“Ən bahalı klipləri zamanında mən çəkdirmişəm, qiyməti 14 min dollar idi”
“İnsanı yaşadan sevgidir, məhəbbətdir. Mütləq deyil ki, sən kimisə sevməlisən, dərdindən ölməlisən. Tamaşaçı sevgisi də, övlad, nəvə sevgisi də bu sevgiyə aiddir. Sevgi qadın üçün ən gözəl hissdir. Mənə elə gəlir ki, heç bir qadın sevgisiz yaşaya bilməz. Qadın sevgi dolu olmalıdır. Bəzən sevgi mahnıları oxuyursan, insanlar yozurlar. Nə edim ki, sevgi dolu qadınam?”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova deyib. Müğənni zamanında ən bahalı kliplər çəkdirdiyini bildirib.

“Ən bahalı klipləri zamanında mən çəkdirmişəm. Ən bahalı klipimin qiyməti 14 min dollar olub. Sonra 8 min, 5 min və 4 min dollara çəkdirmişəm. Klip həvəskarı idim. Sonra klipə qarşı həvəs öldü. Cavanlıq, rəqabət var idi. İndi heç bir şey əvvəlki kimi deyil” deyə müğənni bildirib.

Müğənni qızlarından da danışıb.

“Qızlarım həyat dostlarımdır. Biri İsveçdə yaşayır, balaları var, biri isə yanımdadır. Bəzən onun üçün darıxıb yanına gedirəm. Artıq qızlarım öz ayaqları üstə dura bilirlər. Mən bəzən deyirəm ki, əməliyyat etdirib, özümü cavan qız edəcəm. Qızlarım mənə deyirlər ki, “sən niyə yaşdan danışırsan? Qocalmısan ki?”. Mənə plastik əməliyyat etdirməyə icazə vermmirlər. Deyirlər ki, “sən asl mamasan, plastik əməliyyat etdirsən mamalıqdan çıxacaqsan” deyə sənətkar bildirib.

Müğənni mətbəxlə arasının yaxşı olduğunu bildirib.
“Mətbəxdə əlimdən hər iş gəlir. Xəmir xörəklərini həm yeyə bilirəm, həm də bişirə. Evim qonaqlı-qaralı olur. 1-2 rəfiqəm var, onlarla sıx əlaqədə olduğum üçün tez-tez evimə gəlirlər. Həm bişirməyi sevirəm, həm də yeməyi. Bəzən köklüyümü mənə irad tutanlar olur. Mənə belə rahatdır. Heç vaxt çəkimlə bağlı kompleks yaşamamışam. Hətta deyirlər ki, arıqlasan sənə yaraşmaz. İndiki yaşıma belə yaraşır” deyə müğənni bildirib.

Almaz Ələsgərova məşğul olduğu idman sahəsindən də danışıb.

“Həndbol idman növü ilə məşğul olmuşam. 10 il gedib-gəlmişəm. Hətta uğurlar da qazanıb, dərəcə almışam” deyə müğənni bildirib.

Dünyapress TV

Xəbər lenti