Ardını oxu...
 

Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdədir və burada dünya liderləri ilə iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərini müzakirə edir. Prezident Yakov Milatoviç AZƏRTAC-a eksklüziv müsahibəsində Monteneqro ilə Azərbaycan arasında, xüsusilə iqtisadi inkişaf və yaşıl iqtisadiyyata keçid sahələrində güclənən əməkdaşlığı vurğulayıb. Onun səfəri Monteneqronun qlobal iqlim tədbirlərinə sadiqliyini və Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirmək istəyini əks etdirir. Prezident Yakov Milatoviçin müsahibəsini təqdim edirik.

-Cənab Milatoviç, Azərbaycan hazırda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edir. COP29-dan gözləntiləriniz barədə fikirləriniz maraqlı olardı.

-İlk növbədə qeyd etmək istəyirəm ki, COP29-da iştirak etməkdən ötrü Azərbaycanda olmaqdan çox məmnunuq. Azərbaycanı bu il COP-u təşkil etməsi münasibətilə təbrik etmək istəyirəm; tədbir çox yaxşı təşkil olunub. Bu zirvə görüşü xüsusilə kritik dövrə təsadüf edir. Son vaxtlar BMT-nin qurumları qlobal temperaturun artdığını və 2024-cü ilin rekord dərəcədə ən isti il olmağa doğru irəlilədiyini göstərən məlumatlar yayımlayıb. Bu məlumatlar, bildiyiniz kimi, qlobal istiləşmə kontekstində, xüsusən karbon emissiyaları ilə bağlı olduqca narahatedicidir. Qlobal icma olaraq hamımız birlikdə hərəkət etməli, xüsusilə 2015-ci il Paris Sazişinə əməl etmək üçün bütün səylərimizi birləşdirməli və iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq.

İqlim dəyişikliyi bəlkə də bu gün dünya qarşısında duran ən böyük çağırışlardan biridir və həqiqətən də yalnız kollektiv səylərlə həll edilə biləcək qlobal məsələdir. Bu səbəbdən dünya liderlərini hər il bir araya gətirmək və ortaq öhdəliklərimizi bir daha təsdiqləmək vacibdir. Bildiyimiz kimi, dünyanın ən böyük ölkələri həm də ən böyük karbon emissiyaçılarıdır. Hər bir ölkə, o cümlədən Monteneqro və Azərbaycan bu məsələdə öz öhdəliyini nümayiş etdirir. Hər il təkcə əldə etdiklərimizi bölüşmək üçün deyil, həm də dünyanın ən təcili problemini həll etmək üçün birgə gündəmimizi yeniləmək və gücləndirmək üçün toplaşırıq.

Ardını oxu...

Bu ilin zirvə görüşündə verilən digər vacib mesaj isə sülhə çağırış oldu. Dünyanın bir çox yerində münaqişələrin davam etdiyinin və dünya üzrə son onilliklərin ən yüksək səviyyəsində olduğunun fərqindəyik. Sülhə sadiqlik olmadan davamlı inkişafa əsl sadiqlik ola bilməz. Bir çox liderin çıxışlarında sülh çağırışları etdiyini eşitdim. Bu sülh çağırışı həm də Monteneqronun dünyaya çağırışıdır.

-Artıq məlum olduğu kimi, COP29 iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunub. Sizin fikrinizcə, COP29 və Azərbaycan bu məsələyə necə töhfə verə bilər?

-Hamımız, xüsusilə uyğunlaşma üçün maliyyələşmənin təmin olunmasının vacibliyini qəbul edirik. Bu isə xüsusilə zəruri resurslara malik olmayan inkişaf etməkdə olan ölkələr üçün həyati əhəmiyyət daşıyır. Hər bir COP-un, o cümlədən Bakıda keçirilən COP29-un diqqət mərkəzində dayanan əsas məsələ maliyyə vəsaitlərinin zəngin ölkələrdən resursları az olan ölkələrə ötürülməsi üçün effektiv mexanizmlərin yaradılmasıdır. COP29-un keçirilməsi, xüsusilə iqlim səylərimizdə belə mühüm bir məqamda bu qlobal toplantının əhəmiyyətini vurğulayır. Bu, iqlim problemlərinin həllinə olan öhdəliyimizi yenidən təsdiqləmək və ən həssas ölkələrə onların uyğunlaşma və azaldılma səylərini dəstəkləmək üçün zəruri maliyyə resurslarının ayrılmasını təmin etmək baxımından bir fürsətdir.

Bu kontekstdə Monteneqroda həyata keçirdiyimiz bəzi təşəbbüsləri vurğulamaq istərdim. Biz iki dövlət fondu – Eko Fondu və İnnovasiya Fondunu təsis etmişik ki, bu fondlar müxtəlif inkişaf gündəmləri üçün innovativ maliyyələşməni dəstəkləyir. Keçən il, həmçinin xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) irəliləyişinə və yaşıl iqtisadiyyatın təşviqinə yönəlmiş üçüncü fondu - Monteneqro DİM Sürətləndirmə Fondunu işə saldıq. Bu fond Dayanıqlı İnkişaf Məqsədləri və yaşıl iqtisadiyyata dair hədəflərimizə nail olmağı sürətləndirməyə imkan verən unikal bir alətdir. Monteneqro bu cür mexanizmlərdən istifadə etmək baxımından bir çox istiqamətlərdə qabaqcıldır. COP çərçivəsində müzakirələrim zamanı bu təşəbbüsü bölüşdüm, çünki Monteneqronun təcrübəsinin iqlim uyğunlaşma siyasətlərini maliyyələşdirmək üçün innovativ həll yolları axtaran digər ölkələrə faydalı ola biləcəyinə inanıram.

-COP29 ölkələrin yaşıl iqtisadiyyata keçidinə töhfə verəcək. Ölkələrimiz yaşıl enerji sahəsində necə əməkdaşlıq edə bilər?

-Azərbaycan Prezidenti İlham Əliyevin COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin açılış nitqində qeyd etdiyi kimi, Azərbaycan öz təbii sərvətləri ilə tanınır, lakin həm də yaşıl siyasətə doğru mühüm addımlar ataraq bu sahədə də lider kimi önə çıxır. Monteneqro neft və ya qaz ehtiyatlarına malik ölkə olmasa da, kömür kimi fosil yanacaqlardan uzaqlaşaraq yaşıl iqtisadiyyata keçidi fəal şəkildə dəstəkləyir və davamlı siyasətini inkişaf etdirir. Azərbaycan və digər təcrübəli tərəfdaşlarla birgə biz bərpaolunan enerji sektorunu genişləndirmək, külək və günəş enerjisi infrastrukturu qurmaq və enerji səmərəliliyinə yönəlmiş siyasəti irəli aparmaq üçün əməkdaşlıq edirik.

Dünya liderləri ilə müzakirələrimdə Monteneqronun enerji səmərəliliyi sahəsində təşəbbüslərini, xüsusilə Avropa İttifaqından əldə etdiyimiz əhəmiyyətli maliyyə dəstəyi ilə ictimai binalarda və fərdi ev təsərrüfatlarında səmərəliliyin artırılmasına yönəlmiş son təşəbbüslərimizi bölüşdüm. Azərbaycan kimi biz də bərpaolunan infrastrukturun enerji səmərəliliyi ilə uyğunlaşdırılmasının vacibliyini qəbul edirik.

Digər oxşar sahə enerji təhlükəsizliyidir. Azərbaycan bir çox Avropa dövlətləri üçün əsas enerji təchizatçısıdır və Monteneqro daha kiçik miqyasda olsa da, dənizaltı kabel vasitəsilə İtaliyanın elektrik şəbəkəsinə qoşulan yeganə Balkan ölkəsi olmaqla Balkan regionunu İtaliyanın elektrik enerjisi bazarı ilə əlaqələndirir. Ümumilikdə Monteneqro və Azərbaycan dostluq münasibətlərindən bəhrələnir və güclü siyasi dialoq iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün möhkəm təməl yaradır.

-Cənab Milatoviç, Sizin bir neçə ay öncə cənab Prezident İlham Əliyevə ünvanladığınız məktubda da vurğuladığınız kimi, Monteneqro ilə Azərbaycan arasında bir sıra sahələrdə çox yaxşı ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq mövcuddur. İki ölkə arasında potensial əməkdaşlıq imkanları barədə də danışmağınızı xahiş edirik. Ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün hansı sahələri prioritet hesab edirsiniz?

