Ardını oxu...
ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın Ukraynada sülhlə bağlı razılaşma əldə etməsi çətin olacaq.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba “The Times” qəzetinə verdiyi müsahibədə deyib.

Kuleba qeyd edib ki, Rusiya ilə Ukrayna arasında hələ də sülhü qeyri-mümkün edən “fundamental fikir ayrılıqları” mövcuddur: "Məncə, heç bir sürətli danışıqlar olmayacaq".

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sülhün qarşılığında NATO-ya üzv olmağı tələb etmişdi. Lakin Kuleba hesab edir ki, Alyans yalnız 10-20 ildən sonra Ukraynanı ona üzv olmağa dəvət edəcək. Eyni zamanda, onun sözlərinə görə, belə bir təklif qəbuledilməzdir, çünki bu müddət ərzində Ukrayna Rusiyanın növbəti hücumlarına qarşı həssas durumda olacaq: "Bu müharibənin real sonu ondan ibarət olacaq ki, bizdən yalnız biri sağ qalacaq. Ya Ukrayna, ya da Putin".

Kuleba Ukraynanın NATO üzvlüyünü gözlədiyi bir vaxtda Britaniya və Fransa sülhməramlılarının cəbhə xəttində yerləşdirilməsi ideyasını tənqid edərək, onlara xərclənəcək pulun silah təchizatına xərclənməsinin daha doğru olduğunu söyləyib: "Sülhməramlı missiya üçün təxminən 40 000 əsgər nəzərdə tutulur. 1500 kilometrlik cəbhə xətti boyunca 40 000 əsgəri yaymağa çalışın. Bu, çox nazik qırmızı xətt olardı".

Bununla yanaşı, keçmiş xarici işlər naziri Trampın Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı hədəsini yerinə yetirəcəyinə inanmır. Onun sözlərinə görə, Kiyev yenidən rus qoşunları tərəfindən təhdid edilərsə, Tramp fikrini dəyişmək məcburiyyətində qalacaq: "Onun indi və burada nəyin onun xeyrinə olduğunu qiymətləndirmək üçün əla instinktləri var və bu, dəyişə bilər. Əgər döyüş meydanında Ukrayna üçün işlər həqiqətən pis getsə, o, Ukraynanı “qatarın altına atmaqda” ittiham oluna bilər. O, mövqeyini dəyişəcək və Ukraynaya yardım edəcək”.

Kuleba həmçinin deyib ki, avropalı siyasətçilər öz seçicilərindən müdafiə xərclərini artıra bilməyəcək qədər qorxurlar. Sabiq nazir onları həm də Rusiya ilə real müharibə ehtimalına dair kəşfiyyat məlumatlarına məhəl qoymamaqda günahlandırıb.

Bununla belə, o, İngiltərə, Almaniya və Fransanın Ukraynaya hərbi yardımı davam etdirməkdən başqa çarəsinin olmayacağını bildirib: “Mən düşünmürəm ki, Avropa çox sadə səbəbə görə Ukraynaya xəyanət etsin. Onlar bilirlər ki, Ukrayna yıxılarsa, müharibə onların torpaqlarına gələcək. Ona görə də Ukraynaya yardım nə qədər baha başa gəlsə də, onların özlərinin müharibə aparması bundan daha çox baha başa gələcək”.
 
Ardını oxu...
İranda, Qazaxıstanda dollar bahalaşıb, Rusiyada da rubl dəyərini itirir. Türkiyədə də xeyli vaxtdır bu tendensiya hökm sürür. Məsələ ölkəmizdə müzakirələrə səbəb olub. Az qala hər kəsi eyni sual düşündürür: Manatın aqibəti necə olacaq? Devalvasiya gözlənilirmi?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov söhbətə Rusiya ilə başlayıb.

Belə ki, o, Rusiya rublunun dollar qarşısında ucuzlaşması ilə əlaqəli bu günlərdə xüsusi sıçrayışların olmadığını bildirib:

“Ən yüksək sıçrayış 27 noyabr tarixində 1 dolların 113.4 rubl səviyyəsinə yüksəlməsi olub. Bu ilin 11 dekabrında 105.50, 15 dekabr isə bir qədər ucuzlaşaraq 103.36 rubl səviyyəsində qərarlaşıb. 2023-cü ilin həmin tarixindəki məzənnə 1 dollar 90.62 rubl müəyyən edilmişdi. Yəni ötən ilin eyni tarixindəki məzənnəyə nisbətən 14.07 faiz və ya 12.75 rubl artım qeydə alınıb. Bu da bir neçə real amillərlə əlaqələndirilir. İxrac gəlirlərinin azalması, neft ixracı (ixrac) ilə ödənişlərin arasında zaman fərqinin artması və repatriasiyanın yumşaldılması, mövsümi idxal məhsullarına tələbatın digər aylara nisbətən artması Yeni il (bayram) öncəsi illik büdcələrin bağlanması və bankların valyuta (spekulyativ) siyasətidir. Gözlənilən odur ki, dekabrın sonuna doğru idxal azaldıqca valyutaya ehtiyac da azalacaq. Bununla da məzənnədə normallaşma qeydə alınacaq. Hələlik baş verən dəyişiklik partlayış doğuran hadisə kimi təsv ir oluna bilməz”.

İqtisadçı deyib ki, Türkiyə lirəsində isə nisbətən yüksək ucuzlaşma qeydə alınıb:

“Belə ki, bir ay ərzində Türk lirəsi ABŞ dolları qarşısında məzənnə dəyərini 1.48 faiz itirib və ya dolların məzənnəsində 0.51 lirə bahalaşma qeydə alınıb. 2023-cü ilin 15 dekabr tarixi ilə 2024-cü ilin eyni tarixi arasında ABŞ dollarının məzənnəsində 28.98 lirədən 34.94 lirə səviyyəsinə yüksəliş qeydə alınıb. Bu da dolların lirə qarşısında 5.96 lirə və ya 20.56 faiz bahalaşması deməkdir. Lirənin zəifləməsində əsas səbəb Yaxın Şərqdə münaqişənin kəskinləşməsidir. Bu münaqişə bütün yaxın ölkələrə təsirsiz ötüşmür. Lirənin ucuzlaşmasına səbəb həm də qlobal valyuta bazarında dolların bütün valyutalar qarşısında möhkəmlənməsidir”.

