Ardını oxu...
Ötən gün Masallı rayonunda 18 yaşlı tələbə intihar edib.

Teref.az xəbər verir ki, bu barədə BAKU.WS-ə mərhumun yaxınları məlumat verib.

Bildirilir ki, 2004-cü il təvəllüdlü Hüseynova Rüqayə özünü Masallı rayonu Heydər Əliyev prospektində yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq həyatına son qoyub.

Məlumata görə, R.Hüseynova Masallı Dövlət Regional Kollecində 3-cü kurs tələbəsi imiş.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakı şəhərində qadın yaşlı kişini diləndirir.

Jurnalistlər Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında qocanın diləndirilməsinin şahidi olublar.


Yaxınlıqda yaşayan və çalışan sakinlər əməkdaşlarımıza bildiriblər ki, kişi illərdir Zoya Balabanova adlı qadın tərəfindən hər gün döyülərək səhər saat 10:00-dan axşam 21-22:00-dək ərazidə diləndirilir.

Ardını oxu...

İddia ediblər ki, Z.Balabanova hər gün iki-üç saatdan bir kişinin insanlardan yığdığı pulları mənimsəyir.

Biz də buz kimi soyuq havada diləndirilən kişinin fotolarını çəkdik və qadının əraziyə yaxınlaşmasını gözlədik.

Elə bu zaman əraziyə Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşdılar. Onlar maşından belə, düşmədən bizdən:

“Niyə anlaqsız şəxsin şəklini çəkirsiniz?” – deyə soruşdular. Səbəbini izah etdik. Onlara niyə ərazidə illərdir bu cür halın baş verdiyi halda müdaxiləyə səy göstərmədiklərini soruşduq. Polislər isə ərazini tərk etdilər.

Ardını oxu...

Ərazidə çalışan Ziyafət adlı şəxs iddia edir ki, qadın yaşlı kişini kilsədən pulla alıb:

“On ilə yaxındır, kişi burada diləndirilir. Hər gün səhər saatlarından gecə 21-22 radələrinə kimi burada qalır. Artıq kişi çox yaşlanıb, onu buraya ağacla döyə-döyə gətirir. Qadın yaşlı kişiyə zülm verir, dövlət qurumları isə məsələyə müdaxilə etmir. Həmin ağacı qadın mağazanın içindəki dəmir borunun altında saxlayır”.

Ardını oxu...

O qeyd edib ki, qoca hər gün dilənməklə 50-60 manat pul yığır:

“Bizim millət rəhmlidir və əksəriyyət qocaya pul verir. Qadın hər gün müəyyən saatlarda gəlib pulları aparır. Biz qadına yaşlı kişiyə belə zülm etməsini irad tutduqda isə: “Öz işimdir”, – deyir. Hətta biz ona dedik ki, bu qədər döyülməklə, saatlarla soyuqda qalmaqla bu kişi öləcək.

Zoya isə dedi ki, bu öləcək, evdə biri də var, onu gətirəcəyəm. Polis gəldi, bir neçə dəfə bunları ərazidən qovdu, amma qadın yenə də kişini hər gün döyə-döyə gətirir. Qocanı, bir ağacı var, onunla döyür”.

Ardını oxu...

İki saatdan çox vaxt keçdikdən sonra Zoya adlı qadın əraziyə yaxınlaşdı və kişinin yığdığı pulları mənimsədi. Bizə, sadəcə, fotoları silməyimizi hökm elədi.

Biz isə ümid edirik ki, dövlət qurumları qadının kişini diləndirməsi ilə bağlı tədbirlər görəcək və onun isti yerə aparılaraq yerləşdirilməsi təmin olunacaq… (Oxu.az)
Ardını oxu...
 
 
 
Ardını oxu...
İranda hicab geyinməyən və ya düzgün şəkildə hicablanmayan qadınlarla bağlı qəribə təklif irəli sürülüb.

Bakupost.az xəbər verir ki, həmin qadınların bank hesablarının dondurulması təklif edilib.
Bu barədə İranın “ Donya-e-Eqtesad ” qəzeti İran parlamentinin deputatı və İran İslam Şurasının Mədəniyyət üzrə komissiyasının üzvü Hüseyn Cəlalinin bəyanatına istinadən məlumat yayıb.
H.Cəlalinin fikrincə, belə bir tədbir ölkədə etirazların dayanması və iranlı qadınların düzgün hicab geyinməsi ilə nəticələnəcək.
 
