Ardını oxu...
“Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik. Ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında deyib.

E.Məmmədov vurğulayıb ki, digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir: "Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir".

Beləliklə, nazir müavininin rəsmi Bakının gözləntiləri ilə bağlı dediklərindən belə qənaətə gəlmək olar ki, Azərbaycanın əsas tələbi – Ermənistan Konstitusiyasının dəyişdirilməsi gündəmdə qalır.

Mövzu ilə bağlı AYNA.AZ-a danışan politoloq Anar Əliyev deyib ki, Ermənistan tərəfi və onun havadarları Bakının tələbini təzyiq kimi qiymətləndirirlər:

- Əslində isə bu heç tələb də deyil, Ermənistanın atmalı olduğu addımdır. Əgər Ermənistan sülh istəyirsə, o zaman sülhə əngəl yaradan əsas amil aradan qaldırılmalıdır. Fakt budur ki, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları mövcuddur ki, bu, sülhün təminatına, sülhə imkan vermir. Azərbaycanın bu mövqeyində haqlıdır və bunu təzyiq kimi qiymətləndirmək yanlışdır. Demirlər ki, sülh olmalıdır? O zaman Ermənistana havadarlıq edən qüvvələr zəhmət çəksinlər İrəvana desinlər ki, Ermənistan Konsktitusiyasının dəyişdirilməsi zəruridir. Azərbaycan beynəlxalq icimaiyyətə xarici işlər nazirinin müavininin dili ilə bir daha çatdırdı ki, bu məsələdə Ermənistana təzyiqlər edilməsini istədiyini bildirdi. Bilirsiniz, bu barədə beynəlxalq güclərdən Ermənistana heç bir çağırış edilmir. Sülh sazişinin imzalanması ilə bağlı ümumi sözlərlə çağırışlar edilir, amma konkret detallardan danışan yoxdur. Hesab edirəm ki, Azərbaycanın haqlı gözləntisi Ermənistan tərəfindən yerinə yetirilmədən sülh sazişinin imzalanması real deyil.

- Ermənistan rəsmiləri ara-sıra Konstitusiya dəyişikliklərinin vacib olduğunu dilə gətirirlər. Sizcə, bu əməldə nə zaman yerinə yetiriləcək?

- Məncə, Ermənistanda növbəti parlament seçkilərindən sonra Konstitusiya dəyişikliyinə getmək istəyirlər. Baş nazir Nikol Paşinyan seçkilərlə hakimiyyətdə növbəti dəfə qalmaq və vundan sonra Ermənistan Konstitusiyasında dəyişiklik etməyi planlaşdırır. Konstitusiya islahatlarının 2027-ci ilədək başa çatması məsələsini gündəmə gətirmələri də məhz bununla bağlıdır. Amma bu, Ermənistanın “sülhpərvər” davranışına, guya sülhə həır an hazır olmaları ilə bağlı bəyanatlarına uyğun deyil. Bu, sülhün tərəfdarı olmaq yox, əksinə, sülh prosesini uzatmaq deməkdir. Hesab edirəm ki, dünya ictimaiyyəti, xüsusən də sülhə çağırış edən güclər bu nüansa diqqət etməlidirlər.

-- Sülh müqaviləsinin imzalanmaması müharibə riskini nə qədər artırır?

- Ümumiyyətlə, sülh sazişi imzalanmadığı müddətdə hərbi toqquşma riski qalmaqdadır. Ermənistanın silahlanması, hücum silahları ilə təchiz olunması da sülhü təhdid edən əsas amillərdən biridir. Əlbəttə, Ermənistanın şərti sərhəddə hərbi təxribat törətməyəcəyinə zəmanət yoxdur. Çünki dediyim kimi, qarşı tərəf hücum silahları ilə silahlanır. Sülhdən danışan Ermənistan niyə silahlandırığını arqumentlərlə əsaslandıra da bilmir. Eyni zamanda, Ermənistan cəmiyyətində revanşa çağırışlar var. Bunlar əlbəttə, sülh prosesinə təhdid yaradan məsələlərdir. Amma Ermənistan da, ona havadarlıq edən dövlətlər, qüvvələr də yaxşı anlamalıdırlar ki, istənilən təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Yeni müharibə Ermənistanın tamamilə məhv olmasına gətirib çıxaracaq.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadənin 90 yaşı tamam olur. Eks-baş nazir ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev” Ordeninə layiq görülüb.

Tribunainfo.az xəbər verir ki, Artur Rasi-zadədə yubiley günündə Musavat.com-un suallarını cavablandırıb. Həmin müsahibəni ixtisarla təqdim edirik:

– Xocalı soyqırımının törədildiyi gündə doğulan bir insan üçün yəqin ki, doğum gününü qeyd etmək də asan məsələ olmayıb, elə deyilmi?

– Bəli, bəli. Elədir.

– Amma artıq Xocalıya böyük qayıdış başlayıb, Azərbaycan ədaləti bərpa etdi. Yəqin bu gün başqa hisslər keçirirsiniz…

– Doğrudur. Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin. Amma istəyirəm Köçəryan, Sərkisyan və digərlərinin ədalət məhkəməsi qarşısında dayanmasını da görüm. Bu, mənim arzumdur. Ya məhkəmə, ya da özlərinə layiq cəza. Özü də beynəlxalq səviyyədə. Çünki elə cinayətlər törədiblər ki, bunu heç vaxt yaddan çıxartmaq olmaz. Heç vaxt.