Elçin Qurbanov Qazaxıstanda dolların bahalaşması məsələsinə aydınlıq gətirib:

“Qazaxıstanda bir ay ərzində dolların məzənnəsi 494.45 tenqedən 523.40 tenqeyə qədər yüksəlib. Bu isə son bir ayda təxminən 5.86 faiz bahalaşma deməkdir. Ötən ilin eyni tarixi ilə müqayisədə isə Qazaxıstan tenqesi 14.62 faiz dəyərini itirib. Amma müvafiq qurumlar tərəfindən 2024-cü ilin sonuna 1 dollar 460 tenqe səviyyəsində proqnozlaşdırılmışdı. Proqnoz ilə faktiki məzənnə arasında əhəmiyyətli dərəcədə fərqin yarandığı bəllidir. Bunun səbəbi zəif xammal iqtisadiyyatına malik olan Qazaxıstanın valyuta gəlirlərinin dünya bazarındakı dəyişiklərdən və əsas beynəlxalq valyuta olan ABŞ dollarından asılılığı kimi izah olunur”.

Ekspert İran valyutasının kəskin ucuzlaşdığını qeyd edib:

“İranda rialın dollara nisbətən rekord həddə ucuzlaşması qeydə alınıb. Rəsmi mənbədə 11 dekabr tarixində 42087,50 tüməndən 75600.00 tümənə yüksəlməsi böyük sıçrayışdır və ciddi təlatüm doğurub. Bu sıçrayışla İran rialı 79.6 faiz ucuzlaşıb. Bir neçə gün ərzində belə sıçrayışlı devalvasiyanın səbəbi İran, İsrail, ABŞ münasiətlərindəki siyasi gərginlikdir. İranın daimi siyasi müttəfiqlərinin Yaxın Şərqdə təsir gücünün zəiflədiyi və təsir dairəsində olan qruplaşmaların sıradan çıxarılması əsaslı təlatümlər doğurub. İran öz ehtiyatlarına daha konservativ yanaşmağa məcburdur. Yaranmış siyasi-iqtisadi gərginlik əhali arasında da ciddi təlaşa səbəb olduğu üçün hər kəs öz ehtiyatlarını dversifikasiya etmək istədiyindən dollara tələb dəfələrlə artıb”.

Elçin Qurbanov deyib ki, Azərbaycanda ən azı yaxın 6 ay müddətində dollar bahalaşmayacaq:

“Azərbaycan demək olar ki, possovet ölkələri içərisində özünün valyuta (monetar) siyasətinə görə ən yüksək və uzunmüddətli maliyyə sabitliyinə malik ölkədir. Maliyyə sabitliyi isə əlverişli investisiya iqliminin başlıca elementlərindən biridir. Hökumət bu sabitliyi qorumaqda davam edir. Əgər dünyada qlobal siyasi kataklizmlər olmasa, hesab edirəm ki, yaxın 6 ay ərzində ölkəmizdə devalvasiya ilə bağlı heç bir narahatlıq baş verməyəcək”.
 
Ardını oxu...
Dekabrın 14-də Gürcüstan Parlamentində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib. Prosedur parlamentin plenar iclaslarının zalında baş tutub və ona Mərkəzi Seçki Komissiyası (MSK) rəhbərlik edib.

Səsvermə açıq şəkildə aparılıb. Əvvəlcə Gürcüstan Parlamentinin üzvləri, sonra isə əlifba sırası ilə digər dövlət orqanlarının nümayəndələri səs veriblər. Müxalifət prosesdə iştirak etməyib. Üç yüz nəfərlik seçki kollegiyasının tam tərkibinin üçdə ikisinin - azı 200 üzvünün səsi prezidenti seçmək üçün kifayətdir.

MSK tərəfindən seçkilərin nəticələri barədə məlumat verilib. Bildirib ki, 224 seçici hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının və ümumilikdə seçkidə tək nazmiəd olan Mixail Kavelaşvilinin lehinə səs verib. Səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız hesab edilib. Yeni qayda ilə seçilən Gürcüstan Prezident 5 il müddətinə vəzifəsini icra edəcək. Xatırladaq ki, ilk dəfə olaraq Gürcüstanda dövlət başçısını seçicilər kollegiyası seçiblər.

Qeyd edək ki, Kavelaşvilinin 53 yaşı var. O, siyasətə gəlməmişdən əvvəl peşəkar futbolçu olub. Kavelaşvilinin ali təhsili yoxdur. Məhz bu səbəbdən o, 2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürə bilməyib. Bu hadisə onun həyatında dönüş nöqtəsi oldu. Keçmiş futbolçu siyasətə keçib. 2016-cı ildə Kavelaşvili ilk dəfə “Gürcü Arzusu”ndan parlamentə seçilib.

“Gürcü Arzusu”ndan bildirilib ki, “Kavelaşvili hətta diplomu olan çoxlarından daha savadlıdır” və “vətənini sevmək üçün diploma ehtiyac yoxdur”. Formal olaraq qanunda namizədlərdən ali təhsil haqqında attestat və hətta məktəbi bitirmək haqqında attestat təqdim etməyi tələb edən heç bir müddəa yoxdur. Lakin Gürcüstanda heç vaxt ali təhsili olmayan prezident olmayıb.

Oktyabrın 26-da keçirilən parlament seçkilərininn nəticələrini tanımayaraq etiraza qalxan və hələ də aksiyalarını davam etdirən gürcü müxalifəti prezident seçkilərini də tanımadığını bəyan edib. Müxaliflər bildiriblər ki, saxta yolla keçirilən seçkidə özünü qalib elan edən “Gürcü Arzusu”nun formalaşdırdığı parlamentin keçirdiyi prezident seçkisi legitim ola bilməz. Partiyalar hazırkı Prezident Salome Zurabişvilini legitim dövlət başçısı hesab etdiklərini qeyd ediblər. Hökumətə müxalif olan Prezident xanım Zurabişvili də seçkilərin nəticəsini tanımadığını söyləyib.

