Ardını oxu...
2020-ci ildə 44 günlük müharibənin sonlarında Naxçıvanda Rusiyaya məxsus helikopter səhvən vuruldu. Rəsmi Bakı dərhal məsuliyyəti üzərinə götürüb Rusiyadan və ekipajın ailəsindən üzr istədi, kompensasiya da daxil olmaqla bütün qanuni öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirdi. Həmin vaxt Azərbaycanın bu hüquqa uyğun mövqeyi Kreml tərəfindən yüksək qiymətləndirildi.

Eləcə də 2023-cü ilin sentyabrında antiterror əməliyyatları zamanı çətin relyef və dumanlı hava şəraiti səbəbindən Qarabağda Rusiya sülhməramlı kontingentinin 5 üzvü həlak oldu. Bu hadisədə də Bakı analoji addımı atdı.

Rusiyanın AZAL-ın təyyarəsini “Pantsir S1” zenit-raket kompleksi ilə vurması böyük ölçüdə təsdiqlənib. Buna görə Rusiya lideri Vladimir Putin üzr istəsə də, Azərbaycan cəmiyyətinin iki gözləntisini – təzminat ödənilməsi və cinayətkarların cəzalandırılmasını icra etməkdən danışmayıb.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın Rusiyadan təyyarə qəzası ilə bağlı gözləntiləri kifayət qədər aydındır:

“İlk məsələ Rusiyanın rəsmi səviyyədə üzr istəməsi idi ki, bunu ölkənin prezidenti Vladimir Putin etdi. Digər iki məsələ günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsidir.

Hadisə kifayət qədər aydındır: Azərbaycana məxsus “Embraer 190” mülki təyyarəsi Qroznı şəhərinin səmasında vurulub. Rusiya tərəfinin ilk anlardan etibarən iz azdırmağa çalışması qəbuledilməz idi. Hətta dezinformasiyalar yayaraq ictimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar. Lakin pilotlarımızın qəhrəmanlığı, Azərbaycan dövlətinin və xalqının qətiyyətli mövqeyi buna imkan vermədi”.

Ekspert deyib ki, Çeçenistanı idarə edən Ramzan Kadırovun göstərişi əsasında hava hücumundan müdafiə (HHM) qüvvələri cinayəti ağlasığmaz şəkildə ört-basdır etmək istəyiblər:

“Hətta təyyarənin yaxınlıqdakı 4 hava limanına enməsinə belə icazə verilməyib. Deyildiyi kimi, məqsəd bəlli idi: təyyarə dənizə düşsün, cinayətin üstü örtülsün. Görünür, hadisədə günahkar olanlar bunu istəyib. Amma pilotların peşəkarlığı nəticəsində bu baş vermədi.

İndi Rusiyanın qarşısında iki vəzifə var: cinayətkarları aşkarlayıb cəzalandırmaq və təzminat ödəmək”.
 
Ardını oxu...
AZAL-ın keçmiş prezidenti, birinci dərəcələ təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyev Globalinfo.az-a müsahibə verib. O, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə ətraflı danışıb.

Müsahibəni təqdim edirik:

– Ədalət bəy, pilotumuzun Qroznıdan olan dispetçerlə dialoqu yayılıb. Belə hallarda ekipaj və pilot öz ölkəsinin dispetçeri ilə əlaqə saxlaya bilirmi?

– Xeyr, bu, müəyyən vaxtdan sonra mümkün olmur. Çünki əlaqə yarada bilmək məsafədən asılıdır. Bakı-Qroznı arasında nəzarət zonası var. Burada hər ərazinin öz rabitə imkanları mövcuddur. Onlar o ərazini keçmədən Azərbaycanla əlaqə saxlaya bilərdilər. Görünür ki, radiodalğa tutmadığı üçün elə Çeçenistanla əlaqə saxlayıblar. Hansı zonada uçursansa, oranın da idarəetmə sistemi ilə əlaqə saxlamalı olursan.

– Dispetçerlə olan danışıqları tam şəkildə əldə etmək olurmu?

