Ardını oxu...
Məlum olduğu kimi, yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”.

Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.

ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan XİN başçısı Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib: “Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanırıq ki, sabit və firavan bir Cənubi Qafqaz bütün regional tərəflərin və geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə sadiqdir və bu məqsədə nail olmaq üçün ABŞ ilə sıx əməkdaşlıq etməyə davam edəcək”.

İmzalanan sənədlə bağlı bir çox suallar var: bu, niyə Co Bayden ABŞ Prezidenti postunu tərk edən dövrdə imzalandı, sənədin Cənubi Qafqaz bölgəsinə təsirləri nələrdən ibarət olacaq, ABŞ-a düşmən münasibət bəsləyən Rusiya və İranın sazişə reaksiyası özünü necə göstərəcək?

AYNA-nın mövzu ətrafında suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik deyib ki, bu saziş ciddi sənəddir:

- Çünki sənəd bir çox sahələri əhatə edir. Burada söhbət həm siyasi, həm hərbi, həm də iqtisadi tərəfdaşlıqdan gedir. Bu, əslində ABŞ-ın Cənubi Qafqaza müdaxiləsinə yol açan sənəddir. Özü də söhbət hərtərəfli müdaxilədən gedir. Nəzərə almaq lazımdır ki, bu gün Cənubi Qafqaz dünyada açar bölgələrdən biridir. Region geosiyasi proseslərin taleyi həll olunan bölgələrdən biridir və bu mənada, nə Gürcüstanda baş verən proseslər, nə ABŞ-Ermənistan arasındakı danışıqlar, nə də Azərbaycanla Qərb arasındakı münasibətlər, Azərbaycanla Rusiya arasında son dövlər baş verən proseslər təsadüfdür.

Azərbaycanla Rusiya arasındakı proseslər deyərkən AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulması kimi neqativ prosesləri nəzərdə tuturam. Əslində bunun özü də bir göstəricidir – Rusiyanın münasibəti, reaksiyası birmənalı şəkildə Moskvanın Cənubi Qafqaz siyasətinə uyğun olmalı idi. Amma görünür ki, Rusiya hansısa səbəbdən bunu nəzərə almadı. Belə hadisələr fonunda, yəni Azərbaycanın Qərblə münasibətlərinin soyuq olduğu, konflikt həddində olduğu, eyni zamanda, Bakı-Moskva münasibətlərinin korlandığı, Azərbaycan-İran münasibətlərinin hər zaman olduğu kimi, pozitiv olmadığı zamanda belə bir sənəd imzalanıb. Qeyd edim ki, Vaşinqton əvvəl Bakı vasitəsilə bölgəyə daxil olmaq istədi. İkinci Qarabağ müharibəsində də ABŞ məhz bu səbəbdən Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə bir müddət neqativ reaksiya vermədi. Hətta Laçın yolunda ekoloji aksiyalar keçirilən zaman da, 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı da Vaşinqtondan Bakıya ciddi tənqidi münasibət olmadı. Bəli, müəyyən bəyanatlar verildi, amma siyasət bəyanatlar deyil, konkret addımlardır. Konkret addımlar da biz görmədik. Lakin Azərbaycan hansısa səbəblərdən ABŞ-la bu əməkdaşlığa getmədi, yaxud getmək istəmədi, gedə bilmədi. Bu halda Vaşinqtonun bölgə ilə bağlı siyasətinin vektoru dəyişdi və ABŞ Ermənistanı seçdi. Eyni zamanda, Ermənistanla yanaşı, Vaşinqton Gürcüstanda da vəziyyəti dəyişməyə cəhd göstərir. Vaşinqton-İrəvan əməkdaşlığı haqqında saziş bir neçə aspektdən baxdıqda çox ciddi sənəd sayılmalıdır: həm ABŞ-ın Cənubi Qafqaza təsirinin artması səbəbindən, həm Azərbaycanın mövqeyi baxımından, həm də ümumilikdə, geosiyasi proseslərin inkişafı baxımından.

- ABŞ-da yeni adminstrasiyanın fəaliyyətə başlamasına az qalmış köhnə adminstrasiyanın belə bir sənəd imzalamasının səbəbi nədir?

- Bəli, ABŞ-da yeni adminstrasiyanın fəaliyyətə başlamasına sayılı günlər qalır. Amma biz gördük ki, ötən ilin noyabrında keçirilən prezident seçkilərindən bu yana – yeni Prezident Donald Trampın andiçmə mərasiminədək bir çox hadisələr baş verdi. İstər ABŞ daxilində, istərsə də xarici siyasətində dəyişikliklər müşahidə edilir. Təbii ki, demokratlar adminstrasiyası Ağ Evi tərk etməzdən əvvəl yeni adminstrasiyaya yeni problemlər yaratmaqla yanaşı, həm də onun xarici siyasətinə müəyyən istiqamətlər verməkdədir. İrəvanla imzalanan sənəd köhnə və yeni adminstrasiya arasında razılaşdırılıb ya yox, deyə bilmərəm. Ehtimal etmək olar ki, müəyyən detallar razılaşdırılıb. O detallar ki, ABŞ-ın ümumi dövlət maraqlarına xidmət edir, onun xarici siyasət doktrinasına zidd deyil. Azərbaycanda Trampın hakimiyyətə gəlişi ilə bağlı müəyyən ümidlər ifadə edilib. Hesab edirəm ki, bu, yanlışdır. Çünki ABŞ-da kimin Ağ Evə gəlməsindən asılı olmayaraq, ABŞ xarici siyasətinin əsas prinsipləri dəyişmir. Bu gün o əsas prinsiplərdən biri ABŞ-ın geosiyasi nüfuzunun genişləndirilməsidir. Bu özünü Trampın Kanada ilə, Panama kanalı ilə, Qrenlandiya adası ilə bağlı verdiyi açıqlamalarda, niyyətlərində özünü göstərir. Diqqət etsək görərik ki, demokratlar tərəfindən Trampın bu niyyətlərinə heç bir mənfi münasibət sərgilənmir. Çünki söhbət ümumi Amerika maraqlarından gedir. Ona görə də demokratların hakimiyyətdən getdiyi ərəfədə belə bir sənədin imzalanması təəccüblü deyil.

- Bu sənəd Cənubi Qafqazdakı proseslərə hansı təsirləri göstərəcək?