– Yubiley tədbirinizi necə keçirmək fikrindəsiniz?

– Mən həmişə evdəkilərlə qeyd edirəm. Təntənəli tədbirlərdən, ad günlərindən qaçıram. (Gülür)
Ardını oxu...

– Doğum gününüzdə, 90 illik yubileyinizdə ürəyinizdən nələr keçir?

– Ən çox minnətdarlıq… Minnətdarlıq… Görürsən də bu çətin dövrdə nələr baş verir? Ona görə də Prezidentə cansağlığı arzulayıram. Ulu Öndərə qəni-qəni rəhmət olsun. Mən fəxr edirəm ki, Ulu Öndərin həm silahdaşı, həm şagirdi olmuşam. Mən həm də fəxr edirəm ki, Prezidentin uzun illər silahdaşı olmuşam. Başqa nə deyim? Tarix özü qiymət verdi.
Ardını oxu...

– Böyük Hüseyn Cavidin məqbərəsini ziyarət etmək üçün Zəngəzur dəhlizindən keçən qatarla nə zaman Naxçıvana gedəcəyinizi düşünür və ya arzulayırsınız?

– Mən tam inanıram ki, o gün gələcək. Hələ uşaq vaxtına Naxçıvandan Bakıya qatarla gedib-gəlirdim. Düşünürəm ki, bundan sonra da belə olacaq. Birmənalı. Məndə şübhə yoxdur. Yalnız zaman və bir də o məsələyə qayıdıram ki, özümüz güclü olmalıyıq. Həm iqtisadi cəhətdən, həm də müdafiə qabiliyyətimiz çox güclü olmalıdır.

– Prezident Qərbi Azərbaycana qayıdışın da reallaşması məsələsini qətiyyətli şəkildə bəyan edib.

– Bəli. Bu, ədalətli mövqedir. Burada işğalçılıq, ya başqa bir şey yoxdur. Əksinə, tarixi sənədlər var, bu ərazilər 1920-ci ildən sonra Ermənistana necə verilib, bolşeviklərin qərarı ilə və sair. İndi başlayıblar ki, “Stepanakert”. 1923-cü ilədək bu şəhərin adı nə idi – Xankəndi. Bu, tarixdir. Yerevan əvvəldən “Yerevan” idi? Tarix var. Çətinliklə də olsa, bir az gec, bir az tez, həqiqət öz yerini tutur. Baxmayaraq ki, indiki zəmanədə ədalət çox da istifadə olunmayan bir sözdür. Amma ədalət yenə var və olmalıdır.
Ardını oxu...

– Artur müəllim, indiki hökumət başçısı Əli Əsədovla təmaslarınız, görüşünüz olurmu? Hökumətin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Razısınızmı?

– Mən sənə bir söz deyim: bəziləri düşünür ki, Baş nazir işləmək asan məsələdir. Çətin vəzifədir, çox çətin məsələdir. Yalnız uğurlar, uğurlar, uğurlar! İndi Allaha şükür, işlər pis deyil, yaxşıdır. Prezidentin etimadını doğruldurlar. Özü də təkcə bizim ölkədə deyil, bütün ölkələrdə Baş nazir vəzifəsini daşımaq asan məsələ deyil, bunu camaat bilməlidir. Amma təəssüflər olsun ki, bəzi saytlar yazırlar… Sağ olsun, Prezident Artur Rasi-zadəni “Heydər Əliyev” Ordeni ilə təltif etdi, amma 20 Yanvar hadisəsində adı keçir. Boş-boş şeylərdir. Amma bir düşünmürlər ki, birinci katib, Moskvadan göndərilən ikinci katib, Baş nazir, Ali Sovetin sədri yerində olan 1-ci müavin Qorbaçova teleqram vurur? Özü də Nazirlər Kabinetinə yox, Prezidentə…Dünyada belə bir şey ola bilərmi?
Ardını oxu...

– Yubiley günündə qanınızı qaraltmaq istəmədim. Amma vaxtaşırı belə iddialar ortaya atılır ki, guya sovet ordusunu Bakıya siz dəvət etmisiniz…

– (Gülür) Təsəvvür elə də, belə şey ola bilməz. Deyən gərək, axı, siz 1,5-2 il hakimiyyətdə oldunuz, bir yoxlayardınız da. Teleqram qeydiyyatdan keçməlidir, onun əsası qalmalıdır. Hə, Rasi-zadənin anası ermənidir, gəlini də ermənidir. Deyirəm mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var…Ə, belə şey olar? Bununla nə qazanırsınız? Bu, hansı dəyirmana su tökməkdir? Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir? Lap tutaq ki, erməni olaydı. Rasi-zadə nə edibsə, hökumət üçün, xalq üçün, millət üçün, ölkə üçün eləyib. Ata-anası tam azərbaycanlı olan bəziləri nə ediblər? Ehh… Bilmirsən savadsızlıqdır, ya başqa dərdləri yoxdur, ya nədir? Mən baş qoşmuram.

– Misir Mərdanovun yazdığı kimi, sizin şadlıq evləriniz, ya villa-saraylarınız olsaydı…

– Oooo (bərkdən gülür). Bir hektar torpaq, ya bir dənə mağaza tapsınlar, mən onlara qurban verirəm.