Qonşu ölkədə etiraz aksiyalarının bu seçkidən sonra daha da şiddətlənəcəyini proqnozlaşdıran əksər ekspertlər hesab edirlər ki, Gürcüstanda siyasi böhran vəziyyəti davam edəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya müsahibəsində bildirib ki, prezident seçkiləri baş tutsa da, hakim partiyanın dəstəklədiyi şəxs Gürcüstan Prezidenti postuna sahib olsa da, ölkədə siyasi gərginik davam edəcək:

- Hesab edirəm ki, etiraz aksiyaları getdikcə güclənəcək, müxalifət tərəfdarları artacaq və hökumət daxilində parçalanmalar olacaq. Hakim “Gürcü Arzusu”nun iki yolu var: ya müxalifətə güzəştə getməli və yeni parlament seçkiləri təyin etməlidir, ya da əksinə, hakimiyyət etiraz aksiyalarını boğaraq nəzarəti ələ almalıdır. Birinci variantda “Gürcü Arzusu”nun məğlubiyyəti qaçılmaz olacaq. Gürcüstan hökuməti yaxşı bilir ki, müxalifətin tələblərini yerinə yetirsə, hakimiyyəti itirəcəklər. Görünən odur ki, “Gürcü Arzusu” ikinci variantı seçib. Amma hökumət etirazları polis gücünə yatırsa da, bu, ölkədə sabitliyin bərqərar olması anlamını verməyəcək.

- Yəni böhranın davam edəcəyi ehtimalı çoxdur...

- Bilirsiniz, hazırda demək olar ki, Gürcüstan cəmiyyəti ikiyə parçalanıb. Gənclər Avropaya inteqrasiyanı, nisbətən orta və yaşlı nəsil isə indiki hökumətin Rusiya ilə münasibətləri bərpa etmək cəhdlərini dəstəkləyir. Əlbəttə, bu parçalanmanın təsirləri özünü göstərəcək. İndiki halda fövqəladə vəziyyət müvəqqəti də olsa, “Gürcü Arzusu” hökumətini qorumağa imkan verə bilər. Amma müxaliflərin, Avropaya inteqrasiya tərəfdarlarının mübarizəsi davam edəcək. Sabah insanlar küçələrə axın etməyə bilərlər, amma ölkədəki fikir ayrılığı, ixtilaflar dərinləşəcək, bu isə gərginliyi daha da artıracaq. Bununla yanaşı, Qərb ölkələri nə Gürcüstan hökumətinin və parlamentin legitimliyini tanıyır, nə də yeni dövlət başçısını tanıyır. Bütün bunlar siyasi böhranın davam edəcəyini deməyə əsas verir. Etirazlar səngiyə bilər, amma artıq çatlar var, qütbləşmə var ki, bu, gələcək böhrandan xəbər verir.

- Gürcü cəmiyyətindəki parçalanma deməyə əsas verirmi ki, əslində bu gün Gürcüstanda baş verənlər Qərblə Rusiya arasındakı savaşdır?

- Əlbəttə, bu, iki gücün savaşıdır. Bu gün Gürcüstanda Qərblə Rusiyanın maraqları toqquşur. Düzdür, “Gürcü Arzusu” hökumətinin bu gün Rusiya ilə açıq əlaqələri və diplomatik münasibətləri yoxdur. Buna baxmayaraq, “Gürcü Arzusu”nun qurucusu və demək olar ki, idarəçisi olan oliqarx Bidzina İvanişvili Rusiyanın rəqibi olan Qərbi Gürcüstan üçün də təhlükə kimi qiymətləndirir. İvanişvili və onun nəzarət etdiyi hakim komanda belə hesab edirlər ki, Gürcüstan Avropa İttifaqına öz gündəmi ilə daxil olmalıdır. Avropa İttifaqı isə əksinə, hesab edir ki, əgər Gürcüstan İttifaqa üzv olmaq istəyirsə, rəsmi Tiflis Brüsselin bütün şərtlərini qəbul etməlidir. İxtilaf da məhz buna görə yaranıb. Gürcüstan Parlamentinin qəbul etdiyi iki qanun rəsmi Tiflis ilə Brüsselin yollarını ayırdı. Buna baxmayaraq, Gürcüstan hökuməti Avropa İttifaqına üzvlükdən imtina etməmişdi. Amma Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə dondurmaq qərarı vəziyyəti daha da gərginləşdirdi. Halbuki, bunu elan etmədən də hökumət müstəqil siyasətini davam etdirə bilərdi və proseslər belə genişlənməzdi.

- “Gürcü Arzusu”nun bu qərarı düşünülməmiş qərar idi, yoxsa bilərəkdən məqsədi tez zamanda ortaya qoydu?

- Deməzdim ki, düşünülməmiş verilən qərar idi. Məncə, parlament seçkilərindən sonra Qərbin bu seçkilərə yanaşması “Gürcü Arzusu”nda qıcıq yaratdı və belə qərara gəlindi ki, bu addımı atsınlar. Bununla Qərbə mesaj vermək istədilər. Amma Gürcüstan Baş nazirinin qərarı Ukraynada 2013-cü ildəki hadisələrə bənzədi. Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç 2013-cü ildə fikrini iki dəfə dəyişdi, əvvəlcə Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazır olduğunu bildirsə də, Kremlin təzyiqi altında bu fikrindən imtina etdi. Nəticədə Ukrayna gəncləri Kiyevdə davamlı mitinq və küçə yürüşlərinə başladılar. Bu hadisələrin Ukrayna üçün ağır nəticələri oldu. Rusiya əlinə düşən fürsətdən istifadə edərək əvvəlcə Krımı ilhaq etdi, ardınca hərbi qüvvələri Ukraynanın şimalına daxil oldular, müharibə bu gün də davam edir. Eynilə Gürcüstan hökumətinin qərarı da ölkədəki Avropaya inteqrasiya tərəfdarlarını ayağa qaldırdı. Yenə deyirəm, “Gürcü Arzusu” müxtəlif yollarla etirazların səngiməsinə çalışır. Amma buna nə dərəcədə nail ola biləcəklər, zaman göstərəcək.

- Gürcüstanda baş verənlərə Azərbaycanın mövqeyi necə olmalıdır?

- Təbii ki, biz qonşu dövlət olan Gürcüstanda sabitlik və təhlükəsizlikdə maraqlıyıq. Azərbaycan Qərb ölkələrindən fərqli olaraq Gürcüstanın daxili işlərinə qarışmamaqla, hakimiyyətlə müxalifət arasındakı mübarizədə tərəf tutmamaqla doğru strategiya aparır. Azərbaycan üçün önəmli olan Gürcüstanda sabitliyin bərqərar olmasıdır. Azərbaycan Gürcüstanda xaosun davamlı olmasını arzulamır. Nəzərə almaq lazımdır ki, Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır və onların təhlükəsizliyi də bizim üçün önəmlidir. Gürcüstandakı xaosdan Qərbdəki qüvvələr öz məqsədləri üçün istifadə edirlər ki, bu, Cənubi Qafqaz üçün arzuolunmaz haldır. Biz həm də bölgəmizdə gərginliyi istəmirik. Ümumiyyətlə, Gürcüstanda mübarizə aparan qüvvələr arasındakı prosesə qarışmaq düzgün deyil. Azərbaycan Gürcüstanda istənilən hakimiyyətlə strateji tərəfdaşlığı davam etdirəcək.
 
