Ardını oxu...
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlaması böyük maraq yaradıb. Belə ki, o, Moskvanın Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesində ölkələrə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda Rusiyanın müvafiq kartoqrafik materialı olduğu və lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə onlara verilə biləcəyini diqqətə çatdırıb.

Son hadisələr fonunda Azərbaycan Rusiya vasitəçiliyinə müsbət yanaşa bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi ilə bağlı yaradılan komissiya uğurlu sayıla bilər:

“İki ölkə arasındakı münasibətlərə bu və ya digər formada vasitəçilik etmək istəyən qüvvələr həmişə mövcud olub. Rusiya, ABŞ və Aİ formatında baş tutan görüşləri buna misal çəkmək olar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, xoşməramlı ölkələrin vasitəçiliyinə etiraz etmirik. Lakin daha çox ikitərəfli danışıqların aparılmasında maraqlıyıq. Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan çox yaxşı nümunələr ortaya qoydu. Bir neçə prinsipial məsələlərdə razılığa gəldilər. Sərhədlərin delimitasiya və demarkasiyasına da beləcə başlanıldı”.

Deputatın sözlərinə görə, Azərbaycan və Ermənistan vacib məsələlərdə özləri razılıq əldə edə bilir, lakin son zamanlarda sülh müqaviləsinin imzalanmasında yaranan əngəllər Ermənistanın yarıtmaz siyasətindən qaynaqlanır:

“Ermənistan hakimiyyəti ölkəni digər dövlətlərin plastarmına çevirib. Ərazidə iki mindən çox əməkdaşı olan ABŞ səfirliyi, Rusiya hərbi bazası, NATO qüvvələri, Aİ missiyası tərkibindəki xüsusi təyinatlı, jandarm qüvvələr və s. var. Ermənistan müstəqil qərar verə bilmir. Digər ölkələrin alətinə çevirilib ”.
 
Ardını oxu...
Ötən gün Avropa İttifaqının (Aİ) Brüsseldəki səfirləri Aİ-nin Ermənistandakı Müşahidə Missiyası ilə bağlı qərarı təsdiqləyiblər. Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhəd rayonlarında qalacaqlar. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni üzv.

Qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Erməni mediasının yazdığına əsasən, bu, əslində formal xarakter daşıyır, çünki bu ölkələrin səfirləri artıq layihəyə səs verərək, öz hökumətlərinin mövqelərini bildiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanla şərti sərhəddə yerləşdirilən Müşahidə Missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib. Missiyaya məxsus maşın karvanı sərhədə doğru irəliləyib. Onların nə daşıdıqları, niyə belə aktivləşdikləri barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Başqa bir xəbər isə Ermənistandakı “ARM Tactical” idman klubu adı altında xüsusi taktiki, snayper və terror-təxribat hazırlığı mərkəzinin öz sıralarını xeyli genişləndirməsi ilə bağlıdır. “Minval.az”ın mənbələrdən əldə etdiyi məlumata görə, həmin mərkəz erməni gənclərə təlim məşqləri keçməkdədir.

Ekspertlər hesab edirlər ki, Ermənistanda Azərbaycan əleyhinə təxribat-terror fəaliyyəti üçün geniş kadr hazırlığına başlanılıb. Bəzi analitiklərin qənaətincə, eyni zamanda, avropalılardan ibarət Müşahidə Missiyasının Ermənistanda qalma müddətinin artırılması, şərti sərhəd yaxınlığında ermənilərin səngərlər qazması hərbi toqquşma riskinin artdığı ehtimalını gücləndirir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Moskvada yaşayan azərbaycanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov deyib ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesi “bir addım qabağa, iki addım geri” prinsipi ilə gedir:

- Məsələn, delimitasiya və demarkasiya prosesi ilə bağlı komissiyaların görüşü keçirilir, optimist bəyanatlar səslənir. Ümumiyyətlə, bu məsələdə hər iki tərəfin razılığı var. Hansı ki, sülh prosesində sərhədlərin müəyyənləşməsi məsələsi də əsas bəndlərdən biri idi. Amma əsas məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət, Avropa missiyası ilə bağlı Azərbaycanın tələbləri var ki, Ermənistan bundan imtina edir. Ümumiyyətlə, düşünürəm ki, Avropa missiyası ilə bağlı Bakının şərtlərinə İrəvan əməl etməyəcək. Missiyanın qalma müddətinin uzadılması da bunu deməyə əsas verir. Bu isə təbii ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını mümkünsüz edir.

İki ölkə arasındakı münasibətlər indi müşahidə edilən kimi, sabit və qeyri-sabit fazalarda inkişaf edəcək. Onsuz da 2025-ci ildə sülh sazişinin imzalanması mümkünsüz görünürdü. Çünki yenə deyirəm, Azərbaycanın tələbləri var ki, onları Ermənistan yerinə yetirmək niyyətindən uzaq görünür. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddənin dəyişdirilməsindən, de-fakto fəaliyyət göstərməyən Minsk Qrupunun ləğvindən, Ermənistandakı Avropa missiyasının varlığına son qoyulmasından gedir. İrəvan Bakının şərtlərini qəbul etməyə meyilli olsaydı, Avropa Müşahidə Missiyasının qalma müddətinin uzadılmasına “hə” deməzdi.

- Avropa müşahidəçilərinin Ermənistanda qalması Azərbaycanla Ermənistan arasında nələrin baş verməsinə səbəb ola bilər?

- Tərəflər arasında hadisələrin dəyişməsinə əsas verən amil nə avropalı müşahidəçilərin Ermənistanda qalma müddətinin uzadılmasıdır, nə də Ermənistanın Avropaya inteqrasiya kursu seçməsidir. Bu amillər sadəcə vəziyyəti müəyyən sabit şəkildə saxlayır, indiki status-kvonun davam etməsini təmin edir. Necə deyüərlər, nə müharibə, nə sülh vəziyyəti müşahidə edilir. Tərəflər arasındakı gərginliyə səbəb ola biləcək məsələ Ermənistanın silahlanması, Ermənistana gətiriləcəyi ehtimal olunan yeni hücum silahlarıdır. Əgər Ermənistan hədiyyə aldığı, pulu ilə aldığı silahları bazalardan çıxarıb təlim mərkəzlərinə gətirərsə, o zaman hərbi gərginliyin yaranması ehtimalı artır.

Amma avropalı müşahidəçilərin qalma müddətinin artırılmasının gərginliyə, hansısa toqquşmaya səbəb olacağını proqnozlaşdırmaq düzgün deyil. Baxın, həmin Missiya iki ildir ki, Ermənistandadır, amma bu, tərəflər arasında hansısa toqquşmaya, çaxnaşmaya səbəb olmayıb. Düşünürəm ki, onların qalma vaxtının uzadılması qərarı bundan sonra da hansısa hadisəyə səbəb olmayacaq. Sadəcə münasibətlərdə onsuz da mövcud olmayan etimadsızlığı daha da dərinləşdirəcək, sülh prosesinə zərər verəcək. Çünki Azərbaycanın tələblərindən, şərtlərindən biri də həmin missiyanın çıxarılması ilə bağlıdır.

- Yeri gəlmişkən, son vaxtlar yayılan məlumatlara görə, Ermənistanda “ARM Tactical” idman klubu adı altında xüsusi taktiki, snayper və terror-təxribat hazırlığı mərkəzində yeni təlimlər keçirilir, hərbi hazırlıqlar aparılır. Bu, nədən xəbər verir?