- Əlbəttə, bu saziş Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Artıq ABŞ-la Ermənistan fərqli səviyyədə müttəfiq olurlar. Bu müttəfiqlik bir çox sahələri əhatə edir. Deməli, Vaşinqton bölgədəki maraqlarını Ermənistan vasitəsilə həyata keçirməyi planlaşdırır. Nəzərə alsaq ki, Vaşinqton regiondan nə qədər uzaq olsa da, qlobal gücdür və onun maraqları bölgə üçün təsirsiz deyil. Biz görürük ki, bu sənəd bölgənin digər dövlətlərində - xüsusilə də Rusiya və İran tərəfindən müəyyən bəyanatlar səsləndirilir. Lakin burada məsələyə geniş rakursdan baxılmalıdır. Biz Cənubi Qafqaz uğrunda gedən mübarizədə artıq maraq qruplarının formalaşdığını görürük. Məsədelən, Rusiya ilə İran arasında tərəfdaşlıq haqqında saziş imzalanır, amma İranın xarici işlər naziri bildirir ki, bu, Rusiya ilə hərbi əməkdaşlıq demək deyil. Amma bu, məhz Moskva-Tehran hərbi müttəfiqliyi deməkdir. Zaman baxımından da İran-Rusiya sazişinin Vaşinqton-İrəvan sazişi ilə üst-üstə düşməsi təsadüfi deyil. Dediyim kimi, proseslərə ümumi kontekstdə baxmalıyıq. Geniş pəncərədən baxdırda biz görürük ki, Cənubi Qafqazda Ermənistan-Qərb koalisiyası yaranır, İran-Rusiya koalisiyası yaranır. İndi sual olunur – Azərbaycan haradadır? Təbii ki, bizim istinad edəcəyimiz Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq meorandumudur, yəni ki, Şuşa Bəyannaməsidir. Amma son zamanlar belə görünür ki, Bakı ilə Ankara arasında da hansısa anlaşılmazlıqlar var. Ümid edirəm ki, bu, yanlış təsəvvürdür. İndi Azərbaycan üçün təhlükəsizlik məsələləri daha prioritet məsələyə çevrilib və bu, olduqca ciddi əhəmiyyət kəsb edir. Dediyim kimi, Cənubi Qafqaz ətrafında artıq koalisiyalar, tərəfdaşlıq ittifaqları, müttəfiq qrupları formalaşıb: Erməniatan-Qərb koalisiyası, Rusiya-İran ittifaqı və Azərbaycan-Türkiyə birliyi. Düşünürəm ki, bölgə uğrunda mübarizə bu üç format arasında gedəcək.

- Bəllidir ki, Rusiya və İran bu sənədə qarşıdır və Ermənistana təzyiqlər olacaq. Ermənistan Gürcüstanın taleyini yaşaya bilərmi?

- İranın və Rusiyanın bu sazişə münasibəti təbii ki, neqativdir. Maraqlıdır ki, Türkiyənin münasibəti hələ ki, tam aydın deyil. Əksinə, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın dilindən Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinə Ermənistanın Baş naziri Nikol Paşinyanın reaksiyası ilə bağlı pozitiv dəyərləndirmə gördük. Mən ona görə dedim ki, Bakı ilə Ankara arasında aydın olmayan bəzi məqamlar görünməkdədir.

Şübhəsiz ki, Rusiya və İran tərəfindən Ermənistana təzyiqlər artacaq. Artıq Moskvadan verilən bəyanatlarda bunun anonsu edilib. Amma bu təzyiqlər nə dərəcədə effektiv olacaq, bunu söyləmək hələ tezdir. Çünki İranın özünün bu gün vəziyyəti kifayət qədər ağırdır. İstər daxildəki iqtisadi-sosial vəziyyət olsun, istərsə də xarici siyasət vəziyyət olsun, İran üçün ürəkaçan deyil. Açıq görünməsə də, İran hakimiyyəti parçalanmış durumdadır. Eyni zamanda, İran Yaxın Şərqdəki bufer zonasını demək olar ki, tam itirmək üzrədir.Suriya İran üçün ciddi forpost idi, onu artıq itirib. “Hizbullah” zəifləyib, HƏMAS-ın mövqeləri xeyli sıradan çıxıb. Artıq təhlükə İran sərhədlərinə yaxınlaşıb. İranın əsas təhlükəsizlik və xarici siyasət strategiyası ətrafında proksilər vasitəsilə bufer zona yaratmaq üzərində qurulub. Bu strategiya darmadağın olub. İranın özünün Cənubi Qafqazda ciddi addımlar atmaq üçün resursları yetərli deyil. Istər Ermənistana qarşı, istər Azərbaycana qarşı addımlar atmaq üçün lazımi resurs yoxdur. Ona görə bu mərhələdə İran-Rusiya güc birləşdirməsinə gedirlər – aralarında olan kifayət qədər ziddiyyətlərə baxmayaraq.

Rusiyanın da vəziyyəti bəllidir. Moskva Ukrayna bataqlığında demək olar ki, boğulur. Ermənistan Gürcüstanın taleyini yaşayacaqmı, istisna deyil. Çünki Ermənistanda Rusiyanın “beşinci kolon”u kifayət qədər güclüdür. Lakin unutmayaq ki, 2018-ci ildəki inqilabdan sonra Qərb də Ermənistanda möhkəmlənib. Söhbət 7 illik müddətdən gedir. Gürcüstanda da Mixail Saakaşvili dövrü təxminən bu qədər olmuşdu. Biz indi görürük ki, Qərb Gürcüstanda kifayət qədər təşkilatlanıb, instututlaşıb, oturuşub. Rusiya tərəfindən dəstəklənən oliqarx Bidzina İvanişvili hakimiyyətinə qarşı Gürcüstanda hələ də müqavimət davam edir. Ermənistanda da belə bir vəziyyət yarana bilər. Amma bu vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bir çox amillərdən, o cümlədən, ilk növbədə də Türkiyə-Ermənistan münasibətlərindən asılıdır. Bu münasibətlər necə olacaq, bunu da zaman göstərəcək.
Ardını oxu...
Dünən Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”.

Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.

ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan XİN başçısı Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib: “Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanırıq ki, sabit və firavan bir Cənubi Qafqaz bütün regional tərəflərin və geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə sadiqdir və bu məqsədə nail olmaq üçün ABŞ ilə sıx əməkdaşlıq etməyə davam edəcək”.

Onu da bildirək ki, Ermənistan Parlamenti ötən həftə ölkənin Avropa İttifaqına qoşulmaq üçün müraciət etməsi ilə bağlı qanun layihəsini dəstəkləyib. Lakin sürətli üzvlük ehtimalı azdır. Sazişin imzalanmasından bir neçə saat əvvəl Kreml Rusiyanın Ermənistanla yaxın münasibətlərini yüksək qiymətləndirdiyini və ABŞ-ın regionda heç vaxt sabitləşdirici rol oynamadığını bəyan edib.

Ermənistan uzun illər Rusiyanın əsas müttəfiqlərindən biri olsa da, son illərdə ölkə Qərblə daha sıx əlaqələr qurub.

“ABŞ, əlbəttə, mümkün olan hər cür yolla yeni ölkələri öz təsir dairəsinə çəkməyə çalışır,” - Kremlin sözçüsü Dmitri Peskov gündəlik brifinq zamanı jurnalistlərə bildirib.

Ermənistanın Qərbə meyilli addımları Moskvada qıcıq yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında Ermənistana xəbərdarlıq xarakterli və təhdid dolu bəyanat verib. Ermənistan XİN rəhbəri Mirzoyanın Moskvaya səfərə dəvət olunduğunu deyən Lavrov bildirib ki, “Rusiya ilə Ermənistan arasında dialoq” davam edir: “Mirzoyan Moskvaya səfərə dəvət olunub. O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik".

“Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil. Mən Baş nazirin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırlatmaq istərdim. Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil. Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır", deyə Lavrov vurğulayıb.

Lavrov Aİ-yə üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb. Bununla yanaşı, Rusiyanın baş diplomatı Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb: "2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır". Ekspertlər bunu Lavrovun dili ilə Moskvanın İrəvana təhdidi sayırlar.