Ardını oxu...
Ankarada 22 yaşlı gənc qadının meyiti tapılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, iki uşaq anası olan qadının döyüldükdən sonra onun maşınla üstündən keçildiyi təxmin edilir.
Qadının meyiti Şeyhalı məhəlləsində yol kənarında tapılıb. Məlumata görə, Polatlı-Haymana yolunda hərəkətsiz vəziyyətdə uzanan qadını görən ətrafdakı vətəndaşlar 112-yə zəng edərək kömək istəyiblər. Hadisə yerinə gələn polis və təcili tibbi yardım işçiləri apardıqları müayinədə qadının öldüyünü müəyyən edib.
Aparılan müayinədə ölən qadının 2 uşaq anası 22 yaşlı Tülay Güçlüevin olduğu müəyyən edilib. İlkin məlumata görə, döyüldükdən sonra avtomobil tərəfindən öldürüldüyü ehtimal edilən qadının cəsədi yarılma üçün Polatlı Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Ardını oxu...
 
Ardını oxu...
Son vaxtlar televiziyalarda aparıcıların və verilişə dəvət olunan ekspertlərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, bir-birini təhqir etməyi bir növ dəb halını alıb.

Bu günlərdə “Xəzər” televiziyasında yayımlanan “Təsir dairəsi” verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar. Belə ki, efirdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva və fəlsəfə doktoru Anar Vəziroğlu arasında qalmaqal yaşanıb, bu zaman Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək, canlı efirdə Şəfiqə Nağıyevanın üstünə su atıb. Mövzu ilə bağlı tanınmış teleaparıcı Elgiz Əkbər Yenisabah.az-a danışıb. O, bəzən aparıcıların efirdə bu cür hallarla qarşılaşdığını bildirib: “Lalə Azərtaş həmin anda becə lazımdırsa, o cür də reaksiya verdi. Bilirsiniz, canlı efirdə hər an hansısa xoş olmayan hadisə baş verə bilər. Sadəcə, aparıcı son dərəcə peşəkar olmalıdır. Aparıcı bacarmalıdır ki, baş verə biləcək hadisələrin əvvəlcədən qarşısını alsın, ya da hadisəni elə bir şəkildə məcrasına qoysun ki, nə şiş yansın, nə kabab. Elə etmək lazımdır nə tərəflər bir-birinə düşmən kəsilsin, nə də ictimaiyyətdə ajiotaj yaradacaq hansısa ifadələr, hərəkətlər olmasın. Aparıcının peşəkarlığından çox şey asılıdır. Məncə, Lalə Azərtaş bu hadisədə öz peşəkarlığını ortaya qoymağı bacardı. Bəziləri bu qalmaqalın reytinq naminə əvvəlcədən planlaşdırıldığını iddia edir, qətiyyən belə deyil. Nə danışırsınız? Heç kim istəməz ki, efirində bu cür hadisələr baş versin”.

E.Əkbər bir müddət əvvəl verilişində ekspert kimi çıxış edən Şəfiqə Nağıyeva ilə aralarında baş verən hadisədən də danışıb:

“Artıq Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir. Əgər söhbət məndən gedirsə ki, mən kiminləsə küsülülük saxlayıram, bu belə deyil. Mən heç kimlə küsülü deyiləm, Azərbaycanda küsülü olduğum heç kəs yoxdur. Yeganə bir nəfər var idi, onunla da barışmışam. O ki, qaldı Şəfiqə Nağıyevaya, biz bir də heç vaxt əməkdaşlıq etməyəcəyik. Yəni onu bir daha mənim efirimdə görməyəcəksiniz”.

Qeyd edək ki, ötən günlərdə Ş.Nağıyeva “Elgizlə izlə” proqramını ağlayaraq tərk edib. Buna səbəb isə onun efirdə keçmiş məhbus olan Nüsrət adlı bəylə davasıdır. Belə ki, Nüsrət münaqişə zamanı vəkilin oğlunun adını çəkib, həm də “Bəs siz niyə boşanmısız” sualını ünvanlayıb.

Ş.Nağıyeva bu üslubdan narahat olub və efirdən göz yaşı tökərək çıxıb, həmçinin buna Elgizin şərait yaratdığını deyərək etirazını bildirib.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, dərc olunan məqalələrdə baş nazirin həyat yoldaşı Anna Akopyanın əlinin çirkli pullarla oynaması iddia olunur.
Məsələn, məşhur “Joğovurd” qəzeti yazır: “Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fondunda anonim "ianələrin paradı" davam edir. Belə bir məlumat əldə etmişik ki, bu il ərzində fondun donorlarının bir çoxu nədənsə yenidən kölgədə qalmağa üstünlük verib, açıq şəkildə kimlərin pul ödədiyi göstərilməyib. Beləliklə, 2021-2022-ci illərdə iki anonim dollar valyutası ilə köçürmə olub. Birdəfəlik 300 min və 5 min dollar. Ümumilikdə isə 109 milyon 636 min 468 dram məbləğində 9 anonim pul köçürməsi həyata keçirilib".

