Ardını oxu...
“Hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək cinayət məsuliyyəti yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib.

Müsahibimiz yazıçı Çingiz Abdullayevin mediaya verdiyi fikirlərini şərh edib.

Xatırladaq ki, Ç. Abdullayevin müsahibəsində Müşahidə Şurasının sədri olduğu vaxt “Neftçi” futbolçuları haqqında “klubdan kimisə əsgərliyə çağırırdılar, zəng edib saxladırdım” ifadəsindən istifadə etməsi ictimaiyyətin narazılığına səbəb olmuşdu.

X. Bəşirov Ç. Abdullayevin verdiyi müsahibə ilə tanış olduğunu diqqətə çatdırıb:

“O müsahibə ərzində və ya sanki müsahibənin təsiri altında bəzi fikirlər səsləndirib, “Neftçi” Müşahidə Şurasının sədri olarkən atdığı addımlardan bəhs edib. O, komandanın nəticələrinə, qələbələrinə töhfə vermək məqsədilə etdiyini dilə gətirir, amma təbii ki, hüquqa zidd fikirlər də səsləndirib. Hansı ki, kimisə orduya çağırıblar, zəng edib saxlatdırdığını qeyd edib. Bu, əslində, doğru fikir deyil. Bu cür ictimai nüfuzu olan və məsul vəzifədə çalışmış şəxs tərəfindən belə fikirlərin səsləndirməsi düzgün hərəkət deyil. Fərqi yoxdur, kimin harada olmasından asılı olmayaraq futbolda və ya digər idman növlərində hansısa şəxsləri ordudan saxlanılması məsələsinin bu formada primitiv şəkildə səsləndirilməsi hüquq və qanunazidd yanaşmadır”.
“Orduya çağırılan şəxsi saxlatdırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar mövcuddur. Bu hallardan başqa kiminsə ordudan saxlanılması qanunsuzdur. Düşünürəm ki, ola bilər, kimlərinsə idman sahəsinə töhfə verəcək yüksək istedada sahib olması amilini nəzərə alıb onun hərbi xidmətin təxirə salınması mümkündür, amma zəng və ya hansısa formada kimisə orduya aparmaqdan saxlatdırması doğru deyil”, – deyə o, əlavə edib.
X. Bəşirov qeyd edib ki, Ç. Abdullayevin bu fikirləri müəyyən şəxslərin orduya çağırılmasının qarşısını almağa çalışmağa təşviq etmək kimi anlaşıla bilər:

“Bu ifadələr xoşagəlməz olsa da, hərbi xidmətdən yayınmağa şərait yaratmaq kimi anlaşılır. Bəlkə də bunun təsərrüfatlarına varsaq, o zəngdən sonra müvafiq prosedurlar keçirilib, sənədlər təqdim olunub və prosedurlara riayət edilib. Bu baxımdan, mən təfərrüatlarına varmadan və qanunvericilikdə hansısa müddəaya istinad vermədən qeyd etmək istərdim ki, Azərbaycan Cinayət Qanunvericiliyində də hərbi xidmətdən yayınma birmənalı şəkildə qadağandır və bu cinayət məsuliyyəti yaradır. Bundan əlavə, hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək də məsuliyyət yaradan amillərdəndir”.

Ardını oxu...
  

Paşinyanın İTv-yə müsahibəsində deyə bilmədikləri...

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın mövcud konstitusiyasını dəyişmək prosesindəki tərəddüdünün əsl mahiyyətini şərh edib.

Musavat.com xəbər verir ki, sabiq diplomat bu fikirlərini İTv-də yayımlanan Ermənistan Baş naziri Nikol Paşinyanın son müsahibəsini izlədikdən sonra bildirib.

Zülfüqarovun fikrincə, Paşinyanın çıxışı göstərir ki, Ermənistan tərəfi Azərbaycanın əsas strateji hədəfini – ölkənin qərb və Naxçıvan hissəsi arasında birbaşa, təhlükəsiz və dayanıqlı əlaqənin qurulması planını hələ də ciddi təhlükə kimi görür.

“Əminəm ki, Ermənistanda çox yaxşı anlayırlar: Konstitusiya dəyişsə belə, Azərbaycan üçün hədəf dəyişmir. Biz bu məsələnin – iki hissəmizi ayıran süni sovet mirasının – tam və davamlı həllini görmədən münaqişəni bitmiş hesab etməyəcəyik”, – deyə Tofiq Zülfüqarov bildirib.