Ermənistanın Qərbə yaxınlaşma siyasəti, ABŞ-la imzalanan sazişin mahiyyəti, bunun bölgəyə təsirləri, Rusiya və İranın məsələyə reaksiyası ilə bağlı AYNA-nın suallarını Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri cavablandırıb. Analitik deyib ki, Blinkenlə Mirzoyanın imzaladığı sazişin praktikada işlək olub-olmayacağı sual altındadır:

- Çünki sənəd Co Bayden adminstrasiyasının Ağ Evi tərk etməsi ərəfəsində imzalandı. Bu əməkdaşlığa ABŞ-ın yeni Prezidenti Donald Tramp adminstrasiyasının münasibəti bəlli deyil. Ümumiyyətlə, seçkilərdə uduzan və kreslosunu tərk edən Bayden adminstrasiyası iki daşın arasında niyə belə bir əməkdaşlıq sənədinə imza atdı, o qədər də anlaşılan deyil. Hər halda, sənəd imzalanıb və etiraf etmək lazımdır ki, bu, Ermənistanın uğuru sayıla bilər. Amma yenə deyirəm, nə qədər işlək olacaq, onu zaman göstərəcək. Çünki Trampın Ağ Evə qayıtmasına cəmi 5 gün qalıb. Trampın da siyasəti o qədər də bəlli deyil. Əslində Tramp əvvəl 4 il hakimiyyətdə olub və həmin zaman biz müşahidə etmişik ki, onun xarici siyasət kursu fərqlidir, o qədər də prioritet sayılmır. Tramp daha çox Amerika daxili siyasətə önəm verir. Bu baxımdan, ola bilsin ki, İrəvanla imzalanan sənəd işlək olmayacaq.

- Bunun bölgəyə təsiri nələrdir?

- Açıqlamalarda bildirilir ki, sənəd Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir. Ermənistan kimi işğalçı zehniyyətli bir dövlət bölgədə sülh və sabitliyə hansı töhfəsini verə bilər ki? Bu dövlət 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxladı. İkinci Qarabağ müharibəsində məğlub oldu, amma müharibədən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, sülh sazişindən boyun qaçırır. ABŞ Cənubi Qafqazda sabitlik istəyirsə, o zaman Ermənistanla hansısa strateji tərəfdaşlıq sazişi imzalamalı deyil, İrəvana Azərbaycanın ədalətli şərtlərini qəbul etməsi və sülh sazişinə imza atması üçün təzyiq etməli idi. Amma biz bunu görmədik. Hesab edirəm ki, ABŞ bu addımı ilə Ermənistanı Rusiyanın təsir dairəsindən qurtaracağını düşünür.

Məncə, bu sənəd Azərbaycana qarşı yox, daha çox Rusiya və İrana qarşı imzalanan sənəddir. Rusiyanın da reaksiyası bəllidir. Ermənistanın Qərbə inteqrasiya kursunu Kremlin həzm etməsi çətindir.

- Moskva İrəvana qarşı hansı addımları ata bilər?

- Lavrovun dili ilə Ermənistana Rusiyadan xəbərdarlıq edildi. Rusiyanın baş diplomatı təhdidləri səsləndirdi və kifayət qədər açıq mesajlar verildi. Düşünürəm ki, Rusiya Tramp adminstrasiyasının fəaliyyətə başlamasını və bundan sonra veriləcək qərarları gözləyir. Əgər Tramp Bayden adminstrasiyasının vaxtında imzalanan sənədin ratifikasiyasına razı olub onu işlək vəziyyətə gətirərsə, Rusiya addımlarını atacaq. Bu addımlar da bəllidir əslində. Məlumdur ki, Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Lavrov Avropa İttifaqında və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda təmsil olunmağın mümkünsüzlüyünü bəyan etdi. Bu, İrəvana xəbərdarlıq və təhdid idi. Eyni zamanda, Lavrov Nikol Paşinyan hökumətinə Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin addımlarını və nəticələri xatırlatdı. Moskva Ermənistana diplomatik dillə deyir ki, Qərbə inteqrasiya siyasəti İrəvan üçün başağrısına çevriləcək. Sirr deyil ki, Rusiyanın Ermənistana kifayət qədər təsir rıçaqları var ki, bunlardan istifadə Ermənistanın, daha doğrusu Paşinyan hökumətinin sonu ola bilər. Hesab edirəm ki, Rusiya Ermənistanın bu addımlarını bağışlamayacaq. Hansı rıçaqdan istifadə edəcək, deyə bilmərəm, amma mütləq İrəvan cəzalandırılacaq. Bir növ, Vaşinqton İrəvanı “Kreml ayısı”nın pəncəsi altına atdı.

- Bəs İranın reaksiyası necədir?

- İran tərəfindən hələlik məsələ ilə bağlı rəsmi bəyanat görməmişəm. Amma əlbəttə, Tehran İrəvanın bu siyasətinə qarşıdır. İrandakı bir neçə qeyri-rəsmi şəxslərin bəyanatları var və Ermənistan xəyanətdə günahlandırılır. Yəqin ki, yaxınlarda İranın da rəsmi reaksiyasına şahid olacağıq. Tehran düşmən saydığı Vaşinqtonla qonşusu və illər uzunu dəstək verdiyi İrəvanın müttəfiqliyini xoş qarşılamayacaq.
 
Ardını oxu...
“Qərb, NATO və Aİ Şərqə doğru genişlənmək istəyir. Rusiya isə bu prosesə mane olmaq, qarşısını almağa çalışır. Çünki NATO və Aİ-nin Şərqə doğru genişlənməsi Rusiyanın nüfuz dairəsində olan keçmiş sovet res publikalarının onun təsir dairəsindən çıxmasına səbəb ola bilər. Rusiyanın Ukraynada apardığı müharibə buna nümunədir”.

TEREF bildirir ki, bu fikirləri Globalinfo.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, bu proses başlayarsa, Rusiya keçmiş sovet respublikasından müttəfiqlərini itirə bilər:

“Qərbin Rusiya ilə bağlı başlıca hədəflərindən biri onun təsir dairəsində olan həmin ölkələri onun təsir dairəsindən çıxartmaqdır. İran regionda proksi qüvvələrini itirməli, İraq, Suriya, Livan, Fələstin, Yəmən və digər ölkələrdə ABŞ-ın, Qərbin maraqlarına dair çıxışını dayandırması bu blokun əsas hədəflərindədir. İkinci bir məsələ isə İran hakimiyyətinin daxili siyasəti ilə bağlıdır. İnsan haqları, qadın hüquqları, dini və etnik azlıqların hüquqlarının müdafiəsi və s. daxildir “.

Sədrəddin Soltan qeyd edir ki, həmin qüvvələr İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır:

“Ötən gün Cenevrədə Avropa ölkələri Böyük Britaniya, Almaniya və Fransa ilə İran nümayəndə heyətinin görüşü tərəfləri maraqlandıran bütün istiqamətlərdə müzakirələrin aparılması ilə baş tutub. Tərəflər növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

ABŞ hələ 20 il bundan öncə bəyan etmişdi ki, rəsmi Vaşinqtonun İranda hakimiyyəti dəyişmək marağı yoxdur. Son hadisələr fonunda da bu istiqamətdə hansısa fəaliyyətin və ya fikirlərin şahidi olmadıq. Tehran isə narahatdır. Çünki məsələ ilə bağlı ABŞ-dan təminat istəyir”.