Ardını oxu...

-Monteneqro uzun müddətdir ki, Azərbaycan üçün əsas turizm məkanıdır və biz ölkəmizi qürurla “Aralıq dənizinin incisi” adlandırırıq. Azərbaycanın Monteneqroya yatırdığı əsas investisiyalardan biri olan Portonovi layihəsi turizm sahəsində mühüm bir inkişafdır və bu layihə ilə çox qürurlanırıq. Bu sərmayənin Azərbaycandan gəlməsi bizi çox sevindirir, çünki bu, ölkələrimiz arasında güclü əlaqə qurur və turizm sektorunda gələcək əməkdaşlıq potensialını göstərir. Bu, təkcə bizim turizm imkanlarımızı genişləndirmir, həm də iqtisadi əlaqələrimizin möhkəmliyini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Monteneqronun Azərbaycanla iqtisadi əlaqələri daha da gücləndirməyə sadiq olduğunu bir daha vurğulamağı planlaşdırıram. Monteneqronun Azərbaycan üçün təklif edə biləcəyi çox imkanların olduğuna, həmçinin Azərbaycanın Monteneqroya fayda verə biləcəyinə inanıram, xüsusilə bərpaolunan enerji, infrastruktur və texnologiya sahələrində. Ölkələrimiz arasında güclü siyasi dialoq dərin iqtisadi əməkdaşlıq üçün möhkəm təməl yaradır.

Hökumətlərimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ilə iqtisadi sessiyaların yenidən başlamasından məmnunam. Qeyd etmək istərdim ki, Azərbaycanın fəxri konsulu Vüqar Əliyev uzun illər ərzində əlaqələrin gücləndirilməsinə böyük töhfə verib. Ölkələrimiz arasında birbaşa aviareyslərin olması da çox önəmlidir. Bu birbaşa əlaqə yalnız turizmi təşviq etmir, eyni zamanda, ticarət, biznes və mədəni mübadilələr üçün daha böyük imkanlar yaradır.

Azərbaycanda COP-a qatılmağım ölkələrimiz arasında davamlı dostluğa olan sadiqliyin daha bir aydın göstəricisidir. Bu, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızı prioritetləşdirdiyimizi və əlaqələrimizi gücləndirməyə yönəlmiş ortaq bir baxışa sahib olduğumuzu göstərən açıq siqnaldır.

-Məlumdur ki, Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir. Ölkənizin Azərbaycana investisiyaları barədə fikirləriniz maraqlıdır. Azərbaycan iqtisadiyyatının hansı sektorları Monteneqro investorlarını maraqlandıra bilər?

-Bir neçə il sonra, yenidən 2024-cü ildə Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasını keçirdik və bu, çox səmərəli oldu. Bu iclasda əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyimiz sahələri müəyyən etdik. Mən inanıram ki, bu komissiya iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq.

Məhz buna görə iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməyin vacibliyini vurğulamaq istəyirəm. Daha əvvəl də qeyd etdiyim kimi, son illərdə Azərbaycanda baş verən diqqətəlayiq inkişaf çoxsaylı iqtisadi imkanlar yaradıb və bunlar nəzərdən qaçırılmamalıdır. Düşünürəm ki, hələ də daha çox Monteneqro vətəndaşının Azərbaycanı kəşf etməsinə ehtiyac var. Necə ki, son illərdə Azərbaycan vətəndaşları Monteneqronu daha çox kəşf ediblər. Mənim Azərbaycana bugünkü səfərim bu istiqamətdə atılmış doğru bir addımdır və inanıram ki, Azərbaycana gələcəkdə daha çox səfər edəcəyəm. Bu, yalnız güclü siyasi dialoqu davam etdirməyə deyil, həm də iqtisadi əlaqələrimizi dərinləşdirməyə və genişləndirməyə olan sadiqliyimizi nümayiş etdirir.

Aytən Abbaslı,
AZƏRTAC

 
 
 
Ardını oxu...
Baydenin Trampı Ukraynanı dəstəkləməyə inandırmaq üçün üç aydan az vaxt qalıb.

TNS xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan "CBS News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı prezident Co Bayden Ukraynanın yardıma ehtiyac olduğunu Donald Trampa çatdırmağa çalışacaq.

"Bu, o deməkdir ki, yanvarın 20-nə qədər biz Ukraynaya Konqresin icazə verdiyi bütün resursları və yardımı göndərmiş olacağıq. Baydenin növbəti 70 gün ərzində Konqresə və yeni administrasiyaya ABŞ-nin Ukraynanı tərk etməsinin Avropada daha çox qeyri-sabitlik yaradacağını çatdırmaq imkanı olacaq”,- Sallivan qeyd edib.
 
Ardını oxu...
"BYD Auto"dan yeni "Yangwang U9" elektrohiperkarı Çin avtomobilləri arasında yeni sürət rekordu müəyyənləşdirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Çinin "Autohome" nəşri xəbər verib. Almaniyanın Papenburq şosesində avtomobil 391,94 km/saat sürətlənib.

Beləliklə də, "Yangwang U9" eyni avtomobilin avqustda müəyyən etdiyi əvvəlki rekordu 16,82 km/saat sürətlə üstələyib.

Xatırladaq ki, elektromobillər arasında rəsmi sürət rekordu iyunda 438,7 km/saat sürətlənən "Aspark Owl SP600" modelinə məxsusdur. Bütün avtomobillər arasında rekord isə 2017-ci ildə 447,19 km/saat nəticə ilə "Koenigsegg Agera RS"ə aiddir.

 
Ardını oxu...
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib olub. Tramp Demokratlar Partiyasından rəqibi Kamala Harrisi qabaqlayaraq növbəti ABŞ Prezidenti postuna sahib olub.

Bu gün Tramp dövlət başçısı postu uğrunda keçirilən seçkilərdə qələbə qazandığını elan edib. Respublikaçıların namizədi Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində özünü ABŞ-ın 47-ci Prezidenti adlandırıb.

“Bu, ölkəmizin indiyədək görmədiyi siyasi qələbədir”, - deyə Tramp bildirib.

Amerikanın yeni lideri tərəfdarları qarşısında çıxış edərək ölkədəki vəziyyəti düzəltmək niyyətində olduğunu, qanunsuz miqrasiya və dövlət borcu problemlərini həll edəcəyini, həmçinin vergiləri azaldacağını deyib.

Göstərdiyi dəstəyə görə amerikalılara təşəkkür edən Tramp həmçinin tərəfdarlarına, o cümlədən sahibkar İlon Maska, biznesmen Deyn Uayta və sonradan onun kampaniyasına qoşulan müstəqil namizəd Robert Kennediyə minnətdarlığını ifadə edib.

Tramp eyni zamanda, respublikaçıların Senatda çoxluğu təmin etdiyini və Nümayəndələr Palatasına da nəzarəti əllərində saxlayacağını iddia edib.

Trampın vitse-prezident postuna namizədi Cey Di Vens isə sabiq Prezidentin qələbəsinin “Amerika siyasəti tarixində ən heyrətamiz revanş” olduğunu vurğulayıb.

Artıq dünya ölkələrinin liderləri Trampa qələbə münasibətilə təbrik məktubları ünvanlamaqdadırlar.

ABŞ-dakı prezident seçkilərinin nəticələri ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Trampın qalibiyyəti sürpriz deyil:

- Çünki Demokratlar Partiyası seçki kampaniyasına tez başlamışdı ki, bu da Prezident Co Baydenin kobud səhvi idi. Bayden yenidən namizəd olacağını açıqlamışdı ki, yaşının çoxluğu və xəstəliyi amerikalılar arasında suallar yaratmışdı. Tramp Baydenlə debatında faktiki olaraq Baydeni geridə qoymuşdu ki, bu da respublikaçıların namizədinin şanslarının çox olduğunu göstərirdi. Eyni zamanda, Trampa qarşı sui-qəsd cəhdi onun reytinqini yüksəltmişdi. Ekspertlərin bir çoxu bu hadisədən sonra deyirdilər ki, Tramp çox rahatlıqla Baydeni məğlub edəcək. Daha sonra Baydenin ətrafındakı şəxslər ona başa saldılar ki, bu reytinqlə namizəd olsan, uduzacaqsan. Sanki Bayden məcburi şəkildə namizədlikdən geri çəkildi və demokratlar Kamala Harrisin namizədliyini irəli sürdülər. Harrisin namizədliyi geciksə də, qısa müddətdə reytinq toplaya bilmişdi. Bəzi sorğuların nəticəsinə əsasən, Trampı qabaqlayırdı. Debatda da Harris müəyyən qədər üstünlük qazanmışdı. Amma bu faiz çox az idi. Demək olar ki, Trampla Harrisin şansları bərabər idi. Bu mənada, Trampın seçkilərdə qalib gəlməsi gözlənilməz deyil.