Sabiq nazirin sözlərinə görə, bu düşüncə Ermənistanda da reallıq kimi qəbul olunur və İrəvan artıq problemi danmaq yerinə, mümkün texniki həll yollarını müzakirəyə çıxarmağa meyllidir. Bu kontekstdə Zülfüqarov diqqəti əvvəllər Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfindən irəli sürülmüş bir ideyaya yönəldir:

“Ermənistan, təhlükələri və problemin gerçək ölçülərini anlayaraq, Koçaryanın vaxtilə təklif etdiyi variantı – eksteryal (əraziyə aid olmayan) tunel və ya estakada ideyasını yenidən gündəmə gətirə bilər. Hətta bu təklifi artıq veriblərmi – bilmirəm, mümkündür.”

Ardını oxu...

Tofiq Zülfüqarov

Zülfüqarov qeyd edir ki, bu məsələ yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Onun fikrincə, Ermənistanın geosiyasi istiqamətində də yenidən dəyişikliklər baş verir – Paşinyanın qərbyönümlü ritorikasına baxmayaraq, rəsmi İrəvan artıq Moskvaya tərəf dönməyə başlayıb.

“Ermənistan "doğma liman" saydığı Rusiyaya geri dönür. Onların daim Rusiya ilə Qərb arasında ‘sarkaç’ kimi hərəkət etdikləri tarixdə dəfələrlə müşahidə olunub. İndi isə bu yeni mərhələdə ‘tunel’ ideyası əsas müzakirə predmeti ola bilər.”

Ardını oxu...

Zülfüqarovun bu açıqlaması Ermənistan-Azərbaycan normallaşma prosesinin yalnız hüquqi deyil, həm də geosiyasi, strateji və logistik komponentlərlə sıx bağlı olduğunu bir daha xatırladır.

Azərbaycan tərəfi uzun müddətdir ki, Zəngəzur dəhlizi məsələsini gündəmdə saxlayır və Naxçıvanla quru əlaqənin təmin edilməsinin sülhün əsas dayaqlarından biri olduğunu vurğulayır. Ermənistan isə bu məsələyə ya müqavimət göstərir, ya da yeni formalarda təqdim etməyə çalışır.

Tofiq Zülfüqarovun dilə gətirdiyi “eksteryal tunel” və ya “estakada” anlayışı texniki baxımdan alternativ keçid variantları kimi təqdim oluna bilər. Lakin burada əsas məsələ – həmin keçidin Azərbaycanın suverenliyi və təhlükəsizliyi baxımından effektiv və nəzarət altında olmasıdır.

Tofiq Zülfüqarovun bu fikirləri bir daha sübut edir ki, Paşinyanın konstitusiya dəyişiklikləri və digər kosmetik addımları hələ regionda uzunmüddətli sabitlik üçün yetərli hesab edilmir. Azərbaycan üçün ərazi bütövlüyü qədər, onun geostrateji bütövlüyü də önəmlidir. Zəngəzur məsələsi isə məhz bu bütövlüyün təməlidir.

Musavat.com

 
 
 
Ardını oxu...\
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son müsahibəsi bölgədə və Ermənistan daxilində mühüm siyasi rezonans doğurub. Açıqlamasında Köçəryan Ermənistanın yeganə xilası kimi Rusiyanı göstərərək, Moskva ilə sıx ittifaqa çağırış edib. Bu mövqe, Ermənistanın müstəqilliyi və qərbyönümlü siyasət yürütmək cəhdləri fonunda ciddi suallar doğurur. Köçəryanın bu bəyanatı Ermənistanın qarşıdan gələn parlament və ya prezident seçkiləri fonunda daha da təhlükəli görünür. Müşahidəçilər bu çıxışı seçki öncəsi ictimai rəyin formalaşdırılmasında bir vasitə kimi qiymətləndirirlər. Rusiyameyilli qüvvələrin aktivləşməsi və Moskvanın informasiya resursları üzərindən göstərdiyi təsir, Ermənistanın daxili siyasi sabitliyini zəiflətməkdədir. Köçəryanın açıqlaması Ermənistan daxilində seçki mübarizəsinin sərtləşəcəyindən xəbər verir. Onun “xilas yolu” kimi göstərdiyi Moskva modeli, əslində, Ermənistanın siyasi muxtariyyətini daha da məhdudlaşdırmağa xidmət edir.

Millət vəkili, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev Sherg.az-a bildirib ki, Koçaryanın hansı ölkənin tulası olmasından asılı olmayaraq, o bir cinayətkardır:

“Koçaryan tarix və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək. Onun ədalət qarşısında cavabı və məhkum olacağı gün də uzaqda deyil. Ermənistanda rusiyayönümlü revanşist qüvvələrin fəallaşması da yeni bir məsələ sayılmır. Yəni Paşinyan hakimiyyətə gələndən sonra onların fəallaşması zaman-zaman özünü göstəribdir. Burada əslində Paşinyan, Koçaryan və Serj Sarkisyan mübarizəsi gedir. Amma Ermənistan əhalisi xilasın harada olduğunu dərk edirlər. Onlar bilirlər ki, revanşistlərin yenidən hakimiyyətə qayıtması Ermənistan üçün yenidən fəlakətin başlaması deməkdir. 44 günlük müharibədən sonra ermənilər dəmir yumruğun da gücünü görüblər. Onlar hesab etməlidirlər ki, Ermənistanın xilası Azərbaycan-Türkiyə və bölgə dövlətləriylə sülh, əməkdaşlıq şəraitində yaşamaq ilə bağlıdır. Ermənistanın başqa xilas yolu yoxdur. Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, əməkdaşlıq yoluna getməlidir. Köçəryan isə son dövrlər Paşinyanın onlara qarşı ittihamlarını neytrallaşdırmaq və həbs təhlükəsindən yayınmaq üçün belə bleflər edir və Rusiyanı gündəmə gətirir. Təbii ki, Rusiyanın hazırda Cənubi Qafqazda maraqları var. Bu maraqlar naminə Rusiya tərəfi Ermənistandan zaman-zaman istifadə edib. Belə niyyətlər bundan sonra da olacaqdır. Amma reallıq onu göstərir ki, indi Rusiya Ukraynayla münasibətlərini tam aydınlaşdırmadan Ermənistanla özünə əlavə bir problem yaratmaqda maraqlı deyil. Buna görə də ən doğru yol Ermənistanın qısa müddət ərzində referendum keçirməsi, Azərbaycana qarşı ərazi iddialarını ləğv etməsi və Azərbaycanla davamlı sülh müqavirləsini imzalamaqdır”.
Ardını oxu...
Avstraliyalı alimlər Sü Yolu qalaktikasında indiyədək müşahidə edilməmiş, demək olar ki, mükəmməl kürə formasında olan supernova qalıntısını aşkar ediblər. Elm dünyası bu sirli quruluşun necə yarandığını anlamağa çalışır.

Uestern Sidney Universitetindən astrofizik Miroslav Filipoviçin rəhbərlik etdiyi tədqiqat qrupu qalaktikamızda fövqəladə dərəcədə simmetrik quruluşa malik bir supernova qalıntısı müşahidə edib. Qalıntıya qədim yunan dilində "mükəmməl" mənasını verən Teleios adı verilib.

Teleiosun özəlliyi yalnız forması ilə məhdudlaşmır. Əvvəlki supernova qalıntılarında rast gəlinən rentgen və görünən işıq yayımı bu quruluşda müşahidə olunmur. Teleios yalnız radio dalğaları yayır, bu isə onun sirrini daha da artırır.

Alimlər bu quruluşun Tip Ia supernova qalıntısı ola biləcəyini düşünürlər. Bu növ partlayışlar, ağ cırtdan ulduzların partlaması nəticəsində baş verir. Lakin məsələ tam aydın deyil.

Tədqiqatçılar Teleiosun dəqiq hansı məsafədə yerləşdiyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. İki fərziyyə var: ya 7 min, ya da 25 min işıq ili uzaqda yerləşə bilər.

Bu fərq, quruluşun ya 46 işıq ili diametrində gənc bir obyekt, ya da 157 işıq ili diametrində çox daha yaşlı bir obyekt olduğunu göstərir. Lakin hər iki halda belə simmetrik formanın necə qorunduğu izah edilə bilmir.

Başqa bir ehtimal isə onun Tip Iax supernova nəticəsində yaranmasıdır. Bu tip partlayışlarda ulduz tamamilə məhv olmur və "zombi ulduz" adlanan bir qalıq geridə qalır. Lakin bu ssenarinin doğru olması üçün Teleiosun daha yaxın – təxminən 3 min işıq ili məsafədə – olması lazımdır, mövcud məlumatlar isə bunu dəstəkləmir.

Əksər supernova partlayışları qeyri-sabit olduqları üçün ətrafdakı qaz və tozla qarşılıqlı təsirə girərək asimmetrik quruluşlar əmələ gətirir. Ancaq Teleios demək olar ki, tamamilə mükəmməl kürə şəklindədir. Bu isə onu astronomiya tarixində nadir görülən obyektlərdən birinə çevirir.

Tədqiqat qrupu bu maraqlı kosmik obyekt barədə daha çox məlumat əldə etmək üçün daha yüksək həssaslığa və çözünürlüklü teleskoplara ehtiyac olduğunu vurğulayır.
 
Ardını oxu...
“Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik. Onlar bunu nə qədər tez başa düşsələr, həm regional sülh, həm də dünya üçün bir o qədər yaxşı olar”.

Bu barədə Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri Anadolu Agentliyinə verdiyi müsahibədə bildirib.


Çaudri Hindistanla yaşanan son gərginlik barədə danışaraq, Cammu Kəşmirdəki Pahalgam bölgəsindəki hücumla bağlı Pakistanı günahlandıran Hindistanın heç bir dəlil təqdim edə bilmədiyini vurğulayıb. O, Yeni Dehli rəhbərliyini “terror bəhanəsi ilə hadisələri siyasi məqsədlər üçün istifadə etməkdə” ittiham edib.