Sədrəddin Soltan Qərbin Rusiyada hakimiyyət dəyişikliyinə cəhd edib-etməyəcəyi ilə bağlı sualımıza belə cavab verib:

“İranda olduğu kimi, Rusiya ilə bağlı da bu məsələ gündəlikdə deyil. Rusiya böyük ölkədir. Rusiyanın demokratikləşməsi ölkədə siyasi azadlıqların təmin olunmasından başlayır. Bu təmin olunmadığı halda mövcud hakimiyyətə alternativin yetişməsində də ciddi problem yarana bilər. Rusiyada seçkilərin şəffaf keçirilməsi məsələsi də əsas problemlərdəndir. Qərb Rusiyada seçkilərin şəffaf keçirilməsini, Ukraynada təcavüzün dayandırılmasını istəyir”.
 
Ardını oxu...
Ötən il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı Azərbaycan-Rusiya münasibətlərində soyuqluğun yaranmasına səbəb oldu. Çünki təyyarənin raketlə vurulması səbəbindən qəzaya uğradığını göstərən kifayət qədər faktlar var və Rusiya sualları cavabsız qoyur. Azərbaycan tərəfi ən yüksək səviyyədə - Prezident səviyyəsində Rusiyadan üzrxahlıq, təzminat və ümumiyyətlə, məsələyə aydınlıq gətirilməsini istəyib.

Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qəzaya səbəbin təyyarənin Rusiya tərəfindən vurulması olduğunu açıq şəkildə bildirib və Rusiyanın ünvanına kifayət qədər sərt ifadələr işlədib.

““Qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur”, - deyə Prezident qeyd edib.

Prezident qeyd edib ki, Azərbaycan öz tələblərini açıq şəkildə Rusiya tərəfinə bildirib: “Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.

Hələlik “qara qutu”nun oxunması və istintaqın nəticəsi açıqlanmayıb, amma Rusiya tərəfi də susqunluq nümayiş etdirir. Bu günlərdə sadəcə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin hadisəyə görə Azərbaycan tərəfindən üzr istəyib. Amma digər şərtlərə əməl olunmayıb.

Qəzanın yaratdığı iki ölkə arasındakı soyuqluğun təsirlərini izah edən ekspertlər bildirirlər ki, Rusiyanın susqunluğu münasibətlərə mənfi təsir edir və bu, ilk növbədə, Moskvanın özü üçün yaxşı hal deyil.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, Rusiya heç zaman Azərbaycana dost olmayıb:

- Azərbayvan xalqı da, dövləti də Rusiyanın Cənubi Qafqaz siyasətindən çox əziyyət çəkib, başımıza bəlalar gəlib. Təyyarənin vurulması da növbəti dəfə Rusiyanın yaşatdığı faciələrdən biridir. Azərbaycan rəhbərliyi hər zaman Rusiya ilə normal qonşuluq siyasətində maraqlı olub və bu gün də bu siyasət davam edir. Amma Rusiyadan bu münasibəti görmürük, əksinə, zaman-zaman bizə ziyan verməkdə, təxribatlar törətməkdədir. Bəli, anlayırıq ki, Rusiya böyük dövlətdir və onunla düşmən olmaq bizim maraqlarımıza uyğun deyil. Amma Moskva bəzən əndazəni aşan addımlar atır.

Əlbəttə, təyyarə qəzası ilə bağlı istintaqın ortaya qoyacağı nəticələr, “qara qutu”nun oxunmasından sonra gəlinəcək qənaət önəmlidir. Amma Azərbaycan tərəfində səhih məlumatlar var, ortada faktlar var ki, təyyarə Rusiya tərəfindən raketlə vurulub, sonra iz itirmək üçün müxtəlif ağlasığmaz, insanlığa qarşı cinayət olan addımlar atılıb. Əvvəl Rusiya iddia etdi ki, təyyarə quş sürüsü ilə toqquşub, sonra istədilər Çeçenistanın səhvi olması ilə bağlı məsələni həll etsinlər. Amma Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi önəmli rol oynadı ki, Rusiya hansısa addım atsın. Söhbət Rusiya Prezidentinin üzrxahlığından gedir. Lakin bizim tələbimiz var və hesab edirəm ki, Prezident İlham Əliyev bu tələbləri səsləndirib. Həmin tələblər yerinə yetirildikdən sonra münasibətlərin normal qaydasına düşəcək. İndi isə münasibətlər heç də ürəkaçan deyil. Bu isə Azərbaycana yox, Rusiyanın özü üçün yaxşı hal deyil. Çünki Rusiya bu addımları ilə təkcə Azərbaycanla münasibətlərinə xələl gətirmir, eyni zamanda, Azərbaycanın müttəfiqi olan və dünyada söz sahibinə çevrilən Türkiyə ilə də münasibətlərinə ziyan vurur. Bu gün Rusiyanın Ukraynada apardığı işğalçı müharibəsi məsələsində Ankara neytrallığını qoruyur. Amma sabah Türkiyə Moskvanın əndazəni aşan addımları səbəbindən siyasətində korrektə edə bilər. Məncə, Rusiya bunu nəzərə almalıdır.

- Təyyarənin vurulmasınadək Rusiya-Azərbaycan münasibətlərində heç bir gərginlik, problem müşahidə edilmirdi. Hətta iki ölkə arasında müttəfiqliyə dair sənəd də imzalanıb. Belə olduğu halda, Rusiya niyə birdən Azərbaycana məxsus sərnişin təyyarəsini vurur?

- Dediyim kimi, Rusiya Azərbaycana dost olan ölkə deyil. Cənubi Qafqazda öz maraqları və siyasəti olan Moskva bu maraqlar və siyasət üçün bütün addımları atacaq dövlətdir. Bəlkə də Rusiyanın təyyarəni bilməyərəkdən, hansısa məsuliyyətsiz bir hərbçinin səhvindən vurulması inandırıcı olardı. Amma təyyarənin vurulmasından sonrakı davranışlar bunun qəsdlə edildiyi ehtimalını artırır. Çünki təyyarə vurulandan sonra Rusiyanın ərazisində olan yaxın hava limanlarına enişinə icazə verilməyib, əksinə, iz itirilməsi üçün Xəzər üzərinə yönləndirilib. Qəhrəman pilotlarımızın sayəsində təyyarə Aktauda quruda qəzaya uğradı, sağ qalanlar oldu. İndi şahidlər var, təyyarə üzərində qəlpə izləri var. Eyni zamanda, Rusiya sərnişin təyyarəsini vuran hərbçini, ona göstəriş verən hərbçini çıxarıb cinayət məsuliyyətinə cəlb etmədi. Demədi ki, bax bu adamın səhvi olub, biz bunu cəzalandırırıq, təzminat ödəyirik. Əvəzində istintaqın nəticəsini gözləməli olduğumuzu bildirirlər. Hətta istintaqa da müdaxilə cəhdləri var idi. Bunların heç birini etməmək təyyarənin qəsdlə vurulması ehtimalını təsdiq etməmizə imkan verir.

- Bəs səbəb nədir?