– Əlbəttə! Dispetçerlə hər bir əlaqə həm yerdə olan maqnitofona, həm də təyyarədə qeydə alınır. Amma belə məsələ də var ki, səs bir saatlıq yazılır, sonra silinir. Lakin “Qara qutu” açıldıqda o səs orada olur.

– Sizcə, niyə Mahaçqaladan Rusiyanın yaxın şəhərlərinə və ya Bakıya deyil, Aktauya uçmalı olublar?

– Çox güman ki, pilotu Aktauya istiqamətləndiriblər. Aktau yaxın olduğu üçün də ora gedib.

– Təyyarənin Rusiya HHM ilə vurulduğu bildirilir. Rusiyaya qayıtsa, təyyarənin vurulması gizlədilə bilərdimi?

– Görüntülərdə qəlpə izlərini göstərən şəxs mənim tələbəm İlham Əmirovdur. O, çox peşəkar adamdır. Ümumiyyətlə, təyyarə qəzalarının araşdırması üçün xüsusi mütəxəssislər cəlb olunur. Sıradan bir adam təyyarə qəzasını araşdıra bilməz və icazə verilmir. Ona görə də bu məsələ işinin peşəkarı olan AZAL-ın baş direktorunun müavini İlham Əmirova tapşırılıb. Təyyarəyə kənar müdaxiləni gizlətmək mümkün olmazdı.

– Təyyarə məhz dəyən qəlpəyə görə eniş edərkən partlayıb?

– Bilirsiniz, zədə nəticəsində hidromexanik idarəetmə sistemi pozulduğu üçün təyyarə pis idarə olunub. Nəticədə də belə alınıb.

– Təyyarə qəlpə zədəsi alması nəticəsində uzun müddət uçuşa davam edə bilərmi?

– Təyyarə 10 min metr hündürlükdə olan zaman böyük deşik əmələ gəlsə, 9 saniyə ərzində insan həlak olar. Deməli, orada deşiklər xırda olduğu üçün hava gec çıxıb. Təzyiq yavaş-yavaş aşağı düşdükcə isə sərnişinlər artıq özlərini pis hiss ediblər.

– Hidrovlika necə işləyir?

– Hidrovlika sistemi elə şeydir ki, onun da istifadə müddəti var. Məsələn, hansısa əşyanın istifadə müddəti bir saatlıqdırsa, sən onu iki saat işlətdikdə iş qabiliyyəti azalır, keyfiyyəti düşür. Bu sistem də elədir. Zaman keçdikcə qabiliyyətini itirir. Əgər hidrovlik sistemi zədələnibsə, ola bilər içində olan maye də axıb-gedib. Sırf buna görə də idarəetmə sistemi tamamilə pozulub. Sonda da Aktau şəhərində qəza baş verib.

– Ədalət bəy, əgər Aktau və ya yaxın məsafədə olan şəhərlərin hava limanına eniş etməyə icazə verilsə idi, yenə partlayış baş verərdi?

– Bu, uçuş müddətindən asılıdır. Aeroporta tez yetişsə idi, uğurla eniş edə bilərdi. Bizim təyyarəmiz Rusiyanın 5 şəhərinə eniş edə bilərdi. Hətta aeroportlar çox yaxın olub. Sadəcə, Rusiya bilərəkdən öz ölkəsinə eniş etməyə razı olmayıb. Əslində, zamanında şərait yaradıla bilərdi. Biliblər ki, eniş etdikdən sonra təyyarənin ruslar tərəfindən zədələndiyi üzə çıxacaq və bu, yaxşı nəticə verməyəcək. İzi itirmək üçün də Aktauya göndəriblər ki, dənizə düşsün, hadisənin izi-tozu itsin. Sağ qalmaq imkanı olsa da, vaxt olmayıb. Beynəlxalq Mülki Aviasiya təşkilatının qərarı ilə bu, böyük qayda pozuntusudur. Çünki çətin vəziyyətdə olan təyyarəyə hər kəs dəstək olmalıdır. Təəssüf ki, Rusiya ərazisində bizə yardım əli uzadan olmadı.

– Azərbaycan qəza ilə bağlı hansı addımları ata bilər?