Ardını oxu...
"Gürcüstanın dəyərləri və adət-ənənələrindən imtina edərək hər hansı bir təşkilata qoşulmasının mənası yoxdur".

Bunu "İmedi" telekanalına müsahibəsində Gürcüstanın yeni seçilmiş Prezidenti Mixail Kavelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var.

"Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa Birliyinə olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik", - o bildirib.

Kavelaşvili ölkənin hazırkı Prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdısa, istefa verməli idi.
 

 

Ardını oxu...
  

İlk yayınlanma: 02:25

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan NTV-yə verdiyi müsahibədə Suriya münaqişəsi ilə bağlı sensasiyalı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, bu müsahibə Suriyadakı son gəlişmələrin bütün qaranlıq nöqtələrinə işıq salır. O, Suriyada Əsəd rejiminin zəif olduğu son iki-üç ildə Ankaranın əsas məqsədinin Rusiyanın və İranın münaqişəyə müdaxiləsinin qarşısını almaq olduğunu bildirib.

Əsəd rejiminin zəifliyi və Ankara strategiyası

Hakan Fidanın sözlərinə görə, o dövrdə Əsəd rejimi müxalif qüvvələr qarşısında ciddi itkilər verir və hakimiyyətini qorumaqda çətinlik çəkirdi. Ankara isə Rusiyanın və İranın rejimə dəstək verməməsi üçün ciddi diplomatik səylər göstərib. Fidan qeyd edib ki, bu dövrdə o, Qətərdə olarkən komandası Rusiya və İran nümayəndələri ilə görüşlər təşkil edib. 

Ardını oxu...

“Əsəd rejimi müdafiə olunsaydı, qanlı nəticələr olardı”

Fidan bildirib ki, həmin dövrdə müxalif qüvvələr Suriyada ciddi uğurlar əldə edirdi və Əsəd rejiminin xarici müdaxilə ilə dəstəklənməsi böyük qanlı nəticələrə səbəb ola bilərdi. Onun sözlərinə görə, Ankara Rusiyanı və İranı rejimi dəstəkləməyin mənasız olduğuna inandıra bilib:

“Əgər rejim dəstəklənsəydi, nəticələr çox qanlı ola bilərdi. Ruslar və iranlılar bu məsələnin davam etdirilməsinin mənasız olduğunu başa düşdülər. Bir an gəldi ki, onlar Əsədə telefon zəngi etdilər və o, həmin axşam geri çəkildi”. 

Ardını oxu...

Türkiyənin diplomatik zəfəri 

Bu açıqlamalar Türkiyənin Suriyada müxalifətin uğurlarını təmin etmək üçün necə aktiv diplomatik səylər göstərdiyini ortaya qoyur. Hakan Fidanın dedikləri göstərir ki, Ankara, yalnız hərbi deyil, həm də siyasi və diplomatik müstəvidə ciddi fəaliyyət göstərib. 

Ardını oxu...

Nəticələr

Hakan Fidanın bu açıqlamaları Suriyada münaqişə dövründə Ankara, Moskva və Tehran arasındakı mürəkkəb münasibətləri və Türkiyənin Əsəd rejimi ilə bağlı strategiyasını daha aydın şəkildə nümayiş etdirir. Bu həm də regiondakı güc balansının formalaşmasında Türkiyənin rolunu bir daha vurğulayır.

 

Musavat.com

Ardını oxu...
Son günlər ölkəmizə qarşı Qərbdən gələn təzyiqlər artmaqdadır. Ekspertlər iddia edir ki, bu təzyiqlər Rusiya faktorunu kənarda qoyub.

Sual yaranır: Qərbdən Azərbaycana gələn təhlükə və təzyiq fonunda Rusiya amili hansı rolu oynayır? Rusiya amili Azərbaycana münasibətdə tamamən neytrallaşıb? Bundan başqa, Vaşinqtonun Bakıya hücumu nə zamana kimi davam edəcək?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyovun fikrincə Rusiya hazırda “mələk” kimi görünür.

Politoloq Rusiyadan gələn təhlükə amilinin unudulmadığını qeyd edib:

“Mümkündür, hansısa ekspertlər bu barədə danışmırlar, nəsə demirlər. Lakin rəhbərlik səviyyəsində Azərbaycanın xarici siyasət idarəsi, fərqli qurumlar, həmçinin hökumət Azərbaycana qarşı Rusiya və müxtəlif ölkələrdən gələn təhlükədən xəbərdardırlar. Onlar həmişə Azərbaycanın maraqlarının keşiyindədirlər. Razıyam ki, son vaxtlar ABŞ-ın ölkəmizə qarşı təzyiqləri fonunda Rusiya “mələk” kimi görünməyə başlayıb. Amma bu, bəlkə də, sadə insanlara yönələn bir siyasətdir. Hamımız başa düşürük ki, burada əsas məqsəd Azərbaycan-ABŞ münasibətləri fonunda Azərbaycanı və onun əhalisini ruspərəst etmək, Rusiyaya daha da yaxınlaşdırmaqdır”.

V.Əlibəyov deyib ki, Azərbaycana qarşı Qərblə bərabər, Rusiyadan da təhlükə var:

“Yalnız Rusiyadan və ya Vaşinqtondan yox, ümumiyyətlə, hər hansı bir ölkədən Azərbaycana qarşı təhlükə mövcuddur. Çünki həmin ölkələrin maraqları bunu tələb edir. ABŞ-ın Bakıya hücumunun nə zamana kimi davam edəcəyi məsələsinə gəlincə, məncə, bunu tək Amerikaya bağlamayaq. Ümumiyyətlə, Azərbaycana qarşı Avropa ölkələri tərəfindən də təzyiqlər var. Bu, Azərbaycan müstəqil siyasət yürütməyə davam etdikcə belə olacaq”.