Çaudri deyib ki, terrorizm, radikalizm və nifrət Hindistanın daxili problemidir və orada müsəlmanlara və sikh icmasına qarşı təzyiqlər bu problemləri daha da alovlandırır.
 
Ardını oxu...
   


Bakı Məhkəmə Kompleksində Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məhkəmədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərində mədəni irsin məhv edilməsini əks etdirən sənədlərin tədqiqinə başlanılıb.
Belə ki, 1993-cü il aprelin 7-də xarici media subyektində nəşr olunan Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalına dair məqalə tərcüməçi vasitəsilə tədqiq olunub.
Bildirilib ki, "Qafqazda hücumlar yeni qaçqın dalğası yaradır" sərlövhəli məqalədə Ermənistan ordusunun Kəlbəcərdə “uğurla” irəliləməsinin minlərlə azərbaycanlının öz torpağından qaçmağa məcbur qalmasına səbəb olduğu qeyd edilib. Yazıda bildirilib: “Bazar ertəsi Kəlbəcərdə qadınlar və uşaqlar helikopterlərə minməyə cəhd ediblər. Döyüşlərdən qaçan 39 minə yaxın insan qaçqın mərkəzlərində qeydiyyatdan keçib".

Məqalədə, həmçinin qeyd edilir: "Murov keçidi, Azərbaycan, 6 aprel 1993-cü il. Onlar ( azərbaycanlılar - red.) qarla örtülmüş düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Doqquz min fut (təxminən 2743 metr) hündürlüyündəki dağ keçidinin şimal yamacından enən üç nəfər öz torpaqlarında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda onların əslində beş nəfər olduğu məlum oldu.
Taqətdən düşmüş 30 yaşlarında bir kişi və qucaqlarında körpə uşaqları olan 20 yaşlarında iki qadın. Onların hamısı soyuqdan donurdu, meşədə və dağda 6 günlük yürüşdən sonra şok vəziyyətində idilər. Cənubi Qafqazda Ermənistan ordusu həftəsonu Kəlbəcəri ələ keçirərək minlərlə insanın qaçmasına səbəb olub və böyükmiqyaslı məcburi köçkün böhranı yaradıb.
Kəlbəcərin erməni qoşunları tərəfindən işğalı ermənilərə Qarabağı Ermənistanla şimaldan cənuba birləşdirən geniş ərazi üzərində nəzarət imkanı verib. Birinci əlaqə ötən il Laçında qurulmuşdu, bu yol qoşunların və təchizatın Qarabağa çatdırılması üçün istifadə olunurdu".
Bundan başqa, yazıda vurğulanır ki, yalnız Azərbaycan hökuməti deyil, həm də Kəlbəcərin işğalının əyani şahidi olan bir çox insanlar hücumun birbaşa Ermənistan ərazisindən həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, Qarabağa açılan yeni “şimal dəhlizi” 100 kilometrdən çoxdur. Bu da faktiki olaraq Kəlbəcər bölgəsinin tam şəkildə ilhaqı deməkdir. ABŞ Qafqazdakı yeni hücumlara görə Ermənistanı qınayır.
Bu gün ABŞ Ermənistanı qonşu Azərbaycanın şimal-qərbində yerləşən əraziləri 11 gün əvvəl başlanan hücumlar nəticəsində ələ keçirdiyinə görə kəskin şəkildə qınayıb. ABŞ Dövlət katibi Varren Kristofeerin bəyanatında administrasiya İrəvan hökumətini qüvvələrini dərhal geri çəkməyə çağırıb. Eyni zamanda o, bazar ertəsi Ermənistan Prezidenti Levon Ter-Petrosyana etiraz məktubunun təqdim olunduğunu qeyd edib”.

Daha sonra "İzvestiya" qəzetinin 1993-cü il aprelin 2-də nəşr olunan buraxılışında çap olunan məqalə tədqiq olunub.

Yazıda deyilir: "Ermənistan ordusu Kəlbəcər rayonunun ətrafına çatıb. Hücum həm Ermənistan, həm də Qarabağ tərəfdən həyata keçirilib. Kəlbəcər rayonu tam olaraq blokadaya alınıb, onu Azərbaycanın digər əraziləri ilə birləşdirən yollar artıq kəsilib. Şəhər daim raket, artilleriya hücumlarına və havadan bombardmana məruz qalır. Dinc əhali arasında çoxlu sayda ölən var. Minlərlə insanın taleyi məlum deyil”.