- Məlumdur ki, seçkilərin nəticəsini “yelləncək” adlandırılan yeddi ştat müəyyənləşdirdi. Bu ştatlarda Trampın üstünlük qazanmasının səbəbi nədir?

- “Yelləncək” ştatlarda demokratların namizədinin qalib gəlmə şansının daha çox olduğu proqnozlaşdırılırdı. Amma həmin ştatlarda Trampı seçmək sürpriz sayıla bilər. İlk dəfə deyil ki, Amerika seçki tarixində belə hal baş verir. Yaxın keçmişə nəzər salsaq görərik ki, seçkilərlə bağlı proqnozlar bəzən alt-üst olub. Məsələn, 2000-ci ildə vitse-prezident Albert Qor ilə Corc Buş arasında seçki yarışında Qor daha çox səs qazanmışdı. Amma nəticədə Buş seçildi. Bu da ABŞ-da qarışıq seçki sistemi ilə bağlıdır. Bu ölkədə vətəndaş birbaşa seçim etmir, nümayəndələri seçirlər, həmin nümayəndələr də prezidenti seçir. Hər ştatda da rəqəmlər fəqrlidir: bir ştatda nümayəndə 20 nəfər ola bilər, başqa bir ştatda 40, digərində 4 nəfər ola bilər. Əvvəldən də məlum idi ki, qızğın mübarizə “yelləncək” ştatlarda gedəcək. Proqnozlar var idi ki, həmin ştatlarda Trampın şansları aşağıdır. Amma bu proqnozlar özünü doğrultmadı. Nəzərə almaq lazımdır ki, 2016-cı ildə də Tramp qələbəsi ilə proqnozları alt-üst etmişdi. Həmin vaxt mübahisəli ştatlarda demokratların namizədi Hillari Klinton üstün görünürdü. Amma Tramp həmin seçkidə də qalib gəlmişdi. Demək olar ki, keçirilən sorğular həqiqəti əks etdirmir. Görünür, “yelləncək” ştatlar Trampa üstünlük verdi. Burada əsas məqam demokratların bir neçə səhvidir. Həmin səhvlər seçkinin nəticələrinə təsirsiz ötüşmədi.

- Trampın ABŞ Prezidenti olması ilə dünya siyasətində nə dəyişəcək?

- ABŞ xarici siyasətində müəyyən dəyişikliklər proqnozlaşdırılır. Tramp seçki kampaniyası zamanı bildirirdi ki, müharibələri, xüsusilə, Rusiya-Ukrayna müharibəsini qısa müddətdə, hətta bir-iki sutkaya bitirəcək. Proqnozlar da buna əsasən verilir. Əlbəttə, Harris seçilsəydi, Ukrayna ilə bağlı Bayden adminstrasiyasının siyasəti davam edəcəkdi. Trampın isə dediyim kimi, vədləri var. Görək cənab bu vədləri yerinə yetirəcəkmi?! Əslində bütün dünya üçün maraqlıdır ki, Tramp bu müharibə ilə bağlı vədini hansı formada yerinə yetirəcək? Düzdür, Tramp xarizmatik siyasətçidir, sözünün kəsəri var. Amma unutmaq olmaz ki, Amerikada “dərin dövlət” var və prosesləri müəyyənləşdirən də məhz o institutdur. “Dərin dövlət” Trampa imkan verəcəkmi ki, Rusiya ilə sıx əlaqə qursun, Ukraynanı pis vəziyyətdə qoysun, Putinin qələbəsini tanısın? Tramp xarici ölkələrlə mübarizədən çox ölkə daxilindəki qüvvələrlə mübarizə aparmalı olacaq. Dövlət Departamenti var, Pentaqon var, Mərkəzi Kəşfiyyat İdarəsi var, beyin mərkəzləri var ki, bu qurumlarda çalışanların çoxu ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsini istəyirlər, Rusiya ilə münasibətlərin sıxlaşmasının isə əleyhinədirlər. Hesab edirəm ki, qarşıda maraqlı proseslərin şahidi olacağıq.

- Trampın bizim bölgə ilə bağlı – Cənubi Qafqazla bağlı siyasəti nə vəd edir?

- Cənubi Qafqazın əsas ölkəsi Azərbaycandır və Azərbaycan da öz problemini həll edib, ərazilərini işğaldan qurtarıb, suverenliyini bərpa edib. Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələri yaxşı idi. Amma unutmayaq ki, ABŞ Prezidenti öz ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazda Azərbaycanla da əməkdaşlığı tələb edir. Söhbət enerji sahəsində, təhlükəsizlik sahəsindəki əməkdaşlıqlardan gedir. Bu sahədə son vaxtlar soyuqluq yaranmışdı, amma hər halda Vaşinqtonun Bakıya münasibəti Parisinki qədər deyildi. Trampın seçilməsi ilə soyuqluğun aradan qalxması gözlənilir. Azərbaycan da maraqlı olmalıdır ki, ABŞ-da arada olan müəyyən suallar aradan qalxsın.
 
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
 
 
 

 
 
- Qüdrət bəy, ABŞ-də seçkilər başa çatdı.Trampın qələbəsi Azərbaycana nə vəd edir?
 
- ABŞ-də güclü erməni diasporası, həm də xristian həmrəyliyindən çııxış edən böyük mərkəzlər var. Ona görə Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə nə respublikaçılar, nə də demokratlar onları işğalçı kimi tanımadı və Ermənistandan işğala son qoymağı tələb etmədi. Bütün dövrlərdə ABŞ Qarabağdakı işğalçı, əli qanlı separatçı rejimin liderlərini açıq və dolayısı yolla dəstəklədi, onlara humanitar kömək adı altında maliyyə yardımı ayırdı, o cümlədən işğalçı Ermənistana.Trampın prezidentliyi dövründə biz işğala son qoyduq. Bu baxımdan Harrisdənsə onun seçilməsi bizim üçün daha əlverişlidir. Onun yaxından tanıdığı və münasibətlərdə olduğu azərbaycanlılar, bizimlə dostluq edən yəhudi diasporasının nümayəndələri var ki, bu da onun qərarlarına təsirsiz olmayacaq. Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil və digər güc mərkəzləri ilə hesablaşmalıdırlar. O seçkidə verdiyi vədlərin 20%-ni də yerinə yetirə bilməyəcək, amma ən azından Ukraynada savaşı dayandırmağa cəhd edəcək. O bilərəkdən özünü dəlisov siyasətçi adlandırır, özünü Putinə oxşatmağa, onun kimi görünməyə çalışır, çünki dünya liderlərinin Putindən necə qorxduğunu görür. Azərbaycana münasibətə gəldikdə o, bizi ədalətsiz sülhə, Qarabağ ermənilərini birtərəfli qaydada Qarabağa qaytarmağa məcbur edə bilməz.
 
- COP 29-un başlanmasına sayılı günlər qaldi. Ermənistanın tədbirə qatılması naminə həbsdə olan bəzi erməni hərbçilərini azad edə bilərikmi?
 
- Separatçı rejimin əli qana batmış liderlərini yox, digərlərini azad etmək olar. Amma Ermənistanın tədbirə qatılması naminə yox, sülh prosesinə töhfə vermək üçün. Ona görə bu kimi məsələlərdə danışıqları aparan prezidentə güvənmək lazımdır. O bu qənaətə gələcəksə ki, kimlərisə azad etmək lazımdır, deməli ölkəmizin maraqları bunu tələb edir və biz də onun qəbul etdiyi qərarları dəstəkləməliyik.
 