– Harada yaşayırsınız?

– Sağ olsun Prezident, mən dövlət bağında yaşayıram.

– Misir müəllim sizin Azərbaycan dilində incəliklərinə qədər səlis danışdığınızı da yazıb. Bəzən dilimizə görə də ittiham olunursunuz. Sizinlə sərbəst danışırıq, görürəm ki, ciddi çətinliyiniz yoxdur.

– Açıq desəm, bəli, mən xüsusilə də qabaqlar Azərbaycan dilini rus dili kimi bilmirdim. Bu, mənim nöqsanımdır, bəli. Mən bunu qəbul edirəm. Amma… Məsələn, Yekaterina rus dilini bilmirdi, amma imperiyanı dünya səviyyəsinə qaldırdı. Amma gəlin Cavidin şeirlərindən danışaq, görüm mənim qabağıma çıxa bilərlərmi? (Ürəkdən gülür)
Ardını oxu...

– Cavidi əzbər bilirsiniz, eləmi?

– Bəli, əlbəttə. (“İblis”dən bədahətən söyləyir)

“Oturarlar, söyləşərlər, anlaşılmaz sözləri,

Həp baxarlar, amma görməz gözləri.

İdraksız başçıları, qeyrətsizlik ancaq

Milləti edib əllərdə oyuncaq.

İblis nədir? Cümlə-xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir? İblis! (Ardınca da ürəkdən gülür).

Doğrudan da mən şairlər, yazıçılar kimi dili bilsəydim, çox şad olardım. Amma rus məktəbi qurtarmışam, anam rusdilli olub. Müharibə vaxtı atasız…Mən heç atamı xatırlamıram. Müharibəyə getdi və ilk aylarda həlak oldu. Anam iki uşağı ilə təkbaşına qaldı. Çox dəhşətli taledir. Mən məktəbi Lənkəranda bitirmişəm. O vaxt çörəyi “kartoçka” ilə verirdilər. Aylıq kitabça verirdilər, gedirdik, “kartoçka” ilə 150 qramlıq çörəyi alırdıq. Lənkəran böyük şəhər deyildi, hamı bir-birini tanıyırdı. Biz, balaca uşaqlar acından gecə yata bilmirdik. Gedirdik o dükana, deyirdik səhərki çörəyi axşam ver, biz yeyək. Bax, mən belə böyümüşəm.

– Çox ağır mənzərədir. Siz Lənkəranda neçə il yaşadınız?

– 17 il. Mən Gəncədə doğulmuşam. Atam Gəncədə işləyirdi. Sonra atamı (Tahir Şeyx Məhəmməd oğlu Rasi-zadə-E.P.) Lənkərana göndərdilər, Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini oldu. Sonra müharibəyə çağırdılar, qayıtmadı.

– Allah rəhmət eləsin. Artur müəllim, bu günlərdə rus məktəbləri ilə bağlı müzakirələr gedir. Rusca təhsil alan biri kimi, sizin fikriniz necədir?

– Mən rus məktəblərinin bağlanmasının əleyhinəyəm. Həm rus dilini, həm ingilis dilini öyrənməliyik. Rusiya bizim qonşumuzdur. Siyasi məsələlər də düzələcək, inşallah. İqtisadi məsələlər var. Rus dilini bilməsəm, mən bütün Orta Asiya ilə necə danışacağam?

– Bəs rus məktəblərinin dövlət hesabına fəaliyyətinə necə baxırsınız?

– Məndən olsa, dövlət hesabına Çin məktəbləri də açardım. Çünki gələcək Çinin əlində olacaq.

– Sonda ABŞ Çinə uduzacaq?

– Bəli. Ancaq zaman. İndi bərabərdirlər.

– Bəs Ukrayna müharibəsi nə ilə bitəcək?

– Ooo. Buna mənim cavabım yoxdur.

– Növbəti dəfə Azərbaycana şimaldan təhlükə ola bilərmi?

– Mən düşünmürəm. Yox. Rusiya birmənalı şəkildə təyyarə hadisəsinə görə Azərbaycandan üzr istəməlidir. Cənab Prezident dedi ki, mən başa düşürəm, bu hadisə bilərəkdən edilməyib, amma bunu boynuna al da. Fakt göz qabağındadır. Siyasət belədir də. Təəssüflər olsun ki, imperiya düşüncələrinə hələ son qoyulmayıb.

– Putin yenidən SSRİ-ni bərpa etmək fikrinə düşə bilərmi?

– SSRİ də olmasa, nəsə ona bənzər şey…
 
Ardını oxu...
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Müsavat TV-yə müsahibə verib. Aparıcı Sevinc Telmanqızının suallarını cavablandıran Məmmədyarov, son günlər müzakirə olunan “Rus dili genişləndirilməlidir, yoxsa ləğv olunmalıdır?” məsələsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Müsahibə zamanı ona ünvanlanan “Rusiya casusu” iddialarına da toxunan sabiq nazir, bu tip ittihamlara daha öncə Ramiz Ənvəroviçin (Mehdiyev) kifayət qədər sərt cavab verdiyini bildirib.