Beləliklə, məhkəmə iclasında tədqiq olunan hər iki xarici mənbədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında, mülki əhalinin qətlə yetirilməsində iştirakı öz əksini tapıb və təsdiqlənib.
Bundan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən, Azərbaycan torpaqlarının işğalını təsdiqləyən, torpaqların Azərbaycana qaytarılması tələbi olan məşhur qətnamələr ingilis dilindən tərcüməçi vasitəsilə tədqiq olunub.
Məhkəmədə daha sonra beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhalini qətlə yetirməsini əks etdirən hesabatı tədqiq olunub.
Hesabatda bildirilir ki, Ermənistan ordusu Qarabağda ələ keçirdiyi bütün ərazilərdən Azərbaycanın mülki əhalisini qovub və ya girov götürüb. Qaçıb canını qurtarmağa çalışan insanları heç bir fərq qoymadan güllələyiblər.

Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, 1993-cü ilin iyulunda Ağdamın Ermənistan ordusu tərəfindən işğalı, şəhərin talan edilməsi barədə məqamlar da yer alıb.

Sənəddə Ermənistan ordusunun Qarabağda baş vermiş döyüşlərdə iştirakı da tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardmana məruz qoyulması insanların məcburi şəkildə yerlərini dəyişmələrinə səbəb olub. Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb.

Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə əlaqədar Cenevrə Konvensiyasının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları da əksini tapır.
Girovlar, müharibə əsirləri ilə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə yer alıb.

Sonra dövlət ittihamını müdafiə edən prokuror tərəfindən Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğalından sonra dağıdılmasını, viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbiristanlıqların məhv olunmasını əks etdirən foto və video materiallar təqdim olunub.

Bildirilib ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də orada donuz saxlanılmaqla təhqir olunub.
İclasda, həmçinin işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar, həmin protokollara əlavə edilmiş foto və video görüntülər nümayiş etdirilib.
Ardınca ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyləri elan olunub.
Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevirilməsi hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə külli miqdarda ziyan vurulub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Ardını oxu...
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar”.

Bizim.Media xəbər verir ki, bunu Donald Tramp Fox News-un Xüsusi Hesabat proqramına müsahibəsində qeyd edib.

ABŞ prezidenti yeni müsahibəsində Rusiya lideri Vladimir Putinin razılıq əldə etməyə çalışdığını deyib və sülhə əsas maneəni onun deyil, Vladimir Zelenskinin “kozırlarının” olmaması adlandırıb:

“Zelenski ilə çətin bir söhbətim oldu. Bilirsiniz, mən açıq danışıram. Onun əlində oynayacaq kartları yoxdur. Amma Zelenski ən güclü ticarətçidir, məndən də qat-qat yaxşıdır”, - deyə o, bildirib.


Tramp Ukrayna ilə bağlı razılaşma olmazsa, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini də istisna etməyib.

“Putin Ukraynadakı müharibədən yorulub”, - deyə Tramp fikrini tamamlayıb.
 

Ardını oxu...
  

“Görünür, indiki səfir bizim uğurları həzm edə bilmir...”

Azərbaycanın Qırğızıstandakı (2012-2021) sabiq səfiri, yazıçı, diplomat, dövlət xadimi Hidayət Orucov “Yeni Müsavat” da dərc olunmuş, bir müsahibə ilə əlaqədar onun söz haqqının tanınmasını istəyib. Söhbət ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun müsahibəsindən gedir. Beləcə, Hidayət Orucovla söhbətimizin ikinci hissəsini təqdim edirik:

(əvvəli burada)

- Yəqin ki, bu işlər yalnız ədəbiyyatı, mədəniyyəti əhatə etməyib, eləmi?

- Xeyr.  Qəndilovun intervüsündə son mədəniyyət günləri xatırlanır. Xarici ölkələrdən olan həmkarlarım hər tədbirdən sonra heyranlıqla, təbəssümlə məndən soruşurdular: “Cənab səfir, növbəti tədbirimiz haçandır?” Əvvəla, orada demək olar ki, hər ay Azərbaycanın mədəniyyət günləri idi. Amma böyük mədəniyyət günlərinə böyük hazırlıq gedirdi. Orada da yalnız konsert proqramı yox, rəqs və ilaxır yox, bunlarla yanaşı, teatr tamaşaları, filmlərimizin nümayişi, Azərbaycan ədəbiyyatı günləri, kitablarımızın sərgisi planlaşdırılırdı. Yəni 10 günün içərisində yazıçılar dəvət olunsunlar, orada görüşlər keçirilsin və ilaxır. Özü də yalnız Bişkekdə yox. Biz nəzərdə tuturduq ki, bu tədbirlər 2021-ci ildə keçirilsin. Amma çox təəssüf ki, COVİD imkan vermədi və biz bunu təxirə salmalı olduq. Eyni zamanda səfir müsahibədə ad çəkir... Cənab Prezidentin təşəbbüsü ilə orada humanitar yardım kimi Azərbaycanın park və bir orta məktəb tikintisi planlaşdırılırdı. Cənab Prezidentin göstərişi ilə o işlər çox aktiv başladı, smetalar tutuldu, vəsaitin bir hissəsi ayrıldı və qısa müddətdə orada çox qızğın işlər getdi. İstər parkın, istər məktəbin çox böyük hissəsi hazır oldu. Ancaq sonra COVİD Qırğızıstanda hər şeyi iflic etdiyindən işlər müvəqqəti dayandırıldı. Biz tikintinin 2021-ci ildə başa çatdırılmasını planlaşdırırdıq. İstəyirdik ki, cənab Prezidentin oraya səfəri zamanı bu tikintilərin açılışında iştirak eləsin. İndi mən çox məmnunam ki,  məktəb də hazırdır, park da xeyli vaxtdır hazırdır. Cənab Prezident də onların açılışında iştirak etdi. O məktəbin təməlqoyma mərasimində mer iştirak və çıxış elədi. Amma parkın təməlqoyma mərasimində Prezident Jeenbekov özü gəldi, iştirak və çıxış elədi. Əlbəttə, hər iki təməlqoyma mərasimində  səfir də nitq söylədi.