Ardını oxu...
Russell Berman: "Qalib və uduzan arasında səs fərqi nə qədər çox olarsa, uduzan tərəfin etiraz etmə ehtimalı bir o qədər az olar"

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkilərin əsas favoriti hələ bəlli deyil: bəzi sorğulara görə, Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris cüzi üstündür. Bəzi sorğulara əsasən isə Respublikaçılar Partiyasının namizədi, keçmiş Prezident Donald Tramp qələbə qazanacaq. Prezidentlik yarışı mahiyyətcə “yelləncək ştatlar” uğrundadır. Üstəlik, seçki kampaniyasının sonunda namizədlər nəinki siyasi fəallıqlarını artırdılar, əksinə, ritorikalarını sərtləşdirdilər, hətta şəxsi təhqirlərə də əl atdılar. Tramp demokratları inzibati resurslardan istifadə etməkdə günahlandırırsa, Harris və tərəfdarları açıq şəkildə rəqibi faşist adlandırır və onu Rusiya ilə əlaqələrdə ittiham edir.

Stenford Universitetinin professoru, Huver İnstitutunun aparıcı elmi işçisi və baş məsləhətçisi Russell Berman “Lenta.ru”ya müsahibəsində prezidentlik yarışının Amerika cəmiyyətini necə parçaladığını, ABŞ-da vəziyyətin nə üçün təhlükəli olduğunu və seçkilərin nəticələrinin necə ola biləcəyini izah edib. AYNA müsahibənin aktuallığını nəzərə alaraq istinadla təqdim edir:

- ABŞ-da prezidentliyə namizədlərin ritorikası getdikcə sərtləşir və keçmiş Prezident Donald Tramp iki dəfə sui-qəsd cəhdi ilə üzləşib. Bu niyə baş verir?

- ABŞ-da siyasətçilərə qarşı sui-qəsd cəhdləri yeni hadisə deyil. Cəhdlərdən 20-ci əsrdə ən məşhuru təbii ki, 1963-cü ildə Con Kennedinin öldürülməsi, daha sonra isə 1968-ci ildə Robert və Martin Lüter Kinqin ölümü oldu. Sonra Ronald Reyqanın həyatına qəsd oldu. Amerika tarixi həm də Abraham Linkolnun öldürülməsi ilə yadda qalıb. Bu cür siyasi qətllərin nümunələrinə bir çox başqa ölkələrdə - Almaniyada, İtaliyada və təbii ki, Latın Amerikası ölkələrində də rast gəlmək olar. Əgər Tramp həqiqətən də Prezident Co Bayden, vitse-prezident Kamala Harris və digər demokratların iddia etdiyi kimi “demokratiya üçün təhlükədir”sə, o zaman onların bəzi tərəfdarlarının onu aradan götürməyi düşünməsi məntiqlidir. Yəqin ki, onlar sözlərinin faktiki sui-qəsd cəhdlərinə səbəb olacağını düşünmürdülər. Halbuki silahların hazır olduğu və hər zaman çılğın insanların olduğu bir ölkədə bu hücumlar baş verə bilər. Şəxsən mən Trampın o qədər də təhlükəli olduğunu düşünmürəm, lakin onun rəqibləri şiddətli ritorikaya əl atıblar.

- Bəs ikinci sui-qəsd cəhdi birincidən nə ilə fərqlənir?

- Görünür, hər iki cinayəti törədənlər psixoloji problemləri və ya həddindən artıq ekssentrikliyi olan adamlar olublar. Bununla belə, birincidən - 20 yaşlı Tomas Metyu Kruksdan fərqli olaraq, ikinci cinayətkar - 58 yaşlı Ryan Uesley artıq hakimiyyət orqanlarına təhlükəli şəxs kimi tanındı. Ancaq yenə də birinci və ikinci cəhd arasındakı əsl fərq, ikincinin ikinci olmasıdır. Problem müvafiq təhlükəsizlik qüvvələrinin səriştəsizliyindədir.

Sui-qəsd nəzəriyyəçiləri əlbəttə ki, Bayden administrasiyası tərəfindən Trampa verilən zəif təhlükəsizliyin qəsdən edildiyinə inanırlar. Hər şey mümkündür, lakin sadə bürokratik səmərəsizlik daha çox görünür.

- Sizcə, bu, ABŞ tarixində tamamilə yeni bir hadisədir, yoxsa köhnə ənənələrin davamıdır? Məsələn, 1981-ci ilin martında yeni seçilmiş prezident Ronald Reyqana sui-qəsd cəhdi ilə paralellər aparmaq nə dərəcədə məqbuldur?

- Trampa hücumlar həqiqətən də Reyqana qarşı sui-qəsd cəhdinə bənzəyir: bunlar psixoloji problemləri olan şəxslərin hərəkətləridir. Lakin onlar 1980-ci illərdəkindən daha mübahisəli siyasi debat kontekstində baş verir.

- Son sui-qəsdin təsiri hələ də Trampın reytinqlərinə və bütövlükdə prezidentlik yarışı kampaniyasına təsir edirmi?

- İkinci sui-qəsd cəhdinin özlüyündə əhəmiyyətli faktor olduğuna əmin deyiləm. Birincisi, təbii ki, birinci olduğu üçün belə idi. İkinci cəhd çox güman ki, Tramp tərəfdarları arasında keçmiş Prezidentin həqiqətən də öldürülmək istənilməsinə inamı gücləndirib. Lakin bu, özlüyündə dönüş nöqtəsinə çevrilmədi.

- İndi Trampın seçicilərinin əsasını kimlər təşkil edir? 2016 və 2020-ci illərlə müqayisədə nəsə dəyişibmi?

- Seçkidən əvvəl “Tramp seçiciləri” haqqında danışmağın mənası yoxdur. Hələlik bunlar onun tərəfdarlarıdır. Və sorğulara görə, bəzi maraqlı xüsusiyyətlər var. Məsələn, namizədlərə dəstəkdə gender fərqi genişlənib. Əslində Trampın abortla bağlı mövqeyi çox mülayimdir, baxmayaraq ki, o hesab edir ki, məsələ federal hökumət tərəfindən deyil, dövlət səviyyəsində tənzimlənməlidir. Tramp həmçinin kişiliyə düşmən və “toksik” kimi baxan liberal mədəniyyətin qəbuledilməz olduğu kişilər tərəfindən də güclü şəkildə dəstəklənir.

Nəhayət, respublikaçılar və Tramp işçi sinif seçiciləri arasında üstünlük qazanır. Demokratlar isə zəngin və daha yaxşı təhsilli insanlar arasında populyardır. Bu əhəmiyyətli dəyişiklikdir.

- Sizcə, Tramp öz seçici bazasını genişləndirməyə və qərarsız seçiciləri cəlb etməyə müvəffəq olubmu?

- Bu haqda danışmaq hələ tezdir. Bu, qismən Harrisin seçki kampaniyasının buraxdığı səhvlərlə bağlıdır. Məsələn, o, əsas katolik tədbirində, illik Alfred Şmit Memorial Fondunun şam yeməyində iştirak etməmək qərarına gəldi. Bu, Hillari Klintonun "alçaldılmış və təhqir olunmuş" amerikalılara əhəmiyyət verməməsinə bənzəyir.

Tramp isə müxtəlif cəbhələrdə irəliləyiş əldə edir. Lakin o, hələ də döyüş meydanında “yelləncək ştatlarda” qərarsız seçiciləri inandırmalıdır.

- Demokratlar namizədini dəyişdikdən – Harris namizəd olduqdan sonra Demokratlar Partiyasının elektoratı necə dəyişdi?

- Bayden Trampla debatda o qədər zəif çıxış etdi ki, demokrat seçicilər dərin məyus oldular və yön dəyişdilər. Buna görə də Demokratlar Partiyasının rəhbərliyi Baydeni Harrislə əvəzləmək üçün manipulyasiyadan istifadə etməli, bununla da yaş problemini aradan qaldırmalı oldu. Bundan əlavə, bəzi demokrat seçicilər həqiqətən də qadın namizədi dəstəkləmək istəyirdilər.

Trampın əsas üstünlüyü onun siyasətə kənardan gəlməsidir və ABŞ-da ənənəvi siyasi proseslərdən narazı olanlar çoxdur. Bunun əksinə olaraq, Harris Demokratlar Partiyasının “maşınının” məhsuludur, heç bir uğuru yoxdur.

- Rusiya Prezidenti Vladimir Putin namizəd kimi Harrisi dəstəklədiyini açıqlayıb. Çoxları bunu ironik hesab edir. Sizin bu açıqlamaya münasibətiniz necədir və bu, seçki kampaniyasına necə təsir edə bilər?