- Toqquşma riskini artıran amil Ermənistanın xaricdən aldığı hücum silahlarının təlimidir. Hansısa qrupun məşqləri, silahla davranış qaydalarını öyrənməsi mümkündür. Ola bilsin ki, gələcəkdə həmin şəxslərdən terror törətmək məqsədilə istifadə olunsun, yaxud da yeni müharibə olarsa, onlar ordu sıralarına qoşulsunlar və s. Amma hərbi toqquşma riskini artıran əsas amil Ermənistanın xaricdən tədarük etdiyi hücum silahları ilə təlimlər keçirməsidir. Hələlik belə təlimlər yoxdur, amma istisna da edilmir. Bu isə yeni gərginliyin yaranması ilə nəticələnə bilər. Çünki Ermənistan Azərbaycan ərazilərini 30 ildən çox müddətdə işğalda saxlayıb, iki müharibə baş verib, Ermənistan Konstitusiyasında ərazi iddiaları qalmaqdadır. Ən əsası isə iki ölkə arasında sülh sazişi imzalanmayıb. Belə bir vəziyyətdə Ermənistanın hücum silahları ilə silahlanması, bu silahların təliminin keçirilməsi potensilah hərbi toqquşma riskini artırır.

Hansısa qrupun silahlarla məşqləri, hansısa revanşist qüvvələrin bəyanatları, anti-Azərbaycan təbliğatı müharibə səbəbi deyil. Amma Ermənistanın ağır hücum silahları alması yeni müharibəyə səbəb ola biləcək məsələdir. Bu silahlanmaya görə Ermənistanı Azərbaycanın cəzalandırması mümkündür. Hər hansı bir dövləti onun təcavüzkar siyasətinə görə cəzalandırırlar, denasifikasiyaya uğradırlar. Biz öz arqumetlərimizi irəli sürmək üçün, dünyanın gözündə təcavüzkar olmamaq üçün əlimizdə elə fakt olmalıdır ki, həmin fakt Ermənistanı cəzalandırmağa əsas versin. Hesab edirəm ki, Azərbaycanın dünyaya göstərə biləcəyi ən güclü fakt Ermənistanın hücum silahları almasıdır. Əslində bu proses məncə, başlayıb. Bilirsiniz, hansısa toqquşmadan əvvəl rəsmi bəyanatlar verilir. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar verdiyi bəyanatlar uzaqgörən siyasətin başlanğıcıdır.

- Hansı bəyanatları nəzərdə tutursunuz?

- Ölkə başçısının “Ermənistan faşist dövlətdir” bəyanatı həmin siyasətin başlanğıcı hesab edilə bilər. Ermənistan haqqında Azərbaycanın ictimai diplomatiyası “faşist”, “monoölkə”, “millətçi”, “təhlükə” ifadələrindən istifadə edir. Bu, haqlı iradlardır, yarlıq deyil, şər deyil. Bunların hamısı fakta əsaslanan metaforalardır. Biz bunu dünyaya deməliyik ki, sabah təcavüzkar dövlət, faşist dövlət cəzalandırılanda beynəlxalq ictimaiyyət bizi günahkar bilməsin. Bu gün iki ölkə arasında sülh yoxdur və 30 ildən çox işğalı davam etdirmiş bir dövlət sülhdən yayınır, əvəzində yenidən hücum silahları ilə silahlanır.

Gözləməliyik ki, Ermənistan yenidən təcavüzə başlasın, ərazilərimiz bombalansın, ondan sonra reaksiya verilsin? Nəyə görə Azərbaycan təcavüzkarı qabaqlamamalıdır? Bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq və potensial təcavüzün qarşısını əvvəldən almalıyıq. Anlamaq lazımdır ki, Ermənistanın silahlanmasının bir məqsədi var - Azərbaycana təcavüz etmək. Onlar bizim zəifləməyimizi gözləyirlər. Düşünürəm ki, Azərbaycan Ermənistanın verdiyi bu fakta əsasən addımlarını atmalıdır.

- Demək istəyirsiniz ki, Azərbaycan qabaqlayıcı addımlar atmalıdır?

- Mütləq şəkildə. Bunu bizim beynəlxalq aləmdə ən yüksək tribunadan analogiya aparmağa və haqlı olduğumuzu sübut etməyə əsaslarımız var. Bu gün İsrail Suriya ilə sərhəddə Suriya ərazisinə öz qoşunlarını daxil edir və bildirir ki, millətinin, dövlətinin təhlükəsizliyini təmin etmək üçün naməlum olan hökumət qarşısında bufer zona yaradır. Əslində bu, müzakirə obyektidir. Çünki Suriya heç vaxt İsrail ərazisini zəbt etməyib. Ermənistan isə 30 ildən çox müddətdə Azərbaycan ərazilərini işğalda saxlayıb və bu, faktdır. Azərbaycan dünyaya bəyan edə bilər ki, özümü təcavüzkar, aqressor dövlətdən qorumaq üçün qabaqlayıcı tədbirlər görürəm. Hesab edirəm ki, Bakıdan verilən bəyanatlar buna da aparır.
Ardını oxu...
Zəngəzur dəhlizinin reallaşması məsələsi Azərbaycan tərəfindən yenidən gündəmə gətirilib. Prezident İlham Əliyev dünən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında deyib ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb və İkinci Qarabağ müharibəsindəki qələbədən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb: “Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Azərbaycan tərəfindən bu dəhlizin açılması üçün praktiki addımlar atılır. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.

“Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq”, - deyə Prezident əlavə edib.

Azərbaycan lideri İrəvana çağırış xarakterli mesaj da ünvanlayıb: “Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır. Bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur”.

“Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını biz müxtəlif yollarla təmin edirik. İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir, digər imkanlarımız da var. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır. Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq”, Prezident əlavə edib.

Ölkə başçısının bu ifadələri bir daha onu göstərir ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılmasında israrlıdır və dəhlizin fəaliyyət göstərməsi üçün lazımi siyasi addımlar atılır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, Prezident tərəfindən Zəngəzur dəhlizinin açılacağı ilə bağlı mesajı birinci dəfə deyil:

- Deməli bu məsələ bəzilərinin, eləcə də qarşı tərəf olan Ermənistanın fikirləşdiyi kimi, gündəmdən çıxmayıb. Cənab Prezidentin çıxışında əsas istiqamətdən biri budur ki, Zəngəzur dəhlizi artıq beynəlxalq termindir və bu gün beynəlxalq aləmdə bu dəhlizin nədən ibarət olduğu hamıya bəllidir. Əvvəllər bəzi beynəlxalq qurumlar düşünürdü ki, bu, hansısa dövlətin ərazisinə keçməkdir, kiminsə suverenliyinə toxunmaqdır. Lakin indi Zəngəzur dəhlizi beynəlxalq logistikanın tərkib hissəsi kimi qəbul edilir.

Ermənistan çalışır ki, Zəngəzur dəhlizində gömrük xidməti fəaliyyət göstərsin, rüsumlar alsın, sərhəd xidməti orada fəaliyyət göstərsin. Amma bu zaman ora dəhliz yox, yol olur. Yəni Ermənistan tərəfi bəyan edir ki, Azərbaycandan ayrılmaz hissəsi olan Naxçıvana gediş-gəlişi təmin etməyə hazırdır, amma yol məntiqi ilə. Azərbaycan tərəfi isə yol məntiqini qəbul etmir, Zəngəzur dəhlizini birmənalı şəkildə dəhliz kimi görür. 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Birgə Bəyanatda da Zəngəzur dəhlizinin açılması qeyd olunur, orada yol məntiqi qeyd olunmur. Cənab İlham Əliyev bu Bəyanatı xatırlatmaqla bir daha İrəvana çağırış etmiş oldu. Rəsmi İrəvan düşünüb-daşınmalı, lazım olan qərarı verməlidir. Daha doğrusu, Bəyanatda göstərilən müddəanın icra etməlidir. Ermənistan anlamalıdır ki, Zəngəzur dəhlizi Azərbaycanın gündəmindədir. Eyni zamanda, onu da anlamalıdır ki, Azərbaycan dəhlizdə hansısa yoxlamanı qəbul etməyəcək. Prezident “maneəsiz keçid” deməklə məhz bunu nəzərdə tuturdu.