Qeyd edək ki, Ramiz Mehdiyev vaxtilə onu “Rusiya casusu” adlandıranlara qarşı kəskin ritorika ilə çıxış etmişdi. Elmar Məmmədyarov isə bu ittihamlara dolayısı ilə münasibət bildirərək, “Onların cavabını Ramiz Ənvəroviç verib” sözləri ilə mövzuya nöqtə qoymağa çalışıb.

Daha ətraflı Müsavat TV-nin yayımladığı müsahibədə.

 
Ardını oxu...
Azərbaycan müstəqil dövlət kimi istədiyi ölkəylə tərəfdaşlıq, strateji müttəfiqlik əlaqləri qura bilər.

Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Azərbaycan hansısa başqa ölkəyə hesabat verəsi deyil.

"Eyni zamanda İrana dəfələrlə deyilib ki, Azərbaycanın üçüncü ölkələrlə əlaqəsi İrana qarşı yönəlməyib. Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq. Bu heç bizim milli və təhlükəsizlik maraqlarımıza uyğun deyil. Azərbaycanın İsrail ilə sıx tərəfdaşlıq münasibətləri var. Ticarət dövriyyəsi artır. Biz onlara Ceyhan kəməri ilə neft satırıq. İsrailin müasir hərbi texnikası Azərbaycan Ordusu üçün vacibdir. Kənd təsərrüfatı sahəsində İsrail modern texnika tətbiq edib. Buna da bizim ehtiyacımız var".

Politoloq vurğulayıb ki, bir sıra aparıcı xəbər saytlarının, media qurumlarının kiber hücumla üzləşməsi maraq doğurur:

"Şübhələr İran üzərində cəmləşib. İran hadisənin arxasında dayanmırsa, bununla bağlı açıqlama verməlidir. İranın mühafizəkar dairələri yenə də Azərbaycanı hədəf seçiblər. Halbuki rəsmi səviyyədə qarşılıqlı səfərlərin sayı artıb. İstənilən dövlətlərlə, o cümlədən qonşu ölkələrlə normal münasibətlərin olmasında maraqlıyıq. Bizim ABŞ-la da, İsraillə də sıx tərəfdaşlığımız var. Buna görə də, heç kəsə hesabat verəsi deyilik. Müstəqil dövlətik. Xarici siyasətimizi də müstəqil müəyyənləşdiririk".
 
Ardını oxu...
Ermənistanda NATO nümayəndələrinin iştirakı ilə təlimlər keçirilib. Bu barədə Brunssum Birləşmiş Müttəfiq Komandanlığından bildirilib.

“Fevralın 17-dən 21-dək “təşəbbüs”ün birinci mərhələsi Brunssum Birləşmiş Müttəfiq Komandanlığının nümayəndə heyətinin Ermənistan Respublikasına səfəri çərçivəsində keçirilib. Bu kollektiv təlim Ermənistan-NATO əməkdaşlığını genişləndirmək məqsədini daşıyır”, - deyə məlumatda qeyd olunub.

Əksər erməni hərbi ekspertlər hesab edirlər ki, Ermənistanın NATO-ya inteqrasiyası çətindir, üzvlük isə yaxın müddətdə xəyaldır. Bu, onunla əsaslandırılır ki, bu gün Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur və bu bazanın yaxın perspektivdə çıxarılması mümkün deyil. İkincisi, Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hələ də üzvüdür, baxmayaraq ki, bu qurumda fəaliyyətini dondurub. Lakin yaxınlarda KTMT-dən rəsmən çıxması çətindir. Politoloqlar isə hesab edirlər ki, bununla Ermənistan hakimiyyəti əslində Rusiyanın əsəblərini tarıma çəkir ki, bu da ölkə üçün yaxşı heç nə vəd etmir.

Azərbaycan Milli Məclisinin üzvü Ceyhun Məmmədov da bu yanaşma ilə razılaşır. Deputat mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, Ermənistanın növbəti hədəfi və məqsədi NATO-ya üzv olmaqdır:

- Şübhəsiz ki, bu, ağır prosesdir. NATO-ya qəbul olmaq elə də asan məsələ deyil. İllərdir Ukrayna Alyansa üzv olmaq istiqamətində addımlar atır, çalışır, amma müsbət nəticəyə nail ola bilməyib. Əvəzində, Rusiya ilə müharibə vəziyyətinə düşdü, hələ də müharibə davam edir. Nəticəsini də biz indi müşahidə etməkdəyik. Ermənistan da son illərdə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra tamamilə Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya kursu götürüb ki, əsas hədəflərdən biri də NATO-ya üzv olmaqdır.

Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, hansısa anlaşma yoxdur, İrəvan bu zaman kəsiyindən istifadə etmək, maksimum yararlanmaq istəyir. Ermənistan qısa zamanda Avropa təsisatlarına üzv olmaq istəyir. İrəvan bu gün Ermənistanın təhlükəsizliyinin qarantı kimi Qərbi görür. Bu baxımdan, davamlı olaraq Ermənistanda ABŞ-la birgə hərbi təlimin, NATO ilə təlimin şahidi oluruq. Hazırda baş tutan hərbi təlimlər də bu qəbildəndir. Qərb ölkələrinin, xüsusilə də Fransanın hərbçiləri, hərbi mütəxəssisləri Ermənistan ordusunun gücləndirilməsinə, NATO-ya inteqrasiyasına çalışırlar. Bu gün Ermənistan Qərb üçün ən önəmli dövlətlərdən biridir. Hesab edirəm ki, Qərbin Ermənistanla bağlı bu siyasəti hələ uzun müddət davam edəcək.