- Məncə, təyyarənin vurulması Rusiya Azərbaycana xəbərdarlığı idi. Adətən Rusiya Azərbaycandan nəsə istəyəndə, nəsə umanda bu cür addımlara əl atır. Ola bilsin ki, Moskva Bakıdan nəsə tələb edib, “yox” cavabından sonra belə bir cinayəti törədib. Mən bunu ehtimal kimi deyirəm. Dəqiq deyə bilmərəm ki, nə istəyib, xəbərdarlıq hansı məsələyə görə edilib. Sadəcə fərziyyələrimiz var ki, onları demək mümkündür.

Məlumdur ki, Rusiya Suriyada uduzdu, oradan məğlub ayrıldı. Suriyadakı proseslərin isə qalibi Azərbaycanın qardaş ölkəsi, müttəfiqi türkiyədir. Azərbaycan və Türkiyə liderləri telefon danışıqlarında Suriya məsələsini müzakirə edərkən Azərbaycan tərəfi Türkiyəyə tam dəstəyini ifadə etdi. Eyni zamanda, Suriya xalqına humanitar dəstək göstərildiyini bəyan etdi. Əlbəttə, bu, Rusiyanın xoşuna gəlməyən haldır. Nəzərə almaq lazımdır ki, təyyarənin vurulması da məhz həmin dövrə təsadüf edirdi. Yenə deyirəm, mən bunu sadəcə gəldiyim qənaət kimi paylaşıram.

Qaldı ki, Rusiyanın bu cür “ayı siyasəti” aparmasına, bu, doğru siyasət deyil. Aərbaycan müstəqil, suveren bir dövlətdir və öz maraqlarına uyğun addımlar atır. Bu siyasəti də Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi müəyyənləşdirir, lazım olan addımı da atır. Rusiyanın bizim daxili işlərimizə qarışmaq hüququ yoxdur. Nəinki Rusiyanın, ümumiyyətlə heç bir dövlət ölkəmizin daxili və xarici siyasətinə qarışa bilməz. Hesab edirəm ki, Rusiya Azərbaycanla münasibətlərdə soyuqluğu aradan qaldırmaq üçün əməli addımlar atmalıdır. Çünki bu siyasət Moskvaya ziyan gətirən siyasətdir. Bəli, biz istəmirik ki, qonşu Rusiya ilə münasibətlər pis olsun. Rusiyada yaşayan çoxsaylı azərbaycanlılar amilini də nəzərə alırıq. Amma bu o demək deyil ki, Rusiyanın dediklərinə “hə” deyilməlidir. Azərbaycan Rusiyanın “arxa baxçası” deyil.

- Belə fikirlər var ki, son vaxtlar Laçın istiqamətində Ermənistanın atəşkəsi pozması da Rusiya tərəfindən verilən göstəriş əsasındadır. İddialara görə, Moskva bununla da Bakıya təzyiq etmək istəyir...

- Atəşkəsi pozmaq sülh prosesinə zərbə vurmaq niyyətindən xəbər verir. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəməyən qüvvələrdən biri də Rusiyadır. Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda heç vaxt sülhdə maraqlı olmayıb, hər zaman eskalasiyanın, gərginliyin olması üçün addımlar atıb. Bu baxımdan, Rusiya şərti sərhəddə atəşkəsin pozulması ilə bölgədə yeni eskalasiyada maraqlı olduğunu göstərə bilər. Məlumdur ki, Ermənistanın 44 günlük müharibədə dağılmış, hələ də özünə gələ bilməyən ordusunun içərisində Rusiyanın agentura şəbəkəsi mövcuddur. Əksəriyyəti zabit-gizirdən ibarət olan Rusiyanın “adamları” Moskvadan gələn təlimatı canla-başla yerinə yetirməyə hazırdırlar. Ermənistandakı revanşist qüvvələr də məhz onlardır. Ona görə də atəşkəsin pozulmasının Rusiyanın təzyiq siyasəti olduğu iddiaları ilə razılaşmaq olar. Amma məsuliyyət Ermənistanın indi hakimiyyətdə olan hökuməti – Nikol Paşinyan hökuməti daşıyır. Paşinyan zəhmət çəksin ordusunu Rusiyanın əmrinə müntəzir şəxslərdən təmizləsin.
 
Ardını oxu...
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoq lazımdır.

TNS xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals ABC televiziyasına müsahibəsində bildirib.

“Trampın nöqteyi-nəzərindən qarşı tərəflə hansısa münasibət və dialoqunuz olmasa, sövdələşmə əldə edə bilməzsiniz və biz bu dialoqu yaxın aylarda mütləq əldə edəcəyik” – müşavir deyib.

Vals həmçinin hesab edir ki, Trampın 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qələbəsindən sonra Qərbin və Ukraynanın münaqişəyə öz yanaşması dəyişib.
 
Ardını oxu...
Rusiya artıq imperiyasının olmaması ilə barışmalıdır. Qərb isə indiki məqamda Ukrayna ilə bağlı aydın yanaşma hazırlamalıdır.

Moderator.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Litvanın “Delfi” nəşrinə müsahibəsində deyib.

Conson Vladimir Putinə təhqirlər də yağdırıb:

“Putinin etdiyi barbarlıqdır və o başa düşməlidir ki, Estoniya, Latviya, Litva - bu ölkələrin heç biri artıq Rusiya imperiyasının bir hissəsi deyil, eyni şey Ukrayna üçün də keçərlidir. Hər şey bitdi! Bit-di! Daha imperiya yoxdur, Vladimir, sən … axmaqsan! İfadəmə görə üzr istəyirəm, ancaq o elə belədir ki var!”
 

Ardını oxu...
  

RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin xüsusi buraxılışında hüquq elmləri doktoru, professor İlham Rəhimov tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova geniş müsahibə verib.

Musavat.com News24.az-a istinadla həmin müsahibəni təqdim edir:

- İlham müəllim, mənim üçün çox maraqlıdır, sizin mətbuata video formatda heç bir vaxt geniş müsahibə verdiyinizi görməmişəm. Nə yaxşı razılaşdınız bu müsahibəyə?

- Düzdür, həqiqətən mənim videokameralar qarşısında müsahibələr verməkdən xoşum gəlmir. Bu da onunla bağlıdır ki, özümü reklam eləməyi xoşlamıram. Amma sizin bu formatda, bu proqramla yayımlanan verilişlərinizin bir neçəsinə baxmışam. Azərbaycanın tanınmış şəxsləri ilə müsahibələrdə orijinallıq, nəsə yeni bir şey var. Həm də yaxşıdır ki, o tanınmış adamları Azərbaycanda hamıya daha da dərindən tanıdırsınız. Təbiidir ki, Azərbaycan cəmiyyəti o adamlar haqqında olanları bilməlidir, tanımalıdır onları. Ona görə də razılıq verdim.

- İlham müəllim, sizin uşaqlığınız Tovuz rayonunda keçib. Bizim hamımız üçün maraqlıdır, İlham Rəhimovun uşaqlıq illəri necə keçib?

- Uşaqların əksəriyyətinin uşaqlıq həyatı təxminən eyni keçir. Yəni ata-anaları ilə bir yerdə böyüyürlər. Mənim uşaqlıq həyatım isə bir qədər fərqli olub. 

Təxminən 7-8 yaşım olanda atamla anam ayrılmışdı. Ona görə də mən kənddə nənəmlə, yəni atamın anası və babamla birlikdə yaşayırdım. Elə birinci sinfi də kənd məktəbində oxumuşam. 