Ardını oxu...

- Sonrakı illərdə Prezidentlə yenidən görüşmək imkanınız oldumu?

- Cənab Prezidentin ora iki səfəri oldu. Mən təxminən bir il işləyəndən sonra Prezidentin Bişkekə səfəri oldu. Orada MDB-nin tədbirində iştirak edirdi. Məni ayrılıqda qəbul elədi, müfəssəl söhbətimiz oldu, ona məruzələr etdim. O, mənə dedi ki, mən sizin işinizdən razıyam. Çünki Prezident orada məndən qabaqkı vəziyyəti məndən yaxşı bilirdi. İkinci səfəri İssık - Kulda oldu. Orada da beynəlxalq tədbir idi.  Prezidentlər görüşdülər. Əlbəttə, Azərbaycan nümayəndə heyətinə keçmiş xarici işlər naziri də, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri də qatılmışdılar. Jeenbekov Azərbaycanın səfiri haqqında xoş sözlər dedi. Bildirdi ki, bizim ictimaiyyət də, siyasəçilər də, yəni hökumət də, səfirlər də ona çox hörmət edir və həqiqətən çox səmərəli işləyir, çox işlər görür. Bizim Prezident dedi ki, o, Azərbaycanda böyük sahələrə rəhbərlik edirdi, buna görə mən onu bura göndərdim. İkinci dəfə isə Jeenbekov Bakıya  gəlmişdi. Dövlət iqamətgahında görüş idi. Yenə iki prezidentin görüşü oldu. Məndən söhbət düşəndə Jeenbekov mənə üzünü tutub, bir az da obrazlı şəkildə dedi: “O, bizdə bütün səfirlərin komandiridir”. (Gülür) Bizim Prezident  də dedi ki, o, Heydər Əlirza oğlunun məktəbini keçib, Heydər Əlirza oğlu ona hörmət edirdi. Əlbəttə, orada İssik - Kuldakı görüşdə olan rəsmi şəxslər də iştirak edirdilər. Yalnız bunlar deyil. Bizim fəaliyyətimiz dövründə iqtisadi baxımdan da çox addımlar atıldı, Azərbaycanın iri şirkətləri Qırğızıstanda böyük layihələrin icrasına başladılar və sairə çox işlər oldu. Sonra səfirliyin maddi-texniki bazası yaradıldı.

“Mənim ilk üç ilimdə gördüyüm işlərin heç olmasa, üçdə birini görsün, ondan sonra “durğunluqdan”, “yenidənqurmadan” danışmağa fakt axtarsın”

- Sizin dövrünüzdə?

- Bəli, mənim dövrümdə. Özü də professional, ən yüksək səviyyədə. Bişkekin ən prestij yerində, o yerdə ki orada ABŞ-ın, Çinin, digər böyük ölkələrin səfirlikləri yerləşirdi, orada Azərbaycan səfirliyinə çox gözəl bina alındı. Səfirliyin normal işi, həmçinin konsulluğumuzun fəaliyyəti üçün ideal şərait yaradıldl.

- Əvvəl harada yerləşirdiniz?

- Əvvəl kirayədə idik, oraya şəhərin “qaraçılar məhəlləsi” deyirdilər. Orada, ümumiyyətlə, başqa bir səfirlik yox idi. Amma yeni ünvanda böyük dövlətlərin çoxunun səfirliyi, səfirlərin bir çoxunun iqamətgahları vardı.

- Səfir Lətif Qəndilov hazırda həmin ünvanda çalışır, eləmi?

- Əlbəttə, orada oturur.