- Amma dediyiniz kimi, Zəngəzur dəhlizini mübahisələndirən güclər də var. Əsasən də İran bu məsələnin onun “qırmızı xətti” olduğunu bəyan edir...

- Bu dəhliz Azərbaycanla ayrılmaz hissəsi olan Naxçıvana maneəsiz gediş-gəliş üçündür. Prezident də bildirdi ki, Zəngəzur dəhlizi Naxçıvana gediş-gəliş üçün daha əlverişlidir. Bəli, həm İran, həm Rusiya, həm Ermənistan, həm də Avropa missiyaları bu məsələni mübahisələndirir. Çalışırlar ki, Zəngəzur dəhlizi dəhliz məntiqi ilə fəaliyyət göstərməsin. Bu qüvvələrin qorxduğu türk dövlətləri arasında quru əlaqələrinin təmin olunmasıdır. Təbii ki, Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, bununla da Azərbaycanla Türkiyəni birləşdirir. Azərbaycanla Türkiyənin birbaşa quru əlaqəsinin olmasını istəməyən, bunu öz maraqlarına zidd hesab edən qüvvələr Zəngəzur dəhlizinə qarşı mövqe qoyurlar. Hesab edirəm ki, bu mövqelər müəyyən müddətdən sonra dəyişəcək. Çünki Prezidentin də dediyi kimi, Zəngəzur dəhlizi artıq beynəlxalq aləmdə qəbul olunur və gec-tez qlobal logistikanın tərkib hissəsi olan bu dəhliz fəaliyyət göstərəcək.

- Dünəndən erməni ictimaiyyətində bir narahatlıq var. Bəzi erməni ekspertləri Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bəyanatını Azərbaycanın tarixi torpaqları olan Zəngəzura iddiasının artması kimi şərh edirlər. Bu narahatlıq nədən qaynaqlanır?

- Hesab edirəm ki, ermənilər belə ajiotaj yaratmaqla beynəlxalq birliyə demək istəyirlər ki, guya Azərbaycan işğala hazırlaşır. Onlarda belə bir siyasət var ki, “qoymayın, Azərbaycan bizi məhv edəcəjk”. Bu absurdlarla beynəlxalq dəstək toplamağa çalışırlar. Azərbaycan lideri bir daha bildirdi ki, Azərbaycanın heç bir dövlətin suverenliyinə, ərazilərinə iddiası yoxdur. Bəli, Zəngəzur da, Göyçə də Azərbaycanın tarixi torpaqları olub. Ermənilər bunu unutmamalıdırlar. Azərbaycan haqlı olaraq Qərbi Azərbaycan ərazilərindən zorla çıxarılmış, deportasiyua olunmuş azərbaycanlıların geri qaytarılmasını tələb edirsə, bu, ərazi iddiası anlamı verməməlidir. Beynəlxalq hüququn tələbidir ki, Ermənistan bu istiqamətdə də addımlar atmalıdır. Bundan ermənilər narahat olmalı deyil, sadəcə beynəlxalq hüququn tələbini yerinə yetirməlidir. Eyni zamanda, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Məsələ bu qədər sadədir.

- Prezident həmçinin Ermənistanın “Sülh kəsişməsi” layihəsinə toxundu və bunu “qondarma”, “Azərbaycansız kağız parçasından başqa bir şey” olmadığını dedi. Bu mesajın mahiyyəti nədir?

- Ermənistanın Baş naziri Nikol Paşinyan “Sülh kəsişməsi”ndən danışarkən bildirir ki, regionda bütün kommunikasiyalar birlikdə açılmalıdır. İstər dəmir yolları, istərsə də quru yolları birlikdə açılmalı və gediş-gəliş olmalıdır. Bu, Ermənistanın özünü humanitar dövlət kimi göstərmək, beynəlxalq aləmdə müsbət imic qazanmağa çalışmağa cəhddir. Əsas məqam ondan ibarətdir ki, İrəvanın “Sülh kəsişməsi”ndə Zəngəzur dəhlizindən söhbət getmir. Sual olunur: Zəngəzur dəhlizi reallaşmadan bütün kommunikasiyaların açılması nə dərəcədə mümkündür? Bu mənada, Ermənistanın dırnaqarası layihəsi məntiqsizdir. Azərbaycanın tələbi Zəngəzur dəhlizinin açılması, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Ermənistan bu tələbi yerinə yetirmirsə, o zaman Azərbaycansız “Sülh kəsişməsi” layihəsinin gerçəkləşməsi mümkün görünmür. Azərbaycan lideri bu mesajı ilə Ermənistana çatdırmış oldu ki, bizim şərtlərimiz həyata keçmədən kommunikasiyaların açılması real deyil. Təbii ki, Ermənistan rəhbərliyi Azərbaycansız “Sülh kəsişməsi”nin həyata keçməyəcəyini anlayırlar. Sadəcə dediyim kimi, dünyada özlərini sülhpərvər, humanist bir ölkə kimi qələmə vermək niyyətindədirlər. Əgər Ermənistan regionda sülhün bərqərar olmasını, iqtisadiyyatın canlanmasını, nəqliyyat-kommunikasiyaların blokdan çıxarılmasında səmimidirsə, o zaman Azərbaycanın tələblərini yerinə yetirməlidir, Zəngəzur dəhlizinin açılmasına razılığını verməlidir. Əks halda, “Sülh kəsişməsi” elə mənasız sənəd kimi masada qalacaq.