Hərdən bununla bağlı məndən soruşurlar, ümumiyyətlə insan özü özünə də sual verir ki, uşaqlıq dövrünün taleyi ilə özü razıdır, ya yox? Mənə belə sual verəndə, hətta özüm özümə bu sualı verəndə həmişə özümdən soruşuram: Bir tərəfdən düşünürəm ki, şikayət etməyə ehtiyac yoxdur. Yəni o mənada ki, uşaqlıq dövründən, 7-8 yaşımdan həyat elə gətirdi, mən başqa bir ailəyə düşdüm və gələcək yolum bununla müəyyən olundu. İndi deyə bilərəm ki, bu, uğurlu olub. Amma bunun o biri tərəfi də var. Bu da ondan ibarətdir ki, mən nə itirdim orada?  

Mən ataları, anaları ilə birgə böyüyüb, həyatlarını onlarla birlikdə keçirən uşaqlar kimi böyümədim. Bu nöqteyi-nəzərdən çox şey itirdim. Məsələn, bəzi uşaqlar kimi ata-anasının, xüsusilə də anasının onun yanında olmasını, tez-tez “ay oğlum!” deməsini görmədim. Burada itirdim. 

Mənə desəydilər ki, sən hansını istəyərdin? Tutaq ki, kənddə qalıb, anamla bir yerdə yaşayırdım. Amma elə alındı ki, atamla bir yerdə gedəsi oldum, o biri yolla getdim. Bu sualı verəndə, açığı, fikirləşirəm ki, istəyərdim, uşaqlıq dövründən böyüyənə kimi anamın yanında olaydım.  

- Belə bir deyim var: Övlad nə qədər pir olsa da, anaya möhtac imiş. Ananızı tez-tez xatırlayırsınız?

- Aydın məsələdir, hamı ata-anasını tez-tez xatırlayır. Təbii. Amma maraqlıdır ki, bir müddətdən sonra, yəni onlar həyatını dəyişəndən sonra bu sualı tez-tez düşünürəm. Onlar həyatını itirəndən sonra onlar haqqında çox fikirləşir və onlarla olan münasibəti, hər şeyi özündən keçirirsən, ortaya çoxlu suallar çıxır. Mən özüm özümə sual verirəm ki, onlar həyatda olanda onlardan soruşmadım, necə oldu ayrıldınız? Təbii ki, onlarla əlaqələrim olub, gedirdim, görüşürdüm, çox sevirdim onları… Bunu özüm üçün aydınlaşdırmadım.  İndi hesab edirəm ki, bu, mənim çox böyük səhvim idi. Çox peşman olmuşam. İndiyədək də bunun səbəbini bilmirəm. Yəni ayrı adamların söhbətlərindən nələrsə bilirəm, amma onların dilindən mən bunu eşitmədim. Heç özüm də soruşmadım, heç onlar da bu söhbəti açmadılar. 

- Mənim bildiyimə görə, ananız bəy qızı olub…

- Atamla anam xala uşağı idilər. Amma bir az ögey xala uşağı olublar. Anam tərəf bəy nəslindən idi, anam bəy qızı olub. Atam isə əksər ailələr kimi, çox sadə bir ailədən çıxıb. Atamın atası, babası çoban olublar. Babalarımından ən böyük vəzifədə olanları böyük çoban olub. 

- Bildiyimə görə, atanız Məhəmmədhəsən müəllim müxtəlif vəzifələrdə çalışıb. Ondan sizə hansı xüsusiyyətlər keçib? O xüsusiyyətləri özünüzdə aşkar eləmisiniz ki, o xüsusiyyətlər yadınıza düşəndə daim atanızı xatırlamısınız.

- Çoxları mənə deyir ki, mənim xasiyyətimdə iki cəhət birləşib. Birində atamdan, o nəsildən gələn xüsusiyyətlər var. Yəni necə deyərlər, sadəlik, zarafatcıllıq, özünü çox sərbəst aparmaq kimi xüsusiyyətlər o nəsildən gəlib. Bir də anam tərəfdən – bəylik nəslindən gələn xasiyyətdir. Onlardan gələn xüsusiiyət bir az ayrı cürdür. Onlar bir az özlərini bir qədər ayrı cür aparıblar. Görünür, başqa cür tərbiyə alıblar, ayrı davranış görüblər. Bu davranış mənə də keçib. 

Sovet dövründə elə idi, sadə ailələrdən çıxan uşaqlara həmişə yol açıq olurdu. Kəndli, fəhlə ailəsindən olanlara oxumaqda da, vəzifədə də işıq, yol olub. Atam o yolla gedib, ali təhsil alıb, anam isə bəy qızı olduğuna görə heç orta məktəbi də düz-əməlli bitirə bilməyib. Yəni onlar üçün yol bağlı idi.

- Rejim artıq yolları onların üzünə bağlamışdı…

- Onlar sürgündə də olublar. Anam üç yaşı olanda sürgündə olub. Onlar iki dəfə sürgün həyatı yaşayıblar. 

- Bəy qızı olduğuna görə…

-Bəli.  

- İlham müəllim, siz Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan ilk azərbaycanlı tələbə olmusunuz. Elə orada da ən yaxın dostlarınızdan biri olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə tanışlığınız başlayıb. Mənim üçün çox maraqlıdır, necə baş verdi o tanışlıq? 

 
 
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində yenidən Zəngəzur dəhlizi məsələsinə toxunub. Ölkə başçısı bildirib ki, dünyada, Amerikada da Soros dövrü başa çatıb və bunu Ermənistan rəhbərliyi anlamalıdır: “Bayden administrasiyası əslində Soros üsulu ilə idarə olunurdu. Sorosçular isə faktiki olaraq mövqelərini itiriblər. Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.

Məlumdur ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin Azərbaycanın şərtləri ilə açılmasına qarşıdır. Bir müddət əvvəl dəhliz məsələsi sülh sazişi mətnindən də çıxarılıb. Lakin Prezidentin yenidən bu məsələyə toxunması onu göstərir ki, Zəngəzur dəhlizi Bakının gündəliyindən çıxmayıb və bumövqe dəyişməyib.

Ekspertlər hesab edirlər ki, Prezidentin “Zəngəzud dəhlizi açılmalıdır və açılacaq” ifadəsi İrəvana bir mesajdır: nə qədər tez razı olsalar, bir o qədər özləri üçün yaxşı olacaq.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Cavid Vəliyev deyib ki, həqiqətən də Zəngəzur dəhlizi sülh sazişi mətnindən çıxarılıb:

-Amma Prezident bundan sonra açıqlamasında demişdi ki, Zəngəzur dəhlizi Bakının şərtləri çərçivəsində açılmasa, Ermənistanla sərhədlər də açılmayacaq. Yəni ki, Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Cənab Prezident İlham Əliyev müsahibəsində bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi də bizim üçün vacib şərtdir. Dəhliz mövzusunun sülh sazişi mətnindən çıxarılması, tez-tez gündəmə gəlməməsi səbəbindən müəyyən fərqli yanaşmalar və iddialar var idi. Amma istər Azərbaycan Prezidentinin dedikləri, istərsə də Türkiyə tərəfindən verilən açıqlamalar göstərir ki, bu məsələdə Bakının mövqeyi konkretdir. Zəngəzur dəhlizi məsələsində Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyəcəyi təqdirdə münasibətlərin normallaşması, sərhədlərin açılması, həmçinin Türkiyə ilə sərhədlərin açılması, münasibətlərin normallaşması çətindir.

