsil naziri vəzifəsini icra edən Neda Məhəmməd Nadim İslam Əmirliyi tərəfindən planlaşdırılan bəzi «islahatların» son 16 ayda ali təhsil sektorunda həyata keçirilmədiyini bildirib.

“Tolo news” xəbər verir ki, N.M. Nadim qız tələbələr üçün universitetlərin bağlanmasının dörd səbəbini açıqlayıb. O, deyib ki, qadınların yataqxanalarda qalması, əyalətlərdən kişilərin müşayiəti olmadan gəlməsi, tələbələrin hicaba riayət etməməsi, birgə təhsilin davam etməsi, qızlar üçün İslam qanunlarına və əfqan qüruruna zidd olan bəzi fakültələrin fəaliyyət göstərməsi universitetlərin bağlanmasına dəlalət yaradıb: “Mövcud kurrikuluma ən azı 160 sahə daxildir. Qadınların ləyaqəti, qüruru və əfqan mədəniyyəti ilə ziddiyyət təşkil edən bəzi sahələr var idi. Mühəndislik və kənd təsərrüfatı onların bir hissəsidir”.

N.M.Nadim bildirib ki, İslam Əmirliyi şəriət qanunlarına əsaslanaraq qadınların hüquqlarına sadiqdir.

Qadınların ali təhsilinin dayandırılması ilə bağlı müxtəlif reaksiyalara cavab olaraq Nadim deyib ki, beynəlxalq ictimaiyyət Əfqanıstanın daxili işlərinə qarışmamalıdır: “Biz onları daxili işlərimizə qarışmamağa çağırırıq. Onlar bir tərəfdən bacılarımızın hüquqlarını təmin etməyə çağırır, digər tərəfdən isə ölkədəki müsəlmanlara məhdudiyyətlər qoyurlar”.

Qeyd edək ki, çərşənbə axşamı Ali Təhsil Nazirliyi bəyanat verərək dövlət və özəl qurumlara növbəti xəbərdarlığa qədər qız tələbələr üçün dərsləri dayandırmağı əmr edib.
 
 
 
Ardını oxu...
Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla törədilən qətlin sifarişçisi və killerinin məhkəməsi yekunlaşıb.
Qəbələ rayon sakini Ürfanə Nəbiyeva sevgilisinin arvadının öldürülməsini rəfiqəsinə sifariş verib.
Hadisə bu ilin mart ayının 5-də qeydə alınıb. Qətl Qəbələnin Zarağan kəndinin “hərbi şəhərcik” adlandırılan ərazisindəki binada törədilib.
Ətraflı videomaterialda izləyə bilərsiniz:

 
 



 

Loading...


Ardını oxu...
Loading...

DAXİLİ XƏBƏR
Ardını oxu...
Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla törədilən qətlin sifarişçisi və killerinin məhkəməsi yekunlaşıb.
Qəbələ rayon sakini Ürfanə Nəbiyeva sevgilisinin arvadının öldürülməsini rəfiqəsinə sifariş verib.
Hadisə bu ilin mart ayının 5-də qeydə alınıb. Qətl Qəbələnin Zarağan kəndinin “hərbi şəhərcik” adlandırılan ərazisindəki binada törədilib.
Ətraflı videomaterialda izləyə bilərsiniz:

 
 



 

Loading...


Ardını oxu...
Loading...

Dünyapress TV

Xəbər lenti