- Səbəb nədir?

- Səbəb odur ki, Qərb Ermənistandan gələcəkdə Rusiyaya, Türkiyəyə, İrana və Azərbaycana, elə Gürcüstana qarşı da istifadə etmək niyyətindədir. Qərb siyasiləri yaxşı bilirlər ki, bölgədə ancaq alət rolunda Ermənistan çıxış edə bilər. Ermənistan ordusunun gücləndirilməsi, onun yeni silahlarla təchiz edilməsi də buna hesablanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan “bizim məqsədimiz ölkəmizin müdafiəsini gücləndirməkdir” desə də, faktlar bunun əksini deyir. Birincisi, Ermənistan müdafiə yox, hücum silahı ilə silahlanır. İkincisi, Azərbaycana qarşı revanş çağırışları hər keçən gün bir az da artır. Eyni zamanda, Ermənistan sülhdən hər vəchlə yayınma siyasətini davam etdirir. Rəsmi Bakının qanuni, beynəlxalq hüquqa əsaslanan tələbləri var ki, İrəvan bu tələbləri yerinə yetirməkdən imtina etməkdədir. Bu isə onu göstərir ki, Ermənistan yeni müharibə niyyətindədir. Buna da Ermənistanı təhrik edən Qərbdəki havadarlarıdır.

Eyni zamanda, dediyim kimi, Ermənistandan Rusiyaya, İrana və Türkiyəyə qarşı lazım olan zaman istifadə etməyə çalışırlar. Bu isə Ermənistana ziyandan başqa heç nə verməyəcək. Uzun illər Rusiyanın forpostu, aləti olan Ermənistan anlamalıdır ki, onu Moskva xilas edə bilmədi, yeni ağası Qərb də onu xilas edə bilməyəcək.

- Ermənistanın bu addımlarına Rusiyadan sanki səssizlik var...

- Rusiyanın kobud desək, başı hələ ki, Ukrayna münaqişəsinə qarışıb. Amma Moskvadan İrəvana zaman-zaman xəbərdarlıqlar edilir. Hesab edirəm ki, Rusiya Erməniostan məsələsinə yenidən qayıdacaq. Ukrayna münaqişəsində atəşkəs anlaşmasının ola biləcəyi gözləntiləri var. Əgər bu, baş verərsə, Rusiyanın nəzərini cəmləyəcəyi ölkə Ermənistan olacaq.

- Buna havadar olan Qərbin reaksiyası necə olacaq?

- Biz hazırda əsas Qərb ölkəsi olan ABŞ-ın Rusiya ilə münasibətlər sisteminə yenidən baxdığını, loyallıq göstərdiyinin şahidiyik. Donald Tramp administrasiyasının Ukrayna məsələsinə yanaşması da artıq demək olar ki, bəllidir. Həmçinin ABŞ-la Avropa İttifaqı arasında münasibətlər getdikcə gərginləşir, uçurum daha da artır. Avropa İttifaqı Ermənistana sabah dəstək versə belə, bu, təhlükəsizlik çətiri baxımından yetərli olmayacaq. Biz bunu Ukraynaya dəstəyin timsalında görürük.

Ermənistan bu gün bütün imkanlarından istifadə etməklə ABŞ-la əlaqələri gücləndirməyə və təhlükəsizlik çətiri almağa çalışır. Amma Vaşinqtondan müsbət cavab hələ ki, yoxdur. İnandırıcı deyil ki, Rusiya ilə münasibətlər sistemində dönüş edən Ağ Ev Ermənistana görə Rusiya ilə münasibətlərin pozulmasına razı olsun. ABŞ yaxşı bilir ki, bir ölkədə Rusiyanın hərbi bazası varsa, ona təhlükəsizlik qarantı vermək problematikdir. Ona görə də, hesab edirəm ki, Qərbə inteqrasiya yolunu tutmuş Ermənistanın bundan sonrakı vəziyyəti daha mürəkkəb olacaq.

Ardını oxu...
   

"Son uçuşa gedəndə yolda mehriban danışa-danışa, şirin dillə apardım ötürdüm ikinci terminala. Saat 6 idi. 12-də yenidən gedib qarşılamalı idim. Qismət olmadı. Son reysdə Allah müşayiət edib cənnətə apardı".

Bu sözləri Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev "İTV Xəbər Yekun"a müsahibəsində deyib.

E.Əliyev müsahibəsində xanımının itkisindən sonrakı həyatını, onunla bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Hökümə Əliyeva Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsində (red.-Bakı-Qroznı reysini həyata keçirərkən) baş verən qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 
 
 

   

Ardını oxu...
Fevralın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında bir neçə illik fasilədən sonra ilk danışıqlar baş tutub. Tərəflər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsini də müzakirə ediblər. 4,5 saat davam edən danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkələr diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaqlar.

