Bakıda dağ satışa çıxarıldı - FOTO

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi aktiv şəkildə satılır.

"DogruXeber.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə insanoid.com saytına alpinist və qayaya dırmaşma üzrə məşqçilərdən ibarət bir qrup idmançı məlumat verib.

Onların sözlərinə görə, bir neçə gün əvvəl bu dağ ərazisi qayaya dırmaşma festivalına ev sahibliyi edib.

"Bu tədbiri dağın qanunsuz tikintidən, qaya məhvindən və ətraf mühitin çirklənməsindən qorunması üçün keçirdik. Məqsədimiz bu ərazinin idmançılar üçün qorunmasına dəstək vermək və ictimaiyyətin diqqətini problemin həllinə yönəltmək idi. İdmançılar qayaların üzərindəki yazıları, hisləri və zibilləri təmizləmək üçün iməciliklər keçirirdi,” – deyə idmançılar bildiriblər.

Qeyd edilib ki, qayaya dırmaşma alpinizmin mühüm tərkib hissəsidir və təbii qayalıqlarda məşqlər bu sahədə peşəkarlığın artması baxımından vacibdir. Alpinistlər Federasiyasının dəstəyi ilə köhnə sığorta nöqtələri yenilənib, yeni marşrutlar salınıb. Xatırladaq ki, qayaya dırmaşma artıq bir neçə ildir ki, olimpiya idman növü statusuna malikdir.

Lakin bütün bu səylərə baxmayaraq, yaxınlarda dağın zirvəsində qaya dağıdan buldozerlər müşahidə olunub. Alpinistlər Federasiyasının prezidenti Muxtar Babayev bu tikinti işlərinin dayandırılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət göndərsə də, Kühüldağda işlər davam edir.

Daha da narahatedici məqam: onlayn əmlak saytlarında dağın zirvəsində yerləşən 7 sot torpaq sahəsi 350 min manata satışa çıxarılıb.

Alpinistlərin sözlərinə görə, Kühüldağ — Bakıda təbii qaya relyefi üzərində məşq və yarışların keçirilə bildiyi yeganə məkandır.

Məsələnin hüquqi tərəfini araşdırmaq məqsədilə media nümayəndələri əmlakı satışa çıxaran maklerlə əlaqə saxlayıblar. O, torpağın "kupçası” olduğunu bildirsə də, onu təqdim etməyib.

Bununla yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara rəsmi sorğular göndərilib — dağın idman məqsədilə istifadə olunan və şəhər üçün əhəmiyyətli olan bu təbii ərazisinin satışının hüquqi əsası olub-olmadığı aydınlaşdırılmağa çalışılır.

Bakıda dağ satışa çıxarıldı - FOTO

 

 

Bölmənin digər xəbərləri

02 İyun 2025 Oğlu gəlini tərəfindən qətlə yetirilən ananın FƏRYADI - DƏHŞƏT
02 İyun 2025 "Elnarə Canlı Beauty Center"-in lisenziyası və diplomu var? - Tolik nə zamandan estetik klinikaların qarantı oub? FOTO
02 İyun 2025 Bakıda məşhur Marmaris restoranında biabırçılıq- Xidmət və yeməklərdən şikayət
01 İyun 2025 Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
01 İyun 2025 Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları – VİDEO
01 İyun 2025 Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
31 May 2025 Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT
31 May 2025 Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
31 May 2025 Yüksək rütbəli məmur QƏZA TÖRƏTDİ: İndi də gizlədirlər... - TƏFƏRRÜAT
31 May 2025 Qaxın da öz TENDERYEYƏNİ VAR...
31 May 2025 “Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
31 May 2025 “Bravo marketdə” müştəriləri belə aldadırlar
30 May 2025 Rəhbərlik tələbə hüquqlarını pozur - BU DA FAKT...
30 May 2025 1,2 milyon manat dələduzluqda ittiham olunan sahibkar kimdir? - YENİ FAKTLAR
30 May 2025 Türkiyədə 9 qat dünya çempionuna sui-qəsdi Adil Əliyev necə təşkil edib? - ŞOK İDDİA
30 May 2025 Regional təhsil müdiri ümummilli lider haqqında kitab tərtib etdirib, nüsxəsini 250 manatdan satdırır
30 May 2025 “Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...” FAKTLAR
30 May 2025 Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir - ŞİKAYƏT
30 May 2025 " Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..."
30 May 2025 Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.

Dünyapress TV

Xəbər lenti