– İranda Ukrayna təyyarəsi vurulanda Tehran Kiyevdən üzr istəmiş, yanlışlıqla vurduğunu bildirmişdi. Hətta bütün xərcləri də özü qarşıladı. Amma Rusiya bunu törətsə də, addım atmır. Onlar nəinki Azərbaycanın Prezidentindən, bütün xalqdan üzr istəməli və xərcləri öz üzərlərinə götürməli idilər. Çünki bəzi həlak olanlar tanınmaz haldadır, sənədləri də üzərlərində deyil. Bir adamın kimliyini müəyyən etmək, DNK analizi aparmaq ən azı 120 min dollara başa gəlir. İşin tədqiqat xərci çoxdur.

– Qəzada partlayan təyyarənin qiyməti nə qədərdir?

– Həmin təyyarənin konkret neçəyə alındığını deyə bilmərəm. Amma təxmini qiyməti 35 milyon dollar civarındadır.
Ardını oxu...
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrdən sonra üçtərəfli əməkdaşlıq proqramı imzalanıb. Bildirilib ki, məsləhətləşmələrdə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
“Ermənistan, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası arasındakı hərbi əməkdaşlığın adətən iki istiqaməti olur. Həm müdafiə, həm də hücum istiqaməti olur. Ümumi olaraq həm Ermənistanın, həm Yunanıstanın, həm də Cənubi Kipr Rum Administrasiyasının Azərbaycan və Türkiyə kontekstindəki həm hərbi, həm siyasi istiqamətdə yanaşmalarına baxsaq, o zaman belə bir mənzərə ortaya çıxır ki, bu hərbi əməkdaşlığın daha çox aqressiv tərəfi, daha sonra hücum tərəfi, və yaxud Azərbaycan-Türkiyədən ibarət qruplaşmanı gücləndirməmək məqsədi daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Nazim Cəfərsoy danışıb. Siyasi şərhçi qeyd edib ki, Türkiyə və Azərbaycan üçün burada daha çox aqressiv, neqativ vəziyyət önə çıxır. Çünki, hər üç ölkənin həm Azərbaycan, həm də Türkiyəyə yönəlik çox neqativ və təhlükə formalaşdıra biləcək mövqeyi var. Nazim Cəfərsoy bildirib ki, bu çərçivədə Yunanıstan və Cənubi Kiprin Türkiyəyə yönəlik və Ermənistanın da həm Azərbaycan, həm Türkiyəyə yönəlik tərəfini və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini də nəzərə alsaq, ortaya belə bir məsələ çıxır ki, bu müdafiə əməkdaşlığından daha çox Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə yönəldilmiş həmlə olaraq xarakterizə eləmək olar.

"Məsələnin birinci hissəsi budur. İkinci hissəsi, bu hərbi əməkdaşlığın ana motivi Azərbaycan və Türkiyə, müəyyən mənada Şimali Kipr Türk Cümhuriyyəti əleyhdarı olmağında kim maraqlıdır? Bu məsələdə əsas motivasiya bu ölkələrin özlərindən gəlsə də, düşünürəm ki, həm Avropada, həm də Amerikada dərinləşdirilməsini istəyən qüvvələr var. Məsələn; Avropa üçün çox maraqlı olar ki, Cənubi Qafqazda varlığını gücləndirsin. Bu çərçivədə Cənubi Kipr Rum Adminstrasiyasının Avropa İttifaqı üzvü olduğunu nəzərə alsaq, bu əməkdaşlıq Ermənistanda - Cənubi Qafqazda Avropa Birliyinin də gücünün artması deməkdir. Eyni zamanda Avropa Birliyinin lider ölkələrindən olan Fransanın da bökgədəki təsir dairəsinin və nüfuzunun artması deməkdir. Nəticədə Avropanın bu məsələdə maraqlı olduğunu düşünə bilərik. Avropa Birliyi monitorinq qrupu ilə bölgədə varlığını sürdürməyə çalışır və Ermənistanla get-gedə dərinləşən bir münasibətlər sistemi qurmağa çalışır. Bu kontekstdə Gürcüstanda AB-nin təsir imkanları qalır və bunu gücləndirmək üçün Rusiya ilə mübarizə davam edir”-deyə siyasi ekspert əlavə edib.