AYNA.az
 
Ardını oxu...
Mirşahin Əlizadə: “Bir çox hallarda professional dəstək almaq daha çox tövsiyyə olunur”
Azərbaycanda pis vərdişlərin qaynağı sayılan asılılıq problemi pik həddə çatıb. Bu, özünü narkomaniya, iqromaniya, komputer oyunlarından aslılıqlarda və s. daha çox göstərir. Bu mövzunu klinik psixoloq, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü Mirşahin Əlizadə ilə müzakirə etdik.
-Mirşahin bəy, Azərbaycanda iqromaniya dəhşətli dərəcədə yayılıb, hətta narkomaniyanı da ötüb. Sizcə, bu, nədən qaynaqlanır?
-Ümumiyyətlə, asılılıqlara nəzər salsaq, görə bilərik ki, asılılıqlar insanın içinin tatmin olunmayan, yəni doyuzdurula bilinməyən müəyyən duyqusal boşluqdan irəli gəlir. İnsanın şüuraltı zehni bu şəkildə işləyir. Yəni bizim gündəlik davranışlarımızın 95 faizi şüuraltı zehnimiz tərəfindən avtomatik idarə olunurlar. Nəticədə bu şüuraltı zehnin də böyük bir qismi 6 yaşına qədər proqramlanır. Bu da uşaqlıq dövrünə təsadüf edir. Biz hansısa çətin vəziyyətə düşəndə, güclü bir stresslə qarşı-qarşıya qalanda, çıxılmaz vəziyyətə düşəndə əgər şüurlu zehnimizlə məsələni həll edə bilməyib, rasional qərarlar verə, məntiqmizi işlədə bilmiriksə, onda bizim şüuraltı zehnimiz dövriyyəyə girir. O bizim həmin vəziyyətdəki davranışlarımızı kontrol etməyə başlayır. Bu zaman da əvvəlcədən bazasında toplanmış doğru olduğuna əmin olduğu inanclara görə qərar verir. Yəni deyir ki, bu vəziyyətdə bunu etmək lazımdır, bu vəziyyətdə bunu etmək doğrudur və s. Bu zaman da nə baş verir - məsələn, münasibətlərdə problem yaşadığımız zaman bizdə yaranan acı duyğulardan qurtulmaq üçün gedib içki içmək, narkotik vasitələrdən istifadə etmək və yaxud da intihar etmək. Hətta ola bilər ki, başqa bir şeylə özünü asılı vəziyyətə salmaq, bir davranış, vərdiş halına gətirmək. Əgər bizim zehnimizdə varsa, yəni şüuraltı zehin o vəziyyətdə onu etməyin doğru olduğuna inanırsa, həmin vəziyyətdə o şeyi edəcək. Asılılıqlardan əziyyət çəkən insanların hamısında biz bunu müşahidə edirik. Yəni deyək ki, adam oyun asılılığından əziyyət çəkirsə, telefon oyunundan, yaxud hər hansı mərc oyunlarından asılı vəziyyətdədirsə, biz görürük ki, o insanın şüuraltında, daxilində bir duyğusal boşluq var. Özgüvənsizlik, yetərsizlik, ümidsizlik ola bilər və s. Onu doldurmaq üçün insan yanlışlıqlara əl atır. Çünki elə öyrənib ki, bu vəziyyətdə bunu etmək lazımdır. Məsələn, bir pasiyentimizdən soruşanda ki, sən alkoqolizmə necə düşdün?.. Yaxud maddə asılılığından, siqaret asılılığından azad ola bilmirsə, görürük ki, bu insanların bəziləri uşaq vaxtından avtoritet olaraq qəbul etdiyi şəxslər - atası, babası, həyatda nümunə aldığı insanların bir çoxu tütün istifadəçisi olublar. Nəticədə şüuraltında belə bir şey formalaşıb ki, deməli, uğurlu olduğun zaman sən tütündən istifadə etməlisən, şad günlərini siqaret çəkərək qeyd etməlisən. Xoş xəbərdən sonra, əsəbləşəndən sonra bunu edir, etdikcə, hər dəfə o davranış təkrarlandıqca daha da genişlənir, daha da kök salır.
İnsanın həyatında bir davranış formalaşdıqca, deyək ki, əsəbləşəndə siqareti yandırdı, bu onun beynində bir düstur yaradır ki, əsəbləşdinsə get siqaret çək. Bir müddətdən sonra görür ki, bu təkcə əsəbləşəndə yox, sevinəndə də siqaret yandıranda ona “ləzzət edir”. Artıq onun zehnində ikinci bir səbəb yaranır, kök salır - sevinəndə də, depressiyada olanda da, yeməkdən sonra da, çaydan sonra da, kofeylə birgə də və s. siqaret çəkir. Belə-belə çoxlu səbəblər yaranır və bu səbəblərin sayı artdıqca insanın asılı olduğu şeylə arasındakı bağlar güclənir və artıq ondan qopmaq çətinləşir. Çünki bir səbəbi aradan qaldırsa, kənarda olan digər səbəblər onu təzədən həmin vərdişə aparıb bağlayacaq. Elə bu səbəbdən də şüuraltımıza yerimiş əvvəlcədən öyrənmiş olduğumuz bu məhdudlaşdırıcı inanclar bizi səhv yönləndirir, bu asılılıqlara gətirib çıxarır. Həmin anda ən doğru bildiyimiz şey onu etmək olub, ona görə də edirik. Bu, əvvəl psixoloji olaraq başlayır, amma sonra fiziki tərəfləri meydana gəlir və insanda bioloji tərəfləri də artıq formalaşır.
-Bioloji tərəfləri deyəndə nəyi nəzərdə tutursunuz?
- Yəni bu, həm fiziki cəhətdən bizdə xəstəliklər yaradır, həm də narkotik istifadəçisi bir insanın bədənində narkotikə, tütün istifadəçisinin bədənində artıq nikotinə qarşı təlabat yaranır. Həmin təlabat ödənilmədiyi zaman fiziki simptomlar baş qaldırmağa başlayır.
-Ümumiyyətlə, belə asılı xəstələriniz çox olur? Əgər çox olursa, onlar əsaən hansı asılılıqdan əziyyət çəkirlər? Sizcə, onlar özləri müalicəsiz, psixoloqa, başqa həkimlərə müraciət etmədən problemin öhdəsindən gələ bilərlər?
- Belə deyim, aslılıqlardan müraciət edənlər çox olur. “Asılılıq” deyəndə bizim ağlımıza tütün, narkotik, spirtli içki və s. gəlir. Halbuki, başqa asılılıqlar da var. Məsələn, insan asılılığı. Münasibətlərdə özəlliklə bunu görürük. Özgüvənsiz insanlar, özünü bəyənməyən insanlar onları bəyənən, yaxud da əvvəlcədən bir şəkildə sevgi görməmiş insanlar duyğusal boşluğunu dolduran insanla qarşılaşanda ona o qədər möhkəm tutunurlar ki, “o olmasa mən yaşaya bilmərəm” şəklində ifadələr işlədirlər. Halbuki burada məntiqli düşünə bilmirlər. Məntiqli düşünsə deyəcək ki, bu adamı tanımayana qədər sən ölməmişdin ki, yaşayırdın da. Görmüşük ki, bu bir həftədir həmin insanın həyatındadır, amma deyir, “o olmasa mən yaşaya bilmərəm”. Əvvəl yox idi, necə yaşayırdın? Bu da bir asılılıqdır. Və indi əsas məsələyə gəlirik -bu asılılıqların hamısından bizə müraciətlər olur. Bir çox hallarda insanlar necə olur bizə müraciət edirlər - ya özləri artıq həyatlarının çəkilməz olduğunu, iztirab içində olduğunu gördüklərinə görə müraciət edirlər, bəzi hallarda isə ətrafdakı insanlar deyir ki, sən bu şəkildə həyatını davam edə bilməzsən, belə olmaz, mütləq şəkildə professional dəstək almalısan. Professional dəstək almaq üçün müraciət edəndə insanlar müəyyən bir şey öyrənib, həyatlarına tətbiq edə bilərlər. Və yaxud, öyrənmədən özləri bilən birisindən dəstək ala bilərlər. İkisi də bizi problemin həllinə gətirib çıxarır. Lakin təbii ki, maddə asılılığı, narkomaniya, alkoqolizm varsa, burada tibbi yoxlanışdan və tibbi müalicədən də istifadə olunmalıdır.
-Yəni psixoloji müalicə ilə yanaşı, tibbi müalicə də getməlidir.
- Getməlidir, baxır vəziyyətə. Məsələn, elə hallar olur ki, orada münasibət problemidir, tamam psixoloji bir haldır. Qumar asılılığıdır, oyun asılılığıdır, bunu sadəcə psixoterapiya ilə aradan qaldırmaq olur. Bəzi hallarda adını çəkdiyimiz mövzulardan təkcə psixoterapiya ilə düzəldilə biləcək mövzularda vəziyyət o qədər ağır olur ki, o insanlar şüurlu düşüncələrini istifadə edə bilmirlər, artıq müəyyən dərman vasitələrinin istifdə olunması zəruri hal alır. Yəni bu individual olaraq yanaşdığımız zaman bəlli olur. Biz heç vaxt deyə bilmərik ki, filan problem təkcə düşüncə ilə, psixoterapiya ilə düzəldilə bilər, fılan problem isə ancaq dərmanla düzəldilə bilər. Lazım olduğu halda ikisi də birlikdə istifadə olunmalıdır. Ancaq bunu dəqiq vurğulaya bilərik ki, dərman müalicəsi insanın düşüncələrini toparlaya bilməsi üçün bir vasitə olaraq istifadə oluna bilər. Bizi problemə salan düşüncəni dəyişdirmədən, dərman bizi həmin problemdən xilas etməyəcək. Sadəcə həmin o duyğuların balanslaşdırılmasına kömək edə bilər. Məqsəd də müəyyən hormonal balansın tənzimlənməsidir ki, insan sağlam düşünə və problemdən düşüncəsini toplayaraq çıxa bilsin.
Öz-özünə sağalmağa gəlincə, bunu bacaranlar da olur, həyat insanı bir yerlərə gətirib çıxarır. Burada baxmaq lazımdır ki, insan nədən asılıdır. Sağlam iradə gücü varsa, yəni istənilən halda insanın sağalması həm fiziki bədənini, həm də ruhunu sağaltmasından söhbət gedirsə, deyək ki, insan avtomatik şəkildə bunu edə bilir, o fərqindəliyi olur. Çevrəsi, mühiti də onu dəstəkləyə bilir. Bəzi hallarda isə bunu edə bilmir. Bir çox hallarda professional dəstək almaq daha çox tövsiyyə olunur.
Ümumi statistikaya baxanda, o problemlərdən əziyyət çəkən insanların çox az bir qismi vzəiyyətdən təkbaşına çıxa bilirlər. Bunun səbəbi onların zəif olmasından qaynaqlanmır. Mənim də öz həyatımda problemlər yaşadığım hallar, duyğusal anlarım olur. Fiziki problemlərim də olur. Özüm həll edə bilmədiyim məsələlərdə başqa birisindən dəstək alıram. Yəni bu ayıb bir şey deyil. İnsani bir haldır, hamımızın başına gələ bilər. Və bir çox hallarda bunlarda professional dəstək almaq zəruridir. Çünki bəzən insanın özünə verməyi cəsarət edə bilmədiyi sualı başqa tərəfdən eşitməsi daha çox işə yarayır.
-Sizcə, bizim cəmiyyətlə digər ölkələrdəki toplumları müqayisə etsək, bizdə insanların asılılıq faizi çoxdurmu? Əgər bu göstərici çoxdursa, səbəbi nədir?
(Ardı var)
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Ardını oxu...
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarənin Rusiya tərəfindən vurulması artıq demək olar, sübuta yetirilib. Dünən “Caliber”in yaydığı məlumatda olduqca önəmli məqamlar yer almışdı. Bildirilirdi ki, Rusiya tərəfi təyyarənin necə vurulduğunu, əmrin kimlər tərəfindən verildiyini bilir. Amma hələ də gərəkən addımlar atılmır. Əksinə, bu məsələdə Azərbaycan tərəfi günahkar kimi göstərməyə çalışır.