Politoloqun sözlərinə görə, Azərbaycan nə qədər ki, heç kəsdən asılı olmayaraq öz siyasi xəttini yürüdəcək, o qədər də xarici və böyük dövlətlərə, güc mərkəzlərinə sərf etməyəcək:

“O dövlətlər ölkəmizin onlara xidmət etməsi üçün əlindən gələni edəcəklər. Lakin biz öz haqq yolumuzdan dönməyəcəyik. Azərbaycan müstəqilliyini ona görə qan bahası ilə əldə etməyib ki, indi də çox asanlıqla onu kiməsə bəxşiş etsin. Azərbaycan müstəqil, özünü təmin edən və beynəlxalq arenada təsdiq etmiş bir dövlətdir. O baxımdan da nə qədər ki, Azərbaycan öz siyasətini davam etdirəcək, təzyiqlər də olacaq. Buna normal yanaşmaq lazımdır. Təzyiqlər varsa, deməli, biz hər şeyi düz edirik. Təzyiqlər varsa, Azərbaycanın müstəqil siyasəti var və bu, kimlərisə qane etmir. Əgər bizim siyasət hər kəsi qane etsə idi, onda Azərbaycanın özünü qane etməzdi”.
 
Ardını oxu...
  

"İlk dəfə Heydər Əliyevi Bakı Dövlət Universitetində (BDU) işləyərkən 1974-cü ilin yayında qəbul imtahanları zamanı görmüşəm".

Bunu Baku TV-nin "Baku aktual" verilişində Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

O, Heydər Əliyevlə ilk görüşünü belə xatırlayıb:

"Bir gün qabaq müəllimlərə elan etdilər ki, sabah Heydər Əliyev gələcək. Universitetin 4-cü mərtəbəsində 4-cü otaqda biz riyaziyyatçılar yazı işlərini yoxlayırdıq. Qapı açıldı, Heydər Əliyev içəri daxil oldu. Əvvəlcə o hesab etdi ki, biz imtahan veririk. Çünki hamımız cavan adamlar idik. Yaxınlaşanda bildi ki, müəllimik. Daha da yaxın gəldi, söhbət etməyə başladı. İmtahanların gedişindən, abituriyentlərin münasibətindən xeyli danışdı. Artıq söhbətin qurtarmaq ərəfəsində Heydər Əliyev "Kimin sualı var, bəlkə, bir sözünüz var mənə?", - deyə soruşdu. Bir nəfər cavan professor var idi bizdə. Adı Valeri Salayev idi. Dedi ki, mənim sualım var. Hamı pərt oldu. V.Salayev "Yoldaş Əliyev, sizin adınızdan universitetə belə bir qərar gəlib ki, aspiranturaya qəbul olmaq üçün hər bir şəxs iki il əmək stajına malik olmalıdr. Biz hesab edirik ki, bu, təbiət elmlərinə xeyir gətirməz" dedi. Heydər Əliyev diqqətlə dinlədi. Üzünü yanındakılara çevirib "Mənim qərarımı səhv çatdırmısınız. Bu qərar humanitar sahələrə aiddir" dedi".

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Azərbaycanda oynaq, sümük xəstəlikləri ilbəil cavanlaşır.

Bir çoxumuz hətta travmatoloq və ya ortopedə gedəcəyimizi də bilmirik.
Artıq çəki, oturaq həyat, zərərli qidalar və onurğada problemlər 40 yaşında belə insanı ağrılarla üz-üzə qoyur.

Oynaq, diz, çiyin ağrıları, sümük, qığırdaq yeyilməsi, yastıpəncəlilik üçün möcüzə dərman və ya müalicə varmı?

BTV-nin “HəkimPostu” verilişində bu dəfə qonaq Respublika Diaqnostika Mərkəzinin ən təcrübəli travmatoloq ortopedlərindən biri Altay Cəfərov oldu.

Həkim oynaq, dayaq aparatı ilə bağlı ən vacib 7 sualı cavablandırdı.

1. Qamətimizi, ayaqlarımızı nə əyir?
2. Oynaqların kirəcləşməsinin səbəbləri?
3. Artroz, artritlərdə dizə iynə, yoxsa əməliyyat?
4. Kök hüceyrə köçürülməsi oynaqları sağaldırmı?
5. Kollagen içmək insanı cavanlaşdırırmı?
6. Yastıpəncəliliyi necə yoxlatmalı?
7. 80-90 yaşlı insanın ayağı sınarsa nə etməli?

Ətraflı BTV-də videomüsahibədə izləyin:

 
 
 
Ardını oxu...
53 illik Bəşər Əsəd rejimi rəsmi olaraq mövcudluğunu itirdi. Dünya mediasının baş xəbəri Suriyada yeni mərhələnin başlanması ilə bağlıdır. Əsəd rejiminin devrilməsi bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlirmi? Əsədin devrilməsi regional və beynəlxalq münasibətlərə hansı təsiri göstərəcək?

TEREF xəbər verir ki, Qafqaz Etno Sosial Araşdırmalar Mərkəzinin eksperti, şərqşünas alım, konfliktoloq Azər Hüseynov bu və digər məsələlərlə bağlı Qaynarinfo-nun suallarını cavablandırıb.

"Regionun məzhəb zəmnində yenidən xaosa sürüklənməsi riski yüksəlir"

- Bəşər Əsədin devilməsi və İranın Suriyadakı mövqeyinin zəifləməsi regionda ciddi geosiyasi nəticələrə səbəb olacaqmı?