- Güman etmək lazımdır ki, Putin bu barədə ciddi danışıb. Harris əlbəttə ki, daha "proqnozlaşdırıla bilən"dir. Tramp isə gözlənilməzdir, çünki o, ənənəvi siyasətçi deyil. Putinin nöqteyi-nəzərindən, proqnozlaşdırıla bilən Harris ehtimal ki, ABŞ-ın Ukraynadakı hazırkı siyasətini davam etdirəcək. Yəni müharibəni davam etdirmək üçün Kiyevə dəstək verəcək, lakin qalib gəlməsi üçün bu, kifayət etməyəcəjk. Putin üçün bu, sərfəlidir.

Amma Tramp qalib gələrsə, ABŞ çox gözlənilməz addım ata bilər. Məsələn, Ukraynaya verilən silahların keyfiyyətini yaxşılaşdıra bilər. Yaxud da sülh və güzəştə getmək üçün Moskvanı ciddi hədələyə bilər.

- Bütövlükdə ABŞ-dakı seçki kampaniyasında Rusiya faktoru hansı rol oynayır?

- Son seçkidə demokratlar Trampı Putinin piyadası kimi göstərməyə çalışıblar. Bu nağıl məncə, Klintonun 2016-cı ildə məğlubiyyətini izah etmək üçün icad edilmişdi. Klinton Putinin gizli şəkildə Trampa kömək etməsəydi, qalib gələcəyinə inanırdı.

Müzakirələr zamanı Harris Ukraynanın qələbəsini müdafiə etdi. Tramp isə hər iki tərəfdən insan itkisi faciəsindən və döyüşlərin dayandırılmasının zəruriliyindən danışdı.

- Bəs Ukrayna faktoru hansı rol oynayır?

- Hazırda Rusiya mövzusu Ukraynadan ayrılmazdır. Lakin müharibənin uğurla başa çatmasından sonra ABŞ-la Rusiya arasında münasibətləri təsəvvür etsək, o zaman fikrimcə, maraqlı nəticələr yarana bilər. Bu, Rusiya üçün Çinin kiçik tərəfdaşı olmaqdan daha yaxşı ola bilər.

- Tramp Harrislə yeni debatdan niyə imtina etdi və bu imtina respublikaçıların reytinqlərinə necə təsir etdi?

- Müəyyən mənada Harris debatda qalib gəldi: Tramp mövzudan yayındı. Bununla belə, jurnalistlərin debata münasibəti açıq şəkildə Trampa qarşı qərəzli idi. Trampın dediyi hər şeyi analiz etdilər. Lakin Harris haqqında bunu etmədilər. Jurnalistlər Harrislə daha rahat, Trampa isə çətin suallar verdilər. Tramp həmçinin debat təşkilatçılarının ona qarşı haqsızlıq etdiyini hiss edib, ona görə də yenidən debat istəmədi. Ona görə də, imtina Trampa o qədər də zərər vermədi.

- Uduzan tərəfin seçkinin nəticələrini tanımayacağı ehtimalı nə dərəcədədir?

- Bu, əldə edilən nəticələrdəki fərqdən asılıdır. Qalib və uduzan arasında səs fərqi nə qədər çox olarsa, uduzan tərəfin etiraz etmə ehtimalı bir o qədər az olar. Ancaq fərqli ssenarilər mümkündür. Harris qalib gəlsə, ola bilsin ki, bəzi narazı Tramp tərəfdarları mitinq keçirsinlər, amma ciddi qarşıdurma olmayacaq.

Tramp az fərqlə qalib gəlsə, demokratlar məhkəmələr vasitəsilə müxtəlif ştatlarda səslərin hesablanmasına etiraz edəcəklər, gərgin hüquqi müharibəyə başlayacaqlar. Trampın tərəfi çox güman ki, belə bir strategiyaya əməl etməyəcək, lakin bu, istisna deyil.

Müəllif: Turan Abdulla
dırnaq modelləri
 
 
 

Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Lavrov bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”. Rusiyanın xarici işlər naziri Ankaranın bu siyasətinin iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.
Rusiya xarici işlər nazirinin Türkiyə-Ukrayna hərbi əməkdaşlığına görə Ankaranı tənqid etməsi yersizdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, Rusiyanın Krımın ilhaqını tanımayıb. Türkiyənin Rusiya ilə olduğu kimi Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Rusiya müxtəlif dövlətlərə silah və hərbi texnika satır və əsas məqsədi həm gəlir əldə etmək, həm də silah bazarında mövqeləri möhkəmlətməkdir. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satarkən eyni maraqlardan çıxış edib. Türkiyə Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər.
Buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daima vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Rusiya və Ukrayna nümayəndələrinin sonuncu görüşü məhz İstanbulda keçirilib. Rusiya Prezidenti Vladimir Putin Türkiyənin vasitəçilik təşəbbüslərinə görə dəfələrlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Lavrov Türkiyə haqqında prezidentindən fərqli fikirlər söyləməyə başladı?
Sergey Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni o bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi və Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı. Kreml Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışarkən, İkinci Qarabağ müharibəsi zamanı hərbi texnikanı Ermənistana daşıyırdı. Bu halda eyni sözləri Rusiya haqqında demək olardı, yəni qarşduran tərəflərə hərbi texnika göndərən dövlət vasitəçi ola bilməz.
Sergey Lavrovun Ankaranın siyasətinin Moskva ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiyanın NATO ölkəsi olan Türkiyə ilə tərəfdaşlığı gücləndirməsinə ehtiyacı var. Əks halda Rusiya Prezidenti Türkiyənin BRİCS təşkilatına üzvülüyünü dəstəkləməzdi. Rusiyanın “Rosatom” şirkəti Türkiyənin Mersin bölgəsində atom elektrik stansiyasının tikintisini bitirdikdən sonra Sinopda ikinci stansiyasının tikintisində maraqlıdır.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
 
 
Ardını oxu...
Taryel Əliyev: “Bəzi hallarda narkotik ticarətinə qarşı mübarizəni aparan ayrı-ayrı vəzifəli şəxslərin özlərinin də həmin dövriyyənin içərisində olduğu barədə xəbərlər eşidirik...”

“Qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim MTN İstintaq şöbəsində xidmət etdiyim dövrdə, 1990-cı illər və 2000-ci illərin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət hakimiyyəti nümayəndəsinə qarşı terror aktı törədilməsinə cəhd cinayətlərinə dair istintaqı aparılmış işlər üzrə bir nəfər də olsun Gürcüstan əsilli azərbaycanlı cinayət məsuyliyyətinə cəlb edilməmişdir”

“Hürriyyət”in ötən sayında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevin müsahibəsini dərc etmişdik. Ölkəmizdə və regionda baş verən siyasi proseslərin müzakirəsinə həsr olunan müsahibədə T.Əliyevin səsləndirdiyi “Azərbaycanın quru sərhədləri Gürcüstandan gələ biləcək təhlükəyə görə bağlıdır” fikri Borçalıda yaşayan bəzi soydaşlarımız tərəfindən etirazla qarşılanıb. Redaksiyamıza zəng vuran narazı şəxslər istər keçmişdə, istər də bu gün Borçalı üzərindən Azərbaycana qarşı heç bir təhlükənin mövcud olmadığını dilə gətirməklə yanaşı, müsahibizimi “azərbaycanlıları gözdən salmaqda” ittiham ediblər. Odur ki, məsələyə daha ətraflı aydınlıq gətirmək üçün yenidən Taryel Əliyevlə söhbətləşdik.

- Taryel müəllim, qəzetimizin ötən sayında dərc olunan müsahibədə qeyd etdiyiniz bəzi fikirlər, xüsusilə də “Azərbaycanın quru sərhədləri Gürcüstandan gələ biləcək təhlükəyə görə bağlıdır” açıqlamanız xeyli müzakirələrə səbəb oldu. Hətta Borçalıda yaşayan bir neçə soydaşımız sizi “azərbaycanlıları gözdən salmaqda” ittiham edib. İlk olaraq bu ittihamlara reaksiyanızı bilmək istərdik...