Bir neçə gün öncə isə Rusiyaya məxsus “Baza” Teleqram kanalı AZAL təyyarəsinin stenoqramı olduğu iddia edilən mətn yaymışdı. Həmin stenoqramda pilotlar və dispetçer arasında aparılan söhbətdən belə nəticə çıxır ki, guya Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, Bakıya qayıtmaq və nəticədə Aktauya düşmək barədə bütün qərarları təyyarə ekipajı müstəqil qəbul edib. Lakin Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev yayılan xəbərin həqiqətə uyğun olmadığını, “qara qutu”ların materiallarının internetdə yayımlanan stenoqramlardan fərqləndiyini bildirib. “Caliber” də öz mənbələrinə istinadən Rusiyada aparılan araşdırma zamanı təyyarənin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiqləyib.

Globalinfo.az-a danışan AZAL-ın keçmiş prezidenti, birinci dərəcələ təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyev deyib ki, “qara qutu” olmasa belə təyyarənin çöldən vurulması açıq görünür.

Onun sözlərinə görə, Rusiya səhvini etiraf etməsə də, günahkar olduğu məlumdur:

“Fikir verin, təyyarə çöldən vurulduğu üçün metal iç tərəfə əyilib. Daxildən vurulsa, metalın kənarları çöl tərəfə deformasiya olardı. Rusiya da günahkar olduğunu bilir. Bilirsiniz, yalan danışmaq Rusiyanın adətidir. O, beynəlxalq səviyyədə cəzadan yayınmaq üçün belə yollara əl atır. Baş verən hadisə də ona ciddi iqtisadi itki vermiş olur. Çünki Beynəlxalq Mülki Aviasiya qanunları deyir ki, sərnişin təyyarəsi konflikt zonasına uça bilməz. Braziliyanın “Embraer” şirkəti araşdırmanı öz üzərinə götürübsə, bu işə qoşulubsa, orada yalan danışmaq mümkün deyil. Rusiya tərəfi nə qədər bəhanə axtarır, axtarsın. “Embraer” əsassız şəkildə texniki nasazlıq yalanını üzərinə götürməyəcək. Çünki o təyyarələrin istismar müddətində belə hadisələr olmayıb. Braziliya öz işinə əmindir. Orada texniki nasazlıq mümkünsüzdür. Bu təyyarələr çox yüksək səviyyədə istehsal olunub. İndi rusların məsələni fırlatması boş şeydir”.

Ədalət Əliyev deyib ki, Rusiya məsələni boynundan tam atmaq üçün gərək axıra qədər həyasızlıq edə, amma bu dəfə həyazıslıqları işə yaramayacaq:

“Artıq günahkar olduqları sübuta yetirilib. Təyyarələrin hamısı beynəlxalq sığorta şirkətlərində sığorta olunub. Yeri gələrsə, hüquqi qaydada o pulu da Rusiyadan tələb etmək olar. Çünki burada birbaşa Moskvanın əli var. Rus ilk dəfə deyil ki, təyyarə vurur. Məsələn, Malayziya və Polşa təyyarəsini də vurmuşdu. Ondan başqa neçə dənə belə cinayət törədiblər. İndi də bizə eynisini etdilər. Rusiya siyasətçiləri haqda isə danışmağa ehtiyac yoxdur, onları hər kəs tanıyır. Hələ son 30 ildə Azərbaycanın başına gələn oyunların da arxasında Moskva dayanır. Artıq ermənilər bunu başa düşüb, onlardan aralanırlar. Bilirlər ki, ruslar ancaq onları müharibəyə sövq edir. Rusiyanın dediklərinə fikir vermək və inanmaq lazım deyil. Ən doğrusu son nəticəni gözləməkdir”.

Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-ə məxsus Bakı-Qroznı reysini həyata keçirən “Embraer” sərnişin təyyarəsi Rusiya səmasında vurulub. Hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edilib. Təyyarəyə eniş icazə verilmədiyi üçün Qazaxıstanın Aktau şəhərinə uçub. Hava gəmisi aeroporta az məsafə qalmış, vurulma səbəbi ilə idarəetməni itirib və qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
 
 
 
Ardını oxu...
“Ermənistana 10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, onlar bu şərtlər altında belə Azərbaycan Silahlı Qüvvələrinin səviyyəsinə gəlib çata bilməyəcəklər. Belə bir ehtimal mövcud deyil”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkil Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusunun peşəkarlığı ilə yanaşı, hərbi xərcləri də hər ötən il artmaqdadır:

“2025-ci il üçün Silahlı Qüvvələrimizin xərcləri bir qədər də artırıldı ki, bu da dövlətimizin müdafiə və təhlükəsizliyinin yüksək səviyyədə təminatı baxımından olduqca əhəmiyyətlidir.