- Şübhəsiz. 2010-cu ildə Suriyada başlayan hadisələr İran və Suriya arasında əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcına səbəb oldu. İran Əsəd rejiminə qarşı silahlı mübarizə aparan qruplara, xüsusən İŞİD-ə qarşı mübarizədə fəal iştirak edirdi. Bu fəaliyyət hərbi-siyasi emisarlar, İŞİD-ə qarşı səfərbər edilmiş şiə qrupları və "Hizbullah" vasitəsilə həyata keçirilirdi. Bu kontekstdə, Əsəd rejiminin devrilməsi İranın regiondakı təsir mexanizmlərini əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Əsədin hakimiyyətdən salınması Livanda, xüsusilə İsraillə hazırda atəşkəs rejimində olan "Hizbullah"ın təchizatını faktiki olaraq dayandıracaq və İranın Yaxın Şərqdəki, o cümlədən Fələstin məsələsindəki iştirakını məhdudlaşdıracaq. Bunun nəticəsi olaraq, İsrailin regiondakı strateji mövqeyi və təsir dairəsi genişlənəcək. İsrail baş naziri Benyamin Netanyahunun bəyanatları bu perspektivi təsdiqləyir. Netanyahunun sözlərinə görə, Əsədin devrilməsində İsrailin "Hizbullah" və İrana qarşı həyata keçirdiyi strateji zərbələr mühüm rol oynayıb. Baş nazir bu hadisəni "tarixi bir gün" kimi qiymətləndirib. İsrail mediasında məsələ ilə bağlı çıxış edən ekspertlər durzilər və kürdlərin arxa planlarda İsraildən yardım və dəstək istədiklərini vurğulayırlar, bu yardımın göstərilməsinin strateji əhəmiyyət kəsb etdiyini qeyd edirlər. Sanki bu çıxışların əməli cavabı olaraq İsrail ordusu Qollan təpələrində silahsızlaşdırılmış bölgəni keçərək Kuneytrada möhkəmlənib. Netanyahu isə 1974-cü il təmas xəttinin silahsızlaşdırılması anlaşmasının qüvvədən düşdüyünü elan edib. "Hizbullah" məsələsinə gəldikdə isə, İranla logistika əlaqəsi kəsildikdən və təşkilatın liderləri zərərsizləşdirildikdən sonra "Hizbullah"ın tamamilə sıradan çıxarılması prosesi başlaya bilər. Bu prosesdə böyük ehtimalla Heyət Təhrir əş-Şam (HTŞ) iştirak edə bilər. Belə bir inkişaf regionda məzhəb qarşıdurması riskini artıracaq. İran əvvəllər olduğu kimi, yenidən öz mövqelərini bərpa etməyə çalışacaq. Bununla belə, ilkin mərhələdə bu imkanlar məhdud olacaq. İranın bölgədə kürdlər və müxalif qüvvələr arasında və ya müxalifət daxilində yaranacaq ziddiyyətlərin dərinləşməsindən istifadə edərək şiə qruplarını yenidən səfərbər etməyə çalışacağı ehtimal edilir. Bu cəhdlərə cavab olaraq, HTŞ ətrafında məzhəb əsaslı qüvvələrin birləşməsi ehtimalı artır. Nəticədə, regionun məzhəb zəmnində yenidən xaosa sürüklənməsi riski yüksəlir.

Bununla yanaşı, perspektivdə İranın Türkiyə ilə mümkün əməkdaşlıq yollarını araşdırmağa çalışacağı ehtimalı da diqqətdən kənarda saxlanmamalıdır. Burada onu demək lazımdır ki, bir sıra hallarda diametral fərqlərə baxmayaraq, Türkiyə və İran arasında məsələ ilə bağlı intensiv diplomatik ünsiyyət mövcuddur. Hər halda, bölgədə gələcəkdə məzhəb zəminli münaqişəsinin başlaması region ölkələri olan Türkiyənin də, İranın da maraqlarına uyğun deyil. Çünki onun arxasında etnik zəminli münaqişələr də başlaya bilər. Bölgənin müsəlman dövlətlərinin bölünməsi olduqca təhlükəlidir. Hesab edirəm, bunu Türkiyə də, İran da nəzərə almalıdırlar ki, cərəyan edən proseslər daha sonra onlara, regionun əhalisinə qarşı bumeranq effekti verməsin. Əsədin devrilməsi ilə İran XİN-nin verdiyi açıqlama da maraq doğurur. İran Suriyanın gələcəyinin Suriya xalqının işi olduğunu vurğulamaqla gələcəkdə özü üçün diplomatik manver imkanları saxlamaq istəyir. Bura bir məsələni də əlavə etmək istərdim ki, İranın geosiyasi mövqelərinin zəifləməsinə ilk reaksiyalardan biri də ABŞ-dən gəldi. Tramp bunu İsrailin uğuru və İranın zəifləməsi kimi şərh etdi. Zənnimcə, dünyanın hər bir yerində cərəyan edən proseslərə ABŞ-ın təmkinli və tələsik olmayan yanaşması da diqqəti cəlb etməlidir.

"Türkiyənin Suriya müxalifətinə dəstək verməsində əsas məqsəd gələcəkdə öz sərhədlərinin yanında kürd dövlətinin qurulmasının qarşısının alınmasıdır"

- Proseslərin gələcək gedişatında Türkiyənin mövqeyi nədən ibarət olacaq? Bir sıra Qərb mətbuatı iddia edir ki, artıq Böyük İsrail və Böyük Kürdüstanın yaranması an məsələsidir...

- Bu suala cavab vermək üçün məsələni daha geniş şəkildə şərh etmək lazımdır. Türkiyə dövləti öz liderlərinin dilindən nələrdən ehtiyat etdiyini açıqlayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda çıxışında belə bir ifadə işlətdi ki, İsrail dini əsaslarla hərəkət edir, Fələstin və Livan torpaqlarından sonra Türkiyə torpaqlarına iddialıdır. Məlumdur ki, Qəzzadakı proseslərin gedişində Türkiyə ilə İsrailin münasibətləri sıfır həddinə gəldi. Buradan görünən odur ki, Türkiyə siyasi rəhbərliyi tez-tez səslənən, müxtəlif məqamlar tərəfindən iddia edilən Böyük İsrailin qurula bilməsi ehtimalına real baxır. Buna hansı əsaslardan qənaət gətirir? Bizim Azərbaycan mediasında da ifadə edildiyi kimi İsrailin maliyyə naziri Bezalel Smotriç "Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb. Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib. Nazir sərhədləri İordan çayının o biri tərəfinə qədər uzanacaq Böyük İsraili təsvir edib. Rejissor Jerem Seskenin çəkdiyi "İsrail: Xaos nazirləri" adlı sənədli filmdəki çıxışında Smotriç bildirib ki, İsrailin suverenliyi altında olan sərhədlər indiki vəziyyətlə məhdudlaşmayacaq. Belə bəyanatların sadə bir şəxsin deyil, məhz nazirin dilindən ortaya gəlməsi Türkiyə rəhbərliyində ciddi narahatlığa səbəb olub.