- Müsahibəni diqqətlə oxuyan heç bir şəxs belə bir fikir irəli sürə bilməz. Bu cür iddia irəli sürən şəxslər isə həmin müsahibədə qeyd etdiyimiz fikirləri bir daha təsdiq etmiş olurlar. Yəni onlar mənafelərinə xidmət etdikləri xarici dövlətin, konkret halda İran İslam Respublikasının onların qarşısına qoyduğu tapşırığı yerinə yetirməklə məşğuldurlar. Söhbət burda məhz Borçalıda yaşayan azərbaycanlıların Azərbaycan dövlətindən narazı salınmasından gedir. İran xüsusi xidmət orqanlarının bu dəsti-xətti hər kəsə məlumdur.

O ki qaldı ümumilikdə Gürcüstanda yaşayan 350 min nəfərə yaxın soydaşımıza, onların böyük əksəriyyəti Azərbaycan dövlətinə kifayət qədər sədaqətli, millətçi və vətənpərvər şəxslərdir. Bircə şeyi qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim MTN İstintaq şöbəsində xidmət etdiyim dövrdə, 1990-cı illər və 2000-ci illərin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət hakimiyyəti nümayəndəsinə qarşı terror aktı törədilməsinə cəhd cinayətlərinə dair istintaqı aparılmış çoxsaylı işlər üzrə bir nəfər də olsun Gürcüstan əsilli azərbaycanlı cinayət məsuyliyyətinə cəlb edilməmişdir. Yalnız bir nəfər azərbaycanlı Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı casusluq etdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Yəni demək istəyirəm ki, qəzetinizin keçən nömrəsindəki müsahibədə bildirdiyim fikirlər Gürcüstan azərbaycanlılarının əleyhinə deyil, yalnız onların bəlli bir qisminə aiddir.

- Hesab edirsiniz ki, sizin əleyhinizə fikir bildirən insanlar yenə də İran xüsusi xidmət orqanlarının tapşırığı ilə danışırlar...

- Bayaq da qeyd etdiyim kimi, bu cür fikir bildirənlər əsasən müsahibəni səthi oxuyub, əsassız nəticəyə gələn şəxslər ola bilər. Digər şəxslərin isə sualda qoyduğunuz məqsədləri güddüyü şübhə doğurmur. Bununla yanaşı, onu da deyim ki, mən regionçuluqdan, qohumbazlıqdan, yerlipərəstlikdən kifayət qədər uzaq adamam. Məsələlərə də həmişə obyektiv yanaşmağın tərəfdarıyam. Keçən dəfə də bildirdiyim kimi, İran xüsusi xidmət orqanlarının ölkəmizdəki fəaliyyətinin qarşısı Azərbaycan hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən qətiyyətlə alınır. Mənim yadımdadır ki, son dövrlər Gürcüstanda baş verən proseslərə oxşar və yaxud eyni proseslər 1993-94-cü illərdə Azərbaycan Respublikasında da həyata keçirilirdi. Həmin dövrdəki iqtisadi cəhətdən çətin vəziyyətdən istifadə edən Azərbaycan İslam Partiyasının rəhbərliyində olan bir qrup şəxs Bakı və Sumqayıt əraisində məhz İrandan gələn “yardım kampaniyaları” ilə xeyli insanı özlərinə tərəf çəkmişdilər. Digər bir misal: Azərbaycanın rayonlarının birində bir ailənin 4 üzvü – ata, ana, oğul və gəlin İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdu. Bu və qeyd etməyi lazım bilmədiyim digər hadisələrin üstü vaxtında və peşəkarlıqla açılmış və təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilmişdir.

Bir daha qeyd edirəm ki, Gürcüstandakı hazırkı vəziyyətin yaranması Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla məşğul olmalı olan qurumlarının və səlahiyyətli şəxslərin başdansovdu fəaliyyəti, habelə Gürcüstan hüquq mühafizə orqanlarının məsələyə laqeyd yanaşması səbəbindən mümkün olmuşdur.

- Yeri gəlmişkən, bəzi siyasi şərhçilər sərhədlərin bağlı qalmasını həm də Şimali Qafqazdakı hadisələrlə əlaqələndirirlər. Amma siz keçən dəfə bu məsələyə toxunmadınız...

- Şimali Qafqazda Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına səbəb olacaq hər hansı bir prosesin baş verdiyini zənn etmirəm. Düzdür, zaman-zaman bəzi dini təriqət üzvləri və kriminal şəxslər müəyyən gərginlik yaratmağa çalışırlar. Lakin hesab edirəm ki, nə Rusiya Federasiyası, nə də Azərbaycan dövləti həmin hadisələrin yüksək təhlükəyə çevrilməsinə imkan verməzlər. Bununla yanaşı, Şmali Qafqazda sərhədlərimizə çox yaxın ərazidə aparılmış Birinci və İkinci Çeçenistan müharibələri dövründə də quru sərhədlər bağlanılmamışdır. Baxmyaraq ki, hər iki müharibədə kifayət qədər ağır silahlar tətbiq olunur, terror aktları törədilirdi. Bu zaman az bir sayda çeçen öz torpağını tərk edərək, Azərbaycana və digər dövlətlərə sığınmışdı.

- Sizin Gürcüstandakı seçkilərlə bağlı təxmininiz özünü doğrultdu. Belə ki, qeyd etdiyiniz kimi, hakim “Gürcü arzusu” partiyası qalib gəldi. Amma, təəssüf ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülər seçkinin heç də şəffaf keçirildiyini deməyə əsas vermir...

- Bildiyiniz kimi, hakim “Gürcü arzusu” partiyası səslərin təxminən 54 faizini toplamışdır. Prinsipcə, bu, gözlənilən idi. Sosial şəbəkələrdə yayılan görüntülərə və fikirlərə gəldikdə isə, yəqin ki, bunlar hələ araşdırılacaq və hüquqi qiymət veriləcəkdir. Bizim Gürcüstanın rəsmi orqanlarının verdiyi məlumatları şübhə altına almağa haqqımız yoxdur. Gürcü xalqı öz seçimini etmişdir. Hesab etmirəm ki, baş vermiş qanun pozuntularına dair araşdırmaların nəticələri seçkinin ümumi nəticəsinə təsir göstərəcək.

- Maraqlıdır ki, Gürcüstanda keçirilən parlament seçkiləri Azərbaycanda da böyük diqqətlə izlənilirdi. Hətta son günlər belə fikirlər də səsləndi ki, hakim partiyaya dəstək məqsədilə Azərbaycandan Gürcüstana müəyyən qruplar da göndərilib...

- Həqiqətən də Gürcüstanda keçirilən parlament seçkilərinə cəmiyyətimizin xeyli maraq göstərdiyi hiss olunurdu. Mən hətta deyərdim ki, iki ay bundan qabaq Azərbaycan Milli Məclisinə keçirilən seçkilərə bu qədər maraq hiss eləməmişdim. Bu, böyük ölçüdə ona bağlıdır ki, Azərbaycanda kifayət qədər güclü hakimiyyət mövcuddur və seçkilərin nəticələri aşağı-yuxarı bəlli idi. Lakin Gürcüstan parlamentinə seçki ərəfəsində iş hətta o yerə gəlib çatmışdı ki, bizim şou proqramların aparıcıları belə, Gürcüstan xalqını sabitliyə səs verməyə dəvət edirdilər. Bizdə o sabitlik təmin olunub və illərdir mövcuddur. Nəticələrdən göründüyü kimi, Gürcüstan xalqı da sabitliyi seçdi.

Sualın digər hissəsinə gəldikdə isə, Azərbaycandan Gürcüstana nəinki hakim partiyaya, həm də müxalifətə dəstək olmaq üçün müəyyən qədər şəxslər getmişdi. Mən özüm sentyabr ayında şəxsi işlərimlə əlaqədar Gürcüstanda olmuşam. Bizim Faxralı kəndində əsasən müxalifətə dəstək olmaq üçün bir-neçə adamın gəldiyinin şahidiyəm. Düzdür, onların motivləri bir qədər fərqli idi. Bununla yanaşı, istər iqtidara, istər də müxalifətə dəstək üçün Gürcüstana getmiş, yaxud göndərilmiş şəxslərin proseslərə hər hansı ciddi təsirinin olduğunu zənn etmirəm.

- Bu arada, Gürcüstanda seçkinin nəticəsi ilə barışmayan müxalif qüvvələr fasiləsiz etiraz aksiyasına qərar verdi. Siz proseslərin gedişini necə görürsünüz?