Paşinyan və komandası hər zaman bu cür fondlara qarşı çıxıblar və bu anonim pul köçürmə sistemini "reketçilik" hesab ediblər. Hətta Paşinyan hökumətinin hazırkı nümayəndələri, deputat Lena Nazaryan və Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan anonim ianələr, pul köçürən şəxslərin kimliyinin açıqlanması ilə bağlı bir neçə il əvvəl "İrəvan Fondu"na qarşı iddia da qaldırmışdılar.

Nəşr yazır ki, bu gün faktiki olaraq eyni sistem işə salınıb və həmin səlahiyyətli şəxslər üçün “vəziyyət dəyişib”. Onlar buna adi baxırlar və baş nazirin xanımının fonduna on minlərlə dollar məbləğində anonim köçürmələrdə qeyri-adi heç nə görmürlər.

Qeyd edilir ki, bir reallıq da ola bilər ki, anonim ianə adı altında Paşinyanla iş adamları arasında münasibətlər qurulur və ya belə “dil tapırlar”. Sən ianələr et, biz də sənə toxunmayaq...

Xatırladaq ki, 2018-ci ildə Ermənistanda baş verən inqilabdan sonra “Mənim addımım” blokunun və eyni adlı parlament fraksiyasının siyasi meydanda görünməsi ilə paralel olaraq daha bir “Mənim addımım” ideyası yarandı. Bu, baş nazirin həyat yoldaşı Anna Akopyanın təşəbbüsü ilə ərsəyə gələn və hazırda adı çirkli pulların yuyulmasında hallanan xeyriyyə fondudur.
 
Ardını oxu...
Teref.az yazır ki, dünyaca məşhur “Harpers Bazaar” jurnalının 1915-ci il dərgisində qısa yubka və ipək corabda model fotosu Amerika və Avropa qadınlarını valeh etdi. O dövrə aid fotolarda görmüş olarsız, qadınlar yerlə sürünən don, altdan isə yun və ya pambıq corab geyinirdilər.
Beləliklə 1920-ci ildən ABŞ və Avropa aktrisalarının da filmlərdə qısa geyinməsi ilə İpək Corabların dəbi başlandı. 1930-cu illərin sonuna qədər Yaponiya Amerikanın ipək tədarükünün təxminən 90%-ni təmin edirdi. Yaponiya və ABŞ arasında gərginlik artınca ABŞ ipəyə alternativ axtarmağa başladı.
Beləliklə 1939-cu ildə Nyu York Dünya Sərgisində Qərb ictimaiyyətinə yeni icad edilən Neylon Corablar təqdim edilmiş və böyük maraqla qarşılanmışdır.
Neylon corablar ABŞ və Avropa mağazalarının ən çox satılan malına çevrilməyə hazırlaşdığı bir zamanda II Dünya savaşının başlanması ilə Amerika bütün zavod və fabriklərini müharibəyə yönəltdi. Müharibə üçün lazım olan materiallar arasında neylon corablar da var idi ki, ölkədə bu mala böyük defisit yarandı.
Yüz milyonların can aldığı qanlı müharibədə belə dəbdən geri qalmaq istəməyən, ixtiraçı qadınlar buna da çarə taparaq ayaq makiyajını kəşf etdilər.
Bunun üçün ayaqlar qırxılır, neylon rəngli kraska ilə ayaqlar boyanır və ən böyük YALAN: daha real görüntü üçün tikiş effekti yaradaraq göz qələmi ilə ayağın arxasına xətt qoyurdular
Dünya savaşı bitsə, neylon corab satışı qayıtsa da qadınların ayaq qırxma alışqanlığı bitmədi. Beləliklə II Dünya savaşı dünya qadınlarına ayaq qırxma dəbi gətirdi ki, səbəbini bugün belə çox adam bilmir.
Orxan Atabəyli
Teref.az
 
 
 
Ardını oxu...
Türkiyənin Mersin vilayətində məktəblərin birində 12 yaşlı qız sinif yoldaşını qətlə yetirib.

Teref.az Oxu.az-a istinadən xəbər verir ki, məktəbli qız imtahandan aşağı qiymət aldığı üçün sinif yoldaşının onu ələ saldığını iddia edib.