- Hidayət müəllim, elə isə bu yerdə soruşum, bu qədər görülən işləri sadaladınız. Həmçinin səfirliyin binasının alınması sizin dövrünüzdə olub. Elə isə nədən xələfiniz bu qədər işləri görməzdən gəlib? Bəlkə şəxsi münasibətlərinizdə problemlər olub?

Ardını oxu...

- Mən səfir təyin olunana qədər 20 il dövlət müşaviri, sonra komitə sədri işləmişəm. Nə problem ola bilərdi?  Qırğızıstana təyin olunanda müraciət etdi, görüşdük. Məsləhət istədi. Səmimi münasibət bildirdim. İşə başlayandan az sonra Bişkekdən mənə telefon açdı, təşəkkür etdi. Lətif Qəndilovla mənim nə problemim ola bilərdi? Ondan sonra biz görüşməmişik. O ərəfədə mənim ona həmişə normal münasibətim olub. Amma  ora gedəndən sonra mən anladım ki, onun problemi başqadır. Mən bəzi məsələləri açmaq istəyirəm. Amma o, çox haqsız, qərəzli, məkrli... Elə şeylər deyir ki... Məsələn, deyir bu gedənə qədər orada durğunluq olub. Guya bu gedib, orada Qorbaçovsayağı “yenidənqurma” aparıb. Birinci, diplomat gərək səmimi, obyektiv ola. Mənə belə gəlir ki, hələ səfiri demirəm, adi diplomat da o dərəcədə qərəzli, məkrli ola bilməz. Azı, mən beləsini görməmişəm. Mən ora gedəndə diaspor çox pərakəndə, dağılmış bir vəziyyətdə idi, problemləri də çox idi. Hətta diasporda ayrı-ayrı kiçik qruplar var idi, onlar Azərbaycana qarşı idilər. Mən gedəndən sonra onlar hamısı təşkilatlandı, birləşdi, artıq onlar fəxr edirdilər, deyirdilər ki, siz bura gələnə qədər bizə burada ayrı cür baxırdılar. Başqa cür çıxmasın, mən orada gecə-gündüz işlədim. Həmçinin mənimlə bir yerdə işləyən azsaylı kollektiv də - diplomatların da sayı az idi - bütün səylərini sərf edirdilər, çox səmərəli işləyirdilər. İndi Qəndilovun dedikləri təkcə mənə qarşı deyil, həm də o əməkdaşlara hörmətsizlikdir.

- Azərbaycan və Qırğızıstan XİN rəhbərlərinin sizin fəaliyyətinizə münasibəti necə olub?

- Hər iki  nazirlikdə  səfirin, səfirliyin fəaliyyətindən razılıqlarını  həmişə bildiriblər. Və eyni zamanda Qırğızıstanın prezidentləri də. Məsələn, Sooronbay Jeenbekov mənim oradakı fəaliyyətimi çox yüksək dəyərləndirirdi. Böyük tədbirlərdə - orada diplomatik korpus ayrı oturur - yəni ölkə səviyyəli tədbirlərdə o, salona daxil olanda 40-dan artıq səfirin içərisində yalnız Azərbaycanın səfiri ilə şəxsən salamlaşırdı, görüşürdü. Və yeni prezident Sadır Japarov təzə seçiləndə, ölkə səviyyəli tədbir keçirdi. Yenə diplomatik korpus adından mənə söz verdilər, diplomatik korpus adından mən danışdım. Və mənim bir ifadəm özünün də çox xoşuna gəldi, sonra mənə deyirdi və ümumiyyətlə, bu haqda Bişkek, Qırğızıstan danışırdı, hər yerə yayılmışdı. Mən dedim, atalar üçəcən deyib. Yəni Akayev, Atambayev vaxtından tez, inqilabi dəyişikliklər nəticəsində getdilər. Sonra Sooronbay Jeenbekov da getdi. Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Mən oraya gedəndən sonra mətbuatla çox iş görüldü. Kanallar Azərbaycanı verirdilər, Azərbaycan həqiqətlərini yayırdılar, Qarabağın, ümumiyyətlə, torpaqlarımızın işğal altında olmasından bəhs edən verilişlər verirdilər. Əlbəttə, sonra  səfirliyin fəaliyyətini, Azərbaycanın orada gördüyü işləri verirdilər. 44 günlük Vətən müharibəsi başlayan ilk gün Prezident Japarov Macarıstanda səfərdə idi. Oradan bəyanat verdi ki, bu, Azərbaycanın haqq işidir. Qələbəmizdən, zəfərimizdən sonra Azərbaycanın səfirini, məni ayrıca qəbul elədi. Neçə kameranın qarşısında cənab Prezidenti, Azərbaycan xalqını təbrik elədi. Çox gərəkli münasibət bildirdi və ürəkdən bütün qırğız xalqı, bütün Qırğızıstanın adından təbriklərini çatdırdı və bu, bütün dünyaya yayıldı. Dünyanın heç bir ölkəsində - bizim 90-a yaxın ölkədə səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz var - prezident möhtəşəm Zəfərimizlə bağlı ölkəmizin səfirini qəbul etmədi. Onun Azərbaycana, mənə münasibəti belə idi.