Görüşdən üç gün əvvəl ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı, aparılan müzakirələr, sonra verilən bəyanatlar onu göstərir ki, Ağ Ev adminstrasiyası Ukrayna münaqişəsini faktiki olaraq, alver predmetinə çevirib. Ukrayna müharibəsinin həlli ilə bağlı Ukraynasız və Avropasız danışıqlar aparılması maraqlı tərəflərin narazılığı ilə müşahidə olunur. Prosesin bu cür davam etməsinin hansı nəticələrə gətirib çıxarması barədə proqnozlar müxtəlifdir.

Mövzu ilə bağlı AYNA-ya danışan “Şərq Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, Ukrayna üzlərindən ABŞ-Rusiya sövdələşməsi Avrasiyanın geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişə bilər:

- Çünki burada söhbət təkcə Trampın Rusiyaya və Putinə ünvanlanan xoş münasibət ifadə edən mesajlardan deyil, həmçinin ABŞ administrasiyasının atdığı real addımların da qlobal və regional gücləri öz siyasətinə korrektələrə məcbur etməsindən gedir. Lakin hesab edirəm ki, əvvəlcə Ukrayna siyasəti kontekstində ABŞ-Rusiya, daha dəqiq desək, Tramp-Putin münasibətləri və onların arxasında duran bəzi məqamlara diqqət yetirmək vacibdir. Burada detallar bəsit görünə bilər, amma bu, heç də reallıqları inkar edə bilməz. Trampın xarici siyasət, xüsusilə də mövcud münaqişələr kontekstində ən çox istifadə etdiyi "sövdələşmə" sözünə təsadüfi yanaşılmamalıdır. Çünki əks halda onun xarici siyasətinin konturlarını və prioritetləri yanlış ünvanlarda axtarılmış olar. Bunun üçün həm də həmin siyasətdə kimin açar rolu oynadığının ilk növbədə nəzərə alınması zəruridir. Həmin şəxs isə Trampın qolf oyununda tərəfdaşı olan Nyu-York biznes aləminin nümayəndəsi Stiven Vitkoffdur. Bəzi ABŞ mənbələrinin iddiasına görə həm də Trampın qızı Tiffaninin qayınatası olan və Tramp tərəfindən ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edilmiş Vitkoff bundan əvvəl heç bir siyasi və ya diplomatik fəaliyyətdə olmayıb. Amma buna baxmayaraq o, təkcə Yaxın Şərq məsələlərində deyil, elə Rusiya-Ukrayna müharibəsinə dair danışıqların aparılması işində xüsusi səlahiyyətlərə malikdir.

Vaşinqtonla Moskva arasında danışıqların başlanğıcında Rusiyaya səfər edən ilk ABŞ rəsmisi də məhz Vitkoff olub. Halbuki həmin məsələyə dair Vaşinqtonunu ayrıca bir nümayəndəsi olan Keyt Kelloq var. Vitkoffdan fərqli olaraq keçmiş Pentaqon general-leytenantı Kelloq Trampın əvvəlki prezidentliyi dövründə də administrasiyada təmsil olunub.

Kelloq ABŞ Milli Təhlükəsizli Şurasında müxtəlif vəzifələrdə çalışıb, həmçinin Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edib. Kelloq öz funksiyasında Ukraynaya səfərlərdə olsa da, amma Prezident Zelenskiyə ABŞ-ın sülh danışıqları kontekstində Ukraynanın nadir metallar ehtiyatının yarısına sahib olmaq təklifini Kelloq deyil, Tramp administrasiyasının maliyyə naziri Skott Bessent gətirib. Görünür, Tramp bunu ya Kelloqa etibar etməyib, ya da Kelloq özü Trampın çirkli alverlərində iştirakdan imtina edib.

- Yəni Tramp adminstrasiyası münaqişə üzərində alverlə məşğuldur...

- Əlbəttə, məqsəd budur. Tramp administrasiyasının Rusiyanın hərbi təcavüzü nəticəsində çətin duruma düşmüş Ukraynanın sərvətlərinə sahib çıxmaqdan başqa məqsədi yoxdur. Tramp və onun başına yığışan dəstənin bircə hədəfi var: daha çox pul toplayıb ABŞ şirkətini köhnə korporasiyaların nəzarətindən çıxarıb öz nəzarətinə götürmək. Bu adamların heç birinin siyasəti anlayışı belə yoxdur. Hətta yaxın zamanlarda Rusiya ilə də düşmən olacaqlar. Məsələn, sanksiyalar altında olan 300 milyard Rusiya aktivlərindən böyük pay istəyəcəklər. Hər şey bu qədər sadədir.

Elə Zelenskiyə təklif olunan "sülh planı”nda da ölkəsinin təhlükəsizliyinə dair ABŞ tərəfindən heç bir təminat və öhdəlik yox idi. Odur ki, Zelenskinin onu rədd etməsində, o cümlədən də Ukraynasız Ukraynaya dair ikitərəfli ABŞ-Rusiya danışıqlarını tanımaması da tamamilə təbiidir. Çünki həmin danışıqların predmetinin nədən ibarət olduğu artıq heç kəsdə şübhələr və suallar doğurmur. O cümlədən də ABŞ-ın Avropa tərəfdaşılarında, NATO-da və bu qurumun əsas güclərindən olan Türkiyədə. Görünən həm də budur ki, elə həmin danışıqlarlarla eyni vaxtda Parisdə Avropa Birliyindəki Ukraynaya müttəfiq ölkələrin sammitinin keçirilməsi və Zelenskinin Ankaraya səfəri də təsadüfi deyildi.