Azərbaycan Ordusu 2020-ci illə müqayisədə çox güclənib. Ölkəmizdə yeni və güclü hərbi birləşmələr formalaşıb. Nə Ermənistan, nə də Ermənistanın havadarları Azərbaycanla güc dili ilə danışa bilməzlər.

Azərbaycan həm iqtisadi, həm də hərbi qüdrətinə görə bu regionda lider dövlətdir və Cənubi Qafqasla bağlı istənilən məsələdə Azərbaycanın mövqeyini, onun iradəsini nəzərə almadan kimsə hər hansı addım ata bilməz”.
 
 
 

    
Ardını oxu...
ABŞ-ın yeni Prezidenti Donald Tramp Ağ Evə qayıdan kimi radikal qərarları ilə dünyanın gündəmini zəbt edib. İstər miqrantlarla bağlı sərt qərarı olsun, istərsə də ÜST-dən, istər Paris İqlim Sazişindən ABŞ-ın çıxarılması ilə bağlı qərarları olsun dünyada ajiotaja səbəb olub. Əlavə olaraq, Tramp neftin dünyada ucuzlaşması istiqamətində də addımların atılacağını bildirib. Davosda keçirilən Dünya İqtisadi Forumunda Tramp deyib ki, Səudiyyə Ərəbistanı və OPEC-i neft qiymətlərini aşağı salmağa məcbur edəcək. Prezident hesab edir ki, bu, ABŞ-da inflyasiyanın azalmasına və Ukraynadakı müharibə ilə bağlı Rusiyaya təzyiq göstərməyə kömək edəcək.

“Mən həmçinin Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmağı xahiş etmək niyyətindəyəm. Qiymət aşağı düşsə, Rusiya və Ukrayna arasında müharibə dərhal bitəcək”, - deyə Ağ Evin yeni rəhbəri vurğulayıb.

Amerika lideri həmçinin Ər-Riyadı ABŞ-ın planlaşdırılan investisiya paketini ilkin 600 milyard dollardan 1 trilyon dollara çatdırmağa çağıracağını vəd edib. Bundan əlavə, siyasətçi faiz dərəcələrinin dərhal azaldılmasını tələb edəcəyini və digər ölkələrin də ondan nümunə götürməli olduğunu bildirib: “Neftin qiyməti aşağı düşdükcə, mən faiz dərəcələrinin dərhal azaldılmasını tələb edəcəyəm və onlar bütün dünyada aşağı salınmalıdır”.

Ekspertlər hesab edirlər ki, Tramp dediklərinə nail olarsa, bu, dünyada növbəti böhranların, kataklizmlərin yaranmasına səbəb olacaq. Xüsusilə, neft ölkələrinin bu tendensiyadan əziyyət çəkəcəyi ehtimal olunur.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə deyib ki, Tramp neftin qiyməti ilə bağlı hələ seçki təbliğatı zamanı bəyanatlar vermişdi:

- Məncə, buna təəccüblənmək lazım deyil. Çünki bu adam seçicilərinə vədlər vermişdi, indi də həmin vədlərin yerinə yetirilməsinə çalışır. Trampın bəzi qərarları və bəyanatları böyük təhdid doğurur. Xüsusilə, xarici siyasət sahəsində bəyanatları ajiotaj yaradır. Daxili siyasətlə bağlı qərarları anlaşılandır. Məsələn, tənzimlənməyən immiqrasiyanın qarşısını almaq istəyir ki, bu, anlaşılandır. Çünki dünyada yenilik istəyən, xoş yaşayış istəyən insanlar öz ölkələrini tərk edib Amerikaya gedirlər. Halbuki bu insanlar öz ölkələrində layiqli həyatın yaranması uğrunda mübarizə aparmalıdırlar. Miqrantlar Amerikaya problemlər yaradır ki, Tramp da bunun qarşısını almaq istəyir. Eyni zamanda, Amerika sənayesinin, iqtisadiyyatının güclənməsini istəyir ki, bu da başa düşüləndir. Bununla yalnız ölkəsinin, vətəndaşlarının mənafeyini düşünür, bu istiqamətdə addımlar atır. Bir növ, Trampın daxili siyasəti Amerikanın ənənəvi siyasətçisinin etdikləridir. Sadəcə bu siyasəti öz metodları ilə həyata keçirmək istəyir. Bu da təbiidir, hər siyasətçinin öz metodları var. Bayden başqa cür təsəvvür edirdi, Tramp da belə təsəvvür edir, ideyalarına uyğun addımlar atır. Amerikalılar bu adama səs verib lider seçiblərsə, başqa dövlətlərin vətəndaşları nə deyə bilər ki?!

- Neftin qiymətinin aşağı salınması da Amerika cəmiyyətinin istəyidir?

- Əlbəttə ki, birinci Tramp amerikalıların mənafeyini düşünür. Bəyanatında nə dedi? Dedi ki, neftin qiymətinin azalması Amerikada inflyasiyanı azaldacaq, amerikaləıların rifahına xidmət edəcək. Yenə deyirəm, bununla bağlı hələ seçki kampaniyası dövründə demişdi, indi də buna əməl etməyə çalışır. Yəqin ki, onun proqramında neftin qiymətinin düşməsinin iqtisadiyyatın inkişafına necə təsir edəcəyinin detalları var. İkincisi, bəyanatında həm də deyir ki, neftin qiymətinin azalması Ukraynada müharibəni bitirəcək. Dünya nə istəyir, Rusiya təcavüzünün bitməsini, müharibənin dayanmasını istəmir? Tramp da bu metodla həm də müharibəni bitirməyə çalışır. O başqa məsələdir ki, neftin qiymətinin azalması neft ixrac edən, büdcəsi neft gəlirləri hesabına formalaşan ölkələrə bu necə təsir edəcək. Əlbəttə, belə ölkələr neftin qiymətinin düşməsindən narazı və narahatdırlar. Amma bundan Tramp, amerikanlar, heç Avropa və avropalılar da narahat deyillər.

- Neftin qiymətinin düşməsi Ukraynada müharibəni həqiqətən də bitirəcəkmi?

- Müharibəyə son qoymaq deyəndə ki, tərəflər güzəştli danışıqlara getməlidirlər. Tramp adminstrasiyası deyir ki, danışıqlara gəlin, tələbləri azaldın, güzəştlərə gedin. Tərəflər isə daha az güzəştə getmək, yaxud da güzəştə getməmək üçün dirəniş göstərirlər. Tramp neftin qiymətinin aşağı salınması mesajı ilə, eyni zamanda, sanksiyalar hədəsi ilə Rusiyaya mesaj verir ki, Vaşinqtonun tələblərinə razı olsun. Birinci mərhələdə məqsəd Moskva-Kiyev danışıqlarını təşkil etmək, tərəfləri bir masaya gətirməkdir. Sonrakı mərhələlərdə artıq güzəştlər, detallar müzakirə olunacaq. Əlbəttə, neftin qiymətinin düşməsi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə təsir edəcək. Rusiyanın əsas gəlirləri neftdəndir. Bu neft gəlirləri ilə silah-sursat alır, istehsal edir və s. Eyni zamanda, insanlara maaş verilir, əsgərlərə maaş, kompensasiya, həvəsləndirici mükafatlar verilir. Sabah pul olmasa, Rusiya müharibəni necə aparacaq? Deyə bilərsiniz ki, Rusiya neftinin əsas alıcıları artıq ondan neft almırlar, sanksiyalar var. Amma sanksiyaya qoşulmayanlar var, onlar nefti alırlar. Həmçinin neftin sanksiyalardan yayınaraq, qeyri-qanuni şəkildə daşınması faktları da var. Ona görə də, müharibənin bitməsinə neft qiymətlərinin ciddi təsiri ola bilər. İndi baxmaq lazımdır ki, Səudiyyə Ərəbistanı, OPEC Trampın bu müraciətinə hansı reaksiyanı verəcək.