Ardını oxu...

- Maddi-texniki baza barədə də qeydləriniz oldu...

- Məsələn, ora gedəndə səfirlikdə cəmi iki maşın var idi. Bir səfirin maşını işlək, bir də çox köhnə idi. Mən səfirlikdən ayrılanda orada 7-8 maşın var idi. Hamısı da demək olar ki, təzə işlək  maşınlar idi. Bunun özü də kollektivin işləməsi üçün böyük imkan idi. Və çox böyük danışıqlar aparılandan sonra mən cənab Prezidentə məruzə elədim. Tarixdə ilk dəfə olaraq  AZAL-ın  Bakı-Bişkek reysi açıldı, həftədə 2 dəfə. Bunu o vaxt tarixi hadisə sayırdılar. Qırğızıstanın xarici işlər naziri o vaxt mənə dedi ki, birbaşa aviareysin açılması sizin dövrünüzdə baş verdi, sizin adınızla bağlı olacaq.

Ardını oxu...

Öncəki dövlət mükafatlarımı demirəm,  yalnız səfirlik fəaliyyətim dövründə möhtərəm Prezidentimizin mənim fəaliyyətimə verdiyi yüksək qiyməti Qəndilova xatırlatmaq istəyirəm: 2014-cü ildə ölkəmizin ictimai həyatında fəal iştirakıma görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə, 2019-cu ildə diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətimə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, səfirlik missiyam başa çatdıqdan sonra möhtərəm Prezidentimizin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023 )” yubiley medalı ilə təltif olunmuşam. Sonuncu mükafatı hörmətli nazir Ceyhun Bayramov məni təklikdə qəbul edərək təqdim etmişdi. Lətif Qəndilovun qərəzi aşıb-daşanda heç olmasa hər iki dövlətin başçılarının yüksək mükafatlarına hörmət etməli idi. Üç ildən çoxdur orada səfirdir, mənim ilk üç ilimdə gördüyüm işlərin heç olmasa, üçdə birini görsün, ondan sonra “durğunluqdan”, “yenidənqurmadan” danışmağa fakt axtarsın. Mən hələ qeyri-dövlət qurumlarının münasibətini demirəm. Həmin dövrdə Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü seçildim, TÜRKSOY-un ali mükafatı - “Onur”a və sair mükafatlara layiq görüldüm.

- Səhv etmirəmsə, səlahiyyətiniz başa çatanda da qırğız prezidentlə görüşünüz olmuşdu, eləmi?

- Bəli. Missiyam başa çatanda Sadır Japarov  məni qəbul etdi, dönə-dönə təşəkkür elədi. Mənim orada gördüyüm işlərdən danışdı və əlbəttə, onun tövsiyəsi ilə mənə baş nazirin imzası ilə Qırğızıstan Nazirlər Kabinetinin Fəxri Fərmanını verdilər. Qırğızıstan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafında göstərdiyim mühüm  xidmətlərə görə təltif olundum. Bilirsiniz, özüm haqda olan bu faktları bir az da xəcalət hissi ilə deyirəm. Fəaliyyətimi mənim prezidentim və Qırğızıstan rəhbərliyi belə dəyərləndirib, Lətif Qəndilovun  məqsədi nədir, bunu özü bilər. Mən çox şeylər bilirəm, amma çox şeyləri açmadım. Demədiklərim çox oldu, onları açmaq istəmədim. Mən çox təəssüf edirəm ki, Azərbaycanın səfiri belə dezinformasiya yaymaqla məşğuldur. Görünür, indiki səfir bizim uğurları həzm edə bilmir...

Elşad PAŞASOY,
FOTO: “Yeni Müsavat”

 

Ardını oxu...

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

"DogruXeber.az" xəbər verir ki, azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

“Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

 

 

Oxunub: 14
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlamazdan əvvəl Ukrayna tərəfi işğal olunmuş yeni regionları hüquqi cəhətdən Rusiya əraziləri kimi tanımaqdan imtina edir.

Bu barədə Ukrayna lideri Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ərazi məsələlərini müzakirə edə bilmərik. Bu, konstitusiyamızın pozulmasıdır... Biz ərazi bütövlüyümüzü necə bərpa edə bilərik? Bu məsələ danışıqlar zamanı müzakirə olunacaq. Ukrayna buna hazırdır, lakin rəsmi Kiyev “müvəqqəti olaraq işğal olunmuş əraziləri Rusiyanınkı kimi tanımır”, - deyə Zelenski bildirib.
 

Dünyapress TV

Xəbər lenti