Türkiyəni narahat edən digər məsələ də məhz Suriyada gedən proseslərlə bağlıdır. Suriyada fəaliyyət göstərən YPG-nin İsrailin vəzifəli şəxsləri ilə sıx əlaqələri mövcuddur. Türkiyə prezidenti çıxışlarının birində PKK-nın da, YPG-nin də arxasında İsrailin olduğunu ifadə etdi, bunların bir vasitə olduğuna diqqət çəkdi. Məhz buna görə də bir sıra analitiklər hesab edir ki, Türkiyənin Suriya müxalifətinə dəstək verməsində əsas məqsəd gələcəkdə öz sərhədlərinin yanında kürd dövlətinin qurulmasının qarşısının alınmasıdır. Ankaraya görə Böyük Kürdüstan Böyük İsrailin qurulmasının tərkib hissəsidir. Ankaranı narahat edən məsələ Türkiyənin parçalanması ehtimalıdır. Bununla belə, Türkiyə daxilində bəzi müxalif qüvvələr Türkiyənin Suriyadakı prsesdə iştirakının tam da İsrailin maraqlarına oynayacağını, sonra kürd məsələsinin yenidən qalxacağını və Türkiyənin özünün parçalanma təhlükəsi altında qala biləcəyi fikirlərini ifadə edirlər. Bütün bunlar təbii ki, mövqelərdir. Real olan odur ki, Türkiyə bu prosesə girdi. Türkiyə XİN başçısı Hakan Fidan Əsədin Türkiyənin uzatdığı əli geri çevirdiyini bildirib, son hadisələri bununla bağladı. Diqqətimi çəkən Hakan Fidanın Əsədin getməsindən sonra işlətdiyi ifadələrdir. Yeni Suriya qonşuları üçün təhdid olmamalıdır. Bu ifadənin təfislatından Türkiyə xarici siyasətinin nə qəsd etdiyini zaman keçdikcə anlayacağıq. Burada Suriya ərazisində hər hansı bir yeni muxtariyyətin yaranması, Suriyanın federallaşma təhlükəsinin qarşısının alınmasımı nəzərdə tutulur, bu sual açıq olaraq qalır. Ola da bilər ki, bununla İsrail daxil yeni keçid hökumətinin bütün qonşularına güvənc verdiyi də ifadə edilir. Hər halda bunu proseslərin gedişində görə biləcəyik. Türkiyə gələcəkdə nə etməyə çalışacaq? Öncə çalışacaq ki, öz daxilində separatçılığı təşviq edəcək hər hansı bir məsələ olmasın. Daha sonra Türkiyə Qəzza məsələlərinə, Fələstin probleminə dönəcək.

"İranla Türkiyənin Qəzzanın gələcəyi və HƏMAS ilə bağlı yanaşmaları çox fərqlidir"

- Maraqlı yanaşmadır. Dedikləriniz özünü doğruldarsa, belə bir suala da cavab tapmaq lazım olacaq - Suriyadakı proseslər "Qəzza düyünü"nü həll edə biləcəkmi?

- Son bir ildə Qəzzada bir humanitar fəlakət yaşanır. Bu humanitar fəlakətin aradan qaldırılması çağırışı ilə bir çox ölkələr, o cümlədən Azərbaycan da çıxış edir. Yeri gəlmişikən, Azərbaycan Şərqi Qüds paytaxtı olan Fələstin dövlətinin olmasının zəruriliyini daim ifadə edir. Dediyiniz sual hamını düşündürür - bundan sonra Qəzzada nələr yaşanacaq? Öncə bunu açmaq lazımdır. Qəzzada İsraillə HƏMAS qarşı-qarşıyadır. Bu təşkilatın liderləri İsmail Haniyyə, daha sonra isə İsrailə qarşı sərt mövqeyi ilə seçilən Yəhya Sinvar öldürüldü. Buna baxmayaraq, HƏMAS hələ də müqavimət göstərir. Suriyada Əsədin düşməsindən sonra HƏMAS müqaviməti davam etdirə biləcəkmi? Hər nə qədər Əsədlə əlaqələri oynaq olsa da, İranın Suriya vasitəsi ilə ona etdiyi yardımlardan HƏMAS istifadə edirdi. Ancaq indi durum dəyişib. Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsi də "Hizbullah"a ciddi təsir etdi. Bəzi iddialara görə, HƏMAS-ın siyasi qanadı Türkiyəyə, hərbi qanadı isə İrana yaxınlığı ilə bilinir. Məhz buna görə də sünni dünyasında HƏMAS-ı tənqid edənlər kifayət qədər çoxdur.

Humanitar olaraq Qəzzada bir faciə var. Mülki insanlar, uşaqlar, qadınlar ölür, şikəst qalır. İranın və Türkiyənin hər ikisi də HƏMAS-ı dəstəkləyir. Amma onların Qəzzanın gələcəyi və HƏMAS ilə bağlı yanaşmaları çox fərqlidir. Türkiyə HƏMAS-ın siyasiləşməsini, lazım gələrsə, FƏTH-lə əməkdaşlığını, hətta Qəzzanın FƏTH-ə verilməsini istəyə bilər. Buna real ehtimal kimi baxıram. Bir qism analitiklər hesab edir ki, Qəzzanın FƏTH-ə verilməsi onun İsrailin nəzarətinə keçməsi ilə eynidir. Bir sıra Qərb medialarında iddia edilirdi ki, ABŞ-ın təzyiqi ilə İsmail Haniyə Türkiyədən çıxmağa vadar edildi. İran isə bu gün faktiki olaraq HƏMAS-a dəstək verə biləcək gücdə deyil. Artıq HƏMAS-ın savaşçı liderləri də yoxdur. Daha doğrusu, HƏMAS-ın Türkiyəni dinləmə ehtimalları çoxdur. Belə bir ortamda onun Qəzzada nəzarəti itirəcəyi ehtimalları artır. İdarəçiliyin FƏTH-ə veriləcəyi ehtimalı da çoxdur. Buna Fələstin xalqının münasibəti necə olacaq, onu zaman göstərəcək.

"Çinin güclənməsi Rusiyanın da marağında deyil, Pekin gələcəkdə Amur boyuna iddia edə bilər"

- Məni ən çox düşündürən odur ki, Rusiya nə üçün Əsədin arxasından çəkildi? Putin faktiki olaraq Əsədi qurban verdi. Rusiyanın səssiz qalması ilə 53 illik Əsəd hakimiyyəti sona çatdı. Putin Ukrayna məsələsinə görə Suriyanı itirməyə göz yumdu, ya burada başqa səbəb var? Putin hansı oyunu oynayır?