Bütün hallarda isə, mən neftin qiymətinin 50 dollardan aşağı düşəcəyinə inanmıram. Buna OPEC imkan verməyəcək. Bu baxımdan, Trampın hər hədəsini yerinə yetirəcəyi də inandırıcı deyil. Amma 50 dollara düşməsi də neft ixrac edən ölkələr üçün zərərlidir.

- Sizcə, OPEC Trampa “hə” deyəcəkmi?

- Mümkündür ki, dünyanın lider dövləti ilə hesablaşılsın. Həm də axı Səudiyyə Ərəbistanı Vaşinqtona “yox” demək gücündə də deyil. Maraqları təmin olunan şəkildə razılığa gələcəklər. Əgər “yox” deyilsə, o zaman Tramp məcburedici addımlar ata bilər ki, bu da OPEC üçün yaxşı nəticələnməz.

- Neftin qiymətinin düşməsinin Azərbaycan üçün də mənfi təsirləri olacaq...

- Əlbəttə, olacaq. Həm də çox mənfi nəticələri. Bunu bilmək üçün iqtisadçı olmağa gərək yoxdur. Azərbaycan dövlət büdcəsi 80 faiz neft gəlirləri hesabına formalaşır. Bu, qeyri-rəsmi məlumatlardır. Hökümət belə olmadığını desə də, aydındır ki, qeyri-rəsmi məlumatlar həqiqətə yaxındır. Neftin qiymətinin düşməsi büdcə gəlirlərinin azalmasına, inflyasiyaya, dolların bahalaşmasına, manatın dəyərdən düşməsinə səbəb olacaq. Bu isə iqtisadi böhran deməkdir. Böyük dövlətlər, Amerika kimi supergüc Azərbaycanı, yaxud Azərbaycan kimi ölkələri, xalqları düşünmür, öz maraqlarını düşünür. Azərbaycanlıların gəlirlərinin azalmasının, kasıblamasının Amerikaya istisi-soyuğu yoxdur. Biz illərdir ona görə hökuməti qeyri-neft sektorunun inkişafına, qeyri-neft sənayesinin yaradılmasına çağırırıq, deyirik. Iqtisadçılar illərdir ki, neftdən asılılığın sonrakı fəsadlarını deyirlər,d anışırlar, amma hökumət üzvləri buna məhəl qoydularmı? Əlbəttə, veclərinə almadılar. Bu böhranlı vəziyyət hökumətin özü üçün də zərərlidir. Amma ən çox ziyanı həmişəki kimi, yenə də xalq çəkəcək. Mən deyə bilmərəm ki, hökumətin bu vəziyyətdən çıxmaq üçün alternativ planı, proqramı varmı? Bu suallara, nəyi necə edəcəkləri ilə bağlı suallara hökumət nümayəndələri cavab verə bilərlər.
 
Ardını oxu...
Yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın artıq sabiq olan dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”.

Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.

Bundan üç gün sonra isə Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzaladılar. Mərasim Kremldə aparılan danışıqlardan sonra baş tutdu.

Bildirilir ki, sənəd Moskva ilə Tehran arasında münasibətləri yeni səviyyəyə qaldırmalıdır. Saziş həmçinin uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi baza yaradır. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.

Yerli və beynəlxalq ekspertlər hesab edirlər ki, imzalanan hər iki sənəd böyük güclərin Qafqazda möhkəmlənmə mübarizəsinin göstəricisidir. Bu sazişlərin regiona təsirlərinin mənfi olacağı qənaətini bölüşənlərin sayı çoxdur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli isə hesab edir ki, məsələni çox şişirtməyə ehtiyac yoxdur:

- Birinci Vaşinqtonla İrəvan arasında imzalanan sənədə baxaq. Bu sənəd Ermənistanın xarici siyasətində strateji dönüşə işarədir. Bundan əvvəl də Ermənistan Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini parlamentə təqdim etdi. Yəni hər iki addımla Ermənistan açıq şəkildə üzünü Qərbə doğru çevirdiyini təsdiqləmiş oldu. Təbii ki, rəsmi İrəvan Rusiya ilə də münasibətləri pozmamağa çalışır. Demək olar ki, Qərbə inteqrasiya siyasətini ehtiyyatlı şəkildə aparır.

Konkret imzalanmış sənədə gəlincə, bunu Vaşinqtonla İrəvan arasında müttəfiqlik münasibətləri kimi təqdim olunması da doğru deyil. Bu, hələlik strateji tərəfdaşlıq sənədidir, konkret hərbi müttəfiqlikdən söhbət getmir. Bu sənəd Ermənistanın təhlükəsizliyinə hansısa zəmanət vermir. Əlbəttə, sənəd özlüyündə Ermənistan üçün əhəmiyyətlidir, amma ajiotaja da ehtiyac yoxdur. Sazişin əhəmiyyətini nə çox şişirtməyə ehtiyac var, nə də çox azaltmaq lazımdır. Olduğu kimi qiymətləndirsək, demək olar ki, iki ölkənin bütün sahələrdə əməkdaşlığı daha üst səviyyəyə yüksəldilir.

- Blinken sərhəd təhlükəsizliyi ilə bağlı Ermənistana xüsusi qrupun göndəriləcəyini də bəyan etdi. Bu qrupun sizcə işi nə olacaq?

- Bu, əlbəttə, önəmli məqamdır. Düzdür, tam aydın deyil ki, söhbət hərbi nümayəndə heyətindən gedir, yoxsa mülki heyətdən gedir. Bu, texniki detaldır. Amma həqiqət ondan ibarətdir ki, ABŞ Ermənistanda Rusiyanın və İranın ttəsir boşluğunu doldurmağa çalışır. Ümumilikdə, Qərb Rusiyanın bölgədəki boşluqlarını doldurmaq siyasəti yürüdür. Eyni zamanda, əsas məsələ odur ki, Vaşinqtonun Cənubi Qafqaza diqqəti artıb. İndi demək olar ki, bölgədə Qərblə Rusiya arasında ciddi rəqabət başlayıb, hətta bu rəqabətin qaynar mərhələsini müşahidə edirik.

- Bu sənədin Azərbaycana təsirləri nələrdir?

- Təbii ki, Vaşinqtonla İrəvan arasında imzalanan saziş Azərbaycana qarşı yönəlməyib. Burada Azərbaycana qarşı heç bir təhlükə görmürəm. Bəziləri bildirir ki, Qərbin Ermənistanda Rusiya boşluğunu doldurması Azərbaycana təhlükədir. Amma düşünürəm ki, bu, Azərbaycanın maraqlarına təhdid yaratmır. Əksinə, bu, bizim xeyirimizədir. Bölgədə həm dayanıqlı sülhün, iqtisadi dirçəlişin əldə olunmasına təkan verən prosesdir. Əslində bu, Rusiya və İrana qarşı yönəlib, əsasən də Rusiyaya.

- Bu məqamda Rusiya ilə İran arasında əməkdaşlıq sazişi imzalandı. Bu iki sənədi bir-biri ilə bağlayan səbəblər varmı?