- Sizin də dediyiniz kimi, Zəngəzur dəhlizi məsələsi sülh sazişi mətnindən çıxarılıb. Əgər dəhliz açılmadan münasibətlər normallaşmayacaqsa, sərhədlər açılmayacaqsa, o zaman bu sülhün dayanıqlılığına şübhə yaranmırmı?

- Əlbəttə, təsir edir. Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün üç məsələ əsasdır: sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası və nəqliyyat xətlərinin blokdan çıxarılması, ticarət əlaqələrinin inkişaf etdirilməsi. Sülh sazişi istiqamətində Bakının şərtləri var və Prezident bu şərtləri bir daha xatırlatdı. Söhbət həm sülh sazişi mətninə daxil olan şərtlərdən, həm də kənar şərtlərdən gedir. Məsələn, mətndən kənarda olanlar Minsk Qrupundan imtina ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasında dəyişiklikdir. Mətndə olan şərtlərdən də İrəvan tərəfindən qəbul edilməyənlər var. Delimitasiya və demarkasiya prosesi üzərində iş gedir, komissiyalar işləyirlər. Qazaxın 4 kəndi Azərbaycanın təzyiqi nəticəsində işğaldan azad edildi və o hissədə sərhədlər müəyyənləşdi. Ticarət əlaqələri, qarşılıqlı gediş-gəliş, nəqliyyatın blokdan çıxarılması məsələsi isə dalana dirənib. Nəqliyyat infrastruktrunun blokdan çıxarılmasında əsas faktordan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi açılmasa isə sərhədlər açılmır. Bəs sərhədlər açılmadan nəqliyyat əlaqələri, ticarət necə həyata keçiriləcək?! Zəngəzur dəhlizinin açılması üçün isə Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi lazımdır.

- Amma Ermənistan bundan imtina edir. Perspektivdə İrəvan bu imtinasına yenidən baxa bilərmi?

- Ermənistanın başqa yolu yoxdur. Gec-tez bunu qəbul etməlidir. Əgər Ermənistan regionda əməkdaşlığın bir parçası olmaq istəyirsə, Bakının şərtləri ilə dəhlizin açılmasına “hə” deməlidir. Ermənistan 30 il müddətində Qarabağı işğalda saxladı, nəticədə regiondan izolyasiya oldu. Bu gün Ermənistan həm regional layihələrdə yoxdur, həm də Qarabağın işğalına son qoyulub. İrəvanın bundan sonra yeganə şansı odur ki, Azərbaycanın şərtləri çərçivəsində Zəngəzur dəhlizinin açılmasına etiraz etməməlidir.

Bilirsiniz, Zəngəzur dəhlizinin açılmasına qarşı olan tərəf sadəcə Ermənistan deyil. Burada İranın da əks mövqeyi var və Tehrandan da bu istiqamətdə açıqlamalar verilir. Düzdür, İran bəyan edir ki, Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməyib. Amma istər Yaxın Şərqdə, Suriyada cərəyan edən hadisələr, istərsə də Cənubi Qafqazda baş verən proseslər Tehranın bu məsələyə yenidən baxmasına səbəbdir. Bəli, İranın mövqeyi indi biz istədiyimiz mərhələyə gəlib çıxmayıb, İran Xarici İşlər Nazirliyindən bildirilib ki, “qırmızı xətlər” dəyişməyib. Amma Tehran məcbur olub mövqeyinə baxacaq. Çünki Zəngəzur dəhlizi ilə bağlı iki müttəfiqin – Azərbaycan və Türkiyənin mövqeyi qətidir. Türkiyənin Suriyada kimə qalib gəldiyi məlumdur. Eyni zamanda, Cənubi Qafqazda Türkiyə-Azərbaycan ittifaqının kimə qalib gəldiyi məlumdur. Gedən proses onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi ilə bağlı mövqelər bizim istədiyimiz istiqamətdə dəyişir. Bəli, bu gün Zəngəzur dəhlizi açılmayıb. Amma Prezident Əliyev birmənalı şəkildə bildirdi ki, “açılacaq və açılmalıdır”. Çünki başqa yol yoxdur. Bütün analizlər onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi açılmadan Ermənistan da, İran da regiondakı əməkdaşlığın bir parçası ola bilməyəcəklər. Demək istəyirəm ki, hər iki dövlət Azərbaycanın şərtləri ilə dəhlizin açılmasına məcbur da olsa, razı olacaqlar.
 

    

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı dövlətimizin başçısı regional məsələlərə toxunaraq Ermənistanla sülh prosesinin gedişatı və Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi haqqında fikirlərini bölüşüb. Bundan əlavə, Prezident Qərb dairələrinə də mesajlar göndərib.

Sözügedən mesajları Milli Məclisinin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri Tənzilə Rüstəmxanlı şərh edib.

Yenicag.az deputatın müsahibəsini təqdim edir:

– Tənzilə xanım, Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində bir çox mühüm məqamlara toxunub, strateji məsələlərlə bağlı ciddi mesajlar verib. Prezidentin üzərində dayandığı məsələlərdən biri də xarici donor təşkilatlarının fəaliyyəti ilə bağlı idi. Siz müstəqilliyimizin ilk günlərindən bu mövzunu gündəmdə saxlayan ictimai xadim kimi bu məqamı necə qiymətləndirirsiniz?

– Müasir Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerlərdə qərarlaşıb. Baxmayaraq ki, ötən müddət ərzində Qərb təsisatları bununla bağlı ölkəmizə müxtəlif müdaxilələrə cəhd ediblər. Müxtəlif siyasi sifarişlərə xidmət edən QHT-lər və media quruluşlarını maliyyələşdirməklə ölkədaxili vəziyyəti pozmağa çalışıblar. O da məlumdur ki, Qərb bir sıra postsovet ölkələrində – Gürcüstanda, Ukraynada, Qırğızıstanda, Ermənistanda rəngli inqilabla hakimiyyətləri dəyişdirib. Zaman da sübut etdi ki, insan hüquqları adı altında Qərb bu ölkələrə fəlakət gətirdi. Qərbin bu siyasəti həmin ölkələrin problemlərinin həllinə gətirib çıxarmayıb. Tam əksinə, mövcud problemlər daha da kəskinləşib. Gürcüstan və Ukrayna bu səbəbdən ərazilərini itirib. Ukraynada hələ də müharibə davam edir və bu, böyük maddi və insan resurslarının itkisi ilə müşahidə olunur. Sözügedən ölkələrdə Qərb hakimiyyət dəyişikliklərinə, inqilablara nail olsa da, Azərbaycanda buna nail ola bilmədi. Azərbaycan öz yolu ilə getdi. Azərbaycan bu yöndə olan bütün təzyiqlərə duruş gətirdi və Qərbin oyunlarına siyasi alət olmadı. Elə bunun nəticəsidir ki, digər ölkələrdən fərqli olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bildi.