Trampın Ukraynaya dair "sövdələşməsi", onun soyqırıma məruz qalmış Qəzza əhalisini köçürərək yerində rivyera yaratmaq təklifi, hərbi cinayətkar olan İsrailin Baş naziri Benyamin Netanyahuya ağır aviabombaların verilməsi üzərindən qadağanı götürməsi, başqa bir hərbi cinayətkar Vladimir Putinlə alverə getməsi ABŞ-ı ən yaxın tərəfdaşları olmuş ölkələrdən təcrid etməkdədir.

Bu mənada Ər-Riyad danışıqlarının və Trampın Zelenskinin ünvanına yağdırdığı təhqir, hədyan və böhtanların ardınca ABŞ-ın ən yaxın müttəfiqi olmuş Böyük Britaniyanın Baş naziri Keir Starmerin Zelenskiyə dəstək zəngi ən əyani göstəricidir. Tramp administrasiyası son 80 ildə mövcud olmuş Avroatlantik təhlükəsizlik sistemini sürətlə dağıtmaqdadır.

- Bunun zərərləri nə ola bilər və çıxış yolu nədir?

- Çox böyük zərərləri proqnozlaşdırıla bilər. Bu, qlobal təhlükəsizlik sahəsində yarana biləcək boşluğun ən müxtəlif totalitar, ekstremist və militarist rejimlər tərəfindən doldurulmasına, müxtəlif bölgələrdə silahlı qarşıdurmalara və qlobal xaosa gətirib çıxara bilər. Odur ki, indiki şəraitdə və şərtlər çərçivəsində Ukrayna məsələsi ətrafında yeni ittifaqın yaradılması tarixi zərurətə çevrilir. Həmin zərurət isə bir neçə geosiyasi yeniliklər üçün zəmin yarada bilər. Birincisi, Ukrayna məsələsində mövqeləri üst-üstə düşən ölkələrin daha sıx əməkdaşlıq quraraq ABŞ-sız koalisiya yaratmasıdır. Buraya Rusiya “beşinci kolon”unun nəzarətində olan Macarıstan və Slovakiya kimi ölkələr xaric olmaqla digər bir çox Avropa ölkələri, Kanada və Türkiyə daxil ola bilər.

Yeri gəlmişkən, xarıtlatmaq lazımdır ki, belə imkanlar məhdud deyil və ABŞ-ın iştirakı olmadan mümkündür. Məsələn, Ukraynanı dəstəkləyən ölkələrin birgə hərbi büdcəsi Rusiyanın hərbi büdcəsindən azı 4 dəfə çoxdur. Eyni zamanda, ən azı Almaniya-Böyük Britaniya-Fransa aparıcı üçlüyü texnoloji cəhətdən də Rusiyadan xeyli irəlidədir. İkincisi, yeni geosiyasi reallıq Türkiyə ilə Avropa Birliyi arasında mövcud olan və əməkdaşlığa maneələr yaradan ziddiyyətlərin də minimuma enməsinə səbəb ola bilər. Türkiyə isə elə bu günün özündə sürətlə güclənməkdə olan hərbi sənayeyə malik NATO ölkələrdəndir və Avropanın cənub-şərq cinahında sabitliyin əsas təminatçısıdır. Bundan başqa Türkiyə Qara dəniz və Şərqi Aralıq dənizi hövzələrində söz sahibi olmağa can atan ciddi regional oyunçudur. ABŞ mənbələrinin Türkiyə müdafiə nazirliyinə istinadla verdiyi məlumata görə Ankara hal-hazırda 31 hərbi gəminin inşası ilə məşğuldur ki, bu da Türkiyəni hər iki dəniz hövzəsində söz sahibinə çevirməyə hədəflənib.

Onların arasında su tutumu 30 min ton olan təyyarədaşıyan gəmi də var ki, bu da Türkiyəni ABŞ və Çindən sonra belə hərbi gəmiyə malik olan 3-cü ölkəyə çevirəcək. Bundan başqa Ankaranın hərbi sənayesi təyyarə, PUA, hava hücumundan müdafiə sustemləri sahəsində də ciddi çalışmalar həyata keçirməkdədir.

Üçüncüsü, ordu qüvvələri sayına və döyüş qabiliyyətinə görə Ankaradan geridə qalan Avropa Birliyi ölkələrinin xırda sentimentləri kənara ataraq indiki mərhələdə Ankaraya texnoloji və maliyyə yardımı göstərəcəyi halda bu, Avrasiya bölgəsində yeni geosiyasi formatın və hərbi-siyasi alyansın yaranmasına gətirib çıxara bilər.

Lakin ABŞ siyasətinin öz məcrasına qayıdacağı da qaçılmazdır. Bu halda da onun Avropa tərəfdaşlarının yeni əməkdaşlıq formatı Brüssel-London-Ankara-Ottava birliyinin əlində növbəti Tramp kimilərindən sığortalanmaq üçün ciddi bir arqument olacaq. Bütün bunlar isə yalnız bir halda mümkün olacaq. Tramp siyasi virusunun aparıcı Avropa ölkələrində yayılmasının qarşısı alınacaqsa.
 
Ardını oxu...
Həmsöhbətimiz uzun illərdir ki, Rusiyada yaşayan xalq artisti Sərxan Sərxandır.