- Rusiya ilə İran arasında imzalanan sənəd son vaxtlar həm Yaxın Şərqdə, həm də Ukraynada baş verən hadisələrin nəticəsində ortaya çıxan sənəddir. Daha doğrusu, Moskva və Tehran arasında imzalanan saziş yeni qlobal geosiyasi reallıqlardan irəli gələn sənəddir. Məlumdur ki, İran ötən il çox ciddi zərbələr aldı. Tehranın sponsorluq etdiyi Yaxın Şərqdəki proksi qruplar İsrail tərəfindən böyük ölçüdə əzildi. “Hizbullah” və HƏMAS-a divan tutuldu, ağır zərbələr vuruldu. Eyni zamanda, İranın Suriyada dəstəklədiyi Bəşər Əsəd rehimi devrildi. Demək olar ki, İran Suriyada, Yaxın Şərqdə öz mövqelərini itirdi. Hansı ki, bu Tehran bu regional konfiqurasiyanı illərlə, böyük əziyyət və maliyyə hesabına qurmuşdu və bu konfiqurasiya çökdü. Bu baxımdan, İranın ciddi xarici dəstəyə ehtiyacı var. Bu dəstək də Rusiyanın timsalında özünü göstərir.

Həmçinin Rusiyanın özünün də vəziyyəti ürəkaçan deyil. Son aylar Rusiya Ukraynada irəliləsə də, çox ciddi iqtisadi böhran tendensiyaları başlayıb, qlobal miqyasda mövqeləri zəifləyib. Ona görə də Rusiya və İranın indi bir-birinə ehtiyacı yaranıb. İmzalanan sənəd də bu ehtiyacdan irəli gəlir. Qərb tərəfindən təzyiqə məruz qalan hər iki dövlət bir-birinə yapışaraq ayaqda qalmağa çalışır. Amma hesab edirəm ki, bu sazişi də həddən artıq böyütməyə ehtiyac yoxdur. Bu sənəd də Tehranla Moskva arasında müttəfiqlik sənədi deyil. Həmçinin bu iki ölkə arasında qarşılıqlı etimadın olduğu da ağlabatan deyil. Vaşinqton-İrəvan və Moskva-Tehran sazişlərinin bir-biri ilə əlaqəsinin olduğunu sanmıram. Dediyim kimi, Rusiya və İran Qərbin təzyiqləri altındadırlar. Belə bir sənəd imzalamaqla bu təzyiqlərdən özlərini qorumağa çalışırlar. Təbii ki, Qərbin təzyiqləri sırasında sanksiyalarla yanaşı, Rusiya və İrana yaxın bölgədə möhkəmlənmə siyasəti də var.
 
Ardını oxu...
Azərbaycan belə bir tələb irəli sürüb, Ermənistan isə müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan AB “mülki missiyası”nın fəaliyyətindən Azərbaycanın narazılığını şərh edərkən bildirib. Onun sözlərindən belə anlaşılıb ki, Ermənistan fevralda başa çatan AB missiyasının mandatını uzatmaq niyyətindədir. Belə ki, Simonyan Baş nazir Paşinyanın sözlərini təkrarlayaraq, müşahidə missiyasının yalnız delimitasiya və demarkasiya edilmiş ərazilərdə - məsələn, Kirants - fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb. Sərhədin delimitasiya və demarkasiya prosesinin illərlə, hətta onillərlə davam etdiyini nəzərə alsaq, görünür, Ermənistan AB-ni “müşahidə missiyası” adı altında hələ uzun müddət regionda saxlamağa davam edəcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədə AB “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılıb. Müddət 2025-ci ilin fevralında başa çatır. AB mandatın uzadılmasına çalışır.

Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Avropanın dırnaqarası müşahidə missiyasının Ermənistanda varlığı Nikol Paşinyan hökümətinin təhlükəsizliyi nöqteyi nəzərdən görünsə də, bu Avropa Birliyinin Cənubi Qafqazda istinad nöqtəsi olan Ermənistanda varlığını möhkəmləndirir:

“Yəni missiyanın varlığı sadəcə Ermənistanın maraqları kontekstində baş vermir. Bu Qərbin Cənubi Qafqazda mövcudluğunu təmin etməklə məşğuldur. Ermənistanın təhlükəsizlik və Avropa Birliyinin regiona sirayət etmək maraqları qarşılıqlıdır. Ermənistan missiyanın fəaliyyətini istəməsə belə, gələcək inkişaf prespektivini Qərbə yönəldən rəsmi İrəvanın Avropa Birliyinin geosiyasi maraqlarını təmin etmək məcburiyyətindədir. Ona görə də belə həll olunmaz tənliklər ortalığa atmaqla dolayısı ilə Avropa Birliyi müşahidə missiyasının varlığına yol açırlar. Demarkasiya prosesi uzun vaxt aparan və ağrılı gedişdir. Həmin prosesin hansı zaman çərçivəsinə qədər uzanacağını heç kəs bilmir. Ermənistan da buna əmin olduğu üçün belə model ortaya qoyur. Azərbaycan və Ermənistan istəsə belə, sərhədlərin demarkasiya və delimitasiya prosesini qısa müddət ərzində başa çatdıra bilməzlər. Ermənistan düşünür ki, bu cür çözümsüzlük variantı Azərbaycanı sözügedən müddəadan vaz keçirmək üçün işə yarıya bilər. Belə əngəlləyici amillər sülh prosesinin qarşısında tormozlayıcı xarakter daşıyır. Yəni sülh müqaviləsinin imzalanmasına imkan vermir. Çünki sülh iki ölkə arasında əməkdaşlığı, diplomatik münasibətləri və digər sahələr üzrə inteqrasiyanı özündə ehtiva edir. Ancaq sülh bağlamalı olduğun dövlətin sərhədində üçüncü faktorların hərbi strukturlarını yerləşdirməklə sülhdən danışmaq olmaz. Ona görə də Azərbaycanın üçüncü qüvvələr sərhəddə yerləşə bilməz deməsi tamamilə doğrudur. Qalib ölkə olaraq Azərbaycan bunu tam legitim şəkildə tələb etmək hüququna sahibdir”.

Ekspert söyləyib ki, Avropa Birliyi Bakı və İrəvan münaqişəsində bitərəf olmaqdan çıxaraq Ermənistandan yana çıxış edir:
“Eyni zamanda hələ sülh müqaviləsi imzalanmayıb, amma Avropa İttifaqı və Fransa Ermənistanı silahlandırır. Azərbaycan üçüncü qüvvələr deyərkən təkcə Avropa Birliyini deyil, eyni zamanda Rusiya, İran və.s tərəflər nəzərdə tutulur. Simonyanın açıqlaması Azərbaycanın tələblərinə adekvat deyil. Hətta Simonyanın açıqlamasında Ermənistanın konkret hiyləsini də hiss edirik. Bildirirlər ki, əgər həqiqətən də Avropa Birliyinin müşahidə missiyasının çıxmasını tez istəyirsinizsə, demarkasiya prosesini bitirməyə ehtiyac var. Bu isə Azərbaycan qanı bahasına əldə etdiyi strateji yüksəkliklərdən Avropa Birliyinin müşahidə missiyasının çıxarılması xatirinə öz qoşunlarını geri çəkməli və həmin zirvələri yenidən Ermənistana verilməsi deməkdir. Azərbaycan isə heç vaxt Ermənistanın bu hiyləsinə getməyəcək”.
 

 

Ardını oxu...
  

Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin qonağı REAL Partiyasının icra katibi Natiq Cəfərli olub.

Musavat.com xəbər verir ki, Natiq Cəfərli Tramp dönəmində Amerika-Azərbaycan münasibətlərinin prespektivindən danışıb.

Ətraflı videoda:

 
 
 

Dünyapress TV

Xəbər lenti