- Düzü, mən bu aksiyaların hər hansı nəticəyə gətirib çıxaracağını gözləmirəm.

- Belə bir vəziyyətdə Gürcüstanı nə gözləyir? Sizcə, Avropa ilə diplomatik əlaqələr, o cümlədən vizasız rejim ləğv oluna bilərmi?

- Keçən dəfə qeyd etdiyimiz kimi, “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra Gürcüstanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən yavaş-yavaş uzaqlaşmağa başladı. Həmin tendensiyanın davam edəcəyini gözləyirəm. Prosesin Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedişlərinin ləğvinə çatacağı zamana bağlı məsələdir.

- Doğrusu, Gürcüstandakı siyasi proseslərlə bağlı cavablandırılası daha bir neçə sualımız var, amma belə görürük ki, siyasi məsələlərə münasibət bildirməyə meylli deyilsiniz...

- Mən keçən dəfə də qeyd etdim ki, Azərbaycanın daxilində cəmiyyəti kifayət qədər maraqlandıran, narahat edən sosial-hüquqi məqamlar var. Məncə, biz daha çox özümüzdən danışsaq yaxşıdır.

- Yeri gəlmişkən, son vaxtlar inzibati cərimələrin artırılması ilə bağlı cəmiyyətdə böyük narazılıqlar var...

- Cəmiyyətdə baş verən ictimai münasibətlərin böyük bir qismi dövlət tərəfindən müəyyən edilən qaydalarla nizama salınır. Təbii ki, bu qaydaların pozulmasına görə müvafiq cəzalar da nəzərdə tutulur. Bu müsahibədə cəzanın fəlsəfəsi ilə bağlı dərin təhlillərə dalmaq istəməzdim. Qaydalar müəyyən olunub və hər kəs bu qaydalara əməl etməlidir. Şübhəsiz ki, qaydalara əməl etməyən şəxslər də müvafiq qaydada cəzalandırılmalıdır.

Bəli, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə cərimələrin hədsiz dərəcədə artırılması son dövrlər cəmiyyətdə xeyli söz-söhbətə səbəb olmuşdur. Bəzən bu cərimələrin artırılmasından populizm məqsədləri ilə də istifadə olunur, cərimələrin məbləğinin əhalinin gəlirlərinə uyğun olmaması barədə danışılır. Lakin əsas məsələ cərimələrin məbləği deyil, onu pozan şəxslərlə nə dərəcədə səmərəli mübarizə aparılmasıdır. Azərbaycandakı vəziyyət isə onu göstərir ki, hansısa bir vəzifəli şəxs şifahi, yaxud yazılı qaydada qanunun hansısa müddəasının müvəqqəti və ya daimi tətbiq edilməməsi barədə göstəriş verir. Məsələn, piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı qanunvericilikdə müvafiq cərimələr nəzərdə tutulmuşdur. Bir neçə il bundan qabaq birdən-birə həmin normanın böyük bir həvəslə tətbiq edilməyə başladığının şahidi olduq. Lakin bu, qısamüddətli və kampaniya xarakterli oldu. Hazırda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı hər hansı bir hüquqi tədbir tətbiq edildiyini görmürük. Bu, tam bir hüquqi nihilizmdir. Şəxs hamının gözü qarşısında yolu piyada üçün nəzərdə tutulmamış yerdən keçir, lakin heç bir tədbir görülmür. Özlüyündə bu, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Bunu DİN-in statistikasına baxsaq, aydın görərik.

Yenə bir neçə il bundan qabaq Dövlət Yol Polisi əməkdaşlarına verilən qanunsuz göstərişin şahidi olmuşam. Həmin göstərişdə qanunda nəzərdə tutulmuş inzibati xətaya görə sürücülərin cəzalandırılmaması tələb olunurdu. Söhbət plyonka və pərdələrdən gedirdi. Yəni qaydalar və cərimələr müəyyən olunub, lakin nə həmin qaydalara əməl etməli, nə də onu tətbiq etməli olan şəxslər buna əməl etmirlər. Deməli, burada əsas məsələ, dediyim kimi, cərimənin müəyyən olunması, yaxud onun məbləği deyil, həmin qaydalara əməl olunmasına nəzarət edən orqanların işinin səmərəliliyi ilə ölçülür.

Digər əsas və vacib məsələ odur ki, cərimə hüquq pozuntusuna görə müəyyən olunur, qısası, qaydanı pozma və cərimə olunma.

- Hesab edirsiniz ki, cərimələri artırmaqla hansısa problemi həll etmək mümkündür?

- Mən qətiyyən belə fikirdə deyiləm. Açığı, bu dəyişikliklərin də normal tətbiq olunacağına ümidim yoxdur. Hətta biraz dərinə getsək, misal üçün, “balkon”da siqaret çəkib kötüyünü yerə atanların aşkar olunmasının mexanizmi belə, yoxdur. Kimsə görüb məlumat versə belə, sübut edilməsi mümkün kimi görünmür. Sözsüz ki, bu məsələdə ictimai qınaq, maarifləndirmə, təbliğat kimi amillərə üstünlük verilməlidir. Lakin şəxsən mənim təcrübəm göstərir ki, maarifləndirmə ilə də küçəni zibilləyənlərin qarşısını almağa nail olmaq xeyli müşkül məsələdir. Mən yaşadığım binanın girişini zibilləyən, siqaret kötüyünü atan, yaxud küçəni zibilləyən şəxslərlə o maarifləndirici söhbəti mütəmadi aparıram. Demək olar ki, indiyədək müsbət nəticə əldə edildiyini deyə bilmərəm. Yaxud, işğaldan azad edilmiş ərazilərimizdə zibil toplanılması faktları barədə mətbuatda xeyli məlumat getmişdi. Belə bir vəziyyətdə, sözsüz ki, cərimələrin düzgün tətbiqinə ehtiyac yaranır.

- Bu gün cəmiyyətimizi düşündürən əsas problemlərdən biri, bəlkə də birincisi ölkədə narkomaniyanın və narkoticarətin sürətlə yayılmasıdır. Bir hüquqşünas kimi sizin fikrinizi bilmək istərdik, narkotik alverçiləri ilə bağlı qanunların sərtləşdirilməsi bu problemin həllinə gətirib çıxara bilərmi?

- Bayaq da qeyd etdiyim kimi, hüquq pozuntuları ilə mübarizədə əsas məsələ cəzaların sərtliyi deyil, onların düzgün tətbiq olunmasıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət orqanlarının əməyini yüksək qiymətləndirirəm. Bununla yanaşı, bəzi hallarda bu mübarizəni aparan ayrı-ayrı vəzifəli şəxslərin özlərinin də həmin dövriyyənin içərisində olduğu barədə xəbərlər eşidirik. Eyni zamanda, bəzi hallarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə yalnız statistik hesabatlardakı rəqəmləri göstərmək hesabına, səthi aparılır. Öz növbəsində, bu hallar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə ümumi vəziyyətə mənfi təsir göstərir.

- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, Azərbaycana daxil olan narkotiklərin ən yaxşı halda 16 faizi aşkar olunur. Bu isə o deməkdir ki, ölkəmizə gətirilən narkotik vasitələrin böyük hissəsi sərbəst şəkildə öz alıcısına çatır. Sizcə, bunun qarşısını almaq niyə mümkün olmur?

- Narkotiklərin qanunsuz dövriyyəsi latentliyi olduqca yüksək olan cinayətdir. Bu halda istər alıcı, istər də satıcı tərəfindən hüquq mühafizə orqanlarına cinayətin baş verməsi barədə məlumat verilməsi halları demək olar ki, mövcud deyildir. Necə deyərlər, alan məmnun, satan məmnun. Bu cür cinayətlərin üstünün açılması da yalnız hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində mümkün olur. Şübhəsiz ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin də tək hüquq mühafizə orqanlarının üzərinə atılması cinayət faklarının açılma faizinin aşağı olmasına gətirib çıxara bilər. Narkotiklər böyük bəladır, onunla mübarizə hamının – dövlətin, cəmiyyətin, məktəbin, ailənin əlaqəli və birlikdə kompleks fəaliyyəti nəticəsində mümkündür.

- Gəlin, daxildə aparılan mübarizədən öncə narkotik vasitələrin ölkəmizə necə, hansı yollarla gətirilməsi haqda düşünək. Çünki narkotik nə qədər alçatmaz olarsa, bir o qədər istifadəçisi də az olar...