Nazim Cəfərsoyun sözlərinə görə, məsələnin Amerika tərəfinə baxdığımız zaman eyni fikri demək mümkündür.

“Amerika həm Rusiya kontekstində, həm İran kontekstində, həm də Türkiyənin artan nüfuzu kontekstində, xüsusilə Cənubi Qafqazda Ermənistan üzərindən nüfuzunu artırmağa çalışır. Yunanıstan və Cənubi Kipr Rum Adminstrasiyasının bu çərçivədə nüfuzunun artması, dolaylı olaraq ABŞ-da nüfuzunun artmasına xidmət edir. ABŞ-dakı həm erməni lobbisi, həm də yunan lobbisi bu cür əməkdaşlıqda maraqlı tərəflər olaraq görünürlər. Fransadakı erməni lobbisinin də bu cür əməkdaşlıqda maraqlı olacağını da demək olar.

Ümumiyyətlə, Qərbdə son dövrlər yunan və erməni lobbilərinin təsiri altında olan müxtəlif siyasətçilərin bu üçlü ittifaqa həm ideolojik, həm siyasi, həm yeri gəldiyi zaman qanunvericilik çərçivəsində müəyyən dəstək verdiyini, hətta bunu təşvik etdiyini görmək mümkündür”-deyə Nazim Cəfərsoy qeyd edib.
 
Ardını oxu...
Qəzadan dərhal sonra hadisə yerindən yayılan foto və videolarda təyyarəyə kənardan müdaxilə edilməsi versiyası dominantlıq təşkil edirdi.Təbii ki, istintaq orqanları bununla bağlı araşdırmalar aparırlar. İstənilən halda son qərarı gözləməliyik".

Bu sözləri Sitat.info-ya açıqlamasında təyyyarə qəza ilə bağlı açıqlama verən millət vəkili, AMİP sədri Arxuxan Əlizadə bildirib.
Deputat vurğulayıb ki, artıq “Caliber.az “ saytında və digər KİV-lərdə verilən məlumata əsasən, təyyarəyə hava hücumundan müdafiə sistemi vasitəsilə kənar müdaxilə edilib: "Bir məsələni də qeyd etmək lazımdır ki, təyyarənin istiqamət götürdüyü Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov da belə bir məlumat yayıb ki, dünən səhər saatlarında, təyyarənin Qroznu hava limanına enməsinə az qalmış, Ukrayna pilotsuz uçuş aparatları tərəfindən Çeçenistan ərazisinə hücumlar olunub. Həmin dronlar Çeçenistanın müdafiə qurğuları tərəfindən vurulub, heç bir tələfat yoxdur deyə informasiya yayılıb".

A. Əlizadə hesab edir ki, bu məlumatın özü də təyyarənin kənar hücumlara məruz qaldığını təsdiqləmiş oldu: "Təbii ki, istintaqın nəticələrini gözləyərək hadisənin təfərrüatlarını qabaqlamaq istəməzdim, amma hesab edirəm ki, təyyarənin vurulmasında qərəz olmaya bilər. Təyyarənin duman səbəbi ilə Çeçenistanın Qroznu şəhərinin hava limanına enməsinə icazə verilməyib, ardınca da yaxınlıqda olan Mahaçqala hava limanına da eniş üçün icazə verilməyib. Bütün bu yaşananlar ciddi sualların yaranmasına səbəb olur. Güman edilir ki, təyyarənin naviqasiya sisteminə də təsir edilib və təyyarə hansı istiqamətdə hərəkətdə olmalıdırsa, əks istiqamətə hərəkətə keçib. Belə bir versiya da mövcuddur ki, təyyarə həmin zədə səbəbi ilə Aktauya çatmaya da bilərdi, dənizə də düşə bilərdi. Bu zaman bütün izlər aradan qaldırıla bilərdi. Təyyarənin dənizin dibinən çıxarılması, qəzanın səbəblərinin araşdırılması olduqca çətin məsələyə çevriləcəkdi. Nə üçün təyyarəyə yaxın hava limanlarına enişə icazə verilməyib sualına yəqin ki, istintaqla cavab veriləcəkdir”.
Ekspert bildirir ki, istintaqın nəticələrindən sonra kənar müdaxilənin olması meydana çıxsa, günahı olan, buna səbəb olan və bu barədə qərar verən kimliyindən aslı olmayaraq ciddi surətdə cəzalandırılmalıdır:” Biz bunu gözləyək.
Həmçinin məlumdur ki, qəbul edilən qərara əsasən Qroznıya, Mahaçqalaya, Mineral Nvodu istiqamətində uçuşlar təxirə salınıb.