-Sərxan bəy, necəsiniz. Rusiyanın qarlı və şaxtalı günlərində vətən üçün darıxmırsınız ki?

-Əhvalım əladır. Rusiyanın şaxtası məni qorxutmur, öyrəşmişəm. 50 ildir ki, burada yaşayıram. Ona görə də Moskvanın şaxtası mənə əzab vermir.

-Azərbaycana neçə müddətdir ki, gələ bimirdiniz. Deyəsən, pandemiya buna mane olurdu…

– Niyə gələ bilmirdim ki?! Həmişə gəlib gedirdim. Yollar açılandan sonra da gəlmişəm. Sonuncu dəfə dekabr ayında Azərbaycanda oldum.

-Azərbaycana hər gəlişinizdə hansı dəyişiklikləri müşahidə edirsiniz?

– Tez-tez gəlirəm deyə bu dəyişiklikləri o qədər də hiss etmirəm. Uzun illər olmayanda isə fərqli olur. Əsas olan xarici dəyişiklik deyil, daxili dəyişiklikdir. Vacib olan sosial həyat, insanların yaşayışdır. Xarici dəyişikliyə qalanda əclaf da qəşəng kostyum geyinib gözəl görünə bilər.

Lakin daxilində isə elə əclaf olaraq qalacaq. Ona görə də həyatda hər şey harmoniyada olmalıdır. Binalar, küçələr gözəlləşirsə, yaşayış, sosial vəziyyət də dəyişməlidir. Bunu mən vətəndaş kimi deyirəm. Mən insanların zövqlərinin, münasibətinin dəyişməsinə baxıram.

– Sosial vəziyyətdən söz düşmüşkən Rusiyada dolanmaq çətin deyil ki? Bildiyim qədəri ilə toylara da getmirsiniz.

-Mən toylara getmirəm. Əsas istiqmətim 70-ci illərdən səhnə olub. Mənim toy repertuarım yoxdur. Mən səhnədən zövq alıram. Toylara gedənləri də qınamıram. Haradansa pul qazanmalıdırlar. İndi konsertlər zəifdir, qastrol səfərləri yoxdur. Nə ilə dolansınlar. Estrada müğənniləri məcburdurlar ki, toylara getsinlər.

Mən isə martın 7-də Bakıda Rəşid Behbudov adına Teatrda konsert verəcəyəm. Ona görə də mənim pulum mənə çatır, maddi çətinliyim yoxdur. İnsan yaşlandıqca tələbləri azalır. Cavan adamdan soruşursan ki, nə istəyirsən? Deyir, maşın, ev və.s. Mənə indi havayı maşın versələr, götürmərəm.

-Niyə?

-Çünki maşına baxmaq çətindir. Heyif deyil ictimai nəqliyyat. Taksidən, metrodan istifadə edirəm. Çox rahatdır.

-Həmişə belə sadə insan olmusunuz, yoxsa yaşın gətirdiyi bir sindromdur?

-Həri, həmişə.

Musavat.com
 
Ardını oxu...
Cənubi Koreyanın “The Chosun Daily” nəşri Rusiya Federasiyasının tərəfində vuruşan və Ukraynada əsir düşən KXDR snayperindən müsahibə alıb.

Şimali Koreyalı snayper Rinin  26 yaşı var, lakin o, 10 ildir ordudadır.  Deyir ki, o, “yeganə oğuldur və ağır xəstə olan valideynlərindən çox narahatdır: "Pxenyan tutulmağımdan xəbər tutsa, onlar paytaxtdan qovula bilər. Məni guya Rusiyaya oxumağa göndərmişdilər, amma sonda Kursk yaxınlığında döyüşməyə gətirdilər".

Onun bölməsi KPASOF (KPA Xüsusi Əməliyyat Qüvvələri) Kursk bölgəsinə göndərilib. O, iddia edir ki, yalnız hadisə yerinə çatan kimi onlara hərbi əməliyyatın qaçılmaz olması barədə məlumat verilib. Rinin sözlərinə görə, qrupda 2500-ə yaxın Şimali Koreya əsgəri olub.

İnfraqırmızı sensor sayəsində hətta gecələr də hədəf tapan “şeytan dronları” ilə mübarizə aparmalı olduq. Rinin əsgər yoldaşlarının əksəriyyəti pilotsuz təyyarələr və artilleriya zərbələri nəticəsində həlak olub. Rinin özünün qolunda və çənəsində yaralar var.

"Bizim pilotsuz uçan aparatlarla mübarizə aparmaq bacarığımız yox idi. Biz əmin idik ki, Ukrayna ordusundakı bütün dron operatorları Cənubi Koreya əsgərləridir", - Ri deyir.

Çənə zədəsi səbəbindən Ree bərk yemək yeyə bilmir. O, sıyıqla kifayətlənməyə məcbur olur. Ailəsi üçün qorxur, amma artıq sığınacaq üçün müraciət edərək Cənubi Koreyaya getməyi düşünür.

Ri əmindir ki, Şimali Koreya xarici əlaqələri korlamamaq üçün şimali koreyalıların müharibədəki iştirakını rəsmən inkar edir. Amma reallıq belədir: "Mənimlə gələnlərin demək olar ki, hamısı öldü. Mən tək qaldım".
 

Dünyapress TV

Xəbər lenti