– Xarici maliyyə hesabına qurulan planlar içində Azərbaycan-Türkiyə münasibətləri də xüsusi olaraq hədəfdə tutulur…

– Çox düzgün vurğuladınız. O qədər də uzaq olmayan bir tarixi yada salmaq istəyirəm: Sürix protokolları və bununla bağlı yaranmış durum hər kəsin yadındadır. Sürix protokolları Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tuturdu. Dünya erməni lobbisinin və ölkə daxilində Soros Fondunun nəzarətində olan qüvvələrin təsiri ilə Türkiyəni bir dalana dirəmişdilər. O ərəfədə Azərbaycan-Türk Qadınlar Birliyi əvvəl Azərbaycan QHT rəhbərlərinin, daha sonra millət vəkillərinin Türkiyəyə səfərini təşkil etdik. Günlərlə Türkiyədə həm hökumət rəhbərləri, həm də siyasi partiya rəhbərləri ilə görüşlər keçirildi. Türkiyə gündəminin əsas mövzusu Qarabağ məsələsi oldu. Türk mediası bu mövzunu diqqətdə saxladı. Azərbaycan cəmiyyətinin belə bir mövqeyi və etirazı ortaya qoyulmasaydı, protokolların icra məsələsinin necə olacağını bilmək olmazdı. Məhz milli mövqedə olan QHT rəhbərləri, ictimai-siyasi xadimlər bu məqamda qəti münasibət ortaya qoydular. Özü də bu prosesdə Azərbaycan dövlətinin yalnız mənəvi dəstəyi var idi. O zaman QHT-lərə dövlət tərəfindən bununla bağlı qrant ayrılmamışdı. Yəni fəaliyyət milli təəssübdən irəli gəlirdi. Həmin dövrdə vətəndaş cəmiyyətinin bu fədakarlığı nəticəsində erməni lobbisinin planları pozuldu. Azərbaycan və Türkiyənin milli qüvvələrinin birliyi, ən başlıcası, bu məsələdə Azərbaycan dövləti ilə ölkənin bütün sağlam ictimai-siyasi kəsiminin eyni mövqedə olması uğura səbəb oldu.

– Hətta qanunla QHT və media orqanlarının xaricdən maliyyələşməsi qadağan olunsa belə, bəlli qüvvələr məqsədlərindən geri çəkilmirlər…

– Onların həzm edə bilmədiyi ən əsas məsələ Azərbaycanın qətiyyətli və müstəqil siyasətidir. Azərbaycanın milli maraqlarının prinsipial şəkildə qorunması fəlsəfəsindən çıxış edən Prezident İlham Əliyevin şəxsiyyəti və idarəçiliyi bu dairələri Azərbaycana qarşı soyuq müharibə dövrünü xatırladan psixoloji müharibə əməllərindən çəkindirmir. Necə ola bilər ki, bu qüvvələrin nəzarətindən kənar Azərbaycan dövləti müstəqil şəkildə öz vətəndaşlarının mənafeyi naminə çalışır və kənar diktəyə tabe olmur? Baxın, şəxsən mən ötən parlament seçkilərində bunun birbaşa şahidi oldum. Seçki kampaniyası dövründə xaricə bağlı təşkilatlardan ilhamlananlar, namizədlik statusundan irəli gələn toxunulmazlığından istifadə edərək bütün qanunları ayaqlar altına almışdı. Onlar neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərib, Azərbaycana açıq-aşkar düşmən mövqedə olan xarici qüvvələrin sifarişlərini yerinə yetirib. Ermənistan Gəncə şəhərini dinc əhalimizi raketlə vuranda bu vətən xainləri Azərbaycan dövlətini qınayan bəyanatlar paylaşırdı. Bu xəyanətkarlar şəhidlik mərtəbəsi kimi müqəddəs məqamı belə qəbul etməyən fikirlər yazırdı. 2023-cü ilin sentyabrında Azərbaycan öz ərazisində antiterror əməliyyatı həyata keçirən zaman bu adamlar həmin əməliyyatın əleyhinə çağırışlar edib. Necə olur, belə bir şəxslər üçün bir çox xarici media qurumları günlərlə gəlib Neftçalada otururdu? Başqa yerdə seçki yox idi? Məqsəd o idi ki, bütün güclərini bir yerə toplayıb Azərbaycanda seçkilərə kölgə salınsın. Bu məsələdə də iflasa uğradılar. Mənim üçün də qürurludur ki, illər öncə Türkiyədə olduğu kimi, burda da bu planlara qarşı mübarizənin önündə oldum və nəticə Azərbaycan üçün, milli maraqlarımız üçün uğurlu oldu.

– Bu gün artıq Azərbaycan dövləti bu məsələdə öz qəti mövqeyini ortaya qoyub və Prezidentin də müsahibəsində bu məqam xüsusi qeyd edilib…

– Təxminən 10-15 il əvvəl ilə müqayisədə indiki dövrdə həqiqətən başqa xarici mərkəzlərlə əməkdaşlıq edən qurumların prinsipləri əsasında işləyən bəzi QHT və media orqanlarının qurumları xeyli dərəcədə məhduddur. Hətta mən deyərdim ki, 15 il əvvəl ilə müqayisədə belə QHT və media qurumlarının sayı minimumdan da aşağı səviyyədədir. Doğrudur, bunun kökü tamamilə kəsilməyib və az da olsa, rast gəlinir. Hələ də müxtəlif Azərbaycan dövləti ilə bir çox prinsipial məsələlərdə uzlaşmayan mərkəzlərlə bağlı media orqanları və QHT-lərin fəaliyyətlərinə rast gəlmək mümkündür. Amma bu tendensiyanın getdikcə azalması bizim üçün müsbət məqamdır. Bu gün həyata keçirilən müəyyən məqsədyönlü tədbirlər nəticəsində bu çevrə olduqca daralıb. Bu yaxşı bir haldır. Onların çevrəsi genişlənərsə, bu bizim üçün çox böyük təhlükə ola bilər. Ona görə də proses daim nəzarət altında saxlanılmalıdır. Hər kəs də bilməlidir ki, ölkənin milli mediası və QHT sektoru yalnız milli və dövlətçilik mənafeləri ilə bağlı olmalıdır. Ötən illərin təcrübələrindən biri də bundan ibarətdir ki, media və QHT sektoru yalnız dövlət və milli mənafelərə bağlı olduqda güclü olur. Əks halda, onlar güclü ola bilməzlər. Çünki xaricdəki müxtəlif mərkəzlərə bağlandılarsa, demək ki, onların müstəqilliyi itirilib, onlar fəaliyyət üçün çərçivə və prinsipləri sifariş formasında kənardan alırlar, onlar peşəkar strukturlara çevrilə bilməzlər.
 
Ardını oxu...
“Tariflərə gəldikdə, bir tarif var dəmir yolu, bir tarif var beynəlxalq liman, bir tarif də var gəmiçilik tətbiq edir və bu tariflər arasında uyğunsuzluq var. Yəni, bir çox digər detallar var ki, bu, vahid sistemin yaranmasına ehtiyac yaradıb və biz bunu yaratmışıq və mən əminəm ki, formalaşmaqda olan bu qurum tezliklə, necə deyərlər, öz səmərəliliyini göstərəcək”.

Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bununla paralel olaraq, şəhər nəqliyyatı problemləri də göz önündədir: “Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. İndi bir çoxlarının yadından bəlkə də çıxıb, xüsusilə gənc nəsil bəlkə də bunu heç bilmir. Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi”.

İlham Əliyev, həmçinin qeyd edib: “Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.
 

Dünyapress TV

Xəbər lenti