Deputat onu da əlavə edib ki, istintaq başa çatana qədər, eyni zamanda Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Rusiya şəhərlərinə uçuşların dayandırılması ilə bağlı qərar qəbul edilə bilər: "Ukrayna hava məkanı müharibə və təhlükəsizlik səbəbilə təyyarələr üçün bağlanıb. Hesab edirəm ki, Rusiya hava məkanı da eyni qərarla bağlanmalıdır. Rusiya tərəfi bu məsələ ilə bağlı qərar verməlidir. Rusiyanın tək, sərhəd və mərkəz şəhərləri yox, kənar şəhərləri də artıq Ukrayna tərəfinin pilotsuz uçuş aparatları tərəfindən zərbələrə məruz qalır. Belə bir təhlükəli zonaya təyyarələrin enməsi də dayandırılmalıdır. Bununla da bağlı müvafiq qərarın verilməsini gözləməliyik. İstintaqın nəticələrinə asılı olaraq Azərbaycan tərəfi yekun və doğru qərar verəcək. Təyyarə qəzasında rəhmətə gedənlərə Allahdan rəhmət, sağ qalanlara isə şəfa diləyirik".
 
 
 
Ardını oxu...
“Mənə pul xərcləyən adamı tapsanız, onu mənə də göstərin”.

Tanınmış şairə və aparıcı Nazilə Səfərli Yenicag.az-ın “Əcəbsəndəl” layihəsinin qonağı olub.

Uzun müddətdir ki, efirlərdə görünməyən sənətçi suallarımızı cavablandırıb, şok açıqlamaları ilə şou gündəmini silkələyib.

Videomüsahibəni təqdim edirik:

 

Ardını oxu...
 

Avtomobil alqı-satqısının etibarnamə əsasında həyata keçirilməsi geniş yayılıb. Bəzi hallarda daşınmaz əmlakın da satışı bu yollarla aparılır.

Musavat.com ATV-yə istinadən xəbər verir ki, mütəxəssislərin xəbərdarlıqlarına görə, bu, çox riskli haldır.

Vəkil Cabbar Bayramov bildirib ki, vətəndaşlar etibarnamə ilə əsasan sənədsiz evlərin satışını həyata keçirirlər.

Notarial alqı-satqı zamanı əmlakın mülkiyyət sənədi, çıxarışı tələb olunduğu üçün bir çoxları bu yolu seçirlər.

Etibarnamə ilə ev alan şəxs bir gün evsiz qala bilərmi?

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə bir günlük kirayə evlərin, bəzi kafe və restoranların əxlaqsızlıq yuvasına çevrilməsi barədə xəbərlər yayılır.

Bəs görəsən dövlət bu halların qarşısını almaq üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az – a açıqlama verib:

"Çox təəssüf ki, son dövrlərdə belə faktların sayı həddən artıq artıb. Müxtəlif forma və üsullarla ölkədə açıq şəkildə əxlaqsızlıq biznesi yayılır. Buna qarşı mübarizə aparmaqda isə nə dövlət maraqlıdır, nə də cəmiyyət. Birincisi bizim özümüzdə sosial məsuliyyət yoxdur. Bu kimi hallarda nə etiraz bildiririk, nə də müvafiq orqanlara xəbər veririk. İkincisi isə, dövlət tərəfindən belə məsələlərə nəzarət yoxdur. Halbuki, bu, cinayətdir. Ümumiyyətlə Azərbaycanda bu və ya digər formada açıq şəkildə əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Bir çox-hallarda restoran, kafe, sauna, masaj mərkəzləri adı altında bəlkə də yüzlərlə, minlərlə obyekt fəaliyyət göstərir. Bunun qanun pozuntusu, faktiki insan alveri olmasına baxmayaraq heç bir ciddi tədbir görülmür. Xüsusilə də azyaşlı qızlarla bağlı belə hadisələr çox təəssüf ki, heç bir ciddi reaksiya ilə nəticələnmir. Bu hal artıq insanlar tərəfindən adi qəbul edilir. Cəmiyyətdə sosial məsuliyyət sıfır səviyyəsində olduğuna görə belə hallara qarşı etirazlar edilmir. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Bizdə hər hansı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək çox bürokratik problemlər yaradır. İnsanlar saat başı narahat olunur, ifadəyə çağırılır. Buna görə də vətəndaşlar da bezir, başlarının ağrımasını istəmirlər və cinayət halları baş verəndə məlumat vermək üçün maraqlı olmurlar. Halbuki, bəzi ölkələrdə anonimliyin qorunması və vətəndaşın narahat edilməməsi şərti ilə proseslər icra edilir, tədbirlər görülür.Əgər bu qayda Azərbaycanda da tətbiq edilsə, insanlar aidiyyəti qurumlara şahid olduqları qanunsuzluqlarla bağlı məlumat verməkdən çəkinməyəcəklər. Ümumiyyətlə çox biabırçı bir vəziyyət var. Azərbaycanda müasirlik, biznes adı altında bütün əxlaqi dəyərlər sistemimiz çökdürüb. Mənəvi deleqasiya gedir, açıq şəkildə əxlaqsızlıq kompaniyası gedir. Sosial şəbəkələrdə də dəhşətli bir vəziyyət var. Çox təəssüf ki, cəmiyyət və dövlət olaraq bu problemlər bizi qəti narahat etmir. Buna görə də acı nəticələri getdikcə daha çox görürük və görməkdə davam edəcəyik".

Çiçək Sadatova
 

 

Ardını oxu...
  150  20.12.2024 02:24  Ölkə A  A 

Tanınmış politoloq Elxan Şahinoğlu "Tv Musavat"ın canlı yayımının qonağı olub və bir çox önəmli açıqlamalar verib. 

Musavat.com xəbər verir ki, O, Suriyada baş verən proseslərdən, Rusiya-Türkiyə müttəfiqliyindən danışıb. 

Verilişdən həmin hissəni təqdim edirik. 

 
 
 
Ardını oxu...
Dekabrın 17-də Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova geniş müsahibə verib. Bu müsahibə ölkə başçısının Azərbaycan həqiqətlərinin dünyaya dəqiq və düzgün çatdırılması istiqamətlərində həyata keçirdiyi işlər çərçivəsində atdığı növbəti uğurlu addım olmuşdur. Müsahibədə Rusiya Azərbaycan münasibətlərinin genişləndirilməsi perspektivləri, Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq tədbir olan COP29-un yekunları, bir sıra dövlətlərin bölgədə vəziyyəti gərginləşdirmək məqsədi ilə Ermənistanı silahlandırılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindəki işlərin vəziyyəti, bir sıra xarici KİV-lərin bölgədəki mövcud reallığı qəsdən qərəzli şəkildə işıqlandırılması və digər mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulub.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindəki işlərin vəziyyətinə toxunan ölkə başçısı qeyd edib ki, “Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüş zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.
Dövlət başçısı jurnalistin “Əgər dəqiqləşdirsək, hansı maddələrdir?” sualına cavabında isə bildirib: “Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir.
Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq... Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.
Vurğulanıb ki, Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir.
Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.
Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq”.
Bir sıra xarici KİV-lərin bölgədəki mövcud reallığı qəsdən qərəzli şəkildə işıqlandırılmasına toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz.
“Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, - Azərbaycan lideri vurğulayıb.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 
Ardını oxu...
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Musavat.com xəbər verir ki, dövlətimizin başçısının müsahibəsinin mətni ilə bir azdan tanış ola bilərsiniz.

Dünyapress TV

Xəbər lenti