Dəhşətli hadisə saat bu gün 12 radələrində Hüseyn Okan Merzeci orta məktəbində baş verib.

Məktəbli qız onunla eyni sinifdə oxuyan digər qız şagirdə mesaj yazıb və onu məktəbin ayaqyoluna çağırıb.

Sinif yoldaşını əvvəlcə şlanqla döyüb, daha sonra evdən gətirdiyi bıçaqla onun boğaz və qarın nahiyəsinə ağır xəsarətlər yetirib. Sonra isə qaçıb.

Digər şagirdlər bu barədə məktəb rəhbərliyinə xəbər veriblər. Hadisə yerinə polis və tibbi yardım qrupu gəlib. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan yaralı məktəblinin həyatını, həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Saxlanılaraq polis bölməsinə aparılan digər məktəbli qız imtahandan pis qiymət aldığı üçün sinif yoldaşının ona lağ etdiyini, qətli də bu səbəbdən törətdiyini bildirib.
Ardını oxu...
 
Ardını oxu...
“Nəcibə xanım Azərbaycan təhsil tarixində kifayət qədər müsbət obrazı ilə yadda qalıb. Belə ki, o, 45 nömrəli məktəbə direktor təyin olunana qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədrislə, eyni zamanda tədqiqatla məşğul olub”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru Nəcibə Axundovanın tutduğu vəzifədən azad olunaraq 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə təyin olunması haqda danışarkən deyib.

K.Əsədov bildirib ki, 45 nömrəli məktəbdə əvvəlki direktorun vaxtından kifayət qədər neqativ hallar formalaşmışdı:

“Bu halı Nəcibə xanımın dövründə tamamilə aradan qaldırmaq mümkün olmadı. Burada bir sıra müəllimlərin şagirdlərdən əsassız pul yığmaları var idi. Eyni zamanda, bir çoxları dərs saatına və şagirdlərin məktəbə davamiyyətinə görə əvvəlki direktorun vaxtından şagirdlərdən pul yığılma hallarını hələ də saxlamışdılar. Çox təəssüf ki, bu proses orada başa çatmadı”.

Ekspertin sözlərinə görə, N.Axundova 45 nömrəli məktəbə rəhbərlik etdiyi dövrdə bura kifayət qədər uğurlar əldə edib:

“Nəcibə xanımın rəhbərliyi dövründə o məktəbin nəticələri Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ciddi şəkildə müsbətə doğru dəyişmişdi. Hətta 9-cu və 11-ci siniflərdə buraxılış imtahanlarının nəticələrində 45 nömrəli məktəb kifayət qədər ciddi irəliləyiş əldə etmişdi. Eyni zamanda o xanımın rəhbərliyi dövründə həmin məktəb fənn və beynəlxalq olimpiadalarda da kifayət qədər fərqlənirdi, şagirdlər arasında robototexnika və rəqəmsal bacarıqlar yarışlarında kifayət qədər yaxşı idi”.

K.Əsədov qeyd edib ki, baş verən xoşagəlməz haldan sonra onun fəaliyyətinin başqa məktəbdə davam etdirməsi məqsədəuyğun hesab edilib:

“Çünki Nəcibə xanımın təhsil bilikləri, idarəetmə bacarıqları digər məktəb direktorlarının bir çoxundan daha yaxşıdır. Məhz buna görə də Təhsil Nazirliyi onun fəaliyyətini, təhsil və bilik bacarıqlarını, təhsildə idarəetmə qabiliyyətini, rəhbər olduğu dövrdə məktəbin uğurlarını, nəticələrini nəzərə alaraq digər bir məktəblə əvəzlənməsi ilə bağlı qərar qəbul edilib”.

Təhsil eksperti Nəcibə xanımın bundan sonra daha da diqqətli olacağına inandığını deyib:

“Çünki onun reputasiyası kifayət qədər fərqlidir. Mən Nəcibə xanıma fəaliyyətində uğurlar arzu edirəm. İnanıram ki, 45 nömrəli məktəbdə əldə etdiyi uğurları yeni məktəbdə də davam edəcək. Elm və Təhsil Nazirliyi Nəcibə Axundovaya yenidən şans verib. Mən əminəm ki, bu etimadı, şansı doğruldacaq. Çünki N.Axundova bu istiqamətdə kifayət qədər bilik və bacarıqlara malik şəxsdir. İnanıram, yeni məktəb Axundovanın rəhbərliyi altında daha da böyük uğurlar əldə edəcək!”
 

Dünyapress TV

Xəbər lenti