- Ümumiyyətlə, narkotik aludəçiliyinə düçar olmuş şəxsi onun qiyməti artıq maraqlandırmır. Bizim qonşuda bir narkoman olduğunu eşitmişdim. Deyirdilər ki, narkotik vasitə əldə etmək üçün nəinki evin bütün əşyalarını, nətta döşəmənin taxtalarını da söküb satmışdı. Bununla yanaşı, ucuz və ya bahalı narkotik vasitələr mövcuddur. Necə deyərlər, hər kəs ayağını öz yorğanına görə uzadır. Daha ucuz və daha tez təsir göstərən sintetik narkotik vasitələr vardır ki, onlar aludə olmuş şəxsin daha tez məhv olmasına gətirib çıxarır.

Narkotik vasitələrin necə gəlməsi ilə bağlı demək istəyirəm ki, heç kimə sirr deyil, narkotik vasitələr əsasən qaçaqmalçılıq yolu ilə ölkəmizə daxil olur. Tibbi məqsədlər üçün istifadə olunan narkotik tərkibli dərman preparatları ciddi nəzarət altındadır. Qaçaqmalçılıq yolu ilə ölkəmizə daxil olan narkotik vasitələrin böyük əksəriyyəti cənub qonşumuzla sərhəddən keçirilir. Azərbaycan gəncliyini narkotiklərə aludə etdirərək, gələcəkdə öz məqsədləri üçün istifadə etmək taktikası qonşumuzun ölkəmizə qarşı fəaliyyətinin tərkib hissəsidir.

Söhbətləşdi: Anar HƏSƏNLİ
Ardını oxu...
Norveç 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq üçün ciddi şəkildə çalışır. Skandinaviya ölkəsi digər ölkələrlə müqayisədə sosial mediadan daha uzaqdır və hazırda 13 yaşından kiçik uşaqların sosial mediadan istifadə etməsi qadağandır. Amma gözlənildiyi kimi, indiki məhdudiyyət o qədər də yaxşı işləmir və bu, daha əhatəli qanunun nə dərəcədə faydalı olacağı sualını yaradır.

Qaynarinfo xəbər verir ki, Norveçin baş naziri Yonas Qar Styore ölkənin məşhur tabloid qəzetlərindən biri olan VG-yə verdiyi açıqlamada yeni tənzimləmənin həqiqətən çətin sınaq olacağını bildirib.

Baş nazir buna baxmayaraq, bunu mənəvi imperativ kimi qiymətləndirərək, texnoloji nəhənglərin kiçik uşaqların beyni üçün yarışdığı barədə xəbərdarlıq edib.

Əksər sosial media şirkətləri öz platformalarında 13 yaşdan yuxarı istifadəçilərə icazə verir. "Meta"nın qlobal məsələlər üzrə rəhbəri Nik Kleq sentyabr ayında Londonun "Chatham House" beyin mərkəzində çıxışında bu məsələyə toxunmuşdu. O, "Facebook", "Instagram", "Messenger", "WhatsApp" və "Threads" kimi "Meta" məhsullarından istifadənin gənclərin böyük əksəriyyəti üçün müsbət olduğunu bildirib.

"Meta"nın hər hansı qadağalara əməl edib-etməyəcəyini soruşduqda, Kleq belə qadağaların və məhdudiyyətlərin tətbiqinin çətin olacağını deyib.

ABŞ-da 14 əyalət baş prokurorunun açdığı iddialarla üzləşən "TikTok" məhsullarının uşaqlara zərər verdiyi iddialarını rədd edir və onların gördüyü təhlükəsizlik tədbirlərini bəyan edir.

X-in baş direktori İlon Mask və "Snapchat"ın baş direktoru Evan Spiegel bu tənzimləmələri ümumi mənada dəstəkləyir, lakin qadağalarla bağlı dəqiq mövqe nümayiş etdirmirlər. Məsələn, Spiegel iyul ayında ABŞ Senatında qəbul edilmiş Uşaqların Onlayn Təhlükəsizliyi Aktını dəstəklədiyini bildirib.

Norveçin yeni qaydaları 2018-ci ildə qəbul edilən və 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən fərdi məlumatlar qanununu genişləndirəcək. Norveçin Uşaq və Ailələr Nazirliyinin sözçüsü "Business Insider"ə bildirib ki, qanun 2025-ci ildə qüvvəyə minə bilər. Norveçin məlumatları göstərir ki, hazırkı qadağan geniş şəkildə pozulur.
Ətraflı

Rəqəmlər təəccüblüdür: Norveç Media Təşkilatının avqust ayı hesablamalarına görə, 9 yaşlı uşaqların 53 faizi, 10 yaşlıların 58 faizi və 11 yaşlıların 72 faizi sosial mediadan istifadə edir. Məlumatlar Norveçdə 122 məktəbdə 3212 uşaq və 2545 valideynin iştirak etdiyi sorğuya əsaslanır.

Norveçin uşaq və ailə naziri Kjersti Toppe VG-yə verdiyi açıqlamada qanunun valideynlərə uşaqlarını məhdudlaşdırmağa kömək edəcəyinə ümid etdiyini bildirib: "Ümid edirik ki, qanun valideynlərə yox demələri üçün təhlükəsizlik verəcək. Biz bilirik ki, bir çox insanlar həqiqətən yox demək istəyirlər, amma bacara bilməyəcəklərini hiss edirlər".

Norveç hökumətinin sözçüsü "Business Insider"ə bildirib ki, onlar yaş yoxlaması ilə qaydaları tətbiq etməyi düşünürlər, lakin ilk növbədə sanksiyalar tətbiq etmədən qadağanı həyata keçirəcəklər: "Uşaqları qorumaq valideynlər, texnologiya sektoru və dövlət orqanları arasında ortaq məsuliyyətdir".

Lakin bu təşəbbüsü tənqid edənlər deyirlər ki, sosial media qaydalarını hökumət deyil, valideynlər müəyyən etməlidir. Süni intellekt üzrə ekspert, Osloda yerləşən "Too Easy" texnologiya şirkətinin müəllifi və baş direktoru Tomas Anglero deyir ki, norveçlilər çox güman qaydalara məhəl qoymayacaqlar.

Anglero bildirib ki, Osloda ailələr uşaqlarının idman komandalarını əlaqələndirmək və ya sadəcə söhbət etmək üçün sosial mediadan istifadə edirlər: "Bu qanun adi ailənin fəaliyyətini dayandırır və hamı üçün xaos yaradır. Bəli, uşaqları qorumaq lazımdır, amma daha yaxşı valideynlik texnologiyanı qadağan etməkdən daha yaxşı bir həll olardı. Problem texnologiya deyil, mədəniyyətdir. Norveçin sosial sistemi işləyir, amma valideynlər valideyn olmalı və övladlarını böyütməlidirlər, hökumət yox".

"Verifymy" onlayn təhlükəsizlik provayderinin tənzimləmə işləri üzrə rəhbəri Lina Qazal deyir ki, Norveç qadağanın effektiv olması üçün ağıllı hərəkət etməlidir. Onun fikrincə, hökumət güclü bir sistem yaratmalıdır ki, uşaqlar təsirsiz ola biləcək nəzarətləri asanlıqla keçə bilməsinlər. Bu üsullardan biri hesabın açılması və giriş prosesləri üçün şəxsiyyət vəsiqəsinin fotoşəkili ilə yoxlama tələbidir. Qazal həmçinin vurğulayır ki, e-poçt vasitəsilə yaş təxmini və ya sifətin tanınması ilə yaş hesablanması, daha az narahat edən iki üsuldan istifadə edilə bilər: "Əgər bu hüququ əldə etsələr, daha təhlükəsiz və yaşa uyğun onlayn mühitlər yaratmağı hədəfləyən digər ölkələr üçün güclü model yaradacaqlar".

Bununla belə, digər ölkələr də oxşar ideyaları nəzərdən keçirir. "The Guardian" yazır ki, Avstraliyanın baş naziri Entoni Albanese 16 yaşından kiçik uşaqlar üçün sosial media qadağası üzərində işləyir. Fransa isə fərqli yanaşma nümayiş etdirir və 15 yaşdan kiçik uşaqlar üçün məktəblərdə mobil telefonlara qadağa qoymağa çalışır.
 

Dünyapress TV

Xəbər lenti