- Sizə bir misal çəkim. 1945-ci ildə Sovet ordusu İrana girdi və orada ilk mərhələdə Pişəvərini dəstəklədi. Qərblə Avropanın bölünməsində razılıqlar prosesi başlayanda Sovet ordusu 1946-cı ildə İranı tərk etdi. İranı ABŞ və Britaniyaya güzəştə getdi. Bunun müqabilində daha sonra Şərqi Avropada nəzarəti tam ələ aldı, sosialist blokunu qurdu. Şərqi Avropa Rusiyanın tarixi maraq və təsir dairəsidir. Yaxın Şərq isə ehtiyat fəaliyət məkanıdır. Ona görə də, Ukraynada ABŞ-ın onun təsirini tanımasının, müharibənin öz maraqlarına uyğun bitməsinin və hətta gələcəkdə Zelenskinin gedə bilməsinin əvəzində Rusiya Suriyadan çəkildi. Rusiyanın mövqeyi siyasi rəhbərliyinin dilindən ifadə edildi: "Suriyalılardan çox suriyalı ola bilmərik”.

Digər tərəfdən, qarşıda Tramp dövrü gəlir. O, Rusiyaya münasibətində Bayden qədər aqressiv deyil. Hətta Rusiya ilə ABŞ arasında isinmə ola bilər. ABŞ bu isinməni Çinə qarşı istifadə edə bilər. Çünki Çin artıq ABŞ üçün problem olmağa başlayır. Bir zaman dünyanın ucuz işçi qüvvəsi yeri olan Çin artıq dünya iqtisadiyyatının əsas hissələrindəndir. Çinin güclənməsi Rusiyanın da marağında deyil. Çin gələcəkdə ehtimal edilən proyeksiyada Rusiyanın Amur boyuna iddia edə bilər. Eyni zamanda, Çin iqtisadi cəhətdən Rusiyanı nəzarətə götürə bilər. Məhz bunları əsas alaraq Rusiya ABŞ-la Suriya məsələsində razılığa gələ bilər.

"Azərbaycanın balanslı davranışlarının da doğru qərarlar silsiləsi olduğunu görmək olur"

- Bununla belə, Rusiyanın bölgəyə qayıdışı mümkündürmü?

- Bəli. Çünki hələ proseslərin hansı istiqamətə yön alması tam aydın deyil. Rusiya XİN bəyan edir ki, müxalifətin bütün qanadları ilə ünsiyyət saxlayır. Ən maraqlısı odur ki, hakimiyyətin təhvil verilməsində Rusiya iştirak etmədiyini deyir. Bu isə həmin siyasi qərarın de-fakto qəbul edildiyini ifadə edir, de-yure Rusiyanın tam mövqeyinin prosesin gedişatında formalaşacağını göstərir.

- Yaxın Şərqdəki proseslərin MDB məkanına təsiri nə dərəcədə mümkündür? 2005-ci ildə ABŞ Kəşfiyyat Şurasının qarşıdakı 20 il üçün açıqladığı proqnozda göstərilirdi ki, MDB-də demokratikləşmənin 3-cü dalğası 2025-ci ilə başlanacaq. 20 il əvvəl verilən bu proqnozlardan "ərəb baharı", İŞİD, pandemiya artıq gerçəkləşib. Proseslərə diqqət etsək, görərik ki, Gürcüstan və Moldovada sabitlik artıq pozulub. Nə gözlənilir?

- Mümkün olmayan heç bir ehtimal yoxdur. Bu arada müxtəlif dünya regionlarında baş verən hadisələr, bura Gürcüstandakı proseslər, Suriyada olanlar, Cənubi Koreyadakı məsələlər əslində dünyada bir çalxalanma olduğunu göstərir. Məhz bu baxımından, təhlükəsizlik meyarlarını nəzərə alaraq, Azərbaycanın quru sərhədlərinin hələ açılmaması olduqca anlaşılandır. Bir ölkədə stabillik və təhlükəsizlik çox önəmlidir. Çünki stabillik və təhlükəsizliyin ortadan qalxması digər həyat sahələrində əldə edilən uğurların yoxa çıxmasına gətirib çıxarda bilər. Proseslərin MDB məkanına təsir edə biləcəyi ehtimalını diqqətə gətirərək, Azərbaycanın balanslı davranışlarının da doğru qərarlar silsiləsi olduğunu görmək olur. Azərbaycan II Qarabağ müharibəsi zamanı İsraillə dövlət maraqlarının reallaşdırılması istiqamətində tərəfdaşlıq etdi və bu tərəfdaşlığı indi də davam etdirir. Eyni zamanda, region dövlətlərinin heç birinə qarşı onun ərazisindən istifadə edilə bilməyəcəyini bəyan edir, İranla ziqzaqvari münasibətlərin olmasına baxmayaraq, zaman-zaman birgə hərbi təlimlər də keçirir, Türkiyə ilə isə müttəfiq və qardaşdır. Rusiya ilə də rasional münasibətləri inkişaf etdirərək dövlət suverenliyinin və təhlükəsizliyinin qorunması istiqamətində hərəkət edir.

"Suriyada və dünyada cərəyan edən proseslər onu deməyə əsas verir ki, Zelenskini də Əsədin taleyi gözləyə bilər"

- Dediklərinizdən belə çıxır ki, Zelenskini də Əsədin taleyi gözləyir?

- Hadisələr onu deməyə əsas verir ki, Zelenskinin də aqibəti heç yaxşı görünmür. Çünki Suriyada və dünyada cərəyan edən proseslər onu deməyə əsas verir ki, Zelenskini də Əsədin taleyi gözləyə bilər. Əgər Suriyada ABŞ və Rusiya razılaşıbsa, onda Zelenski üçün də yolun sonunun göründüyünü ehtimal edə bilərik. Zelenski öz ölkəsini potensialı davam gətirə bilməyəcək bir hala gətirdi, Rusiya ilə diplomatik tənzimləmə yolunu deyil, silahlı münaqişəni seçdi və Ukrayna ərazisinin bir hissəsi itirildi. Zelenskini bir zaman alqışlarla dəstəkləyənlər bu gün onun iflasına imza atacaq potensiala sahibdirlər.
Ardını oxu...
Maya çörəyinin zərərləri və maya çörəyinin faydaları haqqında mif cəmiyyətdə kök salır.
Hibiny.ru xəbər verir ki, mikrobioloq Olesya Savkina TASS-a müsahibəsində bu barədə danışıb.O bildirib ki, təbiətdə termofil maya (yüksək temperaturda mövcud ola bilən) yoxdur. Bişirmə zamanı tamamilə bütün maya ölür.Üstəlik, maya insanlar üçün çox faydalıdır, çünki tərkibində çoxlu protein, vitamin və digər bioloji aktiv maddələr var.
 

Dünyapress TV